Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2043/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və müdafiəçisi Müdafiəçi iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-302/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarından Məhkum və müdafiə çisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxxx 1955-ci il tarixdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində anadan olmuş, ailəli, orta təhsilli, işsiz, təqaüdçü, əvvəllər məhkum olunmayan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır. 2. 21 yanvar 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 25 sentyabr 2021-ci il tarixdə, saat 22 radələrində qızı Şahid2 keçmiş əriŞ əvvəllər də aralarında dəfələrlə mübahisə və münaqişəsi olmuş Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən evinə gələrək qızı Gülnarın ayrı yaşadığı evdə olmayıb onun evində olmasını iddia edərək Gülnarı çağırmasını tələb etməsi səbəbindən aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs onun, arvadı Şahid1 və qızı Gülnarın ünvanına nalayiq sözlər işlətdikdən sonra o, Zərərçəkmiş şəxs birdəfəlik yaxa qurtarmaq məqsədi ilə sonuncunu öldürmək niyyətinə gəlmiş və bu niyyətlə də Zərərçəkmiş şəxs üstünə hücum çəkib sonuncu ilə qarşılıqlı əlbəyaxa olan zaman evin həyətindəki masa üzərində olmuş məişət təyinatlı mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə, o cümlədən həyat üçün mühüm əhəmiyyət kəsb edən döş qəfəsinin ürək yerləşən nahiyəsinə z ərbələr endirib, döş boşluğuna nüfuz edərək iki tərəfli hemopnevmoraks, hər iki ağ ciyərin, perikardın, diafraqmanın, yumşaq toxumaların zədələnmələri ilə müşayiət olunan döş qəfəsinin sağ yarısının ön səthində bir, sol yarısının ön səthində iki ədəd, ayrı-ayrılıqda və ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa ağır zərər, həmçinin alt dodağın sol yarısında bir, döş qəfəsinin sol yarısının ön-bayır səthində üç, bayır səthində iki ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan deşilmiş-kəsilmiş yaralar olmaqla sağlamlığa yüngül zərər vurmaya aid olan, ümumilikdə 9 ədəd xəsarət yetirdikdən sonra arvadı Şahid1 onun əlindən bıçağı alaraq hərəkətlərini davam etdirməsinin qarşısını aldığı üçün öz iradəsindən asılı olmayan səbəblərə gö rə cinayət əməlini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. 4. 01 fevral 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
5. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-186/2022 nömrəli, 04 may 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 26 sentyabr 2021-ci il tarixdən hesablan ması hökm edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayəti verib törədilmiş cinayət əməlinin tövsifinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə dəyişdirilməsini xahiş etmişlər.
7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-420/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-186/2022 nömrəli, 04 may 2022-ci il tarixli hökmü cəza hissəsində dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə təyin e dilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 3 il 6 aya endirilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından Məhkum müdafiəçisi kassasiya şikayəti verib, müdafiə etdiyi şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir.
9. Həmçinin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, həmin qərardan Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi xahiş edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)409/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 1(104)-420/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-302/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmündən Məhkum və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-186/2022 nömrəli, 04 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
12. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
13. Müdafiəçi kassasiya şikayətinə Mə hkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və sonuncuya qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini xahiş edir.
14. Məhkum kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və törətdiyi əməlinin hüquqi tövsifi mübahisələndirilir. Məhkum cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsindən həmin Məcəllənin 126.1ci maddəsinə tövsif edilməsini xahiş edir.
15. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız hə min məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Müdafiəçi kassasiya şikayətində Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsinin və cəzasının yüngülləşdirilməsinin zəruri olduğunu iddia etməklə, xahişi ni faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
21. Məhkum kassasiya şikayətində törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15-cı maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
22. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 1(104)-302/2023 nömrəli, 26 may 2023-cü tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
24. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
25. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
26. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
28. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur.
29. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub o nun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
30. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin mənasına görə isə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqini mümkü n edən əsaslar kimi nəzərdən keçirilə bilərlər.
31. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin nəzərdə tutduğu (həmin Məcəllənin 62.1-ci maddəsində göstərilən halların dairəsinə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olu nan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir.
32. Qeyd olunan cinayət-hüquqi normalarına və məhkəmə kollegiyasının hüquqi mövqeyinə əsaslanmaqla müdafiəçinin kassasiya şikayətinin dəlilləri baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəzanın təyin edilməsi haqqında iddianın əsassız olduğu müəyyən edilir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və qeyd edir ki, məhkəmə Məhkum cəza təyin edərkən onun cinayəti törətdikdən bilavasitə sonra təqsirini boynuna almaqla könüllü məlumat verməsini, zərərçəkmiş şəxsə tibbi yardı m göstərilməsini və sonuncu ilə daha sonra barışıq əldə etdiyini cəzasını yüngülləşdirən hallar kimi, eyni zamanda məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alıb Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsaslanaraq ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, törədilən cinayətin böyük ictimai təhlükəlilik daşıdığını nəzərə alıb mövcud yüngülləşdirən halların Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiqinə əsas yaratmadığı barədə nəticəyə gəlmişdir.
34. Təyin edilən cəza maddi cinayət-hüquqi normalarına uyğun olduğundan və kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələrin müəyyən etdiyi işin hallarının Məhkum cə zasının yüngülləşdirilməsinə (barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi məsələsi daxil olmaqla) imkan yaradanlar kimi qiymətləndirməsi üçün əsas yoxdur.
35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
36. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
37. Şə xsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normas ının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
39. Baxılan işdə ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar hazırda mübahisələndirilən qərarında apellyasiya instansiya sı məhkəməsi tərəfindən istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırılmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsinin təsdiqi məhkum edilmiş şəxsin özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.
40. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələ üzrə gəldiyi nəticə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının əvvəlki qərarına uyğun olaraq yenidən baxılan apellyasiya müraci ətlərində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin bu hissədə də gəldiyi nəticəni təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini də şübhə altına almaq üçün əsas müəyyən etmir.
41. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qayd ada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm qəbul etmişdir.
42. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
43. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-302/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(104)-302/2023 nömrəli, 26 may 2023-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.