Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2047/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gən cə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 1(100)-103/2023 nömrəli (hakimlər: Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), Ələkbərli Roman Nəriman oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1996-cı il tarixdə x rayonu x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 5 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “8 Noyabr-Zəfər Gü nü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzası 1 (bir) il azaldılmış, cəzasının 7 (yeddi) ay 15 (on beş) gün hissəsini çəkmiş, cəzasının 4 (dörd) ay 15 (on beş) gün hissəsi çəkilməmiş qalmış, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, x rayonu x kəndində qeydiyyatda olmaqla yaşayan X24 Azərbaycan Respublikası CM-in 234.3-1-ci maddəsi ilə təqsirli bilinərək, onun 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu bir gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 5 (beş) ay müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasından çıxılmaqla üzərində 4 (dörd) il 6 (altı) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, CM-in 67.1-ci maddəsinə əsasən, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(062)-95/2021 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 4 (dörd) ay 15 (on beş) gün hissəsinin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 2 (iki) ay 7 (yeddi) günün, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs növündə qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclası zalından həbs edilməsi, cəzasının əvvəlinin hökmün çıxarıldığı gündən, yəni 10 aprel 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, barəsində nаrkоmаniyаdаn məcburi müаlicənin təyin edilməsi və narkolоji kabinetdə qeydiyyаtа аlınması müəyyən edilmiş, həmçinin hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi həll edilmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli 1(104)-16/2024 nömrəli (hakimlər: Cəfərov Rafiq Musa oğlu (sədrlik edən), Muxtarov Teyyub Asif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan oğlun dan ibarət məhkəmə tərkibində) hökmü ilə məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə əsasən ləğv edilmiş, X19 əməllərində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən CM-in 234.3-1-ci maddəsi ilə bəraət verilmiş, o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilmiş, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş, o, məhkəmə iclas zalında həbsdən dərhal azad edilmiş, CPM-in 356.5-ci maddəsinə əsasən X19 qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi, qanunsuz həbsdə saxlanılması və barəsində qanunsuz ittiham hökmü çıxarıl ması ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi hüququnun və qaydasının izah edilməsi müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: X24 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə məhkəməyə verilmişdir, ona görə ki, o, 2022-ci ilin yanvar ayının axırlarında istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq cəmi 1,84 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib özü ilə daşıyaraq, üzərində gəzdirib saxlamış və 22 yanvar 2022-ci il tarixdə saat 17 radələrində həmin narkotik vasitədən 5 (beş) ədəd a ğ salfet kağızına bükülmüş hissəsini x kəndində yaşayan tanışı, narkotik vasitənin alqı-satqısında maddi marağı olmayan yetkinlik yaşına çatmamış Şahid5 50 (əlli) manata qanunsuz olaraq satmış, həmin narkotik vasitənin bir hissəsi, yəni 1,45 qram çəkidə olan hissəsi, 25 yanvar 2022-ci il tarixdə saat 17:40-da Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın arxa sol yan cibindən 1 (bir) ədəd sellofan parçasına bükülmüş bükülüdə, cəmi 1,45 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, yetkinlik yaşına çatmamış Şahid5 qanunsuz satdığı, lakin so nuncu tərəfindən maddi maraq olmadan tanışı Şahid6 verilmiş 5 (beş) bükümdən 3 (üç) bükümünü sonuncu özü qəbul etmiş, qalan 2 (iki) büküm isə 27 yanvar 2022-ci il tarixdə saat 20:50-də Şahid6, Tovuz RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ünvan 1 ünvanda yerləşən Tovuz RPŞ-nin inzibati binasına gətirilib üzərinə baxış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 (iki) bükümdə, cəmi 0,39 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmələr yuxarıda qeyd edilən nəticələrə gəlmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Gəncə Apelyasiya Məhkəməsi nin xx.xx.2024-cü il tarixli hökmü əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışma təyin olunmalıdır. Təqsirləndirilən şəxs X24 tərəfindən CM-in 234.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ibtidai istintaq orqanı tərəfindən toplanılmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Apellyasiya icraatında təqsirləndirilən şəxsə bəraət verilməsi qənaətinə gələrkən istintaq orqanı tərəfindən toplanmış, biri digərini təsdiq etməklə əsaslı olan halları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadəsinə əsaslanmaqla, əm əlində tərəfindən törədilməsi istinad edilən cinayətin əlamətlərini əks etdirən tərkibin müəyyən edilməməsi kimi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təfsir olunmuşdur. Apelyasiya məhkəməsinin hökmündə göstərilməsə də, istər ittiham tərəfinin, istərsə də müdafiə tərəfinin suallarına cavab olaraq şahid X təqsirləndirilən şəxs X-ə narkotik vasitə verməməsini, onun narkotik vasitənin haradan əldə etməsi barədə məlumatının olmamasını, Arzu ilə telefon danışıqları yalnız isə düzəlməklə bağlı olması, özü narkotik vasitənin istifadəçisi kimi məhkəmə məsuliyyətinə verilməsini və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduğunu bildirmişdir. Faktiki olaraq xx.xx.2022-ci il tarixdə X36 dan 1 büküm narkotik vasitə üçün aldığı 10 manatdan əlavə, sonuncuya satdığı narkotik vasitədən bir qədər də özünə istifadəsi üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə isə Şahid5 X-ə 5 büküm narkotik vasitəyə görə cəmi 50 manat pul vermişdir. Qeyd edilən hallar isə X-in mənfəət əldə etdiyini tam olaraq təsdiq edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin obyektiv cəhətinin icra edilmə üsulu barədə işin halları ilə uyğunluq təşkil edən ifadələr vermişdir. Apellyasiya icraatında həmin sübutların mötəbərliyi və mümkünlüyünü şübhə altına alan hər hansı arqument təqdim edilməmiş, hökmdə məhkəmə kollegiyası tərəfindən həmin sübutların nəzərə alınmamasının motivləri müzakirə edilməmiş və əsaslandırılmamışdır. Məhkəmədə tədqiq edilmiş təqsirl əndirilən şəxsin, şahidlərin ifadələri, baxış, götürmə protokolları və işin faktiki halları ilə X-in ittiham olunduğu cinayət əməlini törətməsi öz təsdiqini tapsa da, məhkəmə kollegiyası qeyd edilən sübutları nəzərə almamış, yalnız təqsirləndirilən şəxsin apelyasiya icraatında müdafiəçinin diktəsi ilə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, ziddiyyətli, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ifadələrinə əsaslanmaqla, hesab etmişdir ki, X-in hər hansı bir mənfəət, qazanc əldə etməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən X-ə qarşı irəli sürülmüş ittiham və əsaslandığı işin faktiki halları tamamilə şübhə və anlaşılmazlıqlardan ibarətdir, həm istintaq orqanı, həm də birinci instansiy a məhkəməsi X-in istintaqın ilkin mərhələsində vermiş olduğu qismən etiraf ifadəsinə əsaslanaraq düzgün olmayaraq onun əməlini ağır cinayət kimi tövsif etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq verilmiş protestin təmin edilməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmü ləğv edilərək, işin apellyasiya instansiya məhkəməsinə yenidən baxılmağa təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X19 Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməldə cinayət tərkibi olmaması haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbay can Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdi yi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada s übuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X15 yetkinlik yaşına çatmayan şəxsə qanunsuz olaraq narkotik vasitələri satma ilə bağlı verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olması sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məc əlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X24 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X15 əməlində Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olması sübuta yetirilməmişdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestini cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam araşdırmış, Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət vermişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur v ə birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar X15 əməlində Cinayət Məcəlləsinin 234.3-1-ci maddəs i ilə nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının təsdiq edilmədiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Dövlət ittihamçısı kassasiya protestində Azərbaycan Respublikası CM-in 234.3-1ci maddəsində qeyd olunan cinayətdə onun təqsirliliyinin müəyyən edilməməsi haqqında apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və yeni faktiki hallar üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamçısının kassasiya protestində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin ş ərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansi yası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və dövlət ittihamçısının məhkəmə hökmünün mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya protestində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin hökmü həmin normalarla ziddiyyət təşkil etmir. Belə ki, cinayət işi üzrə X24 26 yanvar 2022-ci il tarixdə şahid qismində verdiyi ilk ifadəsində apellyasiya məhkəməsindəki ifadəsinə uyğun olan xüsusatları bildirməklə göstərmişdir ki, narkotik vasitə olan marixuananı bir yerdə fəhlə işləyərkən tanış olduğu X kənd sakini X12 mütəmadi olaraq “bir çəkimliyini” 10 manata almışdır. Təxminən hər dəfə 10 manat ödəməklə, X-dən 20-30 dəfə marixuana almışdır. 22 yanvar 2022-ci il tarixdə tanışı-X kəndində yaşayan X ona zəng vurub, 4 çəkimlik qurudulmuş marixuana lazım olduğunu bildirmiş, o isə özünə m əxsus ***-***-**-** nömrəli mobil telefonla X-in ***-***-**- ** nömrəli telefonuna zəng vurub, 4 çəkimlik marixuana lazım olduğunu bildirmiş, X ona: “gətirərəm, problem yoxdur”-cavabını vermişdir. Bundan sonra X-ə “gətir, 40 manat ver, mən zəng vurum, gətirsinlər”-demiş, X ona 40 manat pul vermişdir. Həmin gün X x kəndində yerləşən “Ocaq” restoranının qarşısına gəlmiş, orada ona 4 çəkimlik marixuana verib 40 manat almışdır. X-dən aldığı marixuananı elə həmin yerdə X-ə vermişdir. 25 yanvar 2022-ci il tarixdə X-ə zəng vurub, marixuana lazım olduğunu bildirmiş, X gəlib evdən aparmasını demişdir. X kəndinə gedib X-dən 2 çəkimlik marixuana almış və X-ə 20 manat pul vermişdir. Geri qayıdan zaman Tovuz rayonunun X kəndində onu polis işçiləri saxlayıb polis şöbəsinə aparmış, üzərinə baxış zamanı X-dən aldığı marixuana üzərindən aşkar edilib götürülmüşdür. “Azercell MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, həqiqətən də X-in ifadəsində qeyd etdiyi tarixlərdə X arasında telefon danışıqları olmuş, həmçinin onun qeyd etdiyi tarixlərdə X-in mobil telefonunun antena dairəsi X-in ifadəsində bildirdiyi ərazilərin əhatə dairəsində olmuşdur. Belə ki, birinci instansiya məhkəməsində tədqiq olunmuş ibtidai istintaq orqanının “Azercell MMC-dən alınmış telefon nömrələrinin siyahısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, X2 məxsus olmaqla Tovuz rayon X kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan X15 istifadəsindəki ***-***-**-** saylı mobil telefon nömrəsi ilə X21 məxsus ***-***- **-** saylı mobil telefon nömrəsi ilə 20 yanvar 2022-ci il tarixdə saat 19:49-dan 21:50-dək bir neçə telefon danışığı olmuşdur. X-in həmin mobil telefonun antena dairəsi ilk öncə Tovuz rayon X kəndində, daha sonra isə Gədəbəy rayon X kəndi ilə həmsərhəd olan Tovuz rayon X kəndində və Tovuz rayon X-də fəaliyyətdə olan antenaların əhatə dairəsində olmuşdur. 20 yanvar 2022-ci il tarixində saat 19:46-dan 22:05-dək X-in istifadəsindəki həmin telefon nömrəsi ilə Tovuz rayon X kənd sakini Şahid5 istifadəsindəki ***-***-**-** (bibisi X5 məxsus olsa da, Şahid5 istifadəsində olan) saylı mobil telefon nömrəsi arasında mütəmadi telefon danışığı olmuşdur. İlkin telefon danışıqlarında Şahid5 telefonu Tovuz rayon X kəndinin (əvvəlki adı ilə X kəndi) antena dairəsini, sonrakı müddətdə isə X-lə görüşdüyü T ovuz rayon X kəndini göstərməkdədir. 22 yanvar 2022-ci il tarixində saat 16:06-da Şahid8 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən X15 istifadəsindəki ***-*****-** saylı mobil telefon nömrəsinə zəng getmiş, bir neçə saniyəlik bir neçə telefon danışığı olmuşdur. Həmin vaxt Şahid8 telefonunun antena dairəsi Tovuz rayon X kəndini göstərməkdədir. Həmin gün, həmin zəngdən bir neçə dəqiqə sonra yenidən X31 Əhmədovun yuxarıda qeyd olunan nömrələri arasında telefon danışığı olmuş, bunun ardı ilə də X-lə (***-***-**-**), Şahid5 arasında (***-***-**-**) mütəmadi zəngləşmələr olmuşdur. Qeyd olunanlarla yanaşı, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Regional Bölməsinin 7 fevral 2022-ci il tarixli 16/159 nömrəli əlavə məhkəmə-bioloji ekspertizasının rəyindən görü nür ki, X12 aşkar edilmiş sellofan torbadakı, X13 aşkar edilmiş sellofandakı və Şahid6 aşkar edilmiş qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Belə ki, ibtidai istintaq orqanı X24 tərəfindən narkotik vasitənin satılması barədə qərara gəlsə də, onun şahid qismində verdiyi ilk ifadəsində narkotik vasitəni X12 aldığını göstərməsinə, sonuncunun üzərindən kifayət qədər çəkidə (150 qram) qurudulmuş marixuana aşkar olunmasına, X24, X26 və Şahid6 aşkar edilmiş qurudulmuş marixuanaların orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olmasına, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəsi olan X, X və Şahid5 2022-ci il yanvar ayının 20, 22 və 25 tarixlərində mobil telefon vasitəsilə müvafiq olaraq bir-biri ilə dəfələrlə əlaqə saxlamalarına, əməl iyyat-axtarış tədbirlərinə əsasən X32 dəfələrlə, ayrı-ayrı vaxtlarda narkotik vasitə olan marixuana satmasının müəyyən edilməsinə qiymət verməyərək, X və X-in heç birinin yaşadığı evdə narkotik vasitələrlə əlaqədar axtarış aparmamışdır, birinci instansiya məhkəmə kollegiyası isə buna münasibət bildirməmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, üzərindən 1.45 qram qurudulmuş marixuana aşkar edilmiş X15 əməlləri CM-in 234.3-1-ci maddəsi ilə tövsif olunduğu halda, üzərindən 150 qram çəkidə - X13 aşkar olunan narkotiklə orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni olan narkotik vasitə aşkar olunmuş X16 əməlləri CM-in 234.1-ci maddəsi ilə tövsif olunaraq onlar barəsində cinayət işləri başqa icraata ayrılmış və o, Tovuz Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli hökmünə əsas ən bu əməlinə görə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ümumiyyətlə verilmiş ittihamdan belə nəticəyə gəlmək olur ki, X24 50 manat müqabilində Şahid5 cəmi 0,39 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. X33 məhz naməlum mənbədən əldə etdiyi və Şahid5 verdiyi narkotik vasitənin bir hissəsini, yəni 1,45 qramını özündə saxlaması heç bir sübutla təsdiq olunmur. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, X narkotik vasitənin satışında deyil, alınmasında vasitəçi rolunu oynamış, birinci epizodda marixuanın üstündən özünün istifadəsi üçün götürməyi alıcıdan xahiş etmiş, ikinci epizodda isə narkotik vasitədən istifadə üçün götürməmişdir. Hər iki epizodda X-in hər hansı bir mənfəət, qazanc əldə etməsi iş üzrə toplanmış sübutlarla təsdiq olunmur. İkinci epizod üzrə 50 manat müqabilində X tərəfindən əldə olunan narkotik vasitə-qurudulmuş marixuananın yalnız 0,39 qramı, yəni şəxsi istehlak miqdarından az olan hissəsi Şahid6 üzərindən aşkar olunmuşdur ki, bu da həm X-ə, həm də Şahid6 münasibətdə CM-in 234.1-ci maddəsinin tərkibini yaratmır. Göründüyü kimi, X-in üzərindən 25 yanvar 2022-ci il tarixdə aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin (1,45 qram) şəxsi istehlak miqdarından (5 qramdan) artıq olmadığına görə onun əməlində CM-in 234.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdi q edilməsi haqqında” 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən qurudulmuş marixuananın aşağı həddi təmiz halda 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı isə xüsusilə külli miqdar hesab edilir. Kassasiya məhkəmə kollegiyası göstərilənlərə münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir: Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməs ində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan R espublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş o lması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, X15 yetkinlik yaşına çatmayan şəxsə qanunsuz olaraq narkotik vasitələri satması ilə bağlı verilmiş ittiham üzrə əməlində cinayətin tərkibinin olması sübuta yetirilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət h ökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldikləri nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiyası və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş mate riallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkə mə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.3-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2047/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2047/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver