Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2049/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Məmmədzadə Əkbər Yusif oğlunun iştirakları ilə x xxxxxx 1981-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, öhdəsində iki azyaşlı uşağı olan, Kəlbəcər rayonunun Göydərə kəndində qeydiyyatda olan və Göygöl rayonunun Çaykənd kəndində yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024cü il tarixli 1(104)-173/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, “Konsensus” Vəkil Bürosunun vəkili Hacıyev Fəzail Hacı oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 1(040)-1/2024 saylı hökmü ilə (sədrlik edən H.S.Qəniyev), Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.4 -cü maddələri və Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib məhkum olunmuşlar. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi və Təqsirləndirilən şəxs1 müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024cü il tarixli qərarı ilə (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən), S.B.Hüseynov və N.T.Əliyev) Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Kəlbəcər Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanmışdır. İşin halları: Hökmə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxslə, təkrarən, o cümlədən bir halda yaşayış sahəsinə q anunsuz daxil olaraq, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş, bundan başqa, yandırmaqla zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurub özgənin əmlakını qəsdən məhv etmiş, həmçinin, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatlarını əldə edərək saxlamışdır. Belə ki, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 may 2019-cu il tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs11 məxsus 1 (bir) baş iki yaşlı erkək cinsli 800 (səkkiz yüz) manat dəyərində iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 2 avqust 2019-cu il tarixdə saat 8-dən 19-dək olan müddə t ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 1 (bir) baş boz rəngli, dişi cinsli, bir yaş səkkiz aylıq, 1000 (min) manat dəyərində, 2 (iki) baş qara rəngli, dişi cinsli, bir yaş səkkiz aylıq, hər birinin ayrı-ayrılıqda dəyəri 1000 (min) manat olan, ümumilikdə 3000 (üç min) manat dəyərində 3 (üç) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 21 sentyabr 2019-cu il tarixdə saat 9-dan 16-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerl əşən otlaq sahəsindən Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) baş 2000 (iki min) manat dəyərində, on yaşlı, dişi cinsli, qara rəngli, həmçinin Zərərçəkmiş şəxs7 məxsus 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində dörd yaşlı, dişi cinsli, qara rəngli və 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində dörd yaşlı, dişi cinsli, qara-qırmızı rəngli olmaqla, ümumilikdə 3000 (üç min) manat dəyərində 2 (iki) baş iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 3 oktyabr 2019-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndində Zərərçəkmiş şəxs6 məxsus, ətrafı və qapısı bağlı olan torpaq sahəsindən sonuncuya məxsus 800 (səkkiz yüz) manat dəyərində dörd yaşlı 1 (bir) baş a tı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 27 aprel 2020-ci il tarixdə saat 9-dan 18-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs8 məxsus 1 (bir) baş 900 (doqquz yüz) manat dəyərində dişi cinsli, bir il dörd aylıq, qarın hissəsinin altı ağ rəngli iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 iyul 2020-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs9 məxsus 1 (b ir) baş 1000 (min) manat dəyərində bir yaş iki aylıq erkək cinsli, iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 avqust 2020-ci il tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs10 məxsus 1000 (min) manat dəyərində 1 (bir) baş atı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 31 avqust 2020-ci il tarixdə saat 14-dən 19-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs9 məxsus 1 ( bir) baş qara rəngli, iki yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində, 2 (iki) baş, hər birinin dəyəri ayrı ayrılıqda 2000 (iki min) manat olmaqla, iki yaşlı, dişi cinsli, boz rəngli və 1 (bir) baş dişi cinsli, on yaşlı, boz rəngli 1000 (min) manat dəyərində olmaqla, ümumilikdə 7000 (yeddi min) manat dəyərində 4 (dörd) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını qəsdən məhv etmək məqsədi ilə tanışı X10 ilə birlikdə 7 aprel 2021-ci il tarixdə saat 1 radələrində Göygöl rayonunun Toğanalı kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus “Göyəzən” adlanan kafenin qış və erkən yaz aylarında işləməməsindən istifadə edib, kafenin həyətdən olan qapısını açmaq yolu ilə içəri daxil olaraq ikinci mərtəbəyə qalxıb pəncərəni mexaniki təsir etmə yo lu ilə açdıqdan sonra özləri ilə gətirdikləri neft məhlulunu qəsdən pəncərədən döşəmənin üzərinə yayaraq kibritlə alışdırmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus: ümumi sahəsi 48 kvadratmetr olan kafenin 25 kvadratmetr hissəsində olan 11232 (on bir min iki yüz otuz iki) manat dəyərində ümumi konstruksiyanı və kafenin içərisində olan: 1) hər birinin dəyəri 2500 (iki min beş yüz) manat olan cəmi 10000 (on min) manat dəyərində 4 (dörd) dəst mebeli, 2) hər birinin dəyəri 600 (altı yüz) manat olan cəmi 2400 (iki min dörd yüz) manat dəyərində 4 (dörd) ədəd “LG” markalı “107” diaqonal ekranlı televizoru, 3) 2000 (iki min) manat dəyərində 1 (bir) ədəd divan və 4 (dörd) ədəd kreslonu, 4) hər birinin dəyəri 1500 (min beş yüz) manat olan cəmi 6000 (altı min) manat dəyərində 4 (dörd) ədəd ikikameral ı “Xitaki” markalı soyuducunu, 5) hər birinin dəyəri 500 (beş yüz) manat olmaqla cəmi 1000 (min) manat dəyərində 2 (iki) ədəd 2,5x8 metr ölçüdə dəhliz üçün nəzərdə tutulmuş xalçanı, 6) hər birinin dəyəri 700 (yeddi yüz) manat olan cəmi 2800 (iki min səkkiz yüz) manat dəyərində 4 (dörd) ədəd 4x5 metr ölçüdə xalçanı, 7) hər birinin dəyəri 100 (yüz) manat olan cəmi 1000 (min) manat dəyərində 10 (on) ədəd çilçırağı, 8) 800 (səkkiz yüz) manat dəyərində 1 (bir) ədəd “LG” markalı paltaryuyanı, 9) hər birinin dəyəri 200 (iki yüz) manat olan 400 (dörd yüz) manat dəyərində 2 (iki) ədəd “Kenvood” markalı tozsoranı, 10) hər birinin dəyəri 250 (iki yüz əlli) manat olan cəmi 2000 (iki min) manat dəyərində 8 (səkkiz) ədəd örtükləri, 11) hər birinin dəyəri 150 (yüz əlli) manat olan cəmi 300 (üç yüz) manat dəyərində 2 (iki) ədəd taxta materialdan yazı masasını, 12) hər birinin dəyəri 70 (yetmiş) manat olan cəmi 140 (yüz qırx) manat dəyərində 2 (iki) ədəd unitazı, 13) hər birinin dəyəri 50 (əlli) manat olan cəmi 100 (yüz) manat dəyərində 2 (iki) ədəd əl-üz yumaq üçün dəsti, 14) hər birinin dəyəri 30 (otuz) manat olan cəmi 60 (altmış) manat dəyərində 2 (iki) ədəd hamam üçün güzgü və duşları yandırmaqla yararsız hala salıb sonuncunun ümumilikdə xeyli miqdar hesab edilən 40232 (qırx min iki yüz otuz iki) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2021-ci ilin iyun ayında dəqiq günü ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs12 məxsus 1000 (min) manat dəyərində iki yaşlı dişi cinsli, 1 (bir) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 8 avqust 2021-ci il tarixdə saat 6-dan 20-dək olan müddət ərzində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs5 məxsus 1 (bir) baş 1000 (min) manat dəyərində dişi cinsli, dörd yaşlı, ağ rəngli, 1 (bir) baş 1000 (min) manat dəyərində dişi cinsli, dörd yaşlı, boz rəngli və 1 (bir) baş 3000 (üç min) manat dəyərində dörd yaşlı, dişi cinsli, boz rəngli, cəmi 5000 (beş min) manat dəyərində 3 (üç) baş iribuynuzlu heyvanı, həmçinin sonuncunun qohumu Zərərçəkmiş şəxs3 məxsus 1 (bir) baş 1500 (min beş yüz) manat dəyərində üç yaşlı, göy rəngli, dişi cinsli iribuynuzlu heyvanları gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrar, 14 sentyabr 2021-ci il tarixdə saat 4 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Çaykənd kəndində yaşayan Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin həyətinə bağın çəpərində yerləşən giriş qapısını açma üsulu ilə qanunsuz olaraq daxil olub, fərdi yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə Zərərçəkmiş şəxs4 satmaq üçün yığdığı 1) hər bir qutusunun dəyəri 2,10 manat (iki manat 10 qəpik) olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 (on) qutu “Pr ima” markalı siqareti, 2) hər bir qutusunun dəyəri 2,10 manat (iki manat 10 qəpik) olmaqla ümumi dəyəri 21 (iyirmi bir) manat olan 10 qutu “Viceroy” markalı siqareti, 3) hər bir qutusunun dəyəri 2,60 manat (iki manat 60 qəpik) olmaqla ümumi dəyəri 26 (iyirmi altı) manat olan 10 (on) qutu “Pall Mall” markalı siqareti, 4) hər bir qutusunun qiyməti 2,30 manat (iki manat 30 qəpik) olmaqla ümumi dəyəri 23 (iyirmi üç) manat olan 10 (on) qutu “Compakt Classik” markalı siqareti, 5) hər birinin dəyəri 6 (altı) manat olmaqla ümumi dəyəri 12 (on iki) manat olan 2 (iki) ədəd 0,5 litr həcmdə “Xan Chrystal” markalı arağı, 6) 1 (bir) ədəd 10 (on) manat dəyərində 0,7 litr həcmdə “Xan Chrystal” markalı arağı, 7) hər birinin dəyəri 8 (səkkiz) manat, ümumi dəyəri 16 (on altı) manat olan 2 (iki) ədəd 0,7 litr həcmdə “Ağsu” markalı arağı, 8) hər birinin dəyəri 10 (on) manat, ümumi dəyəri 20 (iyirmi) manat olan 2 (iki) ədəd 1 litr həcmdə “Ağsu” markalı arağı, 9) hər birinin dəyəri 5 (beş) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 5 (beş) ədəd 0,5 litr həcmdə “Ağsu” markalı arağı, 10) ümumi dəyəri 60 (altmış) manat olan 5 (beş) kiloqram çəkidə “Ovçular” markalı kolbasanı, 11) ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 3 (üç) kiloqram çəkidə “Manqalüstü” markalı sosiskanı, 12) hər birinin dəyəri 7 (yeddi) manat, ümumi dəyəri 35 (otuz beş) manat olan 5 (beş) ədəd bağlı paketdə “Manqalüstü” markalı sosiskanı, 13) ümumi dəyəri 125 (yüz iyirmi beş) manat olan 25 (iyirmi beş) ədəd parça dəsmalı, 14) ümumi dəyəri 120 (yüz iyirmi) manat olan 5 (beş) bağlama corabı, hər bir qutusunun dəyəri 5 (beş) man at olmaqla 300 (üç yüz) manat dəyərində 60 (altmış) qutu “Beta Tea” markalı qara çayı, 15) hər birinin dəyəri 6 (altı) manat olan cəmi 120 (yüz iyirmi) manat dəyərində 20 (iyirmi) ədəd “Pantene” markalı şampunu, 16) hər birinin dəyəri 10 (on) manat olan ümumi dəyəri 180 (yüz səksən) manat dəyərində 18 (on səkkiz) ədəd “Head and Shoulders” markalı şampunları, 17) hər birinin dəyəri 5 (beş) manat olan 8 (səkkiz) ədəd cəmi 40 (qırx) manat dəyərində “Möcüzə” markalı kərə yağlarını, 18) hər birinin dəyəri 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Bizon” markalı enerji içkisini, 19) hər birinin qiyməti 1 (bir) manat olmaqla ümumi dəyəri 20 (iyirmi) manat olan 20 (iyirmi) ədəd “Hell” markalı enerji içkisini, 20) 13 (on üç) manat dəyərində “Gillet” markalı üzqırxa n ülgücü, Zərərçəkmiş şəxs4 mülkiyyətində olan ümumilikdə 1111 (min bir yüz on bir) manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq etdikdən sonra törətdikləri oğurluq hadisəsinin izini itirmək məqsədi ilə yenidən sonuncuya məxsus fərdi yaşayış evinin həyətinə daxil olub yaşayış evinin pəncərəsini mexaniki təsir vasitəsi ilə açaraq qəsdən özləri ilə gətirdikləri neft məhlulunu qrupun üzvü Elnur Hüseynov pəncərədən döşəmənin üzərinə yaymış, o isə neft məhlulu yayılmış hissəyə kibritlə od salaraq Zərərçəkmiş şəxs4 204 kvadratmetr ölçüdə olan mənzilinin 26040 (iyirmi altı min qırx) manat dəyərində 108 kvadratmetrlik hissəsini, eləcə də mənzilin içərisində olan 1) 2 (iki) ədəd, hər biri 800 (səkkiz yüz) manat dəyərində 6 kiloqramlıq “LG” markalı paltaryuyan maşını, 2) 1 (bir) ədəd 1200 (min iki yüz) manat dəyərində ev üçün “Hisense” markalı soyuducunu, 3) 1 (bir) ədəd 400 (dörd yüz) manat dəyərində dondurma saxlamaq üçün soyuducunu, 4) 1 (bir) ədəd 200 (iki yüz) manat dəyərində “Çinar” markalı soyuducunu, 5) 1 (bir) ədəd 750 (yeddi yüz) manat dəyərində “LG” markalı 107 santimetr diaqonallı televizoru, 6) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində “LG” markalı 86 santimetr diaqonallı televizoru, 7) 2 (iki) ədəd, hər biri 150 (yüz əlli) manat dəyərində “Bosh” markalı ütünü, 8) 2 (iki) ədəd, hər biri 50 (əlli) manat dəyərində “Bosh”markalı mikseri, 9) 2 (iki) ədəd, hər biri 125 (yüz iyirmi beş) manat dəyərində “Geepas” markalı tozsoranı, 10) 1 (bir) ədəd 90 (doxsan) manat dəyərində “Beko” markalı tozsoranı, 11) 2 (iki) ədəd, hər biri 150 (yüz əlli) manat dəyərində “Akel” markal ı elektrik sobasını, 12) 2 (iki) ədəd, hər biri 70 (yetmiş) manat dəyərində “Philips” markalı hava fenini, 13) 2 (iki) ədəd, hər biri 50 (əlli) manat dəyərində “Braun” markalı ütü fenini, 14) 1 (bir) ədəd 130 (yüz otuz) manat dəyərində “Sony” markalı DVD-ni, 15) 2 (iki) ədəd, hər biri 45 (qırx beş) manat dəyərində “Supermaks” markalı krosna (peyk anteni) aparatını, 16) 1 (bir) ədəd 60 (altmış) manat dəyərində “Omron” markalı təzyiqölçən aparatı, 17) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “TpLİnk” markalı internet şəbəkəsi üçün modemi, 18) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan “Dəmir Döküm” markalı suqızdırıcı (minutka) aparatını, 19) 1 (bir) ədəd 900 (doqquz yüz) manat dəyərində “Asus” markalı noutbuk kompyuterini, 20) 3 (üç) ədəd, hər biri 100 (yüz) manat dəyə rində Rusya istehsalı olan çilçırağı, 21) 1 (bir) ədəd 150 (yüz əlli) manat dəyərində “Zinger” markalı tikiş maşınını, 22) 1 (bir) ədəd 70 (yetmiş) manat dəyərində oyma taxta materialından əl işi olaraq düzəldilmiş divar saatını, 23) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində yerli istehsal olan televizor altlığını, 24) 1 (bir) ədəd 3000 (üç min) manat dəyərində Türkiyə istehsalı olan yataq dəsti mebelini, 25) 1 (bir) ədəd 250 (iki yüz əlli) manat dəyərində yerli istehsal olan, taxta materialdan hazırlanmış uşaq beşiyini, 26) 1 (bir) ədəd 140 (yüz qırx) manat dəyərində yerli istehsal olan uşaq arabasını, 27) 1 (bir) ədəd 800 (səkkiz yüz) manat dəyərində palıd ağacı materialından hazırlanmış 90x200 santimetr ölçülü tək çarpayını, 28) 1 (bir) ədəd 1600 (min altı yüz) manat dəyərində “Bellona” ma rkalı divan-kreslo dəstini, 29) 1 (bir) dəst 600 (altı yüz) manat dəyərində səkkiz nəfərlik stol-stul dəstini, 30) 2 (iki) ədəd, hər biri 75 (yetmiş beş) manat dəyərində mebel stulları, 31) 6 (altı) ədəd, hər biri 20 (iyirmi) manat dəyərində plastmas materialdan hazırlanmış stulları, 32) 15 (on beş) ədəd, hər biri170 (yüz yetmiş) manat dəyərində 15 (on beş) dəst yorğan-döşək dəstini, 33) 2 (iki) ədəd, hər biri 300 (üç yüz) manat dəyərində 3x5 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 34) 3 (üç) ədəd, hər biri 120 (yüz iyirmi) manat dəyərində 2x3 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 35) 2 (iki) ədəd, hər biri 350 (üç yüz əlli) manat dəyərində 2x3 metr ölçüdə yerli istehsal olan yun gəbəni (xalçanı), 36) 3 (üç) ədəd, hər biri 250 (iki yüz əlli) manat dəyəri ndə 1,5x2 metr ölçüdə Türkiyə istehsalı olan yun gəbəni (xalçanı), 37) 1 (bir) ədəd 170 (yüz yetmiş) manat dəyərində 2,5x3 metr ölçülü Türkiyə istehsalı olan “Kaşmir” markalı gəbəni (xalçanı), 38) 10 (on) ədəd, hər biri 80 səksən) manat dəyərində Türkiyə istehsalı olan təzə örtük dəstini, 39) 1 (bir) ədəd 550 (beş yüz əlli) manat dəyərində 2x3 metr ölçülü Türkiyə istehsalı olan pərdəni, 40) 1 (bir) ədəd ağac materialından hazırlanmış 2,5 metr uzunluğunda pərdə asmaq üçün nəzərdə tutulmuş yerli istehsal olan 100 (yüz) manat dəyərində karnizi, 41) 12 (on iki) dəst, hər biri 60 (altmış) manat dəyərində yerli istehsal olan standart ölçülü mələfə dəstini, 42) 12 (on iki) ədəd- hər biri 5 (beş) manat dəyərində “Gilan” firmasının istehsalı olan əl-üz dəsmalını, 43) 6 (altı) ədəd, hər biri 20 (iyi rmi) manat dəyərində “Gilan” firmasının istehsalı olan hamam dəsmallarını, 44) 20 (iyirmi) ədəd, hər biri 3 (üç) manat dəyərində “Gilan” firmasının istehsalı olan çay stəkanlarını, 45) 2 (iki) ədəd, hər biri 35 (otuz beş) manat dəyərində Türkiyə istehsalı olan hamam xalatını, 46) 1 (bir) dəst 2500 (iki min beş yüz) manat dəyərində Türkiyə İstehsalı olan “çəngəl, bıçaq, qab-qacaq və qazanlar” dəstini, 47) 1 (bir) cüt 50 (əlli) manat dəyərində qadın ayaqqabısını, 48) 1 (bir) cüt 65 (altmış beş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün ayaqqabını, 49) 1 (bir) cüt 70 (yetmiş) manat dəyərində dəri materialdan hazırlanmış kişi üçün uzunboğaz çəkməni, 50) 1 (bir) cüt 80 (səksən) manat dəyərində dəri materialdan hazırlanmış qadın üçün uzunboğaz çəkməni, 51) 1 (bir) ədəd 120 (yüz iy irmi) manat dəyərində qadın üçün yun materialdan hazırlanmış paltonu, 52) 1 (bir) ədəd 100 (yüz) manat dəyərində kişi üçün gödəkcəni, 53) 2 (iki) ədəd, hər biri 60 (altmış) manat dəyərində qadın üçün yazlıq parça plaşı, 54) 2 (iki) ədəd, hər biri 60 (altmış) manat dəyərində Türkiyə istehsalı olan qadın əl çantalarını, 55) 3 (üç) dəst, hər biri 150 (yüz əlli) manat dəyərində Türkiyə istehsalı olan kişi kostyumlarını, 56) 2 (iki) ədəd, hər biri 35 (otuz beş) manat dəyərində yerli istehsal olan dəmir materialdan hazırlanmış xəncərləri, 57) 1 (bir) ədəd 50 (əlli) manat dəyərində “Monej” markalı uşaq arabasını alışdırıb yandırmaqla yararsız hala salıb sonuncunun ümumilikdə külli miqdar hesab edilən 51635 (əlli bir min altı yüz otuz beş) manat dəyərində əmlakını qəsdən məhv etmişdir. Bundan başq a, o, təkrar, 1 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə tanışı X10 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Göygöl rayonunun Yeni Zod kəndinin inzibati ərazisində yerləşən otlaq sahəsindən Zərərçəkmiş şəxs13 məxsus 2000 (iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli, üç yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində 1 (bir) baş boz rəngli, iki yaşlı, dişi cinsli, 1500 (bir min beş yüz) manat dəyərində 1 (bir) baş boz rəngli, 1 (bir) yaşlı, dişi cinsli, 2000 (iki min) manat dəyərində 1 (bir) baş ağ rəngli, iki yaşlı, dişi cinsli və 2000 (iki min) manat dəyərində, 1 (bir) baş boz rəngli, iki yaşlı, dişi cinsli, ümumilikdə 9500 (doqquz min beş yüz) manat dəyərində 5 (beş) baş iribuynuzlu heyvanı gizl i yolla talayaraq oğurluq etmişdir (Həmin heyvanlardan hər birinin qiyməti 2000 /iki min/ manat, cəmi 4000 /dörd min/ manat qiyməti olan iki başı sonradan sahibinə qayıtmışdır). Bundan başqa, o, təkrar, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 və X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 31 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Göygöl rayonunun Çaykənd kəndinin ərazisində “su baseyni” kimi tanınan otlaq sahəsindən həmin kəndin sakini Zərərçəkmiş şəxs14 məxsus hər birinin ayrı ayrılıqda dəyəri 210 (iki yüz on) manat olmaqla 6 (altı) baş boğaz vəziyyətdə dişi cinsli və 1 (bir) baş 200 (iki yüz) manat dəyərində erkək cinsli, ümumilikdə 1460 (min dörd yüz altmış) manat dəyərində 7 (yeddi) baş keçini gizli yolla talayaraq oğurluq etmişdir. Bunda n başqa, o, ibtidai istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 (bir) ədəd, çaxmağın üzərində “Eİ-7161” yazısı olan, 7,62 millimetr kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, “AKM” modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə, atəş üçün yararlı, yivli odlu silah hesab edilən avtomatı, 57 (əlli yeddi) ədəd keçmiş SSRİ dövlətində və 1 (bir) ədədi Azərbaycan Respublikasında zavod üsulu ilə istehsal olunmuş 7,62x39 millimetr kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı, atəş üçün yararlı döyüş sursatı hesab edilən ştat patronları və zavod üsulu ilə istehsal olunmuş texniki cəhətdən saz vəziyyətdə 1 (bir) ədəd 30 (otuz) ədədlik, 1 (bir) ədədi isə 40 (qırx) ədədlik 7,62x39 millimet r kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların və əl pulemyotlarının komplekt hissəsi hesab edilən daraqları yaşadığı Göygöl rayonunun Çaykənd kəndində yerləşən fərdi yaşayış evinin mətbəx otağındakı masanın altında gizlədib qanunsuz olaraq saxlamış, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının 29 noyabr 2021-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum yaşadığı evdən həmin 1 (bir) ədəd odlu silah hesab edilən avtomat silah, döyüş sursatı hesab edilən 58 (əlli səkkiz) ədəd patron və odlu silahın komplekt hissələri hesab edilən 2 (iki) ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmənin gəldiyi nəticəyə görə həmin hərəkətləri ilə Məhkum Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2. 1, 186.2.2 və 228.1-ci maddələrində nəzərə tutulan cinayət əməllərini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində CM-in 177.2.1 və 228.1-ci maddələri ilə təqsirli bilinməklə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi Ə.Məmmədzadənin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Odur ki, müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsa slılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Verilmiş kassasiya şikayətində məhkum barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu, habelə cəzanın ağır olması mübahisə edilir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya” görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinə görə “Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 186.2-ci maddəsinə görə “Eyni əməllər: 186.2.1. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2. yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinə görə “Qan unsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə— iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq ed ilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmə lə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 d ekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməlinin törədilməsində təqsirli olması, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs10 Haqverdi oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs13 ifadələri, şahidlər X5, X8, X24, X12, X10, X13, X6, X4 və X3, həmçinin Zərərçəkmiş şəxs9 nümayəndəsi (arvadı) Nümayəndə ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş hadisə yerlərinə baxış keçirilməsi haqqında 13 iyun 2019-cu il tarixli protoko l, 20 avqust 2019-cu il tarixli protokol, 3 oktyabr 2019-cu il tarixli protokol, 5 oktyabr 2019-cu il tarixli protokol, 30 aprel 2020-ci il tarixli protokol, 18 iyul 2020-ci il tarixli protokol, 11 sentyabr 2020-ci il tarixli protokol, 25 avqust 2021-ci il tarixli protokol, məhkəmə-yanğın-texniki ekspertizasının 23 iyun 2021-ci il tarixli 10/2104 nömrəli və 6 yanvar 2022-ci il tarixli 10/7393 nömrəli rəyləri, məhkəmə-tikinti-texniki ekspertizasının 18 fevral 2022-ci il tarixli 10/966 nömrəli rəyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli 9/840 nömrəli rəyi, baxış və götürmə haqqında 29 noyabr 2021-ci il tarixli protokol, məhkəmə-ballistik ekspertizasının 29 dekabr 2021-ci il tarixli 21/750R nömrəli rəyi, iş materiallarına əlavə edilmiş nömrəli DVD-disklər, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə kollegiyası şikayətdə məhkuma ibtidai istintaq zamanı fiziki və psixoloji təzyiqlər olunduğunu, işgəncələr verildiyini, buna görə də məhkumun törətmədiyi cinayətləri boynuna almağa məcbur olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasından təqdim olunmuş X7 adına olan tibb kitabçasından görünür ki, sonuncu İstintaq Təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş, müayinə zamanı onun üzərində yalnız başın tüklü hissəsində bir ədəd, sağ qasıqda əməliyyatdan qalma 1 ədəd çapıq toxuma aşkar edilmişdir. O, müayinə zamanı hər hansı bir şikayətinin olmadığı nı bildirmişdir. İş materiallarından həmçinin müəyyən edilmişdir ki, Məhkum polis şöbəsində fiziki və psixoloji təzyiqlərə, işgəncələrə məruz qalması, bununda nəticəsində törətmədiyi cinayət əməllərini boynuna almağa məcbur edilməsi ilə bağlı Göygöl rayon prokurorluğuna edilmiş müraciətlə bağlı prokurorluq tərəfindən ətraflı araşdırma aparılmış, araşdırma nəticəsində müraciətdə göstərilən xüsusatlar təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması 15 fevral 2022-ci il tarixli qərarla rədd edilmişdir. Araşdırma zamanı həmçinin məhkəmə-tibbi ekspertizası keçirilmiş, ekspert rəyində Məhkum tibbi müayinədən keçirildiyi, müayinə zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə törənməyə uyğun gələn hər hansı bir xəsarət və ya xəsarət izləri aşka r edilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müdafiə tərəfinin vəsatəti əsasında Göygöl rayon Polis Şöbəsinin əməkdaşları X14, X6, X4 və X9 əlavə şahid qismində ətraflı dindirilmiş, həmin şahidlər verdikləri ifadələrində Polis Şöbəsində Məhkum hər hansı bir şəkildə fiziki və psixoloji təzyiqlər edilməsini, ona işgəncələr verilməsini təkzib etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1, 186.2.2 və 228.1-ci maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə t utulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən Məhkum himayəsində iki az yaşlı uşağı olmasını cəzasını yüngülləşdirici hallar kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəmə sinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini n tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 may 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2049/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2049/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver