Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2041/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X7 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən v erilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X3 xx xxxxxx 1964-cü il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 2. 11 sentyabr 2021-ci il tarixli ittiham aktına əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 27 sentyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X3 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, X3 özgə əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Sumqayıt şəhəri Təzə Corat qəsəbəsi, 72-ci məhəllədə yerləşən fərdi həyət evini ona satmaq adı ilə yalan vəd etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında 2016-cı ilin dekabr ayından 2017-ci ilin mart ayınadək 5500 manat, 2017-ci ilin iyul ayında ünvan 1 ünvanında 3350 (üç min üç yüz əlli) manat dəyərində qızl zinət əşyalarını alıb ələ keçirərək zərərçəkmiş şəxs Mahirə Hüseynovaya ümumilikdə 8850 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-62/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli hökmü ilə X1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması qərara alınmış, həmçinin mülki iddia qismən təmin edilməklə, Məhkum Zərərçəkmiş şəxs xeyrinə 8850 manat pulun tutulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
7. Zərərçəkmiş şəxs apellyasiya şikayətində təqsirləndirilən şəxs Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin maddəsinin sanksiyası hədində 3 il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi və mülk i iddia ərizəsinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Güləndam İsayeva ona qarşı ümumilikdə 16350 manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. İttiham tərəfindən ifadə vermiş bütün şahidlər təqsirləndirilən şəxsin ondan evin satılmasına görə 18.000 manat almasını və bu barədə Məhkum bunu etiraf etməsini təsdiq etmişlər. Şahidlər bütün pulların verilməsində iştirak etməsələr də, həmin məbləğin və ya evin Məhkum zərərçəkmiş şəxs tərəfindən tələb edilməsinin, Məhkum da bunu etiraf etməsini təsdiq etmişlər. Bu məbləğ həm cəza təyin edilməsinə, həm də mülki iddianın həcminə təsir etdiyindən, məhkəmənin bu hissəyə olan qiyməti il ə razı deyil.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-62/2022 nömrəli, 27 sentyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs onları təkrarlamaqla, məhkum X1 ondan evin satılmasına görə 18000 (on səkkiz min) manat aldığını iddia edib məhkuma təyin edilən cəzanın və verdiyi mülki iddianın tam təmin edditini mübahisələndirərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, işin yeni məhkəmə baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmi r və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya insta nsiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs məhkum edilmiş şəxsə təyin edilən cəzanın yüngül olduğunu və mülki iddiasının əsassız olaraq tam təmin edilmədiyini iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.21-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərm anının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
20. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətlərin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu dəlillərə bütövlükdə müvafiq əsaslandırma təmin edilməklə cavab verilmişdir.
21. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib h üquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
22. Hazırkı kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
23. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparıl madan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi c inayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarı dəyiş dirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-28/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.