Məhkəmə qərarları › İş №1(102)-2048/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2048/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2048/2022 29.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X7 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarından məhkumun m üdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Əli Məmmədov və Fikrət Qəribov) 1(101)-1111/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1972-ci ildə Gürcüstan Respublikasının Marneuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, 29 iyul 2014-cü il tarixdən - 27 iyun 2018-ci il tarixədək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri, 27 iyun 2018-ci il tarixdən – 09 may 2020-ci il tarixədək Mədəniyyət Nazirinin müavini vəzifələrində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 311.3.1, 311.3.2 və 311.3.3-cü mad dələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-in 46.2-ci maddəsi tətbiq edilməklə, 3 (üç) il dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 (səkkiz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli 08 may 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs kimi xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsiz liyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində birbaşa, şəxsən və vasitəçidən istifadə edib pul vəsaitləri qismində maddi nemətləri istəyərək qəbul etməklə təkrar və külli miqdarda rüşvət almışdır. Belə ki, o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, elektron mobil tətbiqlərin yaradılması, reklam çarxlarının çəkilməsi və onların yayımlanması işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2016-cı ildə ayrı-ayrı vaxtlarda ümumilikd ə vahid qəsdlə 52400 manat maddi nemət olan külli miqdarda pulu birbaşa yolla rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağcabədi Regional Mədəniyyət idarəsinin rəisi X13 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin əvvəlində aylıq 10000 manat maddi nemət olan külli miqdarda pulu istəyərək 2018-ci ilin sentyabr ayından etibarən 2020- ci ilin mart ayınadək olan müddətdə 16 ay ərzində hər ay 8000 manat olmaqla ümumilikdə vahid niyyət lə 128000 manat maddi nemət olan külli miqdarda pulu onun göstərişlərini icra edən Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsində işləyən Şahid17 vasitəsi ilə təkrarən rüşvət qismində sonuncunun vasitəsi ilə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Şahid8 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin fevral ayında aylıq 2000 manat maddi nemət olan külli miqdarda pul vəsaitini istəyərək 2017-ci ili n aprel ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 48650 manat maddi nemət olan külli miqdarda pulu birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, mobil əlavələrin yaradılması, tərcümə işləri, turizm xidmətlərinin göstərilməsi, Şəki şəhəri üçün informasiya proqramının hazırlanması və xidmətlərin göstərilməsi işlərinin yerinə yetiri lməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2017-cı ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 90700 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət q ismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi Şahid10 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin aprel ayından etibarən 2020-ci ilin yanvar ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 243000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mə dəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəmkir Regional Mədəniyyət idarəsinin rəisi Şahid16 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin iyun ayından etibarən 2020-ci ilin mart ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 258000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almış, həmçinin 2020-ci ildə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında 23000 manat məbləğində maddi nemət olan pul vəs aitini birbaşa yolla təkrarən rüşvət qismində istəmişdir. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Şahid6 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin sentyabr ayından etibarən 2020ci ilin fevral ayınadək olan müddətdə 25 ay ərzində hər ay 9000 manat olmaqla ümumilikdə vahid niyyətlə 225000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan ba şqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayıllı Regional Mədəniyyət idarəsinin rəisi Şahid9 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-ci ilin oktyabr ayından etibarən 2020-ci ilin fevral ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 31500 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində iş ləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Şəki Regional Mədəniyyət idarəsinin rəisi Şahid15 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-2019-cu illər ərzində hər il 8000 manat, 2020-ci ilin yanvar və fevral aylarında 4000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 28000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri və Mədəniyyət nazirinin müavini vəzifələrində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabirabad Region al Mədəniyyət idarəsinin rəisi Şahid13 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2017-2019-cu illər ərzində hər il 5000 manat, 2020-ci ilin yanvar ayında 1000 manat olmaqla, ümumilikdə vahid niyyətlə 16000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işlərinin görülməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət və Turizm Nazirliyində gördüyü işlərə görə 2018-ci ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 20640 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə Regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Şahid7 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ilin sentyabr ayından etibarən 2019-cu ilin dekabr ayınadək olan müddətdə 12 ay ərzində ümumilikdə vahid niyyətlə 20850 manat məbləğində maddi nemət olan külli miqd arda pul vəsaitlərini onun göstərişlərini icra edən Mədəniyyət Nazirliyinin Regional siyasət şöbəsinin müdiri vəzifəsində işləyən Şahid17 vasitəsi ilə təkrarən rüşvət qismində şəxsən istəyərək sonuncunun vasitəsi ilə Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Lənkəran Regional Mədəniyyət idarəsinin rəisi Şahid11 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-2019cu tədris ilində 9 ay, 2019-2020-ci tədris ilində isə 5 ay ərzində hər ay 500 manat olmaqla, ümumilikdə vahid niyyətlə 7000 manat məbləğində maddi nemət olan külli miq darda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Şahid14 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2018-ci ilin sonlarında aylıq 10000-12000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini istəyərək 2019-cu ilin fevral, mart, iyun, sentyabr, oktyabr, noyabr və dekabr aylarında hər ay 10.000 manat, aprel və may aylarında isə hər ay 6.500 manat, 2020-ci ilin fevral ayında 12000 manat olmaqla, ümum ilikdə vahid niyyətlə 95000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bərdə Regional Mədəniyyət idarəsinin rəisi Şahid4 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin yanvar ayından etibarən 2020-ci ilin mart ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 45000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, müxtəlif informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işləri, marketinq və təbliğat işləri, festival, bayramların keçirilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 127600 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismind ə şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Masallı Regional Mədəniyyət idarəsinin rəisi Şahid12 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ildə 500 manat məbləğində maddi nemət olan xeyli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında “Xumar 98” firmasının rəhbəri Şahid23 xidməti vəzif əsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, Kürdəmir, Gəncə, Ağdaş, Bərdə və Biləsuvar regional mədəniyyət idarələrində cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi ilə bağlı firmanın Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 60000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini Şahid22 vasitəsi ilə təkrarən rüşvət qismində istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X3, X4, X5, X14, X16, X11 və X15 Mədəniyyət Nazirliyində gördüyü iş lərə görə faktiki rəhbərliyi həyata keçirən Şahid20 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, Sumqayıt, Şəki, Şəmkir, Ağcabədi, Sabirabad, Lənkəran və Masallı regional idarələrində cari və əsaslı təmir işlərinin yerinə yetirilməsi ilə bağlı 2019-cu ildə, ayrı-ayrı vaxtlarda ümumilikdə vahid qəsdlə 191890 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Biləsuvar Regional Mədəniyyət idarəsinin rə isi Şahid5 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin yanvar ayından etibarən 2020-ci ilin may ayınadək olan müddətdə ümumilikdə vahid niyyətlə 27800 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-yə faktiki rəhbərliyi həyata keçirən Şahid19 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabi lində müqavilə bağlanması, “Baku Guide - Culture Guide” jurnalının çap edilməsi işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 2019-cu ildə 11 ay ərzində hər ay 2500 manat olmaqla, ümumilikdə vahid qəsdlə 27500 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağstafa Regional Mədəniyyət idarəsinin rəisi Şahid3 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin mart a yından etibarən həmin ilin oktyabr ayınadək olan müddətdə 6 ay ərzində hər ay 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 12000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan başqa o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Ağdaş Regional Mədəniyyət idarəsinin rəisi Şahid2 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, xidmət üzrə ümumi himayədarlıq müqabilində 2019-cu ilin son üç ayında hər ay 2000 manat olmaqla ümumilikdə vahid niyyətlə 6000 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitlərini birba şa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək Mədəniyyət Nazirliyinin inzibati binasındakı xidməti otağında almışdır. Bundan əlavə o, Mədəniyyət nazirinin müavini vəzifəsində işləyərkən qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin rəhbəri Şahid18 xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkətlərə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq müqabilində müqavilə bağlanması, informasiya texnologiyaları vasitəsilə mədəniyyət və turizm sahələrinin təbliğat işlərinin yerinə yetirilməsi ilə bağlı MMC-nin Mədəniyyət Nazirliyində gördüyü işlərə görə 21660 manat məbləğində maddi nemət olan külli miqdarda pul vəsaitini birbaşa yolla təkrarən rüşvət qismində şəxsən istəyərək 06 may 2020-ci il tarixdə Mədəniyyət Nazirliyin in inzibati binasındakı xidməti otağında almışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elmar Rəhimov, hakimlər Faiq Qasımov və Kamran Əkbərovdan ibarət tərkibdə) 1(103)-1640/2021 nömrəli, 07 oktyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən Məhkum barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq edilməklə, ona Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 4 (dörd) il 6 (altı) ay müddətə endirilmiş, Müdafiəçi tərəfindən verilmiş Apelyasiya şikayəti təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və əməlində cinayət tərkibi olmadığından cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya şikayətinin bəraətverici dəlillərinə hüquqi qiymət verməyən apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və y a güzəşti istəməsi və ya almasıdır. Hazırki iş üzrə nə ibtidai istintaqda, nə də məhkəmə istintaqı ilə Məhkum nazir müavini vəsifəsinin icrası ilə əlaqədar hər hansı hərəkətə və ya hərəkətsizliyi, himayədarlıq və ya laqeydlik müqabilində maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi, alması faktı təsdiqini tapmamışdır. Məhkum nazir müavini kimi hazırki iş üzrə şahid olan 4 nəfər idarə rəisinin işdən azad edilməsi haqqında təqdimat vermişdir. Necə ola bilər ki, hansısa idarə rəisindən rüşvət alasan, sonra isə onun barəsində işdən azad edilməsi haqqında təqdimat verəsən? Eyni zamanda, həmin şəxslər - idarə rəisləri birinci instansiya məhkəməsində verdikləri ifadələrində Məhkum onlardan rüşvət tələb etmədiyini və ona rüşvət vermədiklərini göstərmişlər. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmündə aşağıdakı şahid ifadələrinin təhrif edildiyi göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Mədəniyyət Nazirliyinin Ağcabədi regional idarəsinin rəisi vəzifəsində işləmiş X18 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, Məhkum ondan nəinki rüşvət tələb etməyib, onunla ümumiyyətlə təmasda olmayıb, şəxsi vəsaitindən verdiyi 2000 manat isə nazirliyin keçirdiyi tədbirlərə kömək məqsədi daşımışdır. Bununla bərabər, şahid Rza Quliyev ibtidai istintaqda verdiyi ifadəsini də tam təsdiq etməyərək, həmin ifadəsinin nə üçün belə yazıldığını bilmədiyini və ola bilər gözündən qaçdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Ağstafa Rayonu Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləmiş Şahid3 ifadəsində göstərmişdir ki, Məhkumla münasibətlər i rəsmi olmaqla, sonuncunun ondan heç vaxt heç bir tələbi olmayıb, Məhkum pul göndərməyib. Mədəniyyət Nazirliyinin Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləmiş Şahid5, Gəncə regional idarəsinin Goranboy rayonu üzrə nümayəndəsi işləmiş Şahid7, Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləmiş Şahid8, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləmiş Şahid9, Kürdəmir Regional Mədəniyyət idarəsinin rəisi vəzifədə işləmiş Şahid10, Lənkəran regional idarənin rəisi vəzifəsində işləmiş Şahid11, Sabirabad Regional Mədəniyyət idarəsinin rəisi vəzifəsində işləmiş Şahid13 və Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyən Şahid15 da eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Mədəniyyət Nazirliyində İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid19, habelə digər şahidlər Şahid20, Şahid21 da Məhkum onlardan rüşvət tələb etmədiyini göstərmişlər. Mədəniyyət Nazirliyinin Masallı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyən Şahid12 istintaqa verdiyi ifadəsində, ibtidai istintaqdakı ifadəsinin ümumiyyətlə səhv olduğunu, Məhkum ondan heç zaman heç bir tələb etmədiyini, cəmi bir dəfə öz təşəbbüsü və istəyi ilə, uzun müddət bir yerdə işləyib tanıdığı, habelə hörmət bəslədiyi şəxs kimi cəmi bir dəfə təyinatla bağlı təbrik hədiyyəsi verdiyini göstərmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gəlməsinin səbəblərini qərarın təsviri-əsaslandıncı hissəsində göstərməmiş və cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası C PM-in 353-cü maddəsinin tələblərinə tamamilə zidd olaraq, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməyən məhkəmə, hüquqlarını müdafiə etdiyim şəxsin ağır cinayətdə ittiham edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə qərarında Məhkum CM-in 311.3.1, 311.3.2 və 311.3.3- cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmasının sübuta yetirildiyi göstərilsə də, nəyə görə belə bir nəticəyə gəlinməsini əsaslandırmamışdır. Eyni zamanda, Məhkum qeyd olunan maddələrlə cinayət əməlini törətməsinə dair iş materiallarında heç bir sübut da yoxdur. Təqsirli bilindiyi maddələr üzrə heç bir aktiv hərəkəti olmayan, habelə özünü ona elan olunmuş ittihamda təqsirli bilməyən Məhkum əməlində Azərbaycan Respublikasının CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrinin tərkib əlamətlərinin olmasını istisna edir. Məhkəmə nəzərə almamışdır ki, Məhkum qeyd olunan ittiham irəli sürülməmişdən əvvəl, təqsirləndirilən şəxsin CM-nin göstərilən maddələrində nəzərdə tutulan rüşvət alma cinayətini törətməsində “qabaqcadan əlbir olduğu bir qrup şəxs”in dairəsi, habelə onun niyyəti və sair hallar müəyyən edilməlidir. Hazırki cinayət işi üzrə ibtidai araşdırılma aparıdığı bir il müddət ərzində, yəni 08 may 2020-ci il tarixdən Məhkum CM-in 179.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Bundan sonra 19 aprel 2021-ci il tarixdə Məhkum AR CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə yenidən ittiham verilmişdir. Məhkum ibtidai istintaqa verdiyi izahat və ifadələrinə, habelə cinayət işi materiallarında olan digər sübutlara əsasən, onun əməlinin düzgün t övsif edilmədiyi, bununla da Azərbaycan Respublikasının Konstitusiyasından irəli gələn hüquqlarının pozulmasını təqdim etdiyi vəsatətlərində əsaslandırilmışdır. Bütün bunlar birinci instansiya məhkəməsinin istintaqında da öz təsdiqini tapdı. Həmin məhkəmə istintaqında ifadə vermiş şahidlər Məhkum irəli sürülən ittihamı demək olar ki, alt-üst etmişdir. İbtidai istintaq zamanı şahidlər ilkin ifadələrində Məhkum onları yanına çağıraraq musiqi məktəblərində işləyən müəllimlərin artıq dərs saatlarından əldə olunan pulların direktorlardan yığılaraq aylıq şəklində ona verilməli olduğunu dediyini göstərmişlər. Lakin sonradan, həmin şahidlər eyni qaydada ifadələrini dəyişmişlər. Məhkəmə isə bu mühüm xüsusata qiymət verməmişdir. Məhkəmə istintaqı ilə məlum olmuşdur ki, Məhkum vəzifəli şəxs olaraq he ç kimdən rüşvət istəməmiş, almamış və yaxud da onun belə bir niyyəti olmamışdır. Məhkum ifadəsində vəsaitlərin nazirliyin işçilərinə, habelə nazirliyin tədbirlərinə maliyyə dəstəyi göstərmək məqsədi üçün verildiyini göstərmişdir. Yuxarıda qeyd edildiyi kimi, şahidlər də məhkəmədə bu faktı təsdiq etdilər. Bundan başqa, cinayət işi üzrə tərəfindən verilən vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi işin bu hallarına da obyektiv qiymət verməmişdir. Göründüyü kimi, Məhkum əməlində cinayət tərkibinin əlamətlərini istisna edən kifayət qədər dəlillər var. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmə cinayət təqibi ilə bağlı verilmiş ittihamın araşdırması çərçivəsində məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində mühakimə edilən Məhkum elan olunmuş it tihamın tam əsassız olduğu öz təsdiqini tapmışdır. Beləliklə də, müdafiəçi hesab edir ki, Məhkum CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri üzrə təqsirli olması sübuta yetirilməmişdir. Cinayət işinin materiallarındakı sübutlar Məhkum məsuliyyətə cəlb edilməsinə kifayət etmir. Buna görə də hesab edir ki, Məhkum bu ittihamla məsuliyyətə cəlb edilə bilməz. Belə olduqda, Azərbaycan Respublikası CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmə kollegiyasının qərarı, o cümlədən Məhkum ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilməz Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmi n olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlillərindən biri Apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq et diyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM -in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apelyasiya instansiyasında apelyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Müdafiəçi kassasiya şikayətinin digər dəlili hazırkı cinayət işində onun təqsirinin sübuta yetirilməməsi, təqsirsiz olduğundan barəsində ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. İş materiallarından görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələrind ə nəzərdə tutulan cinayət əməlini törətməkdə onun özünün ifadəsi ilə yanaşı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu - şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlarla və digər iş materialları ilə tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəmədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onun həmin ifadəsinin işin hallarına uyğun olması və iş üzrə digər sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəm əsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apelyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, işə birinci instansiya məhkəməsi tərəfindən ağlabatan müddətdə baxılmış, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsi zliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə ibtidai istintaq sübutların toplanmasında, birinci və apelyasiya instansiyası məhkəmələri isə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qəra rları qəbul edilərkən məhkəmələr tərəfindən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü və 62-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə görə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Apelyasiya instansiyası məhkəməsi Məhkum himayəsində 3 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, medallarla təltif edilməsini, arvadın onkoloji xəstəliyi ilə əlaqədar ailə vəziyyətini, cinayət nəticəsində əldə edildiyi pulları dövlət büdcəsi nə qaytarmasını və əməlində cəzanı ağırlaşdıran olmamasını məcmu şəkildə müstəsna hal kimi nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş cəzanın aşağı həddən də az cəza təyin edilməklə onun islah olunmasını və cəzanın məqsədlərinə çatmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qe yd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 311.3.1, 311.3.2 və 311.3.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar