Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2047/2023 14.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum və onun müdafiəçiləri Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-1331/2022 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1992-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Quba rayonu, Zərdabi qəsəbəsi, fərdi yaşayış evində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum şəxsiyyə ti müəyyənləşdirilməmiş Əli adlı İran İslam Respublikası (bundan sonra: İİPR və ya İran) vətəndaşından 2021-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, ünvan 2 ünvanın yaxınlığında yerləşən avtomobil yolunun kənarında olan avtomobil təkərlərinin içində gizlədilmiş, ümumi təmiz çəkisi 425,115 qram olmaqla, külli miqdar təşkil edən heroin narkotik vasitəsini və ümumi təmiz çəkisi 190 qram olmaqla, külli miqdar təşkil edən metamfetamin psixotrop maddəsini satış məqsədilə qanusuz olaraq əldə etmiş, üzərində saxlamaqla ünvan 3 ünvanda yerləşən “Saf İnn” adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına daşımışdır. Bundan sonra o, həmin heroin narkotik vasitəsinin külli miqdarda - 3,115 qram hissəsini ayıraraq üzərində, heroin narkotik vasitəsinin qalan hissəsini və metamfetamin psixotro p maddəsinin hamısını otelin 102 nömrəli otağında saxlamış, 19 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Nərimanov rayonu, Hüseyn Arif küçəsi 25 saylı ünvanın yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin (bundan sonra: DİN, BNMİ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbirləri zamanı Məhkum saxlanılaraq BNMİ-nin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şortun sağ yan cibindən üzərində saxladığı 01 ədəd sellofan bükümdə 3,115 qram çəkidə, yəni külli miqdarda heroin narkotik vasitəsi aşkar edilərək götürülmüş, bundan sonra müvəqqəti olaraq yaşadığı ünvan 3 ünvanda yerləşən “Saf İnn” adı altında fəaliyyət göstərən otelin 102 nömrəli otağına baxış keçirilən zaman girişdən sağ tərə fdə yerləşən güzgülü, qəhvəyi rəngli dolabın içərisindən, 01 ədəd çəhrayı rəngli sellofan torbada saxladığı 01 ədəd şəffaf sellofan bağlamada 422 qram çəkidə, külli miqdarda heroin narkotik vasitəsi və 01 ədəd şəffaf sellofan bağlamada 190 qram çəkidə, külli miqdarda metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-645/2022 nömrəli hökmü ilə (hakimlər X6 (sədrlik edən), X9 və X8) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin şüb həli şəxs qismində tutulduğu 19 iyul 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi X10 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmünün qanunsuz və əsassız olduğundan qismən məhkəmə istintaqı aparılmaqla təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsüf edi lməsi barədə qərar qəbul edilməsini, məhkəmə tərəfindən Məhkum İnsan Hüquqları və X3 X4 3-cü maddəsi, 6-cı maddəsinin 7 və 3-cü bəndinin, 7-ci bəndinin tələblərinin pozulduğunun təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)1331/2022 nömrəli qərarı ilə (hakimlər X7 (sədrlik edən, məruzəçi hakim), X16 və X2 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-645/2022 nömrəli hökmünün məhkum edilmiş şəxs Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)1331/2022 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən birgə qaydada kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində təyin edilmiş cəzanın məhkum şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması qeyd edilərək göstərilmişdir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən Məhkum şəxsiyyətini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən peşman olmasını, ali təhsilli olmaqla, ailə başçısı olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, himayəsində 2017-ci il təvəllüdlü, ‘Perinatal ensefalopatiya, Hidrosefaliya sindromu” olan azyaşlı uşağının olmasını faktiki olaraq nəzərə almamış, heç bir ağırlaşdırıcı halın olmamasına baxmayaraq ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın (5 ildən 12 ilədək azadlıqdan məhrum etmə) yuxarı həddinə yaxın (9 il azadlıqdan məhrum etmə) cəza təyin etmişdir.
8. Kassator eyni zamanda qeyd etmişdir ki, Məhkum ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb olunur. O, həm Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılarkən, həmçinin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən öz nümunəvi davranışı ilə islah olunmaya meyilli olmasını təsdiq etmiş, nümunəvi davranışı üçün ona “Təşəkkürnamə” veril mişdir.
9. Kassasiya şikayətinin müəllifləri şikayətlərində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-1331/2022 nömrəli qərarının dəyişdirilməsini və Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan minumum həddə cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
11. Qərardan dövlət ittihamçısı kassasiya protesti verməmişdir. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçiləri kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
16. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
17. Məhkum müdafiəçiləri kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-1331/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
20. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
22. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (C M, maddə 59.2).
23. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
24. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
25. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
26. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 hüquqlarını müdafiə etdiyi şəxsə həd dindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının qismən əsaslı olduğu müəyyən edilir.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada ibtidai araşdırma orqanı tərəfindən təqdim olunmuş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının və birinci instansiya məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə razılaşmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 may 2022-ci il tarixli, 1(101)-645/2022 nömrəli hökmü ilə təyin edilmiş 9 il müddətə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.
28. Məhkəmə kollegiyası cəza məsələsini müzakirə edərək apellyasiya insta nsiyası məhkəməsinin məhkuma münasibətdə cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmır və hesab edir ki, təyin olunmuş cəza cinayətin ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır.
29. Kassasiya məhkəmə kollegiyası Məhkum barəsində olan cəzanı yüngülləşdirən halları, həmçinin cəzasını ağırlaşdıran halların isə mövcud olmamasını nəzərə almaqla, daha az müddətə cəmiyyətdən təcrid edilməklə təyin edilmiş cəzanın daha ədalətli olacağını hesab edir.
30. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CMnin 8-ci maddəsinə görə cinay ət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.
31. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
32. Kassasiya şikayətinin iş materialları ilə müqayisəli təhlilindən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən bu m əsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamış, məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilməmişdir.
33. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır, əməlindən səmimi peşmançılıq hissi keçirir, ailəlidir və himayəsində “Perinatal ensefalopatiya, Hidrosefaliya sindromu” olan bir azyaşlı övladı var və ailəsinin yeganə qazanc gətirən şəxsidir. Eyni zama nda, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edilən halları qiymətləndirərək hesab edir ki, cəzanın məqsədinin təmin edilməsi üçün məhkum barəsində təyin edilmiş cəza endirilməlidir. Bu cəza vasitəsi ilə onun islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.
35. Məhkəmə kollegiyası törədilmiş əməllərin faktiki hallarını və şəraitini hərtərəfli dəyərləndirərək, qeyd olunan şəkildə cəza təyin edilməsinin konkret halda əmələ adekvat olduğu, müvafiq cinayət hüquq normasının qoruyucu funksiyasını yerinə yetirilməsini təmin etdiyi, cəzanın fərdiləşdirilməsi ilə bağlı prinsipə əməl olunduğu qənaətinə gəlir.
36. Qeyd olunanları yuxarıda sadalanan cinayət-hüquqi nor maların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağı instansiya məhkəməsinin məhkuma cəzanın qeyd edilən normaların tələblərini düzgün nəzərə alınmaması ilə təyin edildiyi müəyyən edilir.
37. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarı məhkuma cəza təyini ilə bağlı hissədə dəyişdirilməli, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzası qismən azaldılmaqla, məhkum tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi və təqsirkarın şəxsiyyətinə adekvat olaraq cəza təyin edilməsi məqsədəmüvafiqdir.
38. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2022-ci il tarixli, 1(103)-1331/2022 nömrəli qərarı dəyişdirilməlidir.
39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 08 iyul 2022ci il tarixli, 1(103)-1331/2022 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi 8 (səkkiz) il müddətinə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassa