Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2042/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1996-cı il tarixdə İmişli rayonu Çahar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Çahar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. 2. 04 may 2023-cü il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. İmişli Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə X4 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 08 sentyabr 2020-ci il tarixdən 07 fevral 2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin (bundan sonra MMC) Saatlı rayon filialında müqavilə əsasında kiçik satış nümayəndəsi və satış nümayəndəsi vəzifəsində işləyərkən, MMC ilə aralarında bağlanmış 08 sentyabr 2020-ci il tarixli əmək və tam maddi məsuliyyət daşıması haqqında müqaviləyə əsasən, vəzifəli şəxs kimi işəgötürənin ona verdiyi əmlaka (avadanlığa) qayğı ilə yanaşmalı və ona vurulan zərərin qarşısını almaq üçün bütün zəruri olan tədbirləri görməli, işəgötürənin ona verdiyi əmlakın (malların) salamatlılığının təmin olunmasına təhlükə törədən bütün hallar haqqında işəgötürənə müəyyən olunmuş qaydada və vaxtında yazılı surətdə məlumat verməli, əmlakın (avadanlığın) hərəkət i barədə işəgötürənə müəyyən olunmuş qaydada hesabatlar tərtib və təqdim etməli, iş vaxtı və ya iş vaxtından sonra işəgötürənin tapşırıqlarını icra edərkən qanuna zidd, təqsirli hərəkət və ya hərəkətsizliyi ilə işəgötürənə və ya digər şəxsə hər hansı bir ziyan vurduqda işəgötürən və ya ziyan vurduğu şəxs qarşısında şəxsən tam maddi məsuliyyət daşımalı və vurulmuş ziyanı şəxsən tam şəkildə ödəməli, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı olduğu halda, o, öz qulluq mövqeyindən istifadə edərək MMC-nin Saatlı rayon filialında yerləşən anbarından ona təhkim olunmuş P1.02.49.602.001418 nömrəli terminal ilə yazdığı satış fakturaları əsasında sifariş verdiyi müxtəlif növ alk oqollu və digər içkilərin satışını həyata keçirən İmişli rayonu, Çahar kəndi ərazisində yerləşən “Elvin market” adlı satış nöqtəsindən 200 manat, İmişli rayonu, Məzrəli kəndi ərazisində yerləşən “Deyanet market” adlı satış nöqtəsindən 35,40 manat, İmişli rayonu, Xubiyarlı kəndi ərazisində yerləşən “HETEM market” adlı satış nöqtəsindən 900 manat, Biləsuvar rayonu, 1 saylı qəsəbədə yerləşən “İmran qəsəbə 1” adlı satış nöqtəsindən 1381,62 manat, İmişli rayonu, Xəlfəli kəndi ərazisində yerləşən “İlyas market” adlı satış nöqtəsindən 823,42 manat, İmişli şəhəri, L.Vəliyev küçəsində “Zaur market” adlı satış nöqtəsindən 1113,60 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Razi market” adlı satış nöqtəsindən 20 manat, İmişli şəhəri, P.Həsənov küçəsində “Xaleddin market” adlı satış nöqtəsin dən 617 manat, İmişli şəhəri ərazisində yerləşən “Nail market” adlı satış nöqtəsindən 40 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Senan market” adlı satış nöqtəsindən 412,70 manat, İmişli şəhəri, L.Vəliyev küçəsində yerləşən “Eli market” adlı satış nöqtəsindən 603.56 manat, “Mehemmed market” adlı satış nöqtəsindən 324,50 manat, İmişli rayonu, Sarıxanlı kəndi ərazisində yerləşən “Malik market” adlı satış nöqtəsindən 5086,15 manat, İmişli rayonu, Qaralar kəndi ərazisində yerləşən “Niyameddin market” adlı satış nöqtəsindən 155,68 manat, İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən “Mehman market” adlı satış nöqtəsindən 375,68 manat, Biləsuvar rayonu, 4 saylı qəsəbədə yerləşən “Ehmed market” adlı satış nöqtəsindən 394,20 manat, İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən “Ni cat market” adlı satış nöqtəsindən 1022,40 manat, İmişli şəhəri, M.Əsədov küçəsində yerləşən “SERAB EVİ” adlı satış nöqtəsindən 2171,14 manat, İmişli şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən “Nergizim market” adlı satış nöqtəsindən 200 manat, İmişli rayonu, Yalavac kəndi ərazisində yerləşən “Terane market” adlı satış nöqtəsindən 150 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Ramin market şekerzavod” adlı satış nöqtəsindən 400 manat, Biləsuvar rayonu, 1 saylı qəsəbədə yerləşən “İmran m-t Qesebe” adlı satış nöqtəsindən 1300 manat, İmişli rayonu, L.Vəliyev küçəsində yerləşən “Umud market İmişli” adlı satış nöqtəsindən 50 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “Kerim market İmişli” adlı satış nöqtəsindən 612,48 manat, İmişli şəhəri, Aşıq Ələsgər küçəsində yerləşən “Rusl an market İmisli” adlı satış nöqtəsindən 550,20 manat, İmişli rayonu, Oruclu kəndi ərazisində yerləşən “Terekeme market Oruclu kendi” adlı satış nöqtəsindən 663,09 manat, İmişli şəhəri, H.Əliyev prospektində yerləşən “X7 Xestaxanasinin yanı” adlı satış nöqtəsindən 300 manat, İmişli şəhəri, B.İsmayılzadə küçəsində yerləşən “Vezir market” adlı satış nöqtəsindən 14,40 manat, Biləsuvar rayonu, 3 saylı qəsəbədə yerləşən "xxxx" adlı satış nöqtəsindən 26,70 manat olmaqla, ümumilikdə MMC-nə məxsus 19,943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat məbləğində pulu alaraq, MMC-nin xəzinəsinə təhvil verməyib, vahid niyyətlə əhatə olunan qəsdlə ona etibar olunmuş 19,943,92 (on doqquz min doqquz yüz qırx üç manat doxsan iki qəpik) manat pulu, yəni xeyli miqdarda özgə əmlakını mən imsəmə yolu ilə talayaraq, öz şəxsi ehtiyaclarına xərcləmiş və "xxxx" MMC-nə xeyli miqdarda ziyan vurmuşdur.
5. İmişli Rayon Məhkəməsinin 1(036)-53/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında, o cümlədən idarə, müəssisə və təşkilatlarda rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddətin təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla cəzasından çıxılması, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, hökmün dəyişdirilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 202 4-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 1(036)-53/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində məhkum ilk dəfə cinayət əməli törətməsi, əməlindən peşman olması, yaşadığı yer üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyanı tam ödədiyi üçün MMC-nin ondan şikayətçi olmaması, səhhətinin və maddi vəziyyətinin ağır olması kimi cəzasını yüngülləşdirən halların məhkəmələr tərəfindən faktiki olaraq nəzərə alınmadığını, işi ilə bağlı başqa rayonlara getməli olduğunu, lakin İmişli r ayonu hüdudlarını tərk etməsinə qadağası qoyulduğunu qeyd edərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarının dəyişdirilməsi, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 10.Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, b u instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz mün asibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməli olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcr ası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyi n edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasın a cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birlərmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. İstinad edilənlərə əsaslanmaqla Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisəsi edilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. Belə ki, məhkumun Azərbaycan Respublikası CM-n in 179.2.3 və 179.2.4-cü maddələri təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
25. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eləcə də cəzasını yüngülləşdirən hallar olaraq ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxs "xxxx" M MC-nə dəymiş maddi ziyanı tam ödəməsini, zərərçəkmiş hüquqi şəxsin heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb və onun cəmiyyətdən tam təcrid olunmadan islah edilməsinin mümkün olduğunu hesab edib, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə ilə bağlı olmayan 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, bununla da cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
26. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
27. M əhkum ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə dair kassasiya şikayətində qaldırdığı xahişinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Bu növdən olan cəzaya məhkum edilmiş şəxsə yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulur.
28. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində təsbit edilmiş qaydaya görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə az adlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.
29. Cinayət qanununun istinad edilən normasının məzmunundan göründüyü kimi, qanunverici konkret olaraq hansı növlərdən olan cəzaların şərti olaraq tətbiq edilməsinin mümkün olduğunu imperativ şərt kimi müəyyən etmiş, siyahıya daxil edilməmiş digər növdən olan cəzalara Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqi yolverilməzdir. Buna görə məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının şərti olaraq tətbiq edilməsinə dair kassasiya şikayətinin dəlilləri qanunvericiliyin tələblərinə zidd olduğundan əsassız hesab edilməli və təmin edilməm əlidir.
30. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etməsi üçün bütün mümkün imkanlar yaradılmış, faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını təsdiqləyir.
32. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-407/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.