Məhkəmə qərarları › İş №1(102)-2040/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2040/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2040/2024 30.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli 1(103)-1358/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Səbuhi Hüseynov (sədrlik edən və məruzəçi), Azad Məcidov və Əhməd Quliyev) 28 aprel 2023-cü il tarixli, 1(101)-585/2023 nömrəli hökmü ilə xx xxx 1995-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına m əhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 3,744 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və ümumi təmiz çəkisi 5,504 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 11 sentyabr 2022-ci il tarixdə saat 10:40 radələrində ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nərim anov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin inzibati binasına gətirilib xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki tünd boz rəngli parçadan olan şalvarının sağ yan cibindən 1 ədəd polietilen torbacıqda 8 ədəd sellofan kəsiyi bükümlərdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,60 qram, 0,242 qram, 0,580 qram, 0,541 qram, 0,350 qram, 0,460 qram, 0,701 qram və 0,270 qram olmaqla, ümumi təmiz çəkisi 3,744 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 6 ədəd sellofan kəsiyi bükümlərdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 1,321 qram, 1,720 qram, 0,77 qram, 0,782 qram, 0,450 qram və 0,461 qram olmaqla, ümumi təmiz çəkisi 5,504 qram, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi), Emin Mehdiyev və Elmar Rəhimov) 07 noyabr 2023-cü il tarixli 1(103)-1358/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 1(101)-585/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il qərarının dəyişdirilərək, əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında daxilində cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ittiham verilməsi üçün əsas götürülmüş sübutlar ittiham üzrə müəyyən edilmiş halların təsdiq edilməsi üçün əsaslı deyildir. Belə ki, 16-cı Polis Bölməsində ona 3 polis əməkdaşı tərəfindən döyülərək təzyiqlərə və işgəncələrə məruz qalaraq, ona məxsus olmayan miqdarda narkotik vasitəni üzərinə qoymağa məcbur etmişlər. Halbuki ittiham aktında göstərilən miqdarda deyil, üzərində 1,5 qram narkotik maddə metamfetamin olmuşdur. Həmçinin istintaq zamanı ekspertizadan keçirilərkən, ondan analiz götürülməmiş, lakin analiz nəticəsi saxtalaşdırılmışdır. Məhkum ekspert rəyi ndə onun bədənində aşkar edilən xəsarətlərin mövcudluğunu, ittiham aktında göstərilən vaxtda deyil, iki gün qabaq saxlanıldığını qeyd etmiş və bildirmişdir ki, kamera görüntüləri bunu sübut edə biləcəyi halda, istintaq orqanı bilərəkdən onu əldə etməmişdir. Bundan başqa 16-cı Polis Bölməsinin əməkdaşları o, həbsdə olduğu müddətdə ona məlum olmayan İran vətəndaşı ilə əlaqə yaratmışlar. Bu da istintaqın düzgün aparılmadığını sübut edir. O, himayəsində 1 azyaşlı övladının olmasını və üzərində 1,5 qram metamfetamin olduğunu nəzərə alaraq, məhkəmə tərəfindən ona faktlara uyğun cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısı Nazim İmanovun kassasiya şikayətinin dəlillərinə münasibətini dinlə yib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməmə si məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, məhkəmələr işin halları tam araşdırmamış, onun əməlini əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə tövsif etmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə tövsif edilməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi” və “külli miqdar” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmün dən görünür ki, məhkəmə ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrlə yanaşı, şahidlərin ifadələrini, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin digər protokollarını tədqiq etmiş və həmin sübutlara qiymət verərək, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Belə ki, həmin sübutlarla məhkumun üzərində aşkar edilmiş heroinin 5,504 qram, metamfetaminin isə 3,744 qram, yəni külli miqdarda olması müəyyən edilmişdir. Məhkəmə kollegiya sı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, “təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. İşə baxan məhkəmələr Məhkum üzərindən 3,744 qram olan psixotrop maddə metamfetamini və 5,504 qram narkotik vasitə olan heroinin çoxsaylı xırda bükümlərdə olmasını, cinayət işinin materialları üz rə ilkin zamanı verdiyi ifadə, ***-***-**-** saylı mobil nömrədən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə göndərilən SMSlər narkotik vasitə və psixotrop maddəni satış məqsədilə saxlamasını təsdiq edən hallar kimi qiymətləndirmiş və buna əsasən nəticəyə gəlmişlər ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində və yaşadığı evdə aşkar edilmiş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmişdir. Məhkum kassasiya şikayətinin digər dəlili apellyasiya instansiyası məhkəməsinin qanun pozuntuları ilə keçirilməsi və müdafiə tərəfinin dəlillərinə qiymət verilməməsidir. Məhkum kassasiya şikayətində cinayət işinə baxarkən prosessual pozuntulara yol verilməsini, ona qarşı sürülən ittihamın təsdiq edilməsi üçün polis əməkdaşları tərəfindən təzyiqlərə və işgəncələrə məruz qaldığını göstərmişdir. Apellyasiya məhkəməsində məhkum tərəfindən irəli sürülmüş eyni məzmunlu dəlil qismən məhkəmə istintaqı həyata keçirilərkən araşdırılmış, məhkumun bu barədə verdiyi şikayətlə əlaqədar toplanmış cinayət işinin rədd materialı və təqsirlənd irilən şəxsin şəxsi işi tələb edilərək tədqiq edilmişdir. Araşdırma nəticəsində apellyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, İstintaq Təcridxanasına daxil olarkən məhkumun bədəninin üzərində olan sol dirsəyin sıyrığı, sol dizin qançırı və təpə nahiyəsinin şişkinliyinin polis əməkdaşları tərəfindən yetirilməsi müəyyən edilməmiş, məhkumun bu dəlilinə əsasən onun təqsiri müəyyən edən sübutların mümkünsüz olmasına dair nəticəyə gəlmək əsaslar yoxdur. Apellyasiya məhkəməsi ibtidai istintaq zamanı məhkumun təzyiqlərə məruz qalması barədə dəlilin əsassız olması barədə nəticəyə gəlmiş və gəldiyi nəticəni əsaslandırmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi iş üzrə tədqiq edilmiş sübutlara və işin hallarına uyğun olduğundan razılaşır. Belə ki, hazırkı cinayət işinə məhkəmələrdə baxılarkən cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyi məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Cinayət işi üzrə toplanmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq tam, hərtərəfli və obyektiv yoxlanılmış, sübutların mötəbərliyi və mümkünlüyü yoxlanmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarına həm birinci instansiya və həm də apellyasiya instansiyası məhkəməsində baxılarkən cinayət və cinayət prosessual qanunvericiliyinin müddəaları pozulmamış, apellyasiya instansiyası məhkəməsi hər bir dəlilə münasibət bildirərək qərarının təsviri-əsa slandırıcı hissəsində qiymətləndirmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlilləri əsassızıdır. Məhkumun apellyasiya şikayətində qaldırıldığı bütün dəlillər apellyasiya məhkəməsi tərəfindən araşdırılmış və onlara qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir, məh kəmələrin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli 1(103)-1358/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilməməsi, mübahisələndiri lən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 noyabr 2023-cü il tarixli 1(103)-1358/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar