Məhkəmə qərarları › İş №1(102)-2044/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2044/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2044/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, halhazırda həbsdə olan Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi, “De Fendo” Vəkil Bürosunun vəkili Quliyev Anar Eldəniz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), S.İ.Əliyev və C.İ.Hüseynov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssis əsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 14 yanvar 2022-ci ildən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), R.A.Qaraqurbanlı və M.Ə.Abbasov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə şəxsiyyəti məlum olmayan “İrac” adlı İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə gi rərək, qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq, sonuncunun qanunsuz olaraq satış məqsədi ilə müəyyən edilməsi mümkün olmayan mənbədən və məlum olmayan vaxtda əldə edərək, müəyyən olunmayan qaydada Cəlilabad şəhərindən Biləsuvar şəhərinə doğru gedən M3 avtomobil yolunun 117-ci kilometrliyində yolun kənarında quraşdırılmış kilometraj nişanının altında yerləşdirdiyi bir ədəd qara rəngli sellofan torbada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1593,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroini, bir ədəd bükümdə təmiz çəkisi 1427,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilə n külli miqdarda metamfetamini, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryəki və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadonu 2021-ci il oktyabr ayının ortalarında həmin yerdən götürüb, sonradan «İrac» adlı şəxsin tapşırığına əsasən satılacaq həmin psixotrop maddənin və narkotik vasitələrin hər kiloqramına görə 1000 manat ödəniləcəyi şərti ilə onun deyəcəyi şəxslərə çatdırmaq üçün qanuns uz olaraq satış məqsədi ilə daşıyaraq, yaşadığı ünvan 1 ünvanına gətirib, orada olan saxlanc yerində saxlamış, 14 yanvar 2022-ci il tarixdə saat 23 radələrində «İrac» adlı şəxsin deyəcəyi məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə heroindən təmiz çəkisi 33,823 qram olan hissəsini bir bükümdə və psixotrop maddə metamfetamindən təmiz çəkisi 17,681 qram olan hissəsini bir bükümdə ayırıb əynindəki boz rəngli qış gödəkcəsinin sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 23:50 dəqiqədə Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq, Baş İdarənin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rə ngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 33,823 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin və bir ədəd bükümdə təmiz çəkisi 17,681 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin aşkar olunaraq götürülmüşdür. Bundan sonra keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 15 yanvar 2022ci il tarixdə saat 03:45 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin ikinci mərtəbəsində olan otaqdakı saxlanc yerində saxladığı bir ədəd bağlamada olmaqla bir ədəd bükümdə təmiz çəkisi 1560 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin, bir ədəd bükümdə təmiz çəkisi 1410 qram təşkil edən ağ rəngli kristallardan ibarət maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda metamfetamin, bir ədəd bükümdə təmiz çəkisi 65,556 qram təşkil edən tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə hesab edilən külli miqdarda tiryək və qəhvəyi rəngli, dairəvi formalı, üzərlərində “F/M40” yazısı həkk olunmuş, hər birində metadonun təsir maddəsinin miqdarı 0,04 qram olan 311 (üç yüz on bir) ədəd həbdən ibarət olmaqla metadonun təsir maddəsinin ümumi miqdarı 12,44 qram təşkil edən külli miqdarda narkotik vasitə hesab olunan metadon aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi, Məhkum barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamışdır. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxsin ifadəsinə əsasən, o, ünvan 3 ünvanında aptekdən qayınanası üçün dərman almağa getmək istəyərkən saxlanılmışdır. Daha sonra o, xx.xx.2022-ci il tarixdə saat 23:56-da yaşadığı mənzilə gətirilmişdir. Məhkum anası Şahid3 istifadəsində olan 070-314-7-60 mobil nömrəsinə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng edərək qapını açmasını xahiş etmişdir. Onlar müdafiəçinin iştirakı olmadan Məhkum yaşadığı evin ikinci mərtəbəsinə daxil olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 00:08-də həmin ünvanı tərk etmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 02:21-də Məhkum polis əməkdaşlarına məxsus ***-***-**-** mobil nömrədən Şahid3 istifadəsində olan 070-314-70- 60 mobil nömrəyə zəng edərək darvaza qapısını açmağı xahiş etmişdir. Anası Şahid3 qapını açdıqdan sonra hava soyuq olduğu üçün tez evə daxil olmuşdur. Sonuncu ifadəsində göstərmişdir ki, mətbəx pəncərəsinin önündə bir nəfər olduğunu görmüş, lakin Bəxtiyarın tanışları olduğunu düşünərək onun kim olduğu ilə maraqlanmamışdır. Bir müddət sonra evin qapısı döyülmüş bir nəfər polis əməkdaşı anasına Məhkum AR DİN Baş Narkotiklə Mübarizə İdarəsinə apardığını bil dirmişdir. Belə ki, iş materiallarına müdafiə tərəfinin vəsatəti ilə əlavə olunan videogörüntülərdən də göründüyü kimi hüquqlarını müdafiə etdiyi şəxsin yaşadığı evə polis əməkdaşları ittihamda qeyd olunduğu kimi bir dəfə yox, iki dəfə daxil olmuşdur. Hətta ilk dəfə hüquqlarını müdafiə etdiyi şəxsin yaşadığı evə baxış keçirilərkən onun yanında müdafiəçisi olmamışdır. Müdafiəçi hesab edir ki, şərh olunanlar aşkar olunan narkotik vasitələrin Məhkum məxsus olmasına şübhələr yaradır və bütün şübhələr onun xeyrinə təfsir olunmalıdır. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti məhkum tərəfindən geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bil dirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd edilən tələbini və Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 aprel 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara alır: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kolle giyasının 28 aprel 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar