Məhkəmə qərarları › İş №1(102)-2046/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2046/2024

23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2046/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və müdafiəçi “De Fendo” Vəkil Bürosunun vəkili Ağayev Oktay Ağarəşid oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkə məsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 1(100)-143/2024 nömrəli (hakimlər: Rüstəmov Elmin İltizam oğlu (sədrliyi), Mahmudov Faiq Nüsrət oğlu və İmanov Dadaş Hüseyn oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1982-ci ildə x rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, xxx kəndində qeydiyyatda olan və xxx kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrlə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmənin başlanğıcının 8 mart 2023-cü il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmişdir, Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinib məhkum edilmiş, iş üzrə maddi sübutlara və məhkəmə məsrəflərinə dair məsələlər həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 17 aprel 2024-cü il tarixli 1(104)-211/2024 nömrəli (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında tanışı Məhkum ilə spi rtli içki məclisi qurub yeyib içərkən hər ikisi pullarının olmadığını, asan yolla pul qazanmalı olduqları barədə söhbət edərkən Təqsirləndirilən şəxs Məhkum tanışı Zərərçəkmiş şəxs pulunu əynində olan tumanının cibində saxladığını, ünvan 2 ünvanın giriş qapısının açarının üzərində olduğunu, bu yolla evə girə biləcəklərini, Zərərçəkmiş şəxs tək yaşadığına görə asanlıqla zərərsizləşdirə biləcəklərini, lakin Zərərçəkmiş şəxs onu tanıdığı üçün ifşa olunmamaqdan ötrü səsini çıxara bilməyəcəyini dedikdə Məhkum həmin təkliflə razılaşaraq pulu Zərərçəkmiş şəxs özünün tələb edib götürə biləcəyini deməsi ilə qabaqcadan Məhkumlə cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib, yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq etməklə, h ücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və bu cür zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın törədib, tamah niyyətilə Zərərçəkmiş şəxs üzərində olan pulu, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin açarını, Məhkum isə istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçağı götürüb onun istiqamətləndirməsi ilə hər ikisi ünvan 3 ünvanının yaxınlığına gəlib evi kənardan xx.xx.2023-cü il saat 02 radələrinədək müşahidə edərək küçənin sakinlərdən tam boşalmasını gözlədikdən sonra Təqsirləndirilən şəxs əynində olan köynəyin papağı ilə, Məhkum isə paltarla üzünü bağlayıb maskalandıqdan sonra hər ikisi evə yaxınlaşmış, üzərində olan açarla evin kilidini açdıqda n sonra hər ikisi qanunsuz olaraq evin həyətinə, oradan da yataq otağına daxil olmuşlar, əvvəlcə Məhkum masanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 250 manat dəyərində «İphone 6S» markalı və 1 ədəd 130 manat dəyərində «Samsung Qalaxy Noteİİ» markalı mobil telefonu götürmüş, bundan sonra aralarındakı razılaşmanın davamı olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onları görməsini çətinləşdirmək məqsədilə oradakı əl fənərini götürüb işığını yatmış vəziyyətdə olan Zərərçəkmiş şəxs üzünə tutub əlini sonuncunun sinəsinə qoyub Zərərçəkmiş şəxs yuxudan oyandırdıqda sonuncu dərhal yerindən qalxıb çarpayıda oturmuş vəziyyətdə dayanmış, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbələr endirib, sonuncuya fiziki ağrı yetirə-yetirə Məhkum isə əlindəki istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçağı silah qismində istifadə edib tiyəsini sonuncunun qarın nahiyəsinə dirəyərək “ölmək istəmirsənsə pulu ver...”- deyib həyat və sağlamlıq üçün təklükəli zorakılıq tətbiq edəcəkləri barədə hədə-qorxu gəlmiş, bu zaman Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sinəsindən itələyib çarpayıya uzandıraraq müqavimətini sındırdıqda Məhkum Zərərçəkmiş şəxs tumanının cibində olan 1130 manat pulunu, 340 manat ekvivalentində 200 ABŞ dollarını götürüb, hər ikisi qaçaraq evdən çıxıb uzaqlaşmaqla, sonuncunun cəmi 1850 manat dəyərində pul və əmlaklarını ələ keçirməklə quldurluq etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkumu n barəsindəki hər iki məhkəmə instansiyasının qərarı qanunsuz və ədalətsizdir, iş materiallarında olan sənədlər, hökm və qərardan da aydın görünür ki, Təqsirləndirilən şəxs ifadəsini dəyişməsi, ibtidai istintaq orqanının qərəzli mövqeyi və zərərçəkənin Məhkum heç bir şikayətinin və tələbinin olmadığı nəzərə alınmamışdır. Belə ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum əməli düzgün tövsif edilməmişdir. Belə ki, hər hansı bir quldurluq cinayətindən söhbət gedə bilməz. Məhkum yalnız oğurluğa cəhd etmişdir ki, onu da özündən asılı olmayan səbəbdən sona çatdıra bilməmişdir. Məhkum zərərçəkmiş şəxsin evinə qulldurluq yox, oğurluq niyyəti ilə getmişdir. Cinayəti təşkil etmiş şəxs Təqsirləndirilən şəxs həmin evə gedərkən evdə adam olması ilə bağlı Məhkum əvvəlcədən xəbər verməmişd ir. Sadəcə olaraq evə gizli şəkildə girib evdən oğurluq edəcəklərini bildirmişdir. Məhkum isə Təqsirləndirilən şəxs inanmışdır. Lakin evə daxil olarkən Abbas öndə gedərək otaqlardan birinə daxil olub fanarla işıq salarkən yataqda bir nəfərin uzanıb yatdığını görən Məhkum bundan narahat olaraq Abbasa səslənərək iradını birldirib adama nəsə etməsindən çəkindirmək və dərhal oradan getməklərini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs isə öz əməlini yerinə yetirərək zərərçəkənin üzərindən pul vəsaitini zorla götürmüşdür. Həmin vaxt Məhkum Təqsirləndirilən şəxs heç bir köməklik etməmişdir. Ona görə ki, X-i həmin evə quldurluq etməyə yox, oğurluq etməyə apardığını demişdir. Belə olan halda isə quldurluq cinayətini törətməsi barədə ibtidai istintaq orqanının gəldiyi qənaət tamamilə yanlışdır. Mə hkəmə kollegiyası Məhkum əməlini CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1, 29,177.2.3-cü maddələrinə (oğurluğa cəhd) tövsif etməli idi. Lakin məhkəmə kollegiyası heç bir araşdırma aparmadan tamamilə əsassız olaraq onun barəsində verilən ittiham üzrə ittiham hökmü çıxarmışdır. Bundan başqa, təqsirləndirilən şəxs ibtidai və məhkəmə istintaqı zamanı oğurluğa cəhdlə bağlı törətdiyi əməli etiraf etmiş, əməlindən səmimi peşmançılığını bildirmişdir. Ona görə də zərərçəkmiş şəxs bütün bunları nəzərə alıb Məhkumlə barışaraq onu bağışlamış və ona qarşı heç bir şikayət və tələblərinin olmaması barədə məhkəməyə ərizə vermişlər. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024cü il tarixli qərarının dəyişdirilməsi və Məhkum törətdiyi c inayət əməlinin CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinə tövsif edilməsi və CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ağayev Oktay Ağarəşid oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin olunmasını, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının dəyişdirilib Məhkum əməlini CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinə tövsif edilməsi və CM-in 70-ci maddəsinə əsasən ona təyin olunmuş cəzanın şərti tətbiq edilməsi barədə qərar qəbul edlməsini xahiş etdi. Kass asiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək, kassasiya şikayətinin təmin olunmaması və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiy a şikayətində Məhkum barəsində məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi, əməlinin CM-nin 29,177.2.1 və 29,177.2.3-cü maddələri ilə tövsif edilməli olduğu halda düzgün tövsif edilmədiyi, o cümlədən yüngülləşdirici hallara düzgün qiymət verimədiyi, nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.15 (məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayə tini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyəti nə cəlb edilə və cəzalandırıla bilər. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməs inə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməli n tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və hum anizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyy ən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yeti rmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun və müdafiəçisinin isə kassasiya şikayətinin təmin olunması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa da ir işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarının 23-cü bəndində qeyd olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Azərbaycan Respublikası CM-in 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirmə klə və s.) ifadə oluna bilər. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-in 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Həmin Qərarın 7-ci bəndində isə qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlər ini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Bir qrup şəxsin özgə əmlakını oğurlamaq barədə qabaqcadan razılığa gəldiyi hallarda birgə icraçılardan hər hansı biri əldə edilmiş razılıqdan kənara çıxaraq, soyğunçuluq və ya quldurluq kimi hüquqi qiymət verilən əməl törətmişsə, həmin şəxsin əməli müvafiq olaraq CM-in 180 və ya 181-ci maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Qabaqcadan əlbir olmaqla quldurcasına basqın törətmiş bir qrup təqsirli şəxsin niyyəti ilə silah və ya silah qismində istifadə edilən predmetlərin tətbiqi əhatə edilmişsə, o zaman onlardan yalnız biri silah və ya silah qismində istifadə edilən predmet tətbiq etsə belə, qrup iştirakçılarının hamısı birgə icraçı kimi CM-in 181.2.5-ci maddəsi ilə məsuliyyət daşıyır. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq fo rmada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxs, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müv afiq olaraq, CM-in 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Bu halda əməlin əlavə olaraq CM-in 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Qərarın 25-ci bəndində isə göstərilmişdir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Məhkum tanışı Təqsirləndirilən şəxs ilə birlikdə silah qismində istifadə edilən əşya hesab olunan bıçağı tətbiq etməklə hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın törədib tamah niyyətilə Zərərçəkmiş şəxs üzərində olan pulu, yəni özgənin əmlakını ələ keçirmək məqsədilə quldurluq etmək qərarına gəlməsi, ona məxsus ümumilikdə 1850 manat dəyərində əmlakı ələ keçirməklə quldurluq etməsi, cinayət işi üzrə toplanılmış və bir-biri ilə uzlaşan, biri-birini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq edilmişdir. Kassasiya məhkəmə kollegiyası sübutlara qiymət verərək qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini t örətməsi özünün, digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 ifadələri, “üzləşdirmə haqqında” 9 mart 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli protokollar, “şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqında” 9 mart 2023-cü il tarixli protokol, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunmuş, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdırılmış və mötəbərliyi heç bir şübhə doğurmaması və işin faktiki hallarına uyğun olanması barədə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq bu gəlinmiş nəticə ilə razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Mə hkum məhkəmə istintaqında verdiyi ifadələr və müdafiəçinin kassasiya şikayətindəki dəlillər cinayət işinin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən və tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edildiyindən özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilə Məhkum arasında ibtidai istintaq dövründə keçirilmiş üzləşdirmədə zamanı Təqsirləndirilən şəxs bir daha istintaq vaxtı vermiş olduğu ifadəsini təsdiq edərək Məhkum üzünə qarşı bıçağın X-in əlində olduğunu və pulu Zərərçəkmiş şəxs alt paltarından X-in götürdüyünü, əldə edilmiş puldan 400 manat və 100 ABŞ dollarının X-ə çatdığını, bir ədəd «Samsung» markalı mobil telefonu X-in götürdüyünü sonuncu nun üzünə qarşı demişdir. O cümlədən, Zərərçəkmiş şəxs ilə Məhkum arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs da əlində bıçaq olan və onun pulunu alt paltarından götürən şəxsin X olduğunu Məhkum üzünə qarşı demişdir. Həmin xüsusatları həmçinin, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində də göstərmişdir. Bu hal da Məhkum CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində iştirakını sübuta yetirir. İşin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; m əhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Kassasiya şikayətində əməlin oğurluğa cəhd kimi tövsif edilməli olduğu iddia edilsə də, məhkəmə kollegiyası qeyd edir ki, oğurluğa obyektiv cəhətdən özgə əmlakını g izli talamada ifadə olunur. Oğurluq cinayətinin xarakterik cəhəti ondan ibarətdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasıdır. Quldurluq cinayətinin mahiyyəti isə xüsusi məqsədlə və təhlil edilən maddənin dispozisiyasında göstərilən üsullarla törədilən basqından ibarətdir. Burada basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Məhkum ictimai təhlükəli əməli zərərçəkmiş şəxsin əmlak ını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə girməklə və silah qismində istifadə edilə bilən əşya tətbiq etməklə zərərçəkmişin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə hədəsi ilə (hansı ki oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlaməti kimi zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi nəzərdə tutulmamışdır) məhz basqın etməklə törədilmişdir. Məhkəmələr işin faktiki hallarını müəyyən edərkən törədilmiş əməli cinayət qanunun müvafiq maddəsi ilə və qeyd olunan Plenum Qərarının izahları baxımından tamamilə düzgün olaraq təhlil etmiş və Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, b u cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edildiyi barədə qənaətə gəlmişdir. Məhkəmələr belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışlar. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş də olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində, məhkumun əməli Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələrindən həmin Məcəllənin 29,177.2.1 və 29,177.2.3-cü maddələrinə tövsif edildikdən sonra onun barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbayca n Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tət biq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cina yət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hallara istinadına, həmçinin yüngülləşdirici halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və CM-in 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən hall arın cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəs b edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların (cinayət nəticəsində vurulmuş zərərin ödənilməsi, zərərçəkmiş şəxslə barışması və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmaması, yaşayı ş yeri üzə müsbət xarakterizə olunması, himayəsində 2 azyaşlı uşağının olması, əməlindən səmimi peşman olması) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tət biq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Məhkum cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur. Kassasiya şikayətində göstərilən hallar da Məhkum şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar