Məhkəmə qərarları › İş №1(102)-2049/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2049/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2049/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X10, Məhkum, Müdafiəçilər Bakı şəhəri “Müdafiəçi6 və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi6 və Müdafiəçi7 iştirakları ilə, Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 311.3.2 və 314.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 314.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi7 tərəfindən birgə qaydada verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxxx 1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X27 doğum və ginekologiya şöbəsinin müdiri və həkim mamaginekoloq vəzifələrində işləmiş, hazırda işləməyən, əvvəll ər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2anında kirayədə yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 tabeliyində fəaliyyət göstərməklə dövlət səhiyyə sisteminə daxil olan “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” X27 doğum və ginekologiya şöbəsinin müdiri və həkim mama-ginekoloq vəzifələrində işləyərkən onunla bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 15 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın şöbə müdirinə aid bəndinə əsasən şöbə müdirinin vəzifə və funksiyalarına uyğun olaraq, həmin şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirmək, müasir tibb elminin nailiyyətləri əsasında yeni profilaktika, diaqnostika və müalicə metodları və qabaqcıl təcrübəni tətbiq etmək, şöbədə müalicə-diaqnostika prosesinin keyfiyyət və səmərəliliyinin artırılmasına yönəldilmiş işin təşkilati forma və metodlarını təkmilləşdirmək, şöbənin həkimləri, orta və kiçik tibb heyətinin işi, diaqnozların düzgünlüyü və aparılan müalicənin keyfiyyətinə müntəzəm nəzarət etmək, həmçinin göstərilən təlimatın həkim mama-ginekoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtis ası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin stasionar şəraitdə aparılması (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yarandığı halda təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, ginekoloji xəstəliklər, hamiləlik və doğuşlar, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, reaktiv və dərman preparatlarının səmərəli istifadəsinin düzgünlüyünə riayət edilməsinə nəzarət etmək funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, 15 iyun 2021-ci il tarixdə saat 11:00-da X2 xəstəxananın doğum və ginekologiya şöbəsinə “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu ilə qəbul edilməsindən sonra həmin gün xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncunun xəstəxanada saxlanılıb üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının özü tərəfindən icra edilməsi və əməliyyatdan sonra Xəyalə Əhmədovaya tibbi xidmətin göstərilməsi müqabilində həmin xəstəxanada yerləşən xidməti otağında sonuncunun əri Şahid1 və qardaşı Ş ahid2 özü üçün birbaşa yolla, şəxsən maddi nemət olan 400 manat məbləğində pulu rüşvət qismində istəmişdir.

3. Bundan başqa, o, göstərilən vəzifədə işləyib müvafiq vəzifələri, o cümlədən təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, 15 iyun 2021-ci il tarixdə saat 09 radələrində xəstəxanaya müraciət etmiş X1 11:00-da xəstəxananın doğum şöbəsinə qəbul edilməsindən sonra aparılmış müvafiq müayinələr nəticəsində “Hamiləlik 37-38 həftə. Anemiya İİİ dərəcə. Preeklampsiya ağır dərəcə. Uşaqlıqda çapıq. Ekiz döl. Döl qişalarının vaxtından əvvəl cırılması” diaqnozu qoyulduğuna, aşkar edilmiş çapıq, anemiya, ağır dərəcəli preeklampsiya əlamətləri vədigər faktorlar əsasında risk qrupuna daxil edildiyinə, ağır preeklampsiyanın hamilələrdən yüksək ölüm göstərici olan xəstəlikl ərdən biri olduğuna görə doğuşunun daha təhlükəsiz başa çatdırılması və ölməsinin qarşısının alınması üçün imkanın çox ola biləcəyi üçün vaxtında, düzgün müayinə və müalicə etməli, vəziyyəti barədə məsul tibb işçilərinə vaxtında məlumat verməli və daha ixtisaslı tibb müəssisəsinə göndərməli olduğu halda, vəziyyətinə uyğun tibbi müayinələrini tam həcmdə aparmamış, Xəyalə Əhmədovada ağır preeklampsiya olması müəyyən edildiyinə görə qaraciyər və böyrək çatışmazlığı, HELLP sindromununun olub-olmadığını dəqiqləşdirmək məqsədi ilə bilirubin, sidik cövhəri, kreatinin, hemostaz sisteminin parametrləri, ALAT, AST QF, LDH və s. göstəriciləri müəyyən edilməli olduğu halda, göstərilən zəruri laborator-instrumental müayinələrin aparılmasını təmin etməmiş, DYL sindromu, qaraciyər və böyrək çatışmazlığın a qarşı tədbirlər görməmiş, həmçinin gələcəkdə qanaxmaya səbəb ola biləcək trombositopeniyanın olub-olmadığını təyin etməmiş, sonuncunun vəziyyəti barədə məsul tibb işçilərinə məlumat verməmiş, Xəyalə Əhmədovanı daha ixtisaslı tibb müəssisəsinə göndərməmiş, sonuncunun saat 11:00-da xəstəxananın doğum şöbəsinə qəbul edilməsinə baxmayaraq, üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının icra olunması barədə qərarı gec, yəni saat 16 radələrində vermiş, sonuncu əməliyyat blokuna gətirildikdən sonra üzərində icra ediləcək əməliyyata hazırlıq zamanı vəziyyətinin qiymətləndirilməsi ilə bağlı zəruri tibbi tədbirlər, müayinələr və yardımların aparılmasını xəstəlik tarixində qeyd etməmiş, əməliyyatı tibbi-texniki cəhətdən düzgün icra etməmiş, əməliyyatın gedişi zamanı və əməliyyatdan sonrakı dö vrdə Xəyalə Əhmədovada baş vermiş qanaxmanın mənbəyi, mənşəyi və miqdarını düzgün qiymətləndirilməmiş, bununla bağlı vaxtında lazımi tibbi tədbirlər göstərməmiş, sonuncuda hemostazı təmin etməmiş, əməliyyatdan sonra Xəyalə Əhmədovanın vəziyyətində yaranmış problemlərlə əlaqədar müzakirələr-konsilium aparmamışdır. Məhkum qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlığından Xəyalə Əhmədovanın 16 iyun 2021-ci il tarixdə saat 02:35də həmin xəstəxanada damardaxili yayılmış laxtalanma sindromundan baş vermiş qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla səhlənkarlıq etməsi ilə nə ticələnmişdir.

4. Bundan başqa, o, təkrarən, Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən onunla bağlanmış 01 sentyabr 2020-ci il tarixli, 15 nömrəli əmək müqaviləsi, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 31-1-ci maddəsi və Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın həkim mamaginekoloqa aid bəndinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qayda və standartlara uyğun olaraq, xəstənin stasionar şəraitdə aparılması (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, fizioloji və patoloji doğuşları aparmaq, zərurət yaranarsa, təcili və təxirəsalınmaz mamalıq yardımı göstərmək, o cümlədən aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirmək, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq, müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, ginekoloji xəstəliklər, hamiləlik və doğuşlar, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirlərin keçirilməsində iştirak etmək, diaqnostik və müalicə prosedurlarının aparılması, reaktiv və dərman preparatlarının səmərəli istifad əsinin düzgünlüyünə riayət edilməsinə nəzarət etməkdən ibarət olan vəzifələri yerinə yetirməli olduğuna görə xəstəxanaya müraciət etmiş pasiyentlərə dair göstərilən hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etməklə sağlamlığın qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti üzrə hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olan və ya səbəb ola bilən vəzifəli şəxs olduğu halda, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrin müalicə edilməsi ilə əlaqədar müvəqqəti olaraq X3 Mərkəzinə köçürülmüş Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00-da X8 “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini təl əb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu ilə daxil olmasından sonra həmin gün xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncunun həmin Mərkəzə qəbul edilməsi, orada saxlanılıb üzərində “Qeysəriyyə kəsiyi” cərrahi əməliyyatının özü tərəfindən icra edilməsi və əməliyyatdan sonra Fatimə Həziyevaya tibbi xidmətin göstərilməsi müqabilində həmin Mərkəzdə yerləşən xidməti otağında sonuncunun atası Şahid3 və qohumu Şahid5 özü üçün birbaşa yolla, şəxsən maddi nemət olan 400 manat məbləğində pulu rüşvət qismində istəmiş, maddi nemət olan 400 manat məbləğində pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə xidməti otağında əvvəlcə Şahid5 200 manat, Fatimə Həziyevanın qayınanası Şahid4 50 manat, daha sonra isə Mərkəzin ə məliyyat blokunda 150 manat olmaqla rüşvət qismində almışdır.

5. Bundan başqa, o, təkrarən, Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsində həkim mama-ginekoloq vəzifəsində işləyərkən yuxarıda göstərilən vəzifələri yerinə yetirməli olan vəzifəli şəxs kimi, koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrin müalicə edilməsi ilə əlaqədar müvəqqəti olaraq Cəlilabad MDM-ə köçürülmüş Cəlilabad RMX PHŞ-nin doğum və ginekologiya şöbəsinə 13 sentyabr 2021-ci il tarixdə saat 10:00da “40-41 həftəlik hamiləlik. Dölün anaya tibbi yardım göstərilməsini tələb edən bətndaxili hipoksiyası. Vaxtı ötmüş hamiləlik. Döl qişalarının vaxtından qabaq cırılması” diaqnozu ilə daxil olmuş X8 vəziyyətinin düzgün qiymətləndirilməsi üçün zəruri olan bütün müayinələrin, eləcə də ultrasəs müayinəsi və dölü n KTQ müayinəsinin aparılmasını təmin etməli olduğu halda, təmin etməmiş, xəstəlik tarixində qan və sidik analizlərinin aparıldığını göstərsə də, bu halları təsdiq edəcək tibbi sənədləri xəstəlik tarixinə əlavə etməmiş, Fatimə Həziyevanın vəziyyətini yalnız aylar öncə aparılmış müayinələr əsasında qiymətləndirmiş, sonuncunun vəziyyətinə üzərində icra edilmiş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyyatının başa çatdığı saat 12:15-dən sonra saat 17:25-ə kimi dinamik nəzarət etməli olduğu, eləcə də əməliyyatdan sonra sonuncuda baş vermiş qanaxma vaxtında müəyyən edilərdisə və hemostaz bərpa edilərdisə, ölməsinin qarşısının alına biləcəyi halda, Fatimə Həziyeva ilə bağlı lazımi tibbi prosedurlar, yəni dinamik nəzarət, müayinələr, hemostaz və uşaqlığın tonusunu bərpa edəcək müalicələr aparmamış, i tirilmiş qanı reanimasiya şöbəsində kifayət qədər bərpa etməmiş, əməliyyatın texniki qüsurlu icrası ilə əlaqədar sonuncuda əməliyyatdan sonra baş vermiş daxili və xarici qanaxmanı vaxtında aşkar etməmiş, bu hallar Fatimə Həziyevanın çoxlu miqdarda qan itirməsinə görə təkrar cərrahiyyə əməliyyatı edilməsi, bu barədə qərarın vaxtında qəbul edilməməsi, daha ağır vəziyyətdə (arterial təzyiq 53/30-la) təkrar cərrahiyyə əməliyyatına daxil olmasına səbəb olmuş, sonuncu üzərində ilkin və təkrar cərrahiyyə əməliyyatlarını tibbitexniki cəhətdən düzgün icra etməmiş, hemostazı təmin etməmişdir. Məhkum qeyd edilən formada cinayətkarcasına etinasızlıq edib, işə vicdansız və ya laqeyd münasibət göstərməsi, öz xidməti vəzifələrini lazımi qaydada, yəni tam, vaxtında və dəqiq yerinə yetirməməsi ehtiyatsızlı ğından Fatimə Həziyevanın kəskin uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən ölməsi, beləliklə də vəzifəli şəxs kimi ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən səhlənkarlıq etməsi ilə nəticələnmişdir.

6. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(099)-302/2022 nömrəli hökmü ilə (hakimləri: X17 (sədrlik edən), X15 və X9 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 311.3.2 və 314.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona CM-in 311.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 314.2-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində cəzaçəkmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi, CM-in 79.1-ci maddəsinə əsasən Məhkum qəti olaraq təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsini himayəsindəki 07 avqust 2017-ci il təvəllüdlü azyaşlı uşağı olan X7 14 yaşına çatmasınadək, yəni 07 avqust 2031-ci il tarixə kimi təxirə salınması, üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələrinin qoyulması, onun göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı və qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, barəsində seçilmiş başqa yerə getməmək haqqınd a iltizam qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, vəzifədən kənarlaşdırma qətimkan tədbirinin isə ləğv edilməsi hökm edilmiş, hökmlə iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

7. Həmçinin həmin hökmlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.

8. Birinci instansiya məhkəməsinin həmin hökmündən Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum tərəfindən isə apellyasiya şikayəti verilmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarı ilə (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X13 və X14 ibarət tərkibdə) məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikay ətinin təmin edilməsi, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(099)302/2022 nömrəli hökmünün apellyasiya protestinə münasibətdə Məhkum aid hissədə dəyişdirilməsi, hökmdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiqinə dair müddəaların xaric edilməsi, CM-in 46.2-ci maddəsi tətbiq olunmaqla Məhkum CM-in 311.3.2-ci maddəsi ilə 1 (bir) il, 6 (atlı) ay müddətinə, CM-in 314.2-ci maddəsi ilə 1 (bir) il müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş əlavə cəzaları CM-in 66.4-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə üzərində 2 (iki) il müdd ətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzasının saxlanılması, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əlavə cəza əsas cəza ilə tamamilə toplanılmaqla Məhkum üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalından dərhal həbsə alınması, Məhkum ona təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 06 apr el 2023-cü il tarixdən hesablanması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarından Məhkum müdafiəçiləri Müdafiəçi6 və Müdafiəçi7 tərəfindən birgə qaydada kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavənin dəlilləri və etirazlar:

11. Kassasiya şikayətinin dəlilləri qismində cinayət işi materiallarında öz əksini tapan sübutlara, ekspert rəylərinin müdafiə tərəfindən təhlilinə həsr olunmuş mövqeylərinə, Məhkum müdafiəçiləri tərəfindən verilmiş, məhkəmələr tərəfindən təmin edilməməsi istinad edilən çoxsaylı vəsatlərə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək göstəril mişdir ki, Məhkum barəsində aparılan ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı maddi və prosessual hüquq normalar kobud surətdə pozulmuşdur. Məhkum əməlində ona qarşı irəli sürülmüş ittihamlar üzrə vəzifə cinayətləri olmadığına görə həmin ittihamlar əsassız və qaunsuzdur. Çünki, CM-də həkimlər ixtisasları üzrə peşə fəaliyyətlərini həyata keçirərəkən vəzifəli şəxs hesab olunmalarını müəyyən edən heç bir müddəa yoxdur. Bundan əlavə, Məhkum tərəfindən icra edilmiş əməliyyatlarda o, üzərinə düşən bütün vəzifələri lazımınca yerinə yetirmişdir.

12. Kassasiya şikayətinin müəllifləri eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində təyin edilmiş cəza ilə razılaşaraq qeyd ediblər ki, birinci instansiya məhkəməsinin qərarı düz olmuş və apellyasiya məhkəməsi isə protesti əsas götürərək hökmü ləğv edərkən səhv nəticəyə gəlmiş və ədalətli qərar qəbul etməmişdir.

13. Belə ki, iş materiallarından göründüyü kimi məhkum ali təhsilli şəxs olmuş, 3 övladı vardır, onlardan biri az yaşlı olmaqla 5 yaşındadır, ikincisi yetkinlik yaşma çatmayan olmaqla 16 yaşındadır, üçüncüsü isə yetkinlik yaşına çatmış 19 yaşındadır. Onları öz sevgisi ilə əhatə etmişdir, özü fəlsəfə doktorudur, öz uşaqlarının vahid tərbiyəçisidir. Bunlar onun ailə münasibətləri üzrə şəxsiyyətinə xələl gətirən hallar deyildir. Bundan əlavə, zərərçəkmiş şəxs X2 hüquqi varisi X18 məhkəmədə təqsirləndirilən şəxslərə qarşı şikayəti olmadığını, onlarla barışdığını bildirib həmin şəxslərin barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. X16 xx.xx.2022-ci il tarixdə notariusda təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizəsini təqdim edərək bildirmişdir ki, X12 ilə barışmış, sonuncu tərəfindən ona dəymiş mənəvi zayan ödənilmişdir. Ona görə də, məhkəmədən xahiş edir ki, Məhkum barəsində həbslə bağlı olmayan cəza təyin olunsun.

14. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin müəllifləri şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 aprel 2023-cü il tarixli 1(106)-201/2023 nömrəli qərarını ləğv edərək Məhkum barəsində bəraətverici əsaslarla yeni qərar qəbul edilməsini, əgər onların irəli sürdü yü dəlillər məhkəmə kollegiyası tərəfindən qəbul edilmədiyi halda cəzanın təxirə salınmasında dövlətin əsas məqsədi kimi hesab olunan uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq, azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etmək kimi humanizm təcəssümünü nəzərə almaqla məhkum barəsində CM-in 79.1-ci maddəsinin tətbiq edilməsini xahiş etmişlər.

15. Kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir.

16. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikyəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və onun müdafiəçiləri kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsi ni xahiş etdilər.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yo xlayır”

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Məhkum müdafiəçiləri kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə onun təqsirli bilindiyi CM-in 311.3.2 və 314.2-ci maddələri ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellya siya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu, bundan əlavə məhkum barəsində birinci instansiya məhkəməsi tərəfindən CM-in 79.1-ci maddəsi əsasında təyin edilmiş cəzanın apellyasiya instansiya məhkəməsi tərəfindən əsassız olaraq ləğv edilməsini qeyd edərək tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416.1.1, 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, kollegiya məhkumun müdafiəçilərinin kassasiya şikayətini və kassasiya şikayətinə əlavələrini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin po zulmasına gətirib çıxara bilər.

25. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir.

26. CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir.

27. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349. 5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. 28. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, h ər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun mü vafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilmə si üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri).

29. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum CM-in 311.3.2 və 314.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə əsaslı nəticəyə gələrək onu məhkum etmişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışı zamanı həmçinin İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nə zərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır.

30. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi Cinayət Məcəlləsinin 311.3.2 və 314.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə dair təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişdir.

31. Lakin məhkəmə kollegiyası Məhkum təyin ol unan cəzaya münasibətdə Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, habelə, məhkumun barəsində olan yüngülləşdirici halları əsas götürərək hesab edir ki, mübahisələndirilən qərar məhkuma təyin edilmiş cəza hissəsində dəyişdirilməli, kassasiya şikayəti qismən təmin edilməlidir.

32. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkum ları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır.

34. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcə sini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.

36. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.

37. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum münasibətdə cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları kifayət qədər nəzərə almamışdır.

39. Belə ki, Cinayət Məcəlləsinin 79-cu maddəsi hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması ilə bağlı münasibətləri tənzim edir. Həmin Məcəllənin 79.1-ci maddəsinin tələbinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

40. Məhkəmə kollegiyası qeyd edir ki, cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Cəzanın çəkilməsinin təxirə salındığı dövr üçün qanunvericiliyin əsas tələbi məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsi, uşağın təlim-tərbiyəsi ilə məşğul olması, habelə yeni hüquq pozuntusu törətməkdən çəkinməsi ilə bağlıdır.

41. Bu baxımdan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 28-ci maddəsinin İ hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 02 mart 2010-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, İ və İİ qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

42. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum himayəsində 7 avqust 2017-ci il təvəllüdlü Adəm Qəhrəmanov adlı uşağı vardır. Qanunvericilik cəzanın cəkilmədən təxirə salınmasını vəzifə olaraq deyil, hüquq kimi müəyyən etsə də, məhkəmə kollegiyası Məhkum şəxsiyyətini, himayəsində 14 yaşına çatmamış uşağının olmasını, törətdiyi cinayət əməlinin şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət olmadığını nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasını mümkün sayır və himayəsində olan azyaşlı uş ağın mənafeyi baxımından barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını məqsədəuyğun hesab edir.

43. Məhkəmə bu qənaətə gələrkən nəzərə alır ki, Məhkum ali tibb təhsillidir, tibb üzrə fəlsəfə doktorudur, subaydır, azyaşlı uşağından başqa digər övladları 16 aprel 2004-cü təvəllüdlü yetkinlik yaşına çatmış X26 və 19 fevral 2008-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış X19 da vardır. Onun real cəza çəkməsi ailənin digər üzvləerinin tərbiyəsinə, təhsilinə, normal inkişafına ciddi neqativ təsir etmiş olardı.

44. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişd ir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir.

45. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur.

46. Məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin bu barədə dəlillərini əsaslı sayaraq yuxarıda qeyd edilən səbəblərdən Məhkum m ünasibətdə Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsinin mümkünlüyü barədə nəticəyə gəlir.

47. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər.

48. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti və və kassasiya şikayətinə əlavə qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)201/2023 nömrəli qərarı dəyişdirilməli, Məhkum Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərar ilə ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və ya maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən uşağı – 7 avqust 2017-ci il təvəllüdlü Adəm Qəhrəmanov 14 yaşına çatana qədər, yəni 7 avqust 2031-ci il tarixə kimi təxirə salınmalıdır.

49. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarı Məhkum cəzasının çəkilməsi hissəsində dəyişdirilsin. Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 6 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarı ilə qəti olaraq təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını çəkməsi Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən himayəsindəki 7 avqust 2017-ci il təvəllüdlü azyaşlı uşağı olan X7 14 yaşına çatmasınadək, yəni 07 avqust 2031-ci il tarixə kimi təxirə salınsın. Məhkum üzərinə azyaşlı və digər uşaqlarına qayğı göstərmək və onların tərbiyəsi ilə məşğul olmaq vəzifələri qoyulsun. Məhkum göstərilən davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşadığı və qeydiyyatda olduğu yer üzrə Bakı şəhər Probasiya İdar əsinə tapşırılsın. Məhkum barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, cəzasını çəkdiyi müəssisə üzrə cəzaçəkmə müəssisəsindən dərhal azad edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 aprel 2023-cü il tarixli, 1(106)-201/2023 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar