Məhkəmə qərarları › İş №1(102)-205/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-205/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-205/2025 07.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və X1 ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və müdafiəçisi Müdafiəçi2, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx.xx.1993-cü il tarixdə Şəki şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olun mamış, işləməyən, оrta təhsilli, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(107)-343/2024 nömrəli qərarından məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cİnayətlər Məhkəməsinin 21 may 2024-cü il tarixli 1(091)-8/2024 nömrəli hökmü ilə (hakimlər: B.M.Məmmədov (sədrlik edən və məruzəçi), X.M.Məmmədov, T.Q.Əfəndizadədən ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, onun Azərbaycan Respublikası CM-in 29,120.2.4, 29,120.2.7 və 29,120.2.9-cu maddələri ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 186.2.1 və 186.2.2-ci maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən Məhkum təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 18 (on səkkiz) il müddətə az adlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmənin həmin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli 1(107)-343/2024 nömrəli qərarı ilə (hakimlər: E.B.İsayev (sədrlik edən), A.M.Eyvazov və İ.H.Şükürov) apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2024-cü il tarixli, 1(091)-8/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkum qəsdən, tamah niyyəti ilə, özgənin xeyli miqdarda əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 07 mart 202 1-ci tarixdə saat 18 radələrində “ünvan 2 ünvanda yerləşən X6 İntensiv Terapiya şöbəsinin saxlanc yeri olan xidməti iş otağının plastik pəncərəsini əli ilə itələməklə açaraq qanunsuz olaraq içəri daxil olub oradan həmin Mərkəzin anestezioloq-reanimotoloq həkimi Şahid7 xidməti istifadəsində olmaqla “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə məxsus, 6.000 (altı min) manat dəyərində olan “Portativ USM cihazı, ağ-qara, çoxtəyinatlı, 2012” cihazını gizli talamaqla zərərçəkmiş hüquqi şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə xeyli miqdarda, 6000 (altı min) manat məbləğində maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, qəsdən, təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid18 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək 08 mart 2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 4 ünvanda yerləşən mənzilin plastik pəncərəsini vintaçanla açaraq qanunsuz olaraq içəri daxil olub yataq otağındakı saxlanc yeri olan dolabın içərisindəki qutudan dəyəri 110 manat olan bir ədəd 2 qram çəkidə qızıl sepi, dəyəri 440 manat olan bir ədəd üzərində “Lalǝ” sözü yazılan 8 qram çəkidə qızıl sepi, dəyəri 330 manat olan bir cüt 6 qram çəkidə iki halqalı, ağ-sarı qızıl sırğanı və dəyəri 110 manat olan bir ədəd 2 qram çəkidə beş qaşlı tək qızıl sırğanı, ümumilikdə 990 manat dəyərində qızıl-zinət əşyalarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs8 cəmi 990 (doqquz yüz doxsan) manat maddi ziyan vuraraq qəsdən oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, Şəki rayonunun Baş Zəyzid kəndində yaşayan xalası oğlu Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 ilə sevgi və intim münasibətlərində olması barədə sonuncunun ailə üzvlərinin öyrənməsi nəticəsində aralarında ədavətin yaranması, həmçinin Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 ilə birgə xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində ona fiziki zor tətbiq edib yüngül beyin sarsılması posttravmatik sefalgiya, servikoalgiya, hər iki gözün travmatik şişkinliyi və gicgah nahiyəsinin dəri altı hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər, həmçinin kürək, bel, sol bilək, sol əlarxası, sol biləyin ön səthi, sağ said, sağ biləyin arxası, sağ diz nahiyəsinin sıyrılmış yaraları, sol gicgah, hər çiyin qurşağı, kürək və bel nahiyəsinin qançırları, sağ əl in arxa səthində İİ və İİİ barmaqlar arası sahədə kəsilmiş yaraları kimi sağlamlığına zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qollarından və ağzından tutub yaşadıqları evin həyətinə gətirib əl-ayaqlarını kəndirlə həyətdəki boruya bağlayıb təxminən 1 saat 30 dəqiqə müddətində saxlamaları, habelə bu zəmində aralarında yaranmış ədavət və düşmənçiliklə bağlı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs2 və sonuncunun ailə üzvləri olan - arvadı Zərərçəkmiş şəxs3, onların azyaşlı uşaqları 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, 2016cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 və 2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6, yəni onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi qəsdən xüsusi amansızlıqla öldürmək və qəsdən, vahid niyyətlə Zərərçəkm iş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 məxsus külli miqdarda əmlakı yandırma üsulu ilə məhv etmək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs7 real əsaslarla öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə Şəki şəhəri M.F.Axundov prospektində yerləşən “Akel Petrol” yanacaqdoldurma məntəqəsindən ayrı-ayrılıqda 1 və 2 litr həcmli 2 ədəd plastik materialdan olan su qablarında olmaqla cəmi 3 litr benzin alaraq benzinlə doldurulmuş həmin qabları yaşadığı Şəki şəhəri, Ç.Mustafayev küçəsi, ev 1 ünvanda yerləşən evin həyətində gizlətmiş, növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində havanın qaralmasından istifadə edərək cinayətkar niyyətini həyata keçirmək üçün həmin plastik qablardakı benzini, bir ədəd alışqanı, Zərərçəkmiş şəxs1 və Zərərçəkm iş şəxs7 ünvanlanmış əvvəlcədən özü tərəfindən yazılmış hədə-qorxu məzmunlu iki ədəd kağız parçasını əl çantasına qoymaqla götürüb özünə məxsus velosipedlə yola çıxmış, onun cinayətkar niyyətindən məlumatı olmayan, taksi fəaliyyəti göstərən əvvəllər tanımadığı Şahid15 idarə etdiyi “VAZ 2170” markalı **-RP-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladıb qərarlaşdırdığı cinayət əməllərini həyata keçirdikdən sonra hadisə yerindən tezliklə və rahat şəkildə uzaqlaşmasını təmin etmək üçün velosipedini avtomobilin baqaj hissəsinə qoyaraq onunla Şəki rayonunun Baş Zəyzid kəndinə gəlmiş, Zərərçəkmiş şəxs2 yaşadığı evdən təxminən 500-600 metr məsafədə avtomobildən düşərək velosipedi yolun kənarında kolların arasında gizlətdikdən sonra benzinlə dolu plastik qabları və bir ədəd alışqanı götürüb sonun cunun evinə yaxınlaşmış, evdə heç kimin olmadığını görüb həmin evin yaxınlığında gizlənərək Zərərçəkmiş şəxs2 və onun ailə üzvlərinin evə qayıtmasını gözləmiş, həmin gün təxminən saat 24 radələrində Zərərçəkmiş şəxs2 ailə üzvləri ilə birgə yaşadıqları evə daxil olduqdan sonra bir müddət də onların yuxuya getmələri üçün gözləmiş, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin hamısının yatmasına tam əmin olduqdan sonra həmin evin həyətinin hasarının üstündən keçməklə Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin qarşısına gəlmiş, onların yanaraq ölməsini təmin etmək məqsədilə kənar şəxslər tərəfindən onların xilas olunmasının qarşısını almaqdan ötrü əvvəlcə həmin evin həyətyanı sahəsində yerləşən 10 ton həcmli su çənində olan suyu krantı açmaqla tamamilə yerə boşaltmış, bundan sonra, yatmış vəziyyətdə olduqlarından onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və daha çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, azyaşlı və yatmış vəziyyətdə olduqlarından onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan sonuncuların azyaşlı uşaqları 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4, 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs5 və 2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 qəsdən və xüsusi amansızlıqla, yəni yandırmaqla öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus evin qapısı açıq olan zirzəmisinə daxil olaraq döşəmənin müxtəlif yerlərinə, daha sonra isə evin qarşısında olan faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2106” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanacaq çəni olan hissənin yanaraq güclü partlayış baş verməsi v ə evin tam yanmasını təmin etmək üçün həmin avtomobilin arxa sağ sərnişin qapısını açaraq arxa sağ oturacağa özü ilə gətirdiyi benzinin bir hissəsini tökərək alışqanla qeyd olunan yerləri yandırmış, avtomobil və yaşayış evi yanmağa başladıqda onların yanaraq öləcəyinə tam əmin olub həmin yerdən uzaqlaşmış, həmin evin həyətyanı sahəsində olmaqla yaxınlıqdakı evdə yaşayan Zərərçəkmiş şəxs1 ilə Şahid1 yanğın səsinə və görüntüsünə yuxudan oyanaraq dərhal Zərərçəkmiş şəxs2 və sonuncunun ailə üzvlərini yuxudan oyatmaları və bundan sonra Zərərçəkmiş şəxs2 və ailə üzvlərinin vaxtında evdən çıxmaları nəticəsində cinayətkar niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi, yəni Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 xüsusi amansızlıqla öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, eyni zamanda qəsdən, Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus 55.000 manat dəyərində olan evi və həmin evin içərisində olan dəyəri 7.000 manat olan qızıl-zinət əşyaları, 500 manat məbləğində nağd pul, dəyəri 100 manat olan 01 ədəd 1,80 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış iki nəfərlik yataq, dəyəri ümumilikdə 150 manat olan 1,20 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış tək nəfərlik 02 ədəd yataq, dəyəri 50 manat olan taxta materialdan hazırlanmış 01 ədəd beşik, dəyəri 100 manat olan 0,60 x 2,50 metr ölçülü, taxta materialdan hazırlanmış 01 ədəd şkaf, həmin şkafın içərisində dəyəri 500 man at olan paltarlar, ümumilikdə dəyəri 150 manat olan 0,60 x 1,50 metr ölçülü, taxta və şüşə materialdan hazırlanmış 02 ədəd bufet, həmin bufetlərin içərisində dəyəri 300 manat olan qab-qacaqlar, dəyəri 50 manat olan 1,0 x 1,70 metr ölçülü, taxta materialdan hazırlanmış 01 tirmo (kamot), həmin tirmonun içərisində dəyəri 60 manat olan kosmetik əşyalar, ümumilikdə dəyəri 100 manat olan ayaqqabılar, ümumi dəyəri 80 manat olan 0,50 x 0,60 ölçülü taxta materialdan hazırlanmış 02 ədəd tumba, həmin tumbaların içərisində uşaqlara məxsus dəyəri 30 manat olan məktəb ləvazimatları, dəyəri 400 manat olan 4,0 x 7,0 metr ölçülü 01 ədəd xalça, ümumi dəyəri 250 manat olan dəmir və şüşə materialdan hazırlanmış 06 ədəd lüstür, dəyəri 80 manat olan 1,20 x 2,0 metr ölçülü, dəmir materialdan hazırlanmış 01 ədəd tək nəfərlik yataq, dəyəri 70 manat olan 0,60 x 2,0 metr ölçülü, taxta materialdan hazırlanmış 01 ədəd şkaf, həmin şkafın içərisində 300 manat dəyərində olan paltar, dəyəri 70 manat olan 1,20 x 1,50 metr ölçülü, taxta və şüşə materialdan hazırlanmış 01 ədəd bufet, həmin bufetin içərisində 300 manat dəyərində olan qab-qacaq, dəyəri 50 manat olan dəmir üzlüklü taxta materialdan hazırlanmış standart ölçülü 01 ədəd sandıq, həmin sandığın üzərində ümumi dəyəri 60 manat olan dörd ədəd döşək, dəyəri 50 manat olan 01 ədəd 1,0 x 1,70 metr ölçülü taxta materialdan hazırlanmış tirmo (kamot), həmin tirmonun içərisində 50 manat dəyərində olan əşyalar, dəyəri 350 manat olan 4,0 x 5,80 metr ölçülü 01 ədəd xalça, dəyəri 100 manat olan 01 ədəd “LG” markalı 82 ekran televizor, dəyəri 30 manat olan 01 ədəd “ Samsung” markalı DVD aparatı, ümumi dəyəri 150 manat olan taxta materialdan hazırlanmış, 1,20 x 2,0 metr ölçülü 02 ədəd yataq, ümumi dəyəri 600 manat olan 3,6 x 4,6 metr və 3,3 x 4,55 metr ölçülü olmaqla 02 ədəd xalça, dəyəri 500 manat olan cehizlik yorğan-döşəklər, 150 manat dəyərində olan 01 ədəd divan-kreslo dəsti, ümumi dəyəri 900 manat olan 03 ədəd xalça, ümumi dəyəri 150 manat olan taxta materialdan hazırlanmış masa və oturacaqlar, ümumi dəyəri 1100 manat olan mətbəx mebeli, dəyəri 150 manat olan 01 ədəd “Çinar” markalı, 150 manat dəyəri olan 01 ədəd markası məlum olmayan soyuducu, ümumi dəyəri 500 manat olan qab-qacaq dəsti, dəyəri 80 manat olan 01 ədəd elektrikli ətçəkən maşın, dəyəri 150 manat olan 01 ədəd “Samsung” markalı, 82 ekran plazma televizor, dəyəri 5 manat olan 01 ədəd e v telefonu (kabelli), dəyəri 25 manat olan 01 ədəd “TP-Link” markalı internet modemi, dəyəri 300 manat olan 01 ədəd 3,60 x 4,20 metr ölçülü xalça, dəyəri 700 manat olan 01 ədəd “Eurolux” markalı və 01 ədəd “İndeks” markalı ümumilikdə 02 ədəd paltaryuyan, ümumi dəyəri 500 manat olan taxta materialdan hazırlanmış 05 ədəd masa, ümumi dəyəri 900 manat olan 48 ədəd taxta materialdan hazırlanmış oturacaqlar, dəyəri 20 manat olan 01 ədəd saçburan fen, ümumi dəyəri 1200 manat olan 06 ədəd pərdə, dəyəri 20 manat olan 01 ədəd paltartikən maşın, ümumi dəyəri 560 manat olan 700 kq çəkidə kartof, ümumi dəyəri 32 manat olan 80 kq çəkidə soğan, dəyəri 50 manat olan 50 kq çəkidə un, ümumilikdə 180 manat dəyəri olan 60 ədəd içərisində mürəbbə və turşu olan 3 kq-lıq bankalar, dəyəri 100 manat olan 01 ədəd “ Sthil” markalı yanacaqla işləyən mişar, dəyəri 100 manat olan 01 ədəd “Ural Zid” markalı yanacaqla işləyən ot biçən maşın, dəyəri 20 manat olan 01 ədəd köhnə rəndə, ümumi dəyəri 1100 manat olan divar kağızlarını, habelə həmin evin qarşısında dayanmış dəyəri 3300 manat olan “VAZ 2106” markalı avtomobili və həmin avtomobilin 40 manat dəyərində olan disk təkərini özü ilə gətirdiyi benzini tökərək yandıraraq Zərərçəkmiş şəxs2 cəmi külli miqdar təşkil edən 80.062 manat məbləğində ziyan vurmaqla qəsdən külli miqdarda əmlakı yandırmaqla məhv etmiş, bundan sonra o, cinayətkar hərəkətlərinin davamı olaraq vahid niyyətlə eyni həyətyanı sahədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus tövləyə yaxınlaşıb, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, qəsdən, özü ilə gətirdiyi benzini həmin tövlənin çardaq hi ssəsinə töküb alışqanla yandıraraq sonuncuya məxsus 6000 manat dəyərində olan tövlə və həmin tövlənin içərisində 1300 manat dəyərində olan 1 baş inək, hər biri 1500 manat dəyərində olan 2 baş inək, hər biri 1050 manat dəyərində olan 2 baş dana, hər biri 100 manat dəyərində olan 2 baş hind toyuğu, ümumi dəyəri 450 manat olan 1 ton arpa, ümumi dəyəri 3997,50 manat olan 750 ədəd ot bağlaması olmaqla Zərərçəkmiş şəxs1 cəmi xeyli miqdar təşkil edən 17.047,50 manat məbləğində ziyan vurmaqla qəsdən əmlakı yandırmaqla məhv etmiş, eyni zamanda, qəsdən, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində eyni həyətyanı sahədə yerləşən Kamran Bələmmədovun fərdi yaşayış evinin yaxınlığındakı tövləsinin yanına gedərkən sonuncunun evinin qarşısına gedərək həmin evin giriş hissəsinə kiril əlifbası ilə üzərinə əvvəlcədən “Mən Rahibəm tutdurun.... Təranəyə görə öləsiniz uşağı verin Rahibəm uşağı verin öləsinniz” sözləri yazılmış dəftər vərəqini atıb həmin evdə yaşayan Zərərçəkmiş şəxs1 aralarında olan ədavətlə, habelə sonuncunun tövləsini yandırmaqla, habelə Zərərçəkmiş şəxs2 evini yandıraraq sonuncunun və onun ailə üzvlərinin həyatına qəsd etməklə müşayiət olunan hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə qəsdən hədələmiş, bundan sonra o, cinayətkar hərəkətlərinin davamı olaraq vahid niyyətlə kolların arasında gizlətdiyi velosipedə əyləşərək birbaşa Şəki rayonu Vərəzət kəndi istiqamətində hərəkət edərək həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 qayınatası Zərərçəkmiş şəxs7 məxsus tövləyə yaxınlaşıb, xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində, qəsdən, özü ilə gətirdiyi benzini həmin tövlənin çardaq hissəsinə töküb alışqanla yandıraraq sonuncuya məxsus 7000 manat dəyərində olan tövlə və həmin tövlənin içərisində 2000 manat dəyərində olan 01 baş inək, 2160 manat dəyərində olan 01 baş inək, 2400 manat dəyərində olan 01 baş inək, 2400 manat dəyərində olan 01 baş dana və ümumi dəyəri 1980 manat olan 360 ədəd ot bağlaması olmaqla Zərərçəkmiş şəxs7 cəmi xeyli miqdar təşkil edən 17.940 manat məbləğində ziyan vurmaqla qəsdən əmlakı yandırmaqla məhv etmiş, bununla da Zərərçəkmiş şəxs2 80.062 manat, Zərərçəkmiş şəxs1 17.047,50 manat və Zərərçəkmiş şəxs7 17.940 manat, ümumilikdə cəmi 115.049,50 manat məbləğində külli miqdarda əmlakı yandırma üsulu ilə məhv etmiş, eyni zamanda qəsdən, xx.xx.2022-ci il tarixdə saat 02 radələrində şəxsi münasibətlər zəminində aralarında olmuş ədavə tlə bağlı qisas almaq məqsədilə Zərərçəkmiş şəxs3 atası, Şəki rayonu Vərəzət kəndində yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin həyətyanı sahəsinin qarşısına gəlib özü ilə gətirdiyi üzərində əvvəlcədən “mən Rahibəm tutdur məni yaşaya-yaşaya öləçəsiz səhəri açmaya da bilərdiz əzab çəkib öləsiz ölüm anidir,..... Təranəyə görə qızınıza görə çox çəkib öləsisiz balacanızdan böyüyünüzə kimi bu günə sükr edəsiniz hər yaşadığnız günə şükr edin Məni tutdurun canız qurtarsın X9....lər” sözləri yazılmış “A4” formatlı kağız parçasını qəsdən həmin evin həyətindəki daşlardan birinin altına qoyaraq həmin evdə yaşayan Zərərçəkmiş şəxs7 aralarında olan ədavətlə, habelə sonuncunun tövləsini yandırmaqla, habelə Zərərçəkmiş şəxs2 evini yandıraraq sonuncunun və onun ailə üzvlərinin həyatına qəsd etməklə müşayi ət olunan hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə qəsdən hədələmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində araşdırılmayan hallara diqqət yetirilməsi, Şəki Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi, hüquqlarının bərpa edilməsi xahiş edilmişdir. Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmə istintaqı zamanı lehinə olan şahid ifadələri, mütəxəssis ifadələri, ekspertiza rəyləri nəzərə alınmamışdır, araşdırılmalı olan hallar araşdırılmamışdır. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğundan ləğv edilməsi, məhkum edilmiş şəxsin əməlində Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7 və 134-cü maddələrinin tərkibi olmadığından həmin maddələr üzrə iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Müdafiəçi kassasiya şikayətində iş materiallarında olan ifadələrə istinad edərək göstərmişdir ki, məhkəmə tərəfindən qəsdən adam öldürmə ilə bağlı verilmiş ittiham tam və hərtərəfli araşdırılmadan yanlış nəticəyə gəlinmişdir. Bundan başqa məhkəmə prosesi istintaqla aparılmadığından müdafiə tərəfi işdə olan ziddiyətlərin araşdırılması ilə bağlı vəsatətləri vermək imkanından məhrum olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətlərinin təmin edilməsi barədə Məhkum və müdafiəçisinin, verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin və zərər çəkmiş şəxslərin çıxışını dinləyərək hesab edi r ki, aşağıdakılara əsasən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kas sasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, məhkum və müdafiəçisi apellyasiya instansiyası məhkəməsinin qərarından verdikləri həmin şikayətlərdə cinayət işi üzrə sübutların düzgün araşdırılmamasını, sübutların tədqiqindən əsassız imtina edildiyini və qanunvericiliyin tələblərinin pozulmasını iddia edərək bu əsasla apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-ci ma ddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X4rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə, təqsirləndirilən ş əxsin məlum cinayət əməllərini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilməsi qənaətinə gələrək həmin sübutların birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə aid istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görməmişdir. Belə ki, cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və mövcud sübutlara qiymət verilərək, məhkum X3 ona istinad olunan cinayət əməlini törətməkdə təqsirli olmasını özü etiraf etməsə də, şahidləri n ifadələri, ekspert rəyləri və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, aşağı instansiya məhkəməsi tərəfindən X3 hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CM-in 29-cu maddəsi bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinay ət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi “qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsində “xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə”, 120.2.7-ci maddəsində “iki və ya daha çox şəxsi öldürmə”, 120.2.9-cu maddəsində “təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməl: - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 134-cü maddəsində “Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi ü çün real əsaslar olduqda” əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutur və həmin əməl: - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2-ci maddəsində təkrar törədildikdə, 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, 177.2.4-cü maddəsində xeyli miqdarda ziyan vurmaqla törədildikdə əməlinə görə cinayət məsuliyyəti nəzərdə t utur və həmin əməllər: - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsində “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə” əməlinə görə 186.2.1-ci maddəsində eyni əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə; 186.2.2-ci maddəsində yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda əməlinə görə cinayət məsuliyyəti nzərdə tutur və həmin əməllər: - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Oğurluq, soyğunçuluq, quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubli kasının Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədi ilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Bu Qərarın 20-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayaraq, yaşayış tiklilərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedi ci əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi qətlə yetirmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarını aid etmək olar. Təqsirkar ümumi təhlükəli üsulla zərərçəkmişi öldürərkən başqa şəxsi də həyatdan məhrum etmişsə, onun əməli CM-in 120.2.4-cü maddəsi ilə yanaşı, 120.2.7-ci maddəsi ilə, belə şəxslərin səhhətinə zərər vurmuşsa, zərərin dərəcəsindən asılı olaraq sağlamlığa zərər vurmağa görə məsuliyyət nəzərdə tutan CM-in müvafiq maddəsi ilə də tövsif edilməlidir. Sözügedən qərarda göstərilmişdir ki, təqsirkar iki və ya daha çox ş əxsi öldürməyə görə CM-in 120.2.7-ci maddəsi ilə o vaxt məsuliyyət daşıya bilər ki, o, eyni bir hərəkətlə iki və ya daha çox şəxsi qəsdən (istər birbaşa, istərsə də dolayı qəsdlə) öldürsün və yaxud onun iki və ya daha çox şəxsin öldürülməsinə yönələn müxtəlif hərəkətləri vahid qəsdlə əhatə olunsun və bir qayda olaraq eyni vaxtda törədilmiş olsun. Belə tövsifedici əlamətlə müşayiət edilən cinayət ayrı-ayrı vaxtlarda törədilən əməllərdən də təşkil oluna bilər, bu şərtlə ki, təqsirkarın iki və ya daha çox şəxsi öldürməkdən ibarət qəsdi əvvəlcədən, yəni birinci əməlin icra olunmasına başlananadək və yaxud birinci əməlin icra edilməsi prosesində, hər bir halda birinci zərərçəkmiş şəxsin həyatdan məhrum edilməsinədək yaranmış olsun. Bir nəfərin öldürülməsi və digər şəxsin həyatına sui-qəsd edilm əsi iki nəfərin öldürülməsindən ibarət başa çatmış cinayət kimi tövsif edilə bilməz. İkinci şəxsin öldürülməsi təqsirkarın iradəsindən asılı olmayan səbəbdən həyata keçmədiyinə görə belə hallarda onun əməli CM-in 120.1, yaxud 120.2-ci və 29,120.2.7-ci maddələri ilə tövsif edilməlidir Həmin qərarda həmçinin, qeyd edilmişdir ki, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərərçəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərə kətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Əgər təqsirkar zərərçəkmişin huşsuz, yatmış, ağır sərxoş vəziyyətdə olması və s. bunlara bənzər hallarını cinayətin törədilməsini asanlaşdıran xüsusiyyətlər kimi nəzərə alaraq, yəni belə vəziyyətdə olmasına görə zərərçəkmiş şəxsin müqavimət göstərə bilməyəcəyini dərk edərək onu qəsdən öldürürsə, əməl CM-in 120.2.9-cu maddəsi ilə tövsif olunmalıdır. Beləliklə məhkəmə kollegiyası kassasiya şikayətlərində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum ona istinad olunan cinayət əməllərini törətməsinə dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir. Onun əməlləri CM-in 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 134, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.1 və 186.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X3 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Kassasiya məhkəmə kollegiyası Məhkum təyin olunmuş və cəza ilə bağlı aşağıdakıları qeyd edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun əd alət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o nun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsi ndə Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, aşağı instansiya məhkəməsi Məhkum cəza təyin edilməsi məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halın olmamasını düzgün müəyyən etmiş və yüngülləşdirən halları cinayətin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Eyni zamanda məhkəmə kollegiyası Məhkum təyin edilmiş qəti cəzanın həddi ilə də razılaşmayaraq qeyd edir ki: «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə lərə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza tə yin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai t əhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin məhkumluğunun olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi, ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən qəti cəzanın həddi ağır olmaqla törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətinə uyğun deyil, habelə məhkəmələr tərəfindən təyin olunmuş qəti cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri kifayət qədər nəzərə alınmamışdır. CPM-nin 404-cü maddəsinin tələbinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şə xsiyyətinə uyğun olmayan cəza hesab edilir. Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Konstitusiyanın 71-ci maddəsinin 1-ci bəndinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərə li hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli qərarı qərarı dəyişdirilərək məhkuma təyin edilmiş cəza yuxarıda qeyd edilən səbəblərdən yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə, həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum və müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 iyul 2024-cü il tarixli qərarı məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 21 may 2024-cü il tarixli 1(091)-8/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaları qismən toplanılmaqla qəti olaraq təyin edilmiş 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 17 (on yeddi) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar