Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-205/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 15 fevral 2023-cü il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 və bəraət almış X8 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət almış X8 barəsi ndə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər X16 və X4 ibarət tərkibdə) 21 fevral 2021-ci il tarixli hökmü ilə 26 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1-də qeydiyyatda olub Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Yeni məhəllədə nömrəsiz fərdi evdə yaşayan X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 5 (beş) il 3 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 sentyabr 2020-ci il tarixli hökmü ilə X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1 -ci maddəsi üzrə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qət i olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həbsdə saxlanıldığı müddətin cəza müddətinə daxil edilməsi və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 sentyabr 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmiş, həmçinin iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X29 (sədrlik edən, məruzəçi hakim), X14 və X6 ibarət tərkibdə) 5 iyul 2022-ci il tarixli hökmü ilə dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, məhkum edilmiş şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-515/2022 saylı, 21 fevral 2022 il tarixli hökmü, məhkum edilmiş şəxs Qeybulla Əliyev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3- cü maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. X17 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zal ında həbsdən azad olunmuşdur. X11 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 5663-cü maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik dövlət büdcəsinə aid edilməsi, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 11 sentyabr 2021-ci il tarixdə saat 21 radələrində X8 əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunduğu qeyd edilən - iş üzrə maddi sübut olan və Bakı şəhəri Xəzər rayon Polis İdarəsində saxlanılan - 01 ədəd sellofan bükümdə təmiz çəkisi 40,002 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin kimə məxsus ol ması, həmin narkotik vasitənin Qeybulla Əliyevin üzərinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən X17 təqsirləndirilir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi ilə külli miqdarda təmiz çəkisi 40,002 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik v asitə heroin əldə edib Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsinə daşıyaraq üzərində saxlamışdır. Qeybulla Əliyev 11 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Xəzər rayon Polis İdarəsinin NMB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkanq əsəbəsi, Xanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X8 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 40,002 qram təşkil edən, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq əsassız qərar qəbul etdiyindən, həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Təqsirləndirilən şəxs X17 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək cinayə işi meteriallarında olan heç bir prosessual sənədi imzalamamışdır. Lakin, X8 ifadəsində səmimi olmadığı, əksinə əsl həqiqəti gizlədərək obyektiv həqiqətə nail olunmasına maneçilik törətməsi cinayət işinin materialları ilə sübut edilmişdir. Qeybulla Əliyev ifadəsində göstərmişdir ki, o, maşınını təmir etdirib Zirə qəsəbəsindən yaşadığı evə qayıda zaman polis əməkdaşları 4 (dörd) polis avtomobili ilə onun qarşısını kəsmiş, polis əməkdaşlarını adları Rafiq və Orxan olmuş, sonradan isə Həsən və Miryusif adlı polis əməkdaşları ona yaxınlaşmış və narkotik vasitə daşımaqda şübhəli olduğunu ona bildirmişlər və onu məcburi şəkildə polis maşınına mindirərək Xəzər rayon Polis İdarəsinə aparmışlar Cinayət işinin materiallarında Həsən və Miryusif adlı polis əməkdaşlarının Qeybulla Əliyevin barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etməsini təsdiq edə biləcək heç bir sübut mövcud deyil. Bundan başqa, məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları və digər iki nəfər şəxs (prosessul hərəkət keçirilən zaman hal şahidi qismində çıxış edən şəxslər) öz ifadələrində təqsirləndirilən şəxsin iddia etdiyi halları bütövlükdə təkzib edərək 11 sentyabr 2021-ci il tarixdə, saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin xidməti otaqların birində dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə Qeybulla Əliyevin üzərinə şəxsi axtarış keçirilməsini və şəxsi axtarış zamanı Qeybulla Əliyevin üzərindən 1 (bir) ədəd bükümün içində 40,002 qram çəkidə narkotik vasitə heroinin aşkarlanmasını təsdiq etmişlər. Həmçinin birinci instansiya məhkəməsində dindirilmiş polis əməkdaşları ifadə verərkən və cinayət prosesi iştirakçılarının suallarına cavab verərkən Qeybulla Əliyevin tutulması zamanı Həsən və Miryusif adlı polis əməkdaşlarının iştirak etməsini inkar etmişlər. Belə ki, məhkəmə istintaqı zamanı Qeybulla Əliyevin barəsində keçirilmiş ə məliyyat-axtarış tədbirlərində Həsən və Miryusif adlı polis əməkdaşlarının iştirak etməsi müəyyən edilməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən göstərdiyi halların həqiqət olmasını sübut edə biləcək heç bir sübut, başqa sözlə, ibtidai istintaq orqanının gəldiyi nəticəni təqzib edə biləcək və özünün istinad etdiyi halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmiş, habelə istinad etdiyi halların müəyyən edilməsinə yönəlmiş vəsatət verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş 16 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 4516 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Göründüyü kimi təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmədiyini bildirsə də, 4516 saylı narkoloji rəylə onun narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının təqsirləndirilən şəxsin ifadələrini inandırıcı və düzgün hesab etməsi, məhkəmə kollegiyasının cinayət işinin materiallarını ya düzgün tətqiq etməməsi, ya da özünün subyektiv mülahizələri ilə bağlı olmuşdur. Müəyyən prosessual xarakterli pozuntuların mövcud olması X11 CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün əsas ola bilməzdi. Cinayət işinin istintaqı zamanı bu cür halın baş verməsi, həmin prosessual hərəkətləri icra etmiş, müstəntiq, təhqiqatçı və əməliyyat -axtarış orqanı əməkdaşlarının barəsində xüsusi qərar çıxarılaraq həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunmas üçün əsas ola bilərdi ki, məhkəmə kollegiyası da bunu etmişdir. Lakin, bütün bu hallara baxmayaraq qeyd olunan ziddiyyətləri aradan qaldırmaq üçün təhqiqatçının və işin istintaqını aparmış müstəntiqin yenidən dindirilməsi zərurəti yaranmasına baxmayaraq məhkəmə kollegiyası həmin şəxsləri çağırıb dindirməmiş, hərtərəfli araşdırma aparmadan yalnız müdafiə mövqeyi sərgiləyərək ziddiyyətləri aradan qaldırmayaraq tam və ədalətli araşdırma aparmadan tələskənliyə yol verərək yekun nəticəyə gəlmişdir. Qeybulla Əliyevə aid olan 1584 saylı şəxsi işin materiallarında olan Xəzər RPİ-nin MSY-nin növbətçisi polis baş serjantı V.Tağıyev və MSY-nin əməkdaşları S.Əliyev və C.Məmmədov tərə findən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2021ci il tarixdə Qeybulla Əliyevin üzərinə baxış keçirilən zaman onda heç bir xəsarət aşkar edilməmişdir. Qeyd edilməlidir ki, şəxsin üzərində hər hansı xəsarətin olması özlüyündə həmin xəsarətin baxılan cinayət işi ilə bağlı olmasını sübut eden hər hansı hal mövcud deyildir. Apellyasiya məhkəməsi cinayət prosessual qanunvericiliyin qeyd olunan əsas prinsip və şərtlərinin tələblərinə əməl etməyərək iş üzrə əldə olunmuş mötəbər sübutların məcmuyunu X8 işin obyektiv hallarına uyğun olmayan ifadələrinə nisbətdə əsassız olaraq qəbul etməmiş, bununla da onun təqsirliliyini və həmin cinayətə aidiyyətlərini təsdiq edən sübutları mülahizəyə əsasən mümkünsüz hesab edib əsassız olaraq sübutların məcmuyundan ayırmışdır. Bu da öz növbəsində məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticənin düzgün olmamasına dəlalət edir. Beləliklə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə X11 CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasi ya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normal arının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. B undan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində X11 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi mübahisələndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının t ətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gö zləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Apellyasiya məhkəmə kollegiyası hazərkı cinayət işi üzrə həm ittihamın əsasını təkil edən sübutlara, həm də əlavə ol araq toplanmış sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrı-ayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, iş üzrə toplanmış sübutlarla, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri, baxış protokolu və digər sübutlarla X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi, yəni onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətməsi hər hansı mötəbər sübutla öz təsdiqini tapmır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin həmin mövqeyinə dair aşağıdakıları qeyd edir: İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi X24 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı Qeybulla Əliyevin təqsirliyini təsdiq edən sübutlar kimi, onun özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə, şahidlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, hal şahidləri Şahid3 və Şahid4 Səyyad oğlunun ifadələrinə, şəxsi axtarış və götürmə aparılması haqqında 11 sentyabr 2021-ci il tarixli protokola, məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 6/4007 saylı rəyinə, məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 4516 saylı rəyinə istinad edilmişdir. Birinci instansiya məhkəməsi isə ittiham orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxs Qeybulla Əliyevi, şahidlər Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, hal şahidləri Şahid3 və Şahid4 Səyyad oğlunu dindirməklə, şəxsi axtarış və götürmə aparılması haqqında 11 sentyabr 2021-ci il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli 6/4007 saylı rəyini və məhkəmə-narkoloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 4516 saylı rəyini və digər sübutlara aid olmayan sənədləri tədqiq etməklə kifayətlənmiş, Qeybulla Əliyevə verilmiş ittihamda göstərilən cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-515/2022 saylı, 21 fevral 2022-ci il tarixli hökmünün təsviri əsaslandırıcı hissəsində təqsirləndirilən şəxs X8 məhkəmə iclasında verdiyi ifadəsindən görünür ki, Qeybulla Əliyev ifadəsində itti ham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ibtidai istintaq zamanı da ifadə verərkən özünü təqsirli bilmədiyini, heç vaxt narkotik vasitələrdən istifadə etmədiyini, eləcə də heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Onun narkotik vasitə və psixotrop maddələrə heç bir aidiyyəti olmamışdır. O, ailəsi ilə birlikdə ünvan 1-də yaşamışdır. O, dolanmaq üçün istixanada əkin işləri ilə məşğul olmuşdur. Belə ki, o, göyərti əkib-becərmiş və sonra sataraq ailəsini dolandırmışdır. O, əvvəllər bir dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə məhkum olunmuşdur. Həmin vaxt onun məhkum olunmasının səbəbi isə oğlurluq olduğunu bilə-bilə mobil telefon alaraq istifadə etməsi olmuşdur. Bu məsələ aşkar edildikdən sonra o, həbs edilmişdir. O, həbs edilənədək heç vaxt heç bir narkotik vasitədən istifadə etməmişdir. O, 11 sentyabr 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaşadığı ev istiqamətində hərəkət etmişdir. O, maşınını təmir etdirib Zirə qəsəbəsindən yaşadığı evə qayıdırmış. Bu zaman polis əməkdaşları 4 (dörd) polis avtomobili ilə onun qarşısını kəsmişlər. Polis əməkdaşlarının adları Rafiq və Orxan olmuşdur. Sonradan isə Həsən və Miryusif adlı polis əməkdaşları da ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu ona bildirmişlər və onu məcburi şəkildə polis maşınına mindirərək Xəzər rayon Polis İdarəsinə aparmışlar. O, da polis əməkdaşlarına heç bir etiraz etməyərək polislərlə razılaşmış və sonuncularla birlikdə Xəzər rayon Polis İdarəsinə getmişdir. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onu şübhəli şəxs qismində tutmuşlar. Sonra ona şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra onun üzərinə müdafiəçinin və hal şahidlərinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif etmişlər. O, da polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan büküm aşkar edilmişdir. O, özü də cibindən büküm aşkarlandıqda təəccüblənmişdir. Çünki onun üzərində həmin büküm olmamışdır. Ona görə də o, cibindən aşkarlanmış narkotik vasitənin özünə məxsus olmadığını bildirmişdir. O, bunu polislərə bildirsə də, onun dediklərinə məhəl qoyan olmamışdır. Hətta orada iştirak edən Həsən və Miryusif adlı polis əməkdaşları onu döyməyə başlamışlar və ondan tələb etmişlər ki, həmin bükümün özünə aid olduğunu etiraf etsin. Həmin vaxt o, başa düşmüşdür ki, o, tutulan zaman həmin bükümü polislərdən biri onun cibinə qoymuşdur. Çünki onun cibində büküm olmamışdır. Həsən və Miryusif ona nə qədər təsir göstərsələr və işgəncə versələr də, o, Həsən və Miryusif ilə razılaşmamış və ona görə də ibtidai istintaq zamanı heç bir sənədi imzalamamışdır. Ona irəli sürülmüş ittiham saxtadır. Onun narkoti k vasitələrə heç bir aidiyyəti yoxdur. Polislərin onun cibindən aşkar etdikləri bükümün ona heç bir aidiyyəti yoxdur. Həmin bükümü onun cibinə polislər atmışlar. Lakin hansı polisin, hansı vaxt və hansı şəraitdə narkotik vasitənin olduğu bükümü onun cibinə atmasını bilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, polis əməkdaşları tərəfindən tutularkən üzərində mobil telefon da olmuş və mobil telefonun nömrəsi ***-***-**-** olmuşdur. Polislər onu 11 sentyabrda tutmuşlar. O, 6 gün ərzində Xəzər rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerində saxlanılmış və 6 gündən sonra, yəni 17 sentyabr 2021-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs X8 Bakı şəhəri Xəzər rayon Polis İdarəsinə a parılan zaman üzərində hər hansı narkotik vasitə olmaması, ibtidai araşdırma zamanı ona təzyiqlər edilərək döyülməsi barədə ifadəsinin dəlilləri, habelə ibtidai araşdırmanın aparılması zamanı kobud qanun pozuntularına yol verilməsi halları birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Apellyasiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ibtidai istintaq orqanının Qeybulla Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsinə dair gəldiyi qənaəti əsassız olmuş, birinci instansiya məhkəməsi sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi barədə gətirdiyi dəlillər, əməliyyat-axtarış tədbirlərinin keçiri lməsi və ibtidai istintaqın aparılmasında yol verilmiş kobud pozuntuları, şahid ifadələrinin mötəbərliliyi və başqa sübutlarla təsdiq olunub-olunmaması araşdırlmamış, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmənin hökmündə irəli sürülmüş ittihama baxılması üçün mühüm əhəmiyyətə malik olan halların təsdiqi kimi mötəbər olmayan, ziddiyyətli sübutlara istinad olunmuşdur. Birinci instansiya məhkəməsi Qeybulla Əliyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olmasını nəzərə almamış və bununla da sonuncu barəsində əsassız olaraq ittiham hökmü çıxarmışdır. Belə ki, apellyasiya məh kəməsinin iclasında, məhkum edilmiş şəxs X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə ittiham üzrə özünü təqsirli bilməmiş, birinci instansiya məhkəməsində verdiyi ifadəyə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, o, 11 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaşadığı ev istiqamətində hərəkət etmişdir. O, maşınını təmir etdirib Zirə qəsəbəsindən yaşadığı evə qayıtmışdır. Bu zaman polis əməkdaşları 4 (dörd) polis avtomobili ilə onun qarşısını kəsmişlər. Polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu məcburi şəkildə polis maşınına mindirərək Xəzər rayon Polis İdarəsinə aparmışlar. O, da polislərlə razılaşmış və Xəzər rayon Polis İd arəsinə getmişlər. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif etmişlər. O, da polis əməkdaşlarına üzərində qanunla qadağan olunmuş heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan büküm aşkar edilmişdir. O, özü də cibindən büküm aşkarlandıqdan təəccüblənmişdir. Çünki onun üzərində həmin büküm olmamışdır. Ona görə də o, narkotik vasitənin özünə məxsus olmadığını demiş və bu barədə protokola qeyd etdirmişdir. Polislər buna əhəmiyyət verməmişlər. Hətta orada iştirak edən polis əməkdaşları onu döymüşlər və tələb etmişlər ki, həmin bükümün özünə aid olduğunu etiraf etsin. Həmin vaxt o, başa düşmüşdür ki, tutulan zaman həmin bükümü polislərdən biri onun cibinə qoymuşdur. Çünki onun cibində büküm olmamışdır. Ona nə qədər təsir göstərsələr və işgəncə versələr də, o, onlarla razılaşmamış və ona görə də ibtidai istintaq zamanı heç bir sənədi imzalamamışdır. Ona qarşı irəli sürülmüş ittiham saxtadır. Polislərin cibindən aşkar etdikləri bükümün ona heç bir aidiyyəti yoxdur. Həmin bükümü onun cibinə polislər atmışlar. Apellyasiya protesti isə əsassız verilib və ona görə apellyasiya protestinin təmin olunmamasını, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkum edilmiş şəxs Qeybulla Əliyev suallara cavab olaraq göstərmişdir ki, polis əməkdaşları ona yaxınlaşanda niyə bölməyə çağırdıqlarının səbəbini bilməmişdir. Üzərinə baxış keçiriləndə müdafiəçi və hal şahidləri olmamış, onlar sonradan gəlmişlər. O, narkotik vasitə qəbul etmir, narkotik vasitələr ona məxsus deyil. Onda narkomaniya xəstəliyi aşkar edilməsi barədə 16 noyabr 2021-ci il tarixli ekspert rəyi yalandır. O, müayinədən keçməyib, ekspert ancaq ona suallar veribdir. Tutulana kimi onda xəsarət olmayıb. Polis əməkdaşları qolundan və başından vurublar. Döyülərkən bədənində bəzi xəsarətlər olub. Xəsarətləri təcridxanaya daxil olarkən mövcud olub və qeydə alınıb. Tibb kitabçasında qeyd olunan "sağ tərəfli qasıq nahiyyəsində çapıq toxuması” ilə bağlı xəsarəti ona polis əməkdaşları polis idarəsində saxlanıldığı vaxt yetiriblər. O, döyülməsi haqqında kimə şikayət etməli olduğunu bilməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şə həri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin tutulması məqsədi ilə ondan və digər polis əməkdaşı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar Əliyev Qeybullanın ifşa olunub tutulması məqsədi ilə məlumatda göstərilən və Qeybullanın olduğu güman edilən yerə getmişlər. Onlar ora çatdıqda X12 ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında görmüşlər və yaxınlaşaraq sonuncunu saxlamışlar. X27 saxladıqdan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər v ə X28 rayon Polis İdarəsinə dəvət etmişlər. Sonra Xəzər rayon Polis İdarəsində təhqiqatçı işləyən Rəhim Allahverdiyev tərəfindən onun, Şahid1, Qeybulla Əliyevin hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin, hal şahidləri Şahid3 və Şahid4 iştirakı ilə X8 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Qeybulla Əliyevə hüquq və vəzifələri izah olunmuşdur. X23 üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Götürülən maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu-sual zamanı Qeybulla Əliyev üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bəhanə edərək heç bir sənədi imzala mamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə X2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatının yoxlanılması və həmin şəxsin tutulması məqsədi ilə ondan və digər polis əməkdaşı olan Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra o və Şahid2 Əliyev Qeybullanın ifşa olunub tutulması məqsədi ilə məlumatda göstərilən və Əliyev Qeybullanın olduğu güman edilən yerə getmişlər. Onlar ora çatdıqda X12 ünvan 1 ünvanında yaşadığı evin yaxınlığında görmüşlər və sonuncuya yaxınlaşaraq həmin şəxsi saxlamışlar. S onra onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. X27 saxladıqdan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən də X28 rayon Polis İdarəsinə dəvət etmişlər. Sonra Xəzər rayon Polis İdarəsində təhqiqatçı işləyən Rəhim Allahverdiyevin, onun, Şahid2, Qeybulla Əliyevin hüquqlarının müdafiə edilməsi məqsədi ilə dəvət edilmiş müdafiəçinin, iki nəfər hal şahidinin iştirakları ilə X8 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Qeybulla Əliyevə hüquq və vəzifələri izah olunmuşdur. X23 üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt Qeybulla Əliyevin əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Gö türülən maddə təhqiqatçı tərəfindən qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu-sual zamanı Qeybulla Əliyev üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bildirmiş və həmin narkotik vasitənin cibinə necə daxil olduğunu izah edə bilməmişdir. Bütün bunları bəhanə edərək Əliyev Qeybulla üzərində keçirilmiş şəxsi axtarış zamanı aşkar edilmiş narkotik vasitəyə dair tərtib edilmiş protokolu və digər sənədləri imzalamamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 Səyyad oğlu ifadəsində göstərmişdir ki, o, Mərdəkan qəsəbəsində özünə məxsus yük maşını ilə xidmət göstərmişdir. Belə ki, kiminsə kanalizasiya xətti tutulduqda o, yük maşınına qoşulmuş avadanlıqla həmin şəxslərin kanalizasiya xəttini təmizləmişdir. O, 11 sentyabr 2021 -ci il tarixdə ge cə saatlarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxananın yaxınlığında yük maşınında oturduğu vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona Xəzər RPİ-yə bir nəfər şübhəli şəxs gətirdiklərini demişlər. Sonra polislər onun iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. O, da hal şahidi qismində iştirak etməyə razılıq vermiş və polislərlə birlikdə Xəzər RPİ-yə getmişdir. Polis İdarəsinin xidməti otaqların birində ondan başqa bir nəfər də hal şahidi olmuşdur. Polis əməkdaşları ona tanımadığı bir nəfər şəxsi göstərmişlər və sonra həmin şəxsin, yəni Qeybulla Əliyevin üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Baxış zamanı X11 üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Qeybulla Əliyev üzərində qeyri-qanuni əşya olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, vəkilin, digər hal şahidinin və onun iştirakı ilə Qeybulla Əliyevin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Qeybulla Əliyevin əynində olan şalvarın cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Qeybulla Əliyev üzərindən aşkar edilmiş maddənin özünə məxsus olmadığını bildirmiş və cibindən narkotik vasitənin aşkar olunmasına aydınlıq gətirə bilməmişdir. Bundan X23 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir əşya aşkar olunmamışdır. Qeybulla Əliyevin üzərindən aşkar olunmuş maddə şəxsi axtarışda iştirak edən polislər tərəfindən qablaşdırılaraq möhürlənmiş, sonra bu barəd ə protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. X30 üzərindən aşkar olunan maddənin özünə aid olmadığını bildirmiş və protokolu imzalamaqdan imtina etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 Şahid4 Səyyad oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan, "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X8 üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək gö türülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021 -ci il tarixli, 6/40007 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində AR DİN "Zərflər üçün №161” möhür əksi, ‘‘...Q.Əliyev...” və s. yazılar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,002 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X31 Şəxsinin 16 noyabr 2021-ci il tarixli 4516 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensi ya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Apellyasiya məhkəməsində aparılmış qismən məhkəmə istintaqı zamanı müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, X17 11 sentyabr 2021-ci il tarixdə, saat 21:00 radələrində Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər rayon Polis İdarəsinə gətirilmiş və həmin gün saat 22:30 radələrində Xəzər rayon Polis İdarəsinin inzibati binasında xidməti otaqların birinə dəvət olun muş, Xəzər rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X10 tərəfindən saat 22:30-dan 22:45-dək Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, həmçinin hal şahidləri Şahid3 və Şahid4 Səyyad oğlunun, habelə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X13 iştirakları ilə Qeybulla Əliyevin üzərinə videoçəkiliş aparılmadan şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı X8 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm, bükümün içərisində tünd qəhvəyi rəngdə spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Həmin vaxt Qeybulla Əliyev bildirmişdir ki, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş 1 (bir) ədəd sellof ana bükülmüş büküm, bükümün içərisində tünd qəhvəyi rəngdə spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə ona məxsus deyil. Qeybulla Əliyev narkotik vasitə heroinə oxşar maddənin hansı formada onun cibində olmasını izah edə bilməmişdir. Aşkar edilmiş narkotik vasitə tərəzidə çəkilməmişdir. Daha sonra aşkar edilmiş bükümün içərisində tünd qəhvəyi rəngdə spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarışdan sonra "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, Qeybulla Əliyev isə protokolu imzalamaqdan imtina etmişdir. Həmçinin müəyyən edilmişdir ki, X8 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm, bükümün içərisində tünd qəhvəyi rəngdə spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək tərəzidə çəkilmədən zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülsə də, iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həmin zərf deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmiş başqa rəngdə və çəkidə olan narkotik vasitənin o lduğu zərf göndərilmişdir. Halbuki Azərbaycan Respublikası Cinayət-Proceccual Məcəlləsinin 247.1.9-cu maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra bu istintaq hərəkətinə dair, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərqli əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri əks etdirən protokol tərtib edir. Keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə müəyyən edilmişdir ki, tədqiqat obyekti üzərində AR DİN "Zərflər üçün №161” möhür əksi, “...Q.Əliyev...” və s. yazılar, imzalar (6 imza va r) olan bir ədəd zərfdə təqdim olunmuşdur. Zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,002 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi müəyyən edildi. Maddənin qeyd olunan təmiz çəkisi əməliyyat müvəkkili Şahid1 iştirakı ilə "CAS CUX 420H” markalı elektron tərəzi vasitəsi ilə müəyyən edilmişdir. Ekspertizanın nəticəsi kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli, 6/40007 nömrəli ekspert rəyi verilmiş və rəyin nəticə hissəsində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş və üzərində AR DİN "Zərflər üçün №161” möhür əksi, ‘‘...Q.Əliyev...” və s. yazılar, imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,002 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Göründ üyü kimi "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokolda X8 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd sellofana bükülmüş büküm, bükümün içərisində tünd qəhvəyi rəngdə spesifik iyə malik, narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək çəkisi müəyyən edilmədən zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülməsi qeyd olunsa da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 12 sentyabr 2021-ci il tarixli, 6/40007 nömrəli ekspert rəyində tədqiqat obyekti üzərində AR DİN "Zərflər üçün №161” möhür əksi, ‘‘...Q.Əliyev...” və s. yazılar, imzalar (6 imza var) olan bir ədəd zərfdə təqdim o lunmuşdur. Protokolda qeyd olunan narkotik vasitə ilə ekspertə təqdim edilmiş narkotik vasitənin rəngləri fərqli olmuşdur. Belə ki, zərfdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 40,002 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi müəyyən edilməsi qeyd olunmuşdur. Həmçinin rəydən məlum olur ki, "şəxsi axtarış və götürmə aparılması haqqında” 11 sentyabr 2021-ci il tarixli protokol tərtib edilərkən narkotik vasitə iştirakçıların iştirakı ilə çəkilmədiyi halda, Məhkəmə Ekspertizası Mərkəzində maddənin 40,002 qram olması işdə maraqlı olan əməliyyat müvəkkili Şahid1 iştirakı ilə "CAS CUX 420H” markalı elektron tərəzi vasitəsi ilə müəyyən edilmişdir. Göstərilən hallar əsasında apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X7 aşkar edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirli yinin "Zərflər üçün” 43 saylı möhürü ilə möhürlənərək götürülmüş tünd qəhvəyi rəngdə olan narkotik vasitə ekspertizaya təqdim edilməmiş, həmin çəkisi məlum olmayan narkotik vasitə, Qeybulla Əliyevə aidiyyəti olmayan və ekspertizaya təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün” 161 saylı möhürü ilə möhürlənmiş zərfdən aşkar edilmiş açıq qəhvəyi rəngli maddə kütləsi ilə eynilik təşkil etməmiş, yəni başqa narkotik vasitə olmuşdur. Qeyd olunan hallar isə istintaq orqanı tərəfindən X11 qarşı verilmiş ittihamın sünii olaraq qurulmasına, saxta sübutlara əsaslanmasına dəlalət edir. Bundan başqa cinayət işi üzrə müəyyən edilmişdir ki, Qeybulla Əliyevə ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, lakin buna baxmayaraq 11 sentyabr 202 1-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən izahat, həmçinin 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində, 13 sentyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən də üzərindən aşkar olunan narkotik vasitənin ona aid olmadığını, cibində olmasından məlumatlı olmadığını bildirmişdir. Qeybulla Əliyevin ona ibtidai araşdırma zamanı təzyiqlər edilərək döyülməsi barədə apellyasiya şikayətində və ifadələrində göstərilənləri yoxlamaq məqsədi ilə Qeybulla Əliyevin barəsində olan 1584 saylı şəxsi işi və 7740/2021 saylı Tibb kitabçası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından tələb edilərək götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: Məhkum edilmiş şəxs Qeybulla Əliyevə aid olan 1584 saylı şəxsi işin materiallarında olan Xəzər RPİ-nin MSY-nin növbətçisi polis baş serjantı V.Tağıyev və MSY-nin əməkdaşları S.Əliyev və C.Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, xx.xx.2021-ci il tarixdə Qeybulla Əliyevin üzərinə baxış keçirilən zaman onda heç bir xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış 7740/2021 saylı Tibb kitabçasının kserosurətindən görünür ki, X8 "həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar”ı əks etdirən 12- ci qrafasında "zədə almadığını bildirdi” qeydi; "Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri”ni əks etdirən 13-cü qrafasında "sağ tər əfli qasıq nahiyyəsində çapıq toxuması aşkarlandı”, "Obyektiv müayinə”ni əks etdirən 14-cü qrafasında "ümumi vəziyyəti kafidir, şikayəti yoxdur” qeydləri aparılmışdır. Apellyasiya məhkəməsi tərəfindən 1584 saylı şəxsi işin materiallarına baxış keçirilərkən xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuş X8 bədənində aşkar olunmuş "sağ tərəfli qasıq nahiyyəsində çapıq toxuması” xəsarəti ilə bağlı hər hansı araşdırma aparılmasına dair məlumat aşkar edilməmişdir. Bu hallar əsasında apellyasiya instansiya məhkəməsi ibtidai istintaq zamanı Bakı şəhəri Xəzər rayon Polis İdarəsində 11 sentyabr 2021-ci il tarixdə Qeybulla Əliyevin üzərində şəxsi axtarış və götürmə aparılarkən, həmçinin 12 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində, 13 sentyabr 2021-ci il tarixdə təqsirlə ndirilən şəxs qismində dindirilərkən narkotik vasitələrin ona aid olmasını etiraf etməsi məqsədi ilə polis əməkdaşları tərəfindən ona təzyiqlərin olmasını, özünə qarşı ifadə verməyə məcbur edilməsi, bu məqsədlə ona "sağ tərəfli qasıq nahiyyəsində çapıq toxuması” xəsarətinin yetirilməsi ilə bağlı Qeybulla Əliyevin məhkəmədə verdiyi ifadəsinin həqiqiliyini təsdiq olunması barədə nəticəyə gəlmişdir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və y a psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarının 8-ci bəndində qeyd olunmuşdur ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Beləliklə, ibtidai araşdırma orqanının X8 CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərə flərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin pr otokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəb ul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növb əsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə kollegiyası X11 ittiham irəli sürülməsi üçün əsas olmuş ümumilikdə təmiz çəkisi 40.002 qram olan külli miqdarda narkotik vasitə-heroinin aşkar olunmasını özündə əks etdirən protokolun Cinayət Prosessual Məcəlləsinin tələblərinə zidd qaydada əldə edildiyindən sübut kimi qəbul edilə bilməməsi, həmçinin imzalamadığı, şübhəli şəxs qismində izahatı və təqsirləndirilən şəxs kimi özünü təqsirli bilməməsi barədə ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq olunduğu üçün ona qarşı ittihamın əsası kimi qəbul edilə bilməməsi barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razı laşır və qeyd edir ki, cinayət işinin materiallarında X11 qarşı irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələri aradan qaldırılması üçün hər hansı bir mötəbər sübut müəyyən edilmir. CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Göründüyü kimi, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların CPM-in tələblərinə uyğun olaraq yoxlanılması və yalnız bu halda onlara sübut kimi istinad edilməsi qanunun imperativ normasıdır (CPM-in 137 və 445.2-ci maddələri). CPM -in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə olan təqdirdə, məhkəmə kollegiyası ciddi prosessual pozuntularla həyata keçirilən əməliyyat- axtarış tədbirinin nəticələrini qanunsuz yolla əldə edilmiş sübut kimi qiymətləndirən apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və qeyd edir ki, həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmadığından cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilə bilməz. Göstərilən sübut hüquqi qüvvəsi olmadığından ondan ittihamın düzgün həlli üçün hər hansı halın, o cümlədən X3 miqdarda narkotik vasitə olan heroini əldə edib satış məqsədilə saxlaması halının sübut olunmasında istifadə edilə bilməz. Buna görə də sözügedən sübutun həqiqiliyinə və əldə olunma mənbəyinə yaranan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir olunması barədə apellyasiyasi instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslıdır. Belə ki, CPM-in: 21. 2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsi rli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər”. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əh əmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutu, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X8 CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin X8 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət i şi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri, həmçinin X8 cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun hüquqlarının ciddi şəkildə pozulması barədə qənaəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya prote stinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunaraq qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X8 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi i ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hü quqlarının və X15 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudu r. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Ko llegiyasının 5 iyul 2022-ci il tarixli bəraət hökmündə cinayət işi üzrə məhkəmə istintaqında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-205/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-205/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver