Məhkəmə qərarları › İş №1(102)-204/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-204/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-204/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkum X2 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, X4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət veril məsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(103)-890/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X7 (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 13 fevral tarixli 1(101)-136/2024 nömrəli hökmü ilə, 18 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən təqsirsiz hesab edilməsi, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, X8 barəsində seçilmiş «həbs» qismində qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və bu hüququn həyata keçirilməsi qaydasının X4 izah edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X10 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahverdiyevdən ibarət tərkibdə) 2024-cü il 6 iyun tarixli 1(103)-890/2024 nömrəli qərarı ilə ap ellyasiya protesti təmin edilmədən, hökm verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama əsasən, X8 şəxsiyyəti istintaqa məlum olmayan "Bəhruz” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuananın Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirib hər dəfəsində şəxsi istifadəsi üçün qurudulmuş marixuana və 200-300 manat pul əldə edəcəyi qarşılığında "Bəhruz” adlı şəxs ilə razılaşdıqdan sonra, sonuncu dəfə 2022-ci ilin sentyabr ayının axırıncı günlərində "Bəhruz” adlı şəxsin tapşırığına əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında yerləşən internat məktəbinin yanındakı ağacın dibində gizlədilmiş yerdən qurudulmuş marixuananı satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 2022-ci il 4 oktyabr tarixdə, saat 12:30-da ünvan 2 ünvanın qarşısında BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə gətirilmiş, xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının üzərindəki kəmərin sağ tərəfindən külli miqdarda olmaqla 1 ədəd bükümdə şəffaf rəngli sellofana bükülmüş 30,345 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bundan sonra idarə etdiyi "Ravon Nexia” markalı **-PM-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilən axtarış zamanı yük yerində olan ağ rəngli torbada külli miqdarda olmaqla 1 ədəd bükümdə açıq yaşıl rəngli sellofana bükülmüş 975 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə İlqar Məmmədovun hər iki məhkəmə instansiyasında verdiyi ifadələrini inandırıcı qəbul edərək həmi n ifadələrdə qeyd etdiyi xüsusatları - tutulma vaxtı, tutulduqdan sonra polis əməkdaşları ilə birlikdə evinə aparılması, orada rüşvət tələb edilərək pul alınması, zorakılığa məruz qalması və s. yoxlamaqla mobil telefon operatorlarından götürülmüş məlumatları sonuncunun ifadələrini təsdiq edən və bəraət hökmünün qüvvədə saxlanılması üçün əsas kimi qəbul edərək digər halları sözügedən sübutun möhkəmləndirilməsinə yönəltmişdir. Bakcell MMC-dən əldə edilmiş məlumatlarda İlqar Məmmədovun istifadəsində olan +994(55)283- 15-95 nömrəli mobil telefonun xx.xx.2022-ci il tarixdə, saat 11:23 və 11:28də ünvan 3 ünvanında yerləşən antenin əhatə dairəsində olduğu, saat 12:11-dən başlayaraq son məlumatın qeyd edildiyi saat 12:45-dək isə artıq ünvan 4 ünvanında yerləşən antenin əhatə dairəsində olması müəy yən edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin qərarı ilə əldə olunaraq iş materiallarına əlavə edilmiş BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixinə olan anten məlumatlarına əsasən həmin şəxsin xx.xx.2022-ci il tarixdə saat 11:36-da Heydər Əliyev prospekti 117, BEGOC ofisi kimi qeyd edilən ünvanda olan antenin əhatə dairəsində, daha sonra saat 12:40-da Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində, saat 13:42də Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi ünvanında yerləşən antenin əhatə dairəsində olduğu müəyyən edilir. Aşağı instansiya məhkəmələrinin qənaətinə görə İlqar Məmmədovun saxlandığı qeyd edilən Nərimanov rayonu ərazisində olması imkanı fiziki olaraq s aat 12:11-dək (həmin vaxt artıq anten dairəsi Nizami rayonu ərazisində müəyyən edilir) məhdudlaşmışdır ki, bu da öz növbəsində istintaq hərəkətinin protokollarında və digər istintaq sənədlərində İlqar Məmmədovun Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında xx.xx.2022-ci il tarixdə, saat 12:30-da saxlanılmasını mümkünsüz edir, habelə həmin sənədlərin ittihamı təsdiq edən sübut olaraq qəbul edilənliyini və mötəbərliyini şübhə altına qoyur. Məhkəmələr İlqar Məmmədovun istintaq orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:30- da saxlanmış olması halını sübuta yetirilmiş hesab etməklə yanaşı qeyd etmişlər ki, İlqar Məmmədovun faktiki olaraq saxlanması vaxtı ilə hadisələrin qeyd edilən formada baş verməsi halında istintaq orqanının iş materiallarında r əsmiləşdirdilməklə təsvir etdiyi İ.Məmədovun saat 14:30-dan üzərində şəxsi axtarış aparılması kimi hadisələrin cərəyan etməsi mexanizmi arasında 3 saat müddətində fərq yaranır. Bu müddətdə isə İlqar Məmmədovun tamamilə polisin nəzarəti altında olmuş olması işin mübahisəsiz halı kimi məhkəmələr tərəfindən qəbul edilmişdir. Həmçinin məhkəmələr İlqar Məmmədovun 7 aylıq müddəti əhatə edən mobil telefonunun anten məlumatlarında onun mobil telefonunun ünvan 4 ünvanında yerləşən antenin əhatə dairəsinə 205 dəfə düşdüyünün müəyyən edilməsini həmin antenin İlqar Məmmədovun yaşadığı evin yaxınlığında və yaxud evinə doğru hərəkət etdiyi yolunun üzərində yerləşməsi kimi qəbul etmişdir. Eyni zamanda BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixə olan anten məlumatlarına əsasən onun xx.xx.2022-ci il tarixdə saat 11:36-da Heydər Əliyev prospekti 117, BEGOC ofisi kimi qeyd edilən ünvanda olan antenin əhatə dairəsində, daha sonra saat 12:40-da Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində, saat 13:42də Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi ünvanında yerləşən antenin əhatə dairəsində olduğu müəyyən edildiyindən məhkəmələr hesab etmişlər ki, ilqar Məmmədovun faktiki olaraq saxlandığı saat 11:30-dan sonra sonuncunu ifadələrinə görə dərhal Nərimanov RPİ-nin inzibati binasına aparan Şahid1 həmin gün üçün anten məlumatlarının ifadəsi ilə uzlaşmamamış, əksinə həmin şəxsin saxlanmasından sonra mühafizəsini təşkil etməli və təhqiqat orqanına təhvil verməli olan şəxsin İlqar Məmmədo vla birlikdə tamamilə başqa rayonun ərazisinə keçərək uzun müddət orada olması sonuncuların birlikdə ilqar Məmmədovun yaşadığı evə gedərək orada sənədləşdirilməmiş baxış həyata keçirilmişdir. Məhkəmə anten məlumatları ilə bağlı nəticəyə gələrkən bir sıra zəruri hallara diqqət yetirməmiş, şəxsin olma yerini birmənalı olaraq anten qülləsinin yerləşdiyi ünvanla eyniləşdirmişdir. Belə ki, təcrübəyə əsasən işlək vəziyyətdə olan mobil telefonun müəyyən bir anten qülləsinin əhatə dairəsində olması onun birmənalı şəkildə məhz sözügedən qüllənin yanında olması anlamına gəlmir, telefonun qüllədən (şandan) kilometrlərlə uzaqda olması təkzibedilməzdir. Hətta müəyyən anten qülləsinin (şanın) yaxınlığında, əhatə dairəsində olan mobil telefonun daha uzaqda yerləşən antenə qoşulması mümkündür. Təsadüfi de yil ki, iş materiallarında olan "xxxx" MMC- nin xx.xx.2023-cü il tarixli, 17628 nömrəli məktubundan görünür ki, nömrələrin əhatə dairələri təqdim olunmaqla müşaiyət məktubunda qeyd hissəsində göstərilmişdir ki, “hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan. Xüsusən də kənar mane mənbələrini n təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər”. Apellyasiya məhkəməsi anten məlumatlarına əsasən İlqar Məmmədovun istifadəsində olan +994(55)283-15-95 nömrəli mobil telefonun xx.xx.2022-ci il tarixdə, saat 11:23 və 11:28-də ünvan 3 ünvanında yerləşən antenin əhatə dairəsində olduğu, saat 12:11-dən başlayaraq son məlumatın qeyd edildiyi saat 12:45-dək isə artıq ünvan 4 ünvanında yerləşən antenin əhatə dairəsində olmasını onun Nərimanov rayonu ərazisində olması imkanının fiziki olaraq saat 12:11-dək (həmin vaxt artıq anten dairəsi Nizami rayonu ərazisində müəyyən edilir) məhdudlaşması kimi qəbul etmiş və beləliklə də İlqar Məmmədovun Bakı şəhəri, Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi 1 ünvanının yaxınlığında xx.xx.2022-ci i l tarixdə, saat 12:30-da deyil, sonuncunun dediyi kimi saat 11:30-da saxlanılması, saat 12:11-də isə artıq ünvan 4 ünvanında yerləşən antenin əhatə dairəsində olmaqla polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilində olması kimi qəti qərara gəlmişdir. Məhkəmə üçün təqsirləndirilən İlqar Məmmədovun “ünvan 4” antenin əhatəsində olması onun yaşadığı evdə olması anlamına gəlmişdir. Məhkəmə kollegiyası İlqar Məmmədovu saxlamış BNMİ-nin baş əməliyyat müvəkkili Şahid1 məxsus +994(50) ***-**-** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 11:36- da Heydər Əliyev prospekti 117, BEGOC ofisi kimi qeyd edilən ünvanda olan antenin əhatə dairəsində (Şahid1 ifadəsinə görə o saat 11:30 radələrindən əməliyyat axtarış tədbiri ilə əlaqədar müşahidəyə başlamışdır), daha sonra saat 12:40-da Bakı şəh əri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində olmasını müəyyən etdiyi halda həmin halları ilqar Məmmədovun anten məlumatları ilə qarşılıqlı təhlil etməmişdir. Belə ki, məhkəmə İlqar Məmmədovun saat 12:11-də artıq polis əməkdaşları ilə birlikdə yaşadığı Bakı şəhəri Nizami rayonu, Rüstəmov küçəsi, ev 35, mənzil 69-da olması kimi qəti qərara gəlmişdirsə, həmin vaxtdan 30 dəqiqə sonra Şahid1 (saat 12:40-da) Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində olmasına yekun qərarında münasibət bildirməmişdir. Halbuki, mobil telefonun mobil operatorun hansı anteninə qoşulması bir çox texniki faktorlardan asılı olduğundan - telekommunikasiya xidmətlərindən istifadə zamanı cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, cihazda paralel aparılan istifadə/yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan asılı olması, bu səbəblərdən mobil telefonun müəyyən zaman kəsiyində 500 metrdən 35 km (bəzi hallarda 50-100 km) məsafəyədək yerləşən antenə qoşulmasının mümkünlüyü mobil telefonun harada olması ilə bağlı qəti deyil nisbi fikrə gəlməyin mümkünlüyünü deməyə əsas verir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin iclas protokollarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasda təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:30-da saxlanıldıqdan 40 dəqiqə sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilinə gəlmələrini bildirmişdir. Dövlət itt ihamçısı tərəfindən İlqar Məmmədova saat 12:11-də mobil telefonunun “ünvan 4” anten dairəsində olması ilə bağlı verilmiş suala o, "xxxx" MMC-nin yaşadığı evin yaxınlığında olmasını, yəni saat 12:11-də artıq polislərlə evdə olmasını, bundan sonrakı 3 saat ərzində də polislərin evdə olmasını bildirmişdir. Ona anten məlumatlarına görə saat 12:40-da Şahid1 mobil telefonunun hələ Bakı şəhəri, Böyükşor gölü, Olimpik stadionu ərazisində yerləşən antenin əhatə dairəsində olmasını, belə olan halda polis əməkdaşları ilə birlikdə necə evə getdiklərini soruşduqda isə təqsirləndirilən şəxs cavab verə bilməmişdir. Eyni zamanda həmin anten məlumatlarından görünür ki, İlqar Məmmədova məxsus mobil telefon qısa zaman kəsiyində bir neçə saniyə fərqlə bir neçə anten qülləsi ilə əlaqədə olmuşdur, yəni həmin an tenlərin əhatə dairəsində olmuşdur. Misal kimi xx.xx.2022-ci il tarixdə saat 17:06:13-də “ünvan 4” adlı anten dairəsində, yəni məhkəmələrin mövqeyinə görə evdə olmuş İlqar Məmmədov 2 saniyə sonra 17:06:15-də “Hovsan shosesi/"Bakı şəhəri, Hövsan Şossesi" /Surakhany” adlı antenin əhatə dairəsində olmuş, daha sonra 17:06:39-da isə yenə əvvəlki antenin əhatəsində olmuşdur. Hövsan şosesinin İlqar Məmmədovun yaşadığı ünvandan 30 km məsafədə olmasını nəzərə alındıqda və məhkəmənin mövqeyi ilə yanaşsaq İlqar Məmmədov 2 saniyə ərzində Hövsan şossesinə “teleportasiya” olunmuş və 24 saniyə sonra geri qayıtmışdır. Halbuki anten məlumatlarında yüzlərlə belə hallar vardır. Yəni, bu faktlara əsasən demək olar ki, əgər mobil telefon 30 km aralıda olan antenə qoşulursa İlqar Məmmədovun 04 oktyabr 2022-ci il tarixdə, saat 12:30-da ünvan 2 ünvanın qarşısında saxlanılarkən üzərində olan mobil telefonun həmin yerdən xətti olaraq 4 km (avtomobil yolu ilə 6.7 km) məsafədə yerləşən “ünvan 4” adlı antenin əhatə dairəsində, eləcə də Şahid1 məxsus +994(50) ***-**** mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixində saat 13:42-də Bakı şəhəri, Nizami rayonu, Neftçilər dairəsi ünvanında yerləşən antenin əhatə dairəsində olmasında qeyri-adi heç nə yoxdur və bu hallar bir daha anten məlumatlarının insanların sıx yaşadığı şəhərdə mobil telefonun konkret ərazidə olmasına qəti fikir bildirməyin səhv olmasını təsdiq edir. Əks təqdirdə yuxarıda qeyd göstərilən misalın başqa izahı yoxdur. Bu baxımdan təqsirləndirilən şəxsin saxlanıldığı gün mobil telefonununun olduğu anten adlarına diqqət yetirməklə olduğu y er kimi qəbul etsək, İlqar Məmmədov xx.xx.2022ci il tarixdə saat 11:03-də “Gazankhana/"Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 4090/94-cü məhəllə, 172 saylı qazanxana'VSabunchu” anten dairəsində, 8 dəqiqə sonra, yəni 11:11-də “Bakı şəhəri, Nərimanov rayonu, 4 köndələn, küçə 3"/Narimanov” anten dairəsində - avtomobil yolu ilə 11 km aralıda yerləşən Nərimanov rayonu 4-cü köndələndə (avtomobillə azı 25 dəqiqəlik yoldur), 3 dəqiqə sonra isə “Bakı şəhəri, Nərimanov rayonu, M. Nərimanov küçəsi, 47 Narimanov” adlı anten dairəsində 4cü köndələndən avtomobil yolu ilə 4.3 km məsafədə yəni saxlanıldığı ünvanda olması müəyyən edilir. Bakı şəhərində avtomobil nəqliyyatının hərəkət sürətini nəzərə alsaq İlqar Məmmədovun qısa müddətdə bu şəkildə hərəkəti mümkün deyildir. Digər maraqlı məqam təqs irləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı ifadələridir. Belə ki, İlqar Məmmədov hər iki məhkəmədə vermiş olduğu ifadələrində göstərmişdir ki, saxlanıldıqdan sonra 10.000 manat verməyə razılaşmış, bundan sonra polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə getmiş, orada oğlu Xəyalın polis əməkdaşı Şirəliyə 1500 ABŞ dolları və 3300 manat pul vermiş, qalan 4000 manatı da saat 6-dək çatdırmalı olmuş, saat 6- da Nərimanov RPİ-yə gəlmişlər, orada otaqlardan birində döyülmüş, digərində dindirilmiş, Şirəli ona söz danışıqlarının olduğunu, onları aldatmaması üçün formal çəkiliş aparacaqlarını, onun maşınına paket qoyacağını, çəkiliş zamanı onların dediyini təkrar etməsini, çəkilişi özləri üçün edəcəklərini, pulu verdikdən sonra siləcəklərini demiş, Şirəlin in dediyi ilə razılaşmış və bundan sonra çəkilişlər aparılmışdır. İlqar Məmmədovun ifadəsində göstərdiyi bu xüsusatlar əsaslı hesab olunacağı halda ondan tələb olunan 10.000 manatın böyük hissəsi polis əməkdaşlarına verildiyi və qalan hissəsinin isə veriləcəyinə vəd verildiyi, həmin pul da verilənədək formal çəkilişlə razılaşdığı halda o, nə üçün Nərimanov RPİ-də döyülmüşdür, ondan nə tələb olunurdu? Təqsirləndirilən şəxsin ifadəsi qeyd olunan hissədə əsassız, törətdiyi ağır cinayətdən yayınmağa istiqamətlənmiş və məntiqsiz olsa da, məhkəmələr üçün sual yaratmamışdır. “Google Map” elektron xəritə saytından istifadə etməklə Müzəffər Nərimanov və X14 küçələrinin kəsişməsində Nərimanov RPİ-nin 17-ci PŞ-nin, yaxınlıqda isə Ulduz metrostansiyasının yerləşməsini müəyyən etmək mümkündür. Eyni zam anda Bakı Nəqliyyat Agentliyinin həmin yerdən 1.5 km məsafədə yerləşməsi aydın olur. Hər halda təqsirləndirilən şəxs saxlanıldığı yerdə cərimə ödəmirdi. Üzərində olan 1199 manatı Şahid1 götürdüyü halda ondan 10.000 manat tələb etməsi, 1500 ABŞ dolları və 3300 manat pul aldığı halda, qalan 4000 manatı da tələb etməsi, İlqar Məmmədovun isə bununla bağlı ifadəsində heç nə bildirməməsi qeyd olunanların reallıqdan uzaq olmasını göstərir. İlqar Məmmədovun ifadələrinə əsasən, deməsinə görə polis əməkdaşları saat 12dən 15-dək onun evində olmuşlar. Məhkəmə iclas protokollarında görünür ki, xx.xx.2023cü il tarixli məhkəmə baxışında dövlət ittihamçısı tərəfiidən verilmiş konkretləşdirici suala cavab olaraq İ.Məmmədov günorta saat 1 radələrində polislərlə evə gəldiklərini bildirmişdir (bu xusasat mə hkəmə hökmündə təqsirləndirilən şəxsin ifadəsində qeyd edilməmişdir). Məhkəmələr üçün anten məlumatları həlledici olduğundan İlqar Məmmədovun 04.10.22-ci il, saat 12:11-də “ünvan 4” adlı antenin əhatə dairəsində olduğu vaxtdan sonuncunun artıq polis əməkdaşları ilə birlikdə evində olması demək olmuşdur. Bundan əlavə məhkəmələrin obyektiv həqiqəti əks etdirən ifadə kimi qəbul etdiyi İlqar Məmmədovun ifadəsinə əsasən üzərinə keçirilmiş şəxsi axtarış zamanı müdafiəçi iştirak etmiş, müdafiəçi axşam saat 09-10 radələrində gəlmişdir. O, səhərə qədər MSY-də qalmış, səhəri gün isə müstəntiq gəlmiş, hüquqlarını izah etmiş, ona təzyiq altında olduğundan etirafedici ifadələr verdiyini demişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərinə müdafiəçinin, polis əməkdaşları Şahid1 və Ş ahid2 iştirakı ilə xx.xx.2022-ci il, saat 14:30-dan 14:48-dək, avtomaşına baxış isə 16:00-dan 16:09-dək aparılmışdır. Təqsirləndirilən şəxsin ifadəsinə görə müdafiəçi axşam saat 09-10 radələrində gəlmişdirsə, deməli şəxsi axtarış və avtomaşına baxış bundan sonra aparılmışdır. Qeyd olunanlar məhkəmə kollegiyası tərəfindən sübutların düzgün qiymətləndirilməməklə, obyektiv həqiqəti müəyyən etməməklə əsassız yekun nəticəyə gəlməsinə dəlalət edən xüsusatlardır. Faktiki olaraq heç bir araşdırma aparılmaması və qəbul edilmiş qərarda gəldiyi qənaətin məhkəmə tərəfindən əsaslandırılmaması onu göstərir ki, məhkəmənin qərarında gəlinmiş qənaət tamamilə əsassızdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tari xli, 1(103)-890/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və İ.Məmmədova CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkum və müdafiəçisi kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbə rliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində İ.Məmmədova bəraət verilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsasland ırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə məhkumun və müdafiəçinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, k assasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, apellyasiya protestinin dəlilləri kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya protestinin dəlillərinə hərtərəfli, tam, obyektiv və əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır, həmin əsaslandırmanı bütünlüklə təkrarlamayaraq qeyd etməyi zəruri hesab edir ki, dövlət ittihamçısı protestdə daha çox anten məlumatlarına istinad edərək bəraət hökmündə və apellyasiya instansiaysı məhkəməsinin qərarında istinad etdiyi İ.Məmmədovun təqsirsizliyini təsdiq edən sübutları şü bhə altına almağa çalışmışdır. Dövlət ittihamçısı işin əsas məğzini təşkil edən bəraət almış şəxsin üzərindən çıxarılmış (istintaq zamanı təqsirləndirilən şəxs pulun guya narkotik vasitənin satışından əldə olunmuş pul olmasını bildirmişdir) 1.500 ABŞ dolları və 3.300 manat məbləğində pulun bəraət almış şəxsin ailə üzvlərinə qaytarılması barədə hüquqi bir əsaslandırma edə bilməmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin hallardan göründüyü kimi X3 Məmmədov 1.500 ABŞ dolları və 3.300 manat məbləğində pulu yaşadıqları ünvanda əməliyyat müvəkkili Şahid1 atasının buraxılması üçün vermiş və geri qalan miqdarın da onlara bildiriləcəyi diqqətlərinə çatdırılmışdır. İş materiallarında olan istintaq hərəkətinin protokollarından isə müəyyən edilir ki, qeyd edilən pul məbləği cinay ət yolu ilə əldə edilmiş əmlakın bir hissəsi kimi qiymətləndirilərək, İ.Məmmədov ilkin sorğu-sual zamanı həmin pulların “Bəhruz" adlı şəxsin göstərişi ilə əldə etdiyi narkotik vasitənin içindən götürdüyünü və deyilən yerə çatdırmalı olduğunu, həmin pulların narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunan pul olduğunu bildirmişdir. Belə olan halda, məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə olunduğunu bildirdiyi pul vəsaitlərinin sonradan onun ailə üzvlərinə qaytarılmasını məntiqi və ağlabatan hesab etmir. Əgər həmin pul vəsaiti narkotik vasitənin qazancından əldə olunmuşdursa, bu zaman ona məhkəmənin yekun hökmündə qiymət verilməli idi. Halbuki yuxarıda qeyd olunan faktlardan görünür ki, pul bəraət almış şəxsin ailə üzvlərinə qaytarılmışdır. Verilmiş ittihamın məzmunundan və sonrakı istintaq sənədlərindən isə göründüyü kimi, istintaq orqanı təqsirləndirilən şəxsin özünün məhz zorakılığa məruz qalması nəticəsində verdiyi etirafedici ifadələr əsasında qurulmuş ittihamın “Bəhruz” adlı şəxsin İlqar Məmmədova törətdiyi cinayətlə bağlı pul məbləği göndərməsi ilə bağlı hissəsindən imtina etmiş, habelə həmin pul məbləğlərini İlqar Məmmədovun üzərindən aşkar edilmiş digər bank kartları və əşyalarla birlikdə onun ailə üzvlərinə qaytarmışdır. Belə ki, X2 qardaşı X9 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, X4 məxsus 1 ədəd “Samsung” markalı mobil telefon, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus bank kartı, “Umico”ya məxsus alış-veriş kartı, sürücülük vəsiqəsi, həmçinin 1.500 ABŞ dolları və 3223 manat pul İlham Məmmə dova müstəntiq tərəfindən təhvil verilmişdir. (cild 1, iş vər. 176) Göründüyü kimi elə istintaq orqanının özünün hərəkətləri ilə faktiki olaraq xx.xx.2022ci il tarixli istintaq hərəkətinin protokollarında “İlqar Məmmədovun özünün etirafedici ifadələri” ilə səhnələşdirilmiş halların həqiqət olmadığı qənaətinə gəlinmiş və məhz bu yanaşmadan çıxış edilərək ilkin olaraq cinayət yolu ilə əldə edilmiş kimi göstərilən pul məbləğinin təqsirləndirilən şəxsin yaxın qohumuna qaytarılması kimi bir addım atılmışdır. Təqsirləndirilən şəxsin təhqiqat və ibtidai istintaq zamanı ona məxsus olmayan dövriyyəsi qadağan edilmiş maddələrin ona məxsus olmasına dair etirafedici ifadələr verməsinin səbəbi kimi polis əməkdaşlarının tələb etdikləri pul məbləğinin qalan hissəsini onlara (polislərə) verəcəyi təqdirdə onu buraxacaqları ilə aldatmaları ilə əsaslandırması məhkəmələr tərəfindən ağlabatan hesab edilmişdir. Qeyd edilən hal isə özlüyündə qanunvericiliyin tələblərinin kobud pozulması olmaqla, ümumilikdə iş üzrə aparılmış istintaq hərəkətlərinin qanuniliyini şübhə altına almağa əsas verməklə yanaşı, İ.Məmmədovun artıq yuxarıda sadalanan sübutlarla təsdiqini tapmış saxlanması ilə əlaqədar prosessual qanunvericiliyin tələblərinin pozulması, habelə ittihamın əsası kimi qoyulmuş istintaq hərəkətlərinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sübutların mötəbərliyinin digər sübutlarla şübhə altına alınması fonunda saxlandığı andan üzərində və avtomobilində heç bir qanunsuz predmet aşkar edilməmiş şəxsə münasibətdə qanunsuz tələblərin irəli sürülməsi kimi addımların atılmış ola biləcəyini təsdiq edir. Bundan başqa, İlqar Məmmədova qarşı edilmiş işgəncə faktına da dövlət ittihamçısı tərəfindən münasibət bildirilərək göstərilmişdir ki, “məhkəmə İlqar Məmmədovun bel nahiyyəsində aşkar olunmuş 1 ədəd qərtməkli yaranın, bənövşəyi rəngdə qançır izinin ölçüsü, konkret lokalizasiyası, hansı tarixdə, hansı şəraitdə, nə vaxt, hansı predmetlə, xx.xx.2022-ci il tarixdə yetirilməsini, izlərin polis əməkdaşları tərəfindən tutulmamışdan öncə məişət zəminində və yaxud sonradan alınıb-alınmamasını müəyyən etməmişdir”. Həmçinin dövlət ittihamçısı protestdə bildirmişdir ki, İlqar Məmmədovun avtomobilinə baxış zamanı və şəxsi axtarış zamanı çəkilmiş video-görüntülərdə təqsirləndirilən şəxsin paltarında zədənin olması, eləcə də İlqar Məmmədovun bədəninin açıq hissəsində xəsarət izi, qızartı və işgən cəyə dəlalət edən hansısa iz müəyyən edilməmişdir. Halbuki iş materiallarında olan 3 saylı İstintaq Təcridxanasından vəkilin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 20-12/393 nömrəli məktubda əks olunan məlumatlardan görünür ki, X8 xx.xx.2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına daxil olduğu zaman təlimata uyğun olaraq həkim baxışından keçirilmiş, İ.Məmmədov sorğu zamanı xəsarət aldığını bildirmişdir. Baxış zamanı İ.Məmmədovun qarnının ön divarında ön xətt boyunca cərrahi əməliyyatdan sonrakı çapıq toxuma, sol baldır nahiyəsində köhnə çapıq toxuma, bel nahiyəsində 1 ədəd qərtməkli yara, bənövşəyi rəngli qançır izi aşkar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətlərlə bağlı Bakı şəhəri Nərim anov rayon prokurorluğunda araşdırma aparılmış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-228/2023 saylı, 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov rayon prokurorluğunun müstəntiqi X5 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 noyabr 2022-ci il tarixli qərarından təqsirləndirilən şəxs X2 müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilmiş, təqsirləndirilən şəxs X2 müdafiəçisinin şikayətdə göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmış, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. Bəraət almış şəxsə işgəncə verilməsi və ondan etiraf ifadəsinin işgəncə verilməsi yolu ilə alınması ilə bağlı müdafiə tərəfinin irəli sürdüyü dəlillər üzrə ittiham tərəfinin ağlabatan və inandırıcı bir sübutu yoxdur. Əgər şəxs polis tərəfindən saxlanılarkən bədəni üzərində heç bir xəsarət yoxdursa və şəxs istintaq təcridxanasına daxil olarkən onun bədəni üzərində işgəncə izləri aşkar edilirsə, bu zaman, bu fakta obyektiv müşahidəçini qəne edə biləcək əsaslandırılmış, konkret mötəbər sübutlarla dəstəklənən bir cavab verilməlidir. Əgər bu qaydada bir cavab verilmirsə, bu zaman işgəncə faktı etiraf edilmiş olur və CPM-in 125-ci maddəsinin müddəları tətbiq olunur. Bundan başqa, protestə qeyd edilən və dövlət ittihamçısını narahat edən bir hal kimi qiymətləndirilən mə hkəmələrin işgəncə faktı ilə bağlı mövqeyi Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin müddəalarına, Azərbaycan Respublikasının qoşulduğu Beynəlxalq Konvensiyaların müddəalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququnun müddəlarına əsaslanır və Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarını gözləmək və qorumaq kimi bir borcun yerinə yetirilməsinə yönələn bir mövqedir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmiş sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, bəraətlə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya protestinin dəlilləri əsassızdır. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 1(101)-136/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət almış X8 barəsində olan cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(103)-890/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar