Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2044/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının 08 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər - Aynur Rzayeva (sədrlik edən və məruzəçi), Fəhmin Hümbətov və Hafiz Əliyev) 13 oktyabr 2023-cü il tarixli 1(124)113/2023 nömrəli hökmü ilə 15 avqust 1995-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsi, 20 Yanvar küçəsi ev 14, mənzil 1-də qeydiyyatda olmaqla, Saray qəsəbəsi, Nazım Hikmət küçəsində qeydiyyatsız yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayə t əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 170.3-cü maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 69.3cü maddəsinə əsasən həbsdə saxlandığı 2 (iki) il 1 (bir) ay 4 (dörd) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti cəza olaraq 5 (beş) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəs ində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən, yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qazanc əldə etmə barədə vədlər verməklə cinayətk ar qrupun tərkibində cinayətkar fəaliyyətə cəlb edərək, Təqsirləndirilən şəxs2, X4 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 yanvar 2020-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs9 məxsus Sumqayıt şəhəri “Yaşıl dərə” bağlar massivində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı həyətdən tapdıqları dəmir parçası ilə sındırmaqla pəncərədən evə qanunsuz daxil olaraq, evin qonaq otağından 250 manat dəyərində 08/2013-cü il tarixdə Koreyada istehsal edilmiş 01 ədəd qara rəngli “LG” markalı 42LN540V model televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olar aq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışları Təqsirləndirilən şəxs2 və X4 ilə birlikdə 26 yanvar 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaq yolu ilə qanunsuz daxil olaraq, həmin həyətdə saxlanc yeri olan əl damının plastik qapısını açmaqla, əvvəlcədən özləri ilə götürdükləri açarla orada quraşdırılmış 1100 manat dəyərində 01 ədəd “Nova” markalı istilik sistemi aparatını sökərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışları Təqsirlə ndirilən şəxs2 və X4 ilə birlikdə 29 yanvar 2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığı zor tətbiq etməklə yerindən çıxardıb pəncərədən evə qanunsuz daxil olaraq, qonaq otağından 800 manat dəyərində 01 ədəd “Samsung” markalı televizoru və həmin otaqda olan servantdan 230 manat məbləğində nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1030 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tanışı X4 ilə birlikdə 06 fevral 2020-ci il tarixdə saat 20 radələrində Zərərçək miş şəxs3 məxsus Abşeron rayonu Saray qəsəbəsi M.Müşviq küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini əvvəlcədən özləri ilə götürdükləri mismar çıxardanla açaraq, pəncərədən evə qanunsuz daxil olaraq yataq otağındakı paltar dolabında olan 3 kiloqramlıq şüşə balonunun içərisindəki 3930 manat məbləğində nağd pulu, 1 kiloqramlıq şüşə balonunun içərisindəki 1 qəpiklərlə 6 manat məbləğində nağd pulu və ümumi dəyəri 3500 manat olan qızıl-zinət əşyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 10071 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşadət Ağayev (sədrlik edən və məruzəçi), Ruhiyyə Əsgərova və Azər İsmayılov) 08 may 2024-cü il tarixli 1(105)-85/2024 nömrəli qərar ı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və CM-in 170.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum əməlinin hüquqi tövsifi məsələsində səhvə yol vermiş, onun əməlində CM-in 170.3-cü maddəsinin əlamətlərinin olmamasına baxmayaraq, Məhkum barəsində birinc i instansiya məhkəməsi tərəfindən həmin maddə ilə qanunsuz və əsassız olaraq çıxarılmış ittiham hökmünü qüvvədə saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə, Məhkum və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 apellyasiya baxışı iclasında verdikləri ifadələrinə, Məhkum 25 yanvar 2020-ci il tarixədək şəxsi istifadəsində olan mobil telefonun məlumatlarına, mobil operatorlardan götürülmüş daxil və xaric olan zənglərin məzmununa qiymət verilməmiş, apellyasiya baxışı zamanı tədqiq olunmuş sübutlar barədə ümumiyyətlə apellyasiya qərarında qeyd edilməmişdir. Müdafiə tərəfi hesab edir ki, Məhkum əməlində CM-in 170.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin olmasını istisna edən bir sıra hüquqi əsaslar vardır, apellyasiya instansiy ası məhkəməsi həmin əsaslara düzgün qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin CM-in 170.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmiş şəxsin cinayətə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatıb-çatmamasını bilməsinin tövsif üçün əhəmiyyəti olmaması barədə mövqeyi tamamilə yanlışdır, həmin mövqe cinayət hüququnun nəzəriyyəsinə, hüququn təbiətinə, təqsirliliyin prinsiplərinə və təqsirsizlik prezumpsiyasına ziddir. Azərbaycan məhkəmələrinin CM-in 170.3-cü maddəsinə hüquqi yanaşması fərqli ola bilməz, maddi hüququn tətbiqi hamı üçün eynidir. CM-in 170-ci maddəsi ilə cinayət törətmiş şəxsin əməlində cinayətin subyektiv tərəfinin əlamətləri o vaxt mövcuddur ki, o, cinayətkar fəaliyyətə cəlb etdiyi şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasını bilsin, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etdiyini dərk etsin, bunu arzulasın və ya şüurlu surətdə buna yol versin. Yalnız bu halda şəxsin əməli CM-in 170-ci maddəsi ilə tövsif oluna bilər. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxs tərəfindən cinayətə cəlb edilən şəxsin yetkinlik yaşına çatmayan şəxs olmasının ona məlum olubolmamasının cinayət əməlinin tövsif edilməsinə aidiyyəti olmaması barədə mövqeyi tamamilə yanlışdır. Apellyasiya baxışı iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixədək o, Məhkum tanımamış, ilk öncə o, X3 tanımış, çayxanada görüşərkən Taleh onu Bəhramgillə tanış etmiş, onun Bəhramla heç bir danışığı və münasibəti olmamışdır. 25 yanvar 2020-ci il tarixdə Sumqayıt şəhəri “Yaşıl dərə” bağlar massivində yerləşən fərdi yaş ayış evindən oğurluq etməyi onun özü Talehə və Bəhramgilə təklif etmişdir, onu heç kim cinayət etməyə cəlb etməmiş, ona nə isə vəd etməmişdir. Mobil operatorlar tərəfindən verilmiş məlumatlardan da görünür ki, Məhkum adına qeydə alınmış və istifadəsində olmuş mobil telefon nömrələri ilə Təqsirləndirilən şəxs3la hər hansı kontaktı müəyyən olunmamışdır. Bundan başqa Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarında qeyd olunur ki, “Apellyatorun digər dəlili təqsirləndirilən şəxs Məhkum Təqsirləndirilən şəxs3 aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar qrupa cəlb etməsi və cinayət fəaliyyətinə cəlb etməsinin sübuta yetirilməməsidir ki, bu dəlil də əsaslı hesab edilə bilməz ona görə ki, CM-in 170.3-cü maddəsinin tövsifedici əlamətində yetkinlik yaşına çatmayan ı cinayətkar qrupa cəlb etmək üçün onu aldatmaqla, vədlər verməklə, hədə-qorxu gəlməklə törədilməsi nəzərdə tutulmayaraq sadəcə, CM-in 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədilməsi və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb edilməsindən bəhs edilir. Başqa sözlə desək təqsirləndirilən şəxsin əməlində CM-in 170.3cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün yetkinlik yaşına çatmayana qarşı zor tətbiq etmək və ya zor tətbiq etməklə hədələnməsi zəruri hal olmayıb, yalnız yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb edilməsi kifayət edir. Apellyasiya məhkəməsinin CM-in 170.3-cü maddəsinin dispozisiyasında göstərilən hərəkətləri düzgün qeyd etməmiş, həmin maddənin tərkib əlamətlərinin yaranması üçün yalnız yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb edilməsinin kifayət etməsini bildirməsi tamamilə yanlış göstərmiş, CM-in 170.3-cü maddəsinin tərkib əlamətlərini düzgün izah etməmişdir. Belə ki, CM-in 170.1-ci maddəsində qeyd olunur ki, on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədəqorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə. Maddənin məzmunundan görünür ki, cinayətin subyekti olan 18 yaşına çatmış şəxs yetkinlik yaşına çatmayanı 3 üsulla cəlb etməlidir: aldatmalı, vədlər verməli və ya hədə-qorxu vasitəsi ilə cinayətə cəlb etməlidir. Cinayət Məcəlləsində cəlb etmənin başqa üsulları müəyyən olunmamışdır. Bu adi cəlb etməyə aiddir. Cinayət Məcəlləsinin 170.3-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin 170.1 və ya 170.2-ci mad dələrində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə. Bu maddənin dispozisiyasından görünür ki, 18 yaşına çatmış şəxs yetkinlik yaşına çatmayana zor tətbiq etməli və ya zor tətbiq etmək hədəsi ilə cəlb etməli, yaxud cinayətkar qrupa cəlb etməli, yaxud ağır və ya xüsusilə ağır cinayət törətməyə cəlb etməlidir. Yəni, CM-in 170.1-ci maddəsində nəzərdə tutulan aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cəlb etmə cinayətkar qrupa cəlb etmə ilə nəticələnməlidir. Maddənin məzmunundan açıq-aydın şəkildə müəyyən olunur ki, təqsirləndirilən şəxs Məhkum o halda CM-in 170.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətmiş olur ki, o, yet kinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 cinayətkar qrupa 3 üsuldan birindən istifadə etməklə - aldatma, vədlər vermə və ya hədə-qorxu gəlməklə cəlb etməlidir. Bunlar yoxdursa, burada ümumiyyətlə cəlb etmə yoxdur və xüsusən də cinayətkar qrupa cəlb etməkdən bəhs oluna bilməz. Məhkum yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 aldatmadan, vədlər vermədən və ya hədə-qorxu gəlmədən cinayətkar qrupa hətta cəlb etmiş olsa da, onun əməlində CM-in 170.3-cü maddəsinin əlamətləri istisna olunur. Apellyasiya Məhkəməsi CM-in 170.3-cü maddəsinin tərkib əlamətlərini düzgün göstərməmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, birinci və apellyasiya instansiyaları məhkəmələri təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə təqsirli bilinməsini 2020-ci ildə ibtidai istintaq dövründə ifadə vermiş Təqsirləndirilən şəxs3 və Məhkum ifadələrini birinci və apellyasiya instansiyası məhkəmələrində verdikləri ifadələrdən üstün hesab etmişlər. Cinayət işi Abşeron Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-in 318.2-ci maddəsinə əsasən ibtidai istintaqa qaytarıldıqdan sonra təkrarən aparılan ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər ifadələr vermişlər, aralarına üzləşdirmə istintaq hərəkətləri aparılmışdır. Təqsirləndirilən şəxs Məhkum 29 aprel 2022-ci il tarixdə verdiyi ifadəsinə məhkəmə ümumiyyətlə qiymət verməmiş, 29 aprel 2022-ci il tarixli ifadəsində təqsirləndirilən şəxs Məhkum Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmayan şəxs olduğunu bilmədiyini, İsmətin təxminən 23-24 yaşlarında olduğunu bildiyini, onlar birlikdə cinayət törəd ən zaman aldatma, vədlər vermə, hədə-qorxu gəlmə, zor tətbiq etmə və ya zor tətbiq etmək hədəsi ilə törətmədiklərini, oğurluğu etməyi onlara İsmətin özü təklif etdiyini, İsmətin əvvəllər də oğurluq cinayəti etdiyini və bu barədə onlara bildirdiyini göstərmişdir. Oğurluq hadisəsi törədilən vaxt yetkinlik yaşına çatmasına 3 ay qalmış yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 26 fevral 2022-ci il tarixə ibtidai istintaqa verdiyi ifadəsində, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsində məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, onun yetkinlik yaşına çatmayan şəxs olduğunu həmin şəxslərdən heç kim bilməmişdir, onlara öz yaşını bildirməmişdir, onlar birlikdə oğurluq törətdikləri zaman onu aldatmamış, vədlər verməmiş, hədə-qorxu gəlməmiş, ona qarşı zor tətbiq etmə və zor tətbiq etmə həd əsi ilə yaxınlaşmamışdırlar, hətta 25 yanvar 2020-ci il tarixdə o özü həmin şəxslərə oğurluq hadisəsini törətməyi təklif etmişdir. Məhkum həmin vaxtadək tanımamış, Taleh Qənbərov vasitəsilə Bəhramı və digər təqsirləndirlən şəxsləri tanımışdır. Digər Təqsirləndirilən şəxs2 ibtidai istintaqda, birinci instansiya məhkəməsində verdiyi ifadələrində Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmış şəxs olduğunu bilmədiyini, İsmətin təxminən 19-20 yaşlarında olduğunu bildiyini, cinayəti törədən zaman aldatma, vədlər vermə, hədə-qorxu gəlmə, həmin şəxsə qarşı zor tətbiq etmə və zor tətbiq etmə hədəsi ilə törətməmişdirlər, hətta bəzən İsmət özü onlara oğurluğu törətməyi təklif etdiyini bildirmişdir. Məhkum əməlinin hüquqi tövsifində yanlışlığa yol verilməklə yanaşı məhkəmə tərəfindən ona verilən cəza olduqca sərtdir, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, məhkumun şəxsiyyətinə uyğun deyildir. Müdafiəçi hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli qərarında Məhkum əməlində Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsinin olması barədə əsaslandırma düzgün olmamışdır, maddənin dispozisiyasında göstərilən cinayətin obyektiv cəhəti barədə məhkəmənin qərarında qeyd olunanları da düzgün hesab etmək olmaz. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasi ya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci və apellyasiya instansiya məhkəmələri sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə tövsif edərək barəsində ittiham hökmü çıxarmışlar. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CM-in 170.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə nəzərdə tutulur. Eyni əməllərlə yetkinlik yaşına çatmayanı cinayətkar qrupa cəlb etmə həmin maddədə ağırlaşdırıcı tövsifedici əlamət kimi nəzərdə tutulur və bu əməli törətmiş şəxs cinayət məsuliyyətinə CM-in 170.3-cü maddəsi ilə cəlb olunur. Qanunların yuxarıda qeyd edilən normalarına əsasən 18 yaşına çatmış şəxsin CM-in 170.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün onun yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar qrupuna cəlb etməsi məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin onun tərəfindən cinayətkar fəaliyyətə cəlb edilən şəxsin yetkinlik yaşına çatmaması barədə bilib-bilməməsi, habelə yetkinlik yaşına çatmayan şəxsi cinayətkar qrupa cəlb etmə üsulları əməlin tövsifi üçün əhəmiyyət kəsb etmədiyi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin m övqeyinin yanlış olmasına dair kassasiya şikayətinin dəlili ilə razılaşaraq, qeyd edir ki, şəxsin əməlinin CMin 170.1 və 170.3-cü maddələri ilə tövsif edilməsi üçün bu halların müəyyən edilməsi zəruridir. Belə ki, həmin cinayət əməli qəsdən törədilir və 18 yaşına çatmış şəxsin cinayətkar fəaliyyətə cəlb olunanın yetkinlik yaşına çatmadığını bilməməsi onun əməlində CM-in 170ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmasını istisna edir. Habelə CM-in 3-cü maddəsinin tələblərinə görə əməlin həmin Məcəllənin 170.3-cü maddəsi ilə tövsif etməsi yetkinlik yaşına çatmayanı cinayətkar qrupa yalnız həmin maddədə nəzərdə tutulmuş üsullarla cəlb edildiyi halda mümkün olur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri nəticəyə gəlmişlər ki, ci nayət işi üzrə sübutlarla müəyyən edilmişdir ki, Məhkum Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmaması barədə bilmiş və qazanc əldə etməyə vəd verməklə onu cinayətkar qrupa cəlb etmişdir. Ona görə də apellyasiya məhkəməsi tərəfindən öz qərarında bu səhv mövqenin əks etdirilməsi özü-özlüyündə həmin qərarın ləğv edilməsinə əsas vermir. Bundan başqa birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı və Abşeron Rayon Məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələr əsasında nəticəyə gəlmişdir ki, Məhkum 25 yanvar 2020-ci il tarixdə yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qazanc əldə etmə haqqında vədlər verməklə onu digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, T.V.Qəmbərov və özündən ibarət cinayətkar qrupa cəlb etmiş və Təqsirləndirilən şəx s3 həmin cinayətkar qrupun tərkibində həmin tarixdə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq törətmişdir. Kassator öz şikayətində qeyd edir ki, Məhkum digər məhkum Təqsirləndirilən şəxs3 yetkinlik yaşına çatmamasının bilməsi, habelə 25 yanvar 2020-ci il tarixdə oğurluğun onun təklifi ilə törədilməsi sübutlarla təsdiq olunmamış, məhkəmələrin bu barədə gəldikləri nəticə əsassızdır. Məhkəmə kollegiyası bununla əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum ibtidai istintaqda 20 may 2020-ci il və 19 iyun 2020-ci il tarixlərdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixdə o, tanışları Təqsirləndirilən şəxs2, Taleh Qəmbərov və Təqsirləndirilən şəxs3la görüşmüş və onların maddi vəziyyət inin pis olmasını görüb onlara oğurluq etməyi təklif etmişdir. Oğurluq etməyi təklif edərkən o, Təqsirləndirilən şəxs3 18 yaşına çatmadığını bilmiş, sadəcə olaraq ona da pul qazanması üçün onlarla birlikdə oğurluq etməsini təklif etmişdir. İbtidai istintaq zamanı 18 iyun 2020-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixdə Məhkum onlara pul qazanmaq məqsədi ilə oğurluq etməyi təklif etmişdir. İbtidai istintaq zamanı 02 may və 19 iyun 2020-ci il tarixlərdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixdə Məhkum onlara pul qazanmaq məqsədi ilə oğurluq etməyi təklif etmiş, Bəhram bilmişdir ki, o 1 8 yaşından kiçikdir. Məhkum Azərbaycan Respublikası CM-in 170.1, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 170.1, 29,177.2.2, 29, 177.2.3, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 194.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılan zaman 19 yanvar 2021-ci il tarixdə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, 25 yanvar 2020-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2, Taleh Qəmbərov və Təqsirləndirilən şəxs3 maddi vəziyyətləri aşağı olması ilə əlaqədar o, qaza nc əldə etmək məqsədi ilə onlara oğurluq etməyi təklif etmiş, həmin təklif edərkən o, Təqsirləndirilən şəxs3 18 yaşına çatmadığını bilmişdir. Məhkum və Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs3 qazanc əldə etmə haqqında vədlər verməklə onu cinayətkar qrupa cəlb etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olduğuna görə Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərarı ilə dövlət ittihamçısının vəsatəti təmin edilmiş və Məhkum və Təqsirləndirilən şəxs1 hərəkətlərində daha ağır cinayətin – CM-in 170.3-cü maddəsinin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən onlara qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilmiş və təqsirləndirilən şəxslərə daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cina yət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Bundan sonra Məhkum və Təqsirləndirilən şəxs3 öz ifadələri dəyişərək, həm onlara qarşı yeni ittihamın sürülməsi ilə əlaqədar keçirilmiş ibtidai istintaq zamanı, həm məhkəmə iclaslarında göstərmişlər ki, Məhkum Təqsirləndirilən şəxs3 18 yaşına çatmayan şəxs olmasını bilməmiş, ona 25 yanvar 2020-ci il tarixdə qazanc əldə etmək üçün oğurluq etməyi təklif etməmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutlara qiymət verərkən nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslərin işin Abşeron Rayon Məhkəməsinə göndərilənədək aparılmış ibtidai istintaqda verdikləri ifadə həqiqətə uyğun və düzgün ifadələrdir, onların həmin ifadələri sonradan dəyişmələri Məhkum daha ağır ittihamdan müdafiə etmək və d aha ağır cəzadan yayınmaq məqsədini daşımışdır. Ona görə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin sonrakı ifadələri həqiqəti əks etdirməyən və mötəbər olmayan sübutlar kimi qiymətləndirmişdir. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, Məhkum Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə təqsirinin təsdiq edilməsi barədə gəldiyi nəticəni əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən Təqsirləndirilən şəxs3 18 yaşına çatmayan şəxs olması barədə bilməyi və qazanc vəd edərək ona oğurluq etməyi barədə ifadənin həm ibtidai istintaq, həm Abşeron Rayon Məhkəməsinin məhkəmə iclasında sərbəst və müdafiəçilərin iştirakları ilə verilməsini, bununla əlaqədar onun daha ağır cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi ortaya çıxdı qdan sonra ifadəni dəyişərək həmin halların təkzib edilməsini nəzərə alaraq hesab edir ki, məhkəmələr təqsirləndirilən şəxslərin ifadələrinə düzgün qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişlər ki, onların ilkin ifadələri həqiqətə uyğun və obyektiv ifadələrdir. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları və işin hallarını nəzərdən keçirib hesab edir ki, işə baxan birinci və apellyas iya instansiyası məhkəmələri Məhkum əməlini Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərb aycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istint aqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasınd a apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya m əhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə m üvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmi n edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2044/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2044/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver