Məhkəmə qərarları › İş №1(102)-205/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-205/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-205/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxs Məhkum Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Ucar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, 2 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan qeydiyyatda olan və ün van 1 yaşamış və hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmünə əsasən (hakim Z.Ə.Axundova) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlandığı 2 gün təyin edilmiş cəzadan çıxılmaqla, ona 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla, onun üzərində qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murquzov (sədrlik edən), H.Ç.Məmmədov və H.H.Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs, təkrarən yaşayış sahəsinə daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, xx xxxxxx 2018-ci ildə saat 23 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, "Stansiya" deyilən ərazidə yerləşən, saxlanc yeri olan mağazaya damını söküb qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 5 manat olan, 25 manat dəyərində, 05 ədəd, üzərində "Jack Daniels" sözləri yazılmış alışqan, hər birinin dəyəri 05 manat olan, 25 manat dəyərində, 05 ədəd, üzərində naxışları olan, qızılı rəngli alışqan, hər birinin dəyəri 12 manat olan, 168 manat dəyərində,14 ədəd qol saatı, hər birinin dəyəri 06 manat olan, 12 manat dəyərində, 02 ədəd, qara rəngli bel kəməri, dəyəri 19 manat olan, 01 ədəd saçqırxan maşın və 70 manat nağd pulu gizli olaraq talayıb Xya, ümumilikdə 319 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etdiyinə görə ibtidai istintaq orqanı tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, barəsində olan cinayət işi məhkəmə baxışında olmasına baxmayaraq, təkrarən, xx xxxxxx 2018-ci ildə saat 01:00 radələrində Zərərçəkmiş şəxs yaşayış sahəsi olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə, kiçik ölçülü açıq vəziyyətdə olan pəncərədən qanunsuz daxil olaraq oradan bir ədəd, qiyməti 39 manat "İnterskol" markalı laqonda, bir ədəd, qiyməti 18 manat "DWT" markalı dreli, bir ədəd, qiyməti 04 manat çanta, bir ədəd, qiyməti 10 manat olan "JVC" markalı avtomobil maqnitafonu, bir ədəd, qiyməti 70 manat olan ayaqqabı cütü, bir ədəd, qiyməti 50 manat olan çəkmə və bir ədəd, qiyməti 250 manat olan 583 əyarlı sırğa cütü olmaqla, sonuncunun cəmi 441 manat əmlakını oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarının dəyişdirilməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun əməli nəticəsində dəymiş ziyanın tam ödənilməsini, zərərçəkmişin ondan şikayətçi olma masını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə almayaraq sərt cəza təyin etməklə ədalətsiz qərar qəbul etmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum Təqsirləndirilən şəxs, kassasiya şikayətinin təmin edilməməsi barədə Zərərçəkmiş şəxs və dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərin dən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona gör ə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Təqsirləndirilən şəxs cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, himayəsində iki azyaşlı uşağının olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını və dəymiş ziyanın qismən ödənilməsini cə zasını yüngülləşdirən hal kimi, cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət tö rətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyi ni zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, himayəsində iki azyaşlı uşağının olması, törətdiyi əməli səmimi etiraf etm əsi, əməlindən peşman olması və dəymiş ziyanın qismən ödənilməsi cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum Təqsirləndirilən şəxs elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar