Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-204/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Məmmədli Günay Hüseynxan qızının, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs və nümayəndəsi-vəkil Cəbrayılov Mehman Humsi oğlu nun iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxx 2018ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim: Zeynəb Əli qızı Axundova) xx xxxx 2017-ci il tarixli hökmü ilə, Məhkum - xx xxxxxxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cin ayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulub saxlanıldığı müddət əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səb əb olmuşdur. Belə ki, Məhkum xx xxxxxxx 2016-cı ildə saat 19.30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “xxxx” ASC-yə məxsus “Azsamand” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun 2-ci kilometrliyində Maştağa qəsəbəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə əməl etməmiş, mövcud şəraitdə Buzovna-Maştağa yolunun 2-ci kilometrliyində Maştağa qəsəbəsi istiqamətində y olu sağdan sola keçən piyada X6 avtomobilin qabaq hissəsi ilə vuraraq ona təpə nahiyəsinin əzilmiş yaraları, sol dirsəyin sıyrığı, döş qəfəsinin, sağ və sol baldırın, sol iç topuğun qançırları, kəskin daxili qanitirmə ilə müşayiət olunan qara ciyərin və dalağın cırılmaları ilə xarakterizə edilən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X4 ölümünə səbəb olmaqla “xxxx” ASC-yə məxsus “Azsamand” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 655 manat məbləğində maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı il ə (hakimlər: S.A.Mirzəyev (sədrlik edən və məruzəçi), F.A.Qasımov və E.Y.Şamayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Məhkum CM–nin 263.2-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə əsas cəzası 5 (beş) il 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən Məhkum üzərində qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin xx xxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək, məhkumun cəzasının endirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək bildirmişdir ki, Məhkum cəza təyin edilərkən onun əvvəllər məhkum olunmamasını, ailənin yeganə övladının olmasını, atasının vəfat etməsini, himayəsində yaşlı anasının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, ona istinad olunan əməlin ehtiyyatızlıqdan törədilməsini nəzərə almamış, zərərçəkmiş şəxsin sifarişi ilə ona həddindən artıq cəza təyin edilmişdir. Hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsinin qərarı cəzanın ağırlığına görə əd alətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün qiymət verilməmişdir. Göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının dəyişdirilərək təyin edilmiş cəzanın endirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin hüquqi varisinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti nə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətidə Məhkum cəza təyin edilərkən onun əvvəllər məhkum olunmaması, ailənin yeganə övladının olması, atasının vəfat etməsi, himayəsində yaşlı anasının olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, ona istinad olunan əməlin ehtiyyatızlıqdan törədilməsi nəzərə alınmamış, zərərçəkmiş şəxsin sifarişi ilə ona həddindən artıq cəza təyin edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehtiyyatsızlıqdan az ağır cinayət törətməsini, törətdiyi əməli səmimi etiraf edib peşimanlıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi müəyyən etmiş və həmin hallara görə məhkuma 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hesab edərək ki, məhkumun islah oluna bilməsi cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə mümkündür və ona görə də onun cəzasını 1 ay müddətində artırmışdır. Birinci instansiya məhkəməsi məhkumun cinayət əməlindən səmimi peşiman olmasını göstərsə də bu halın nədə ifadə olunmasını, məhkumun konkret hansı davranışı ilə təsdiq olunmasını hökmdə əsaslandırmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Cinayətin ictimai təhlükəliliyini azaldan başqa hər hansı hərəkət etməmişdir. Apelyasiya məhkəmə kollegiyası həm də ehtiyyatsızlıqdan olsa da cinayət nəticəsində zərərçəkmiş şəxsin ölməsini də nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan kassasiya şikayətinin bu barədə dəlilləri təmin olunmamalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət -Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2018-ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-204/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-204/2020
30.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver