Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2048/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Novruzov X8 və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6, Məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Məhkum və sonuncunun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 308.2, 32.5, 311.3.1, 32.5, 311.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqsut 2022-ci il tarixli, 1(105)-107/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 1(101)-786/2021 nömrəli hökmü ilə (sədrlik edən hakim F.Qəniyev) Məhkum Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.1, 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 19 m ay 2021-ci il tarixdən 21 may 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqd an məhrum etmə cəzasına, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına cəzasına məhkum olunmuş, CMnin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 308.2, 311.3.1 və 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə Dövlə t və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla 01 il 06 ay müddətinə Dövlət və Yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 308.2, 32.5, 311.3.1 və 32.5, 311.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CMnin 62-ci maddəsi tətbiq edilməklə əlavə cəza təyin edilmədən CM-nin 32.5, 308.2-ci maddəsi ilə 03 (üç) il 06 altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 32.5, 311.3.1, 32.5,311.3.3-cü maddələri ilə 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrum edilmiş, CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur.
2. Həmin hökmdən Məhkum müdafiəçisi apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti vermişdir.
3. Sumq ayıt Apellyasiya Məhkəməsinin 23 avqsut 2022-ci il tarixli, 1(105)-107/2022 nömrəli qərarı ilə (hakimlər Rəhimov Elman Gülbaba oğlunun sədrliyi və məruzəsi ilə, X9 və X1 ibarət tərkibdə) Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.3-cü maddələri, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32,5 308.2, 32.5, 311.3.1, 32.5, 311.3.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli 1(101)-786/2021 nömrəli hökmünün apellyasiya şikayəti və apellyasiya protesinə münasibətdə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayəti və apellyasiya potestinin təmin edilməməsi qərara alınmışdır.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqsut 202 2-ci il tarixli, 1(105)-107/2022 nömrəli qərarından apellyasiya icraatında iştirak etmiş dövlət ittihaçısı Dövlət ittihamçısı2 kassasiya şikayəti verərək, məhkəmələr tərəfindən məhkumlar barəsində tətbiq edilmiş şərti məhkum etmə, onların şəxsiyyətinə, törətdikləri cinayətin ağırlığına və ictimai təhlükəliliyinə uyğun olmamasını qeyd edərək, məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət tərkibdə) 11 may 2023-cü il tarixli, 1(102)-551/2023 nömrəli qərarı ilə ka ssasiya protestinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-107/2022 nömrəli, 23 avqust 2022-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır.
6. Cinayət işi materiallarından müəyyən edilir ki, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildiyi ərəfədə Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqsut 2022-ci il tarixli, 1(105)-107/2022 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. İİ. Hüquqi məsələlər
7. Azərbaycan Respublikası Cinayət Prosess ual Məcəlləsinin 412.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti apellyasiya instansiyası məhkəməsi vasitəsilə verilir.
8. Həmin Məcəllənin 412.5-ci maddəsinə əsasən hüququ olmayan şəxslər tərəfindən və ya şifahi şəkildə ifadə edilmiş kassasiya şikayəti və ya kassasiya protesti qəbul edilə bilməz.
9. Sumqayıt Apellyasiya Məhkəməsindən Ali Məhkəməyə daxil olmuş 26 iyul 2023-cü il tarixli məktubdan və cinayət işi materiallarından görünür ki, cinayət işinin Ali Məhkəməyə göndərilməsi üçün əsas məhkumlar tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayətləri ilə bağlı olmuşdur.
10. Lakin Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə diqqət yetirdikdə müəyyən edilir ki, həmin kassasiya şikayətləri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş, qanuni qüvvədə olmayan Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqsut 2022-ci il tarixli qərarından olmuşdur.
11. Cinayət işi materiallarından müəyyən edildiyi kimi hazırda müdafiə tərəfinin mübahisələndirdiyi qərar kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməklə öz hüquqi qüvvəsini itirmişdir.
12. Belə ki, cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən məhkəmənin hökmü və ya qərarı kassasiya qaydasında ləğv edildikdən sonra apellyasiya instansiyası məhkəməsində cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin yenidən baxılması bu Məcəllənin 381-407-ci maddələrinə müvafiq olaraq aparılır.
13. İş materiallarından da göründüyü kimi dövlət ittihamçısının kassasiya protesti əsasında hazırda müdafiə tərəfinin mübahisələndirdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 23 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimlərindən, yəni hakimlər X5 (sədrlik edən və məruzəçi) X11 və X3 ibarət tərkibdə yeni apellyasiya baxışına təyin edilmişdir.
14. Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinin kassasiya şikayətinin və ya kassasiya protestinin məzmununa dair tələblərini özündə ehtivan edən 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protestində hökmün və ya qərarın tarixi, qısa mə zmunu və kassasiya şikayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlılığının və ya ədalətsizliyinin nədən ibarət olması öz əksini tapmalıdır.
15. Göründüyü kimi, müdafiə tərəfindən verilmiş kassasiya şikayətlərinin dəlilləri qismində qanunsuz və əsassız olduğu idda edilən apellyasiya instansiya məhkəməsinin qərarının hüquqi qüvvəsi mövcud deyildir.
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kassasiya şikayəti və ya protestinin mümkünlüyü məsələsi araşdırılarkən şikayət vermiş şəxslərin CPM-nin 412-ci maddəsində göstərilən “Kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydası”-na riayət edib-etməmələri mütləq araşdırılmalıdır.
17. Lakin hazırda müəyyən olunur ki, apellyasiya instansiy ası məhkəməsi kassasiya şikayətlərinin hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarından verilməsinə diqqət etməmiş, bununla da, Azərbaycan Respublikası CPM-nin 412 və 415-ci maddələrində təsbit olunmuş prosessual qanunvericilyinin tələblərini pozaraq kassasiya şikayətlərinin mümkünlüyünə qiymət vermədən kassasiya şikayətlərini iş materialları ilə birlikdə Ali Məhkəməyə göndərmişdir.
18. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 418.3-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini ilkin öyrənən hakim apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 415.1-ci maddəsinin tələbləri, habelə kassasiya baxışının keçirilməsinə mane olduğu halda bu Məcəllənin 417.1-ci maddəsinin tələblərinin yerinə yetirilmədiyini müəyyən etdikdə cinayət işini, məhkəməyədə k sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını apellyasiya instansiyası məhkəməsinə qaytarır.
19. Odur ki, göstərilənləri yekunlaşdıraraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 412 və 415-ci maddələrinin tələblərinin yoxlanılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
20. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 418.3-cü maddəsini rəhbər tutaraq, m əhkəmə kollegiyası QƏRARA ALDİ: Cinayət işi məhkəmə baxışından çıxarılsın. Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri şikayətlərin mümkünlüyü məsələsinin yoxlanılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılsın.