Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2045/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Zaur Nazim oğlu Hüseynovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və bəraət almış şəxs X5 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(106)-161/2025 nömrəli qərarından Dövlət ittihamçısı3 t ərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Nahid Hüseynov və Esmira Məmmədova) 02 oktyabr 2024-cü il tarixli, 1(099)-246/2024 nömrəli hökmü ilə 23 iyul 1987-ci ildə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xocavənd rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 6-da yaşayan X7 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3 -cü maddələri ilə bəraət verilmiş, 10 iyul 1982-ci ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli Y/M “AB” Massivi, ev 70, mənzil 13-də qeydiyyatda olmaqla yaşayan X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, 06 noyabr 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 10 2-də qeydiyyatda olmaqla yaşayan X8 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, 17 dekabr 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Bakı şəhəri, Səbail rayonu, F.Qurbanov küçəsi, ev 11, mənzil 8/11-də qeydiyyatda olmaqla yaşayan X29 oğlunun təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X19, X12, X20 CM-in 234.4.1 və 234.4.3-cü maddələri, X13 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirmişlər ondan ötrü ki, X19, X12, X20 və X1 miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladıqları ümumi təmiz çəkisi 5,85 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 21,255 qr am, 0,961 qram və 0,589 qram olmaqla, ümumi təmiz çəkisi 22,805 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 4,540 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrı-ayrı bükümlərdə qablaşdırılmış halda siqaret qutusunda olmaqla idarə etdiyi “Kia Optima” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında daşıyaraq saxlamışlar, həmçinin Elgün Əliyev soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşyanı isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerində daşıyaraq saxlamış, 08 may 2023-cü il tarixdə saat 10 radələrində Hacıqabul Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yerləşən YPXA-nın 7-ci tağımının 720 saylı postunda avtomobillə saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə gətirilib “Kia Optima” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman yuxarıda qeyd olunan külli miqdarda narkotik vasitə olan heroin, qurudulmuş marixuana və külli miqdarda psixotrop maddə olan metamfetamin avtomobilin arxa sərnişin oturacağından, bir ədəd soyuq silah hesab edilən kustar üsulla beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik əşya isə həmin avtomobilin ön sərnişin oturacaqlarının arasında yerləşən saxlanc yerindən aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının (hakimlər Pərviz Hacıyev (sədrlik edən və məruzəçi), Elçin Xasməmmədov və Pərviz Əhmədov) 24 aprel 2025-ci il tarixli, 1(106)-161/2025 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli, 1(099)-246/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(106)-161/2025 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tər əfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, şəxslərin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X14, X6 və X15 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, X18 isə CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, hökmdən və qərardan görünür ki, hər iki məhkəmə instansiyaları işin faktiki halları barədə mövqelərini əsaslandırarkən yalnız təqsirləndirilən şəxslər Nasir Məmmədovun, Mehman Mirzəyevin, Ruslan Cavadovun və Elgün Əliyevin məhkəmədə verdikləri özlərini müdafiə xarakterli ifadələrinə, eləcə də özlərinin subyektiv mülahizələrinə istinad etmişlər, həmin məsələ üzrə gəldiyi nəticələri məhkəmə istintaqında bilavasitə araşdırılmış sübutların məcmusu, o cümlədən təqsirləndirilən şəxslər Nasir Məmmədovun və Ruslan Cavadovun ibtidai istintaq zamanı verdikləri ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış, baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları, telefon məlumatları, ekspertiza rəyləri, əməliyyat məlumatları və digər iş materialları ilə əsaslandırmamışlar, bununla da bir sübutun qəbul edilməsi və digər sübutun rədd edilməsinin əsaslarını hökmdə və qərarda göstərməmişlər. Beləliklə, Şirvan Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunveric iliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etmiş və bunun nəticəsi olaraq X14, X6 və X15 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, X18 isə CM-in 228.4, 234.4.1 və 234.4.3cü maddələri ilə əsassız bəraət verilmiş, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protesti nin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya i nstansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X7, X2 və X8 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, X13 isə CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla X7, X2 və X8 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, X13 isə CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrə istinadə n yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxslərin təqsirsiz olmaları barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinay ət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. İstintaq orqanı X14, X6, X15 və X18 yuxarıda qeyd edilmiş maddələrlə ittiham elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı təqsirləndirilən şəxslərin onlara qarşı irəli sürülmüş ittiham üzrə təqsirlərini təsdiq etmək üçün məhkəməyə məhkum N.Q.Məmmədovun və R.B.Cavadovun ifadələrini, nəqliyyat vasitəsinin baxışında iştirak etmiş polis əməkdaşları X3, X4, X16 və X17 şa hid ifadələrini, üzərilərində şəxsi axtarış keçirilmələri və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokolları, məhkəmə-kimyəvi və bioloji ekspertizasının rəylərini təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, X7, X2 və X8 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə, X13 isə CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməllərini törətmələri mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək müəyyən etmişdir ki, X7, X2, X8 və X13 təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutlar ın əldə edilməsi zamanı qanun pozuntularına və səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yo l verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, X7, X2, X8 və X13 hər hansı bir şəxsdən narkotik vasitəni alması və ya həmin narkotik vasitəni kiməsə satması müəyyən edilməmiş, barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ittiham yalnız maddi sübuta, yəni təhqiqatçı tərəfindən axtarış keçirilməsi zamanı onların olduqları avtomaşında narkotik vasitənin tapılmasına əsaslanılmışdır. Digər sübutlar – N.Q.Məmmədovun və R.B.Cavadovun cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri ifadələr, polis əməkdaşlarının axtarışın və baxışın aparılması və həmin istintaq hərəkətlərinin nəticələri barədə şahid ifadələri və baxış nəticəsində əldə edilmiş maddələrin narkotik vasitə olması barədə ekspert rəyidir. Eyni ilə soyuq silahın qanunsuz olaraq gəzdirməsi barədə E.E.Əliyevə qarşı irəli sürülmüş ittiham da soyuq silah hesab edilən beşbarmağın həmin avtomaşında aşkar edilməsinə əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə iclasında verdikləri ifadələrdə X21, X12, X20 və X22 bildirmişlər ki, nə onların üzərlərində, nə də getdikləri avtomobildə hər hansı narkotik vasitə olmamışdır. X22 avtomobildə beşbarmağın olması barədə məlumatının olmadığını, X21 isə beşbarmağın ona məxsus olduğunu göstərmişdir. Eyni zamanda, X21 və X20 izah etmişlər ki, ibtidai istintaq zamanı avto mobildən aşkar edildiyi iddia olunan narkotik vasitələrin X6, beşbarmağın isə X18 məxsus olması barədə verdikləri ifadələr polis əməkdaşları tərəfindən onlara qarşı tətbiq edilmiş zorakı hərəkətlərin təsiri altında alınmışdır. İttiham sübutlarının birinci instansiya məhkəməsi tərəfindən yoxlanılması zamanı müəyyən edilmişdir ki, həmin sübutların əldə edilməsi zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqları kobud şəkildə pozulmuş, eləcə də bu sübutların mümkünlüyünə və mötəbərliyinə ciddi şübhə yaradan digər hallar (təqsirləndirilən şəxslərin bədənlərində xəsarətlərin olması, nəqliyyat vasitəsinə baxışın saxladığı DYP postunda deyil, polis əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin polis şöbəsinə aparılmasından və orada müəyyən müddət saxlanıldıqdan sonra keçirilməsi və sair) aşkar edilmişdir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin təqsirlərini təsdiq etmək məqsədilə məhkəməyə təqdim edilmiş hər bir sübutun mümkünlüyünə və mötəbərliyinə əsaslı şübhə yaradan halları hökmdə ətraflı şəkildə göstərmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, X14, X6, X15 və X18 qarşı irəli sürülmüş ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protesti üzrə işə baxarkən sübutları təkrarən araşdırmış və nəticədə belə qənaətə gəlmişdir ki, ittihamın əsasını yalnız istintaq orqanı tərəfindən toplanmış qeyri-mötəbər və ziddiyyətli sübutlar təşkil etmişdir. Təqsirləndirilən şəxslər Nasir Məmmədovun və Ruslan Cavadovun ibtidai istintaq vaxtı verdikləri ifadələrinə qiymət verərək, məhkəmələr nəticəyə gəlmişlər ki, həmin sübutlar həm onların mümkünlüyünü istisna edən və mötəbərliyinə şübhə yaradan yuxarıda göstərilən hallara görə, həm digər mötəbər sübutlarla təsdiq edilmədiyi üçün təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. Məhkəmələr tərəfindən sübutlara bu qaydada qiymət verilməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2 və 126.6-cı maddələrinin tələblərinə tam uyğun gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, təqsirləndirilən şəxslərin təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq yoxlanılması və qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası Ruslan Cavadova qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Hacıqabul rayon prokurorluğunda qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Avropa Məhkəməsinin bu məsələyə dair kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmələr Nasir Məmmədov, Mehman Mirzəyev, Ruslan Cavadov və Elgün Əliyevin təqsirləndirilmələrinə dair cinayət işi üzrə araşdırma apararkən həmin presedentlərə əsaslanaraq öz mövqeyini əsaslandırmışlar. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübh ələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittiha mın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X19, X12, X20 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində və X13 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X9, X2, X8 və X13 təqsirlərinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsasland ırmışdır. Belə olan halda dövlət ittihamçısının məhkəmələr tərəfindən sübutların cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilməməsi, məhkəmələrin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, X9, X2, X8 CM-in 234.4.1 və 234.4.3-cü maddələrində və X13 CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsinin qanunsuz olması haqqında mülahizələri və müvafiq olaraq onun kassasiya müraciəti əsaslı sayıla bilməz. İşdən görünür ki, birinci instansiya məhkəməsinin X19, X12, X20 və X22 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Mes sege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 apre l 2025ci il tarixli, 1(106)-161/2025 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X19, X12, X20 və X22 barələrində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2025-ci il tarixli, 1(106)-161/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2045/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2045/2025
26.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver