Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2050/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Allahverdiyeva Ramella Allahverdi qızı (sədrlik edən)Kərimov Novruz Ağakərim oğlu və X23 oğlundan ibarət tərkibdə) 29 may 2019-cu il tarixli hökmü ilə xx xxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmamış, ali təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olub yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3, 206.3.1, 206.3.2, 3.3 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 200-1.2.1, 200-1.2.2, 200-1.2.3-ci maddələri ilə 1(bir) il müddətə dövlət yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 206.3.1, 3.2, 206.3.3-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət cəlləsinin 308.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin edilən əsas cəzaları əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 1 il 6 ay müddətə dövl ət yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hazırki iş 27 aprel 2018-ci il tarixdən 29 may 2019-cu il tarixədək həbsdə olduğu 1 (bir) il 1 (bir) ay 2 gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilərək sınaq m üddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı vaxtdan hesablanmış, barəsində seçilmiş «həbs» qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, sınaq müddəti ərzində nəzarət Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə həvalə edilərək sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub (sədrlik edən və məruzəçi), Qasımov Əflatun İbrahim oğlu və Bayramov Əmir Novruz dan ibarət tərkibində) 6 sentyabr 2019-c u il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 may 2019-cu il tarixli hökmu dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Süleymanov Cavanşir İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarından 04 fevral 2020-ci il tarixdə məhkum Namq Əliyevin müdafiəçisi Vüsal Orucov təfəfindən kassasiaya şikayəti verilmiş, sonradan iş kassasiya baxışında olan zaman, yəni 03 mart 2020-ci il tarixdə Məhkum və onun müdafiəçisi Vüsal Orucov yazılı ərizə ilə məhkəməyə müraciət edərək verilmiş kassasiya şikayətini geri götürdüklərini və kassasiya şikayətlərinin geri qaytarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkməsinin Cinayət kollegiya sının (hakimlər:Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), X21 oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 04 mart 2020-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. 03 mart 2023-ci il tarixdə Məhkum müdafiəçisi Müdafiəçi Humsu oğlu kassasiya şikayəti ilə yanaşı, kassasiya şikayəti üzrə ötürülmüş prosessual müddətin bərpasına dair həmin tarixli vəsatətlə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Murquzov İlqar Mustafa oğlunun sədrliyi və məruzəsi, X22 oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə) 15 may 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 sentyabr 2019-cu il tarixli qərarından kassasiya şik ayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair Məhkum müdafiəçisi Müdafiəçi Humsu oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi Humsu oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 13 dekabr 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayət ini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası haqqında və satətin təmin edilməməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 may 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2050/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2050/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver