Məhkəmə qərarları › İş №1(102)-2050/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2050/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2050/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)-132/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1982-ci il tarixdə Kəlbəcər rayonu, Zəylik kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Kəlbəcər rayonu, Zəylik kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyə n edilmiş işin faktiki hallarına görə, Məhkum zərərçəkmiş şəxsə zor tətbiq etməklə təkrar zorlama və təkrar zorlamağa cəhd etmə cinayət əməllərini törətmişdir. Belə ki, Məhkum öz cinsi ehtirasını təmin etmək məqsədilə 2022- ci ilin aprel ayında, dəqiq məlum olmayan tarixdə, saat 24 radələrində idarə etdiyi “Toyota Hilux” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bacısı qızı, Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakini, xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs İlham qızı ilə birlikdə Gəncə şəhərindən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə gəldikdən sonra avtomobili yaşadığı fərdi yaşayış evinin qarajına salmış, Zərərçəkmiş şəxs avtomobildən düşüb avtomobilin salonunun sağ ön hissəsində olan əşyalarını götürmək üçün avtomobilin sağ ön qapısının açıq pəncərəsindən başını və i ki əlini içəri salıb orada olan əşyaları götürməyə çalışarkən, pəncərəni qaldıraraq Zərərçəkmiş şəxs başını pəncərənin arasında, bədənini isə çöldə saxlayaraq onunla zorla qeyri təbii yolla cinsi əlaqədə olmağa çalışmış, Zərərçəkmiş şəxs qışqıraraq səs-küy salsa da, məhəl qoymamış, sonuncu başını pəncərədən çıxaracağı təqdirdə onunla təbii yolla cinsi əlaqədə olmağına icazə verəcəyini demiş, o, Zərərçəkmiş şəxs başını pəncərədən çıxararaq avtomobilin arxa oturacağına arxası üstə uzatmış, daha sonra sonuncunun əynində olan yupkanı yuxarı qaldırıb ayaqlarını aralayaraq Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır.

3. Bundan başqa o, tə krar öz cinsi ehtirasını təmin etmək məqsədilə təxminən 2022-ci ilin aprel ayının sonlarında, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə gələrək sonuncunun evin altında yerləşən anbarda olduğunu bilib anbara gəlmiş və anbarın qapısını örtüb Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək sonuncunu qucaqlamış, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona müqavimət göstərməyə çalışmış, həmin vaxt bacısı Şahid2 anbara gəlməsi və Zərərçəkmiş şəxs özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində sonuncunu zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cə hd etmişdir.

4. Bundan başqa, o, təkrarən təxminən 2022-ci ilin may ayının əvvəllərində, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinə gələrək qonaqlarının gələcəyini və bunun üçün Zərərçəkmiş şəxs onun evinə gedərək yemək bişirməyini istəmiş, Zərərçəkmiş şəxs onun evinə getmək istəməsə də, anasıŞahid2 getməyə məcbur etmiş, Zərərçəkmiş şəxs utandığı üçün anası Şahid2 dayısı Məhkum onunla zorla cinsi əlaqə olduğunu deyə bilmədiyindən, sonuncunun Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə getmiş, orada yemək bişirdikdən sonra saat 19 radələrində mətbəxdə qabları yuyarkən o, Zərərçəkmiş şəxs arxadan qucaqlayıb evin dəhlizində olan divanın üstünə arxası üstə uzadaraq, sonuncunun əynində olan şalvarını və alt paltarını soyundurub Zə rərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olub onu zorlamışdır.

5. Bundan başqa, o, təkrarən təxminən 2022-ci ilin iyul ayının 2-3-də saat 24 radələrində öz cinsi ehtirasını təmin etmək məqsədilə Zərərçəkmiş şəxs Gəncə şəhərinə göndərməli olduğu əşyaları götürmək bəhanəsi ilə sonuncunun Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinə gəlib söhbət etdikdən sonra onunla cinsi əlaqədə olmaq istədiyini bildirərək Zərərçəkmiş şəxs qucaqlamış, sonuncu onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona etiraz etdikdə, o, zorla cinsi əlaqədə olmağa çalışaraq Zərərçəkmiş şəxs fərdi yaşayış evinin anbarına aparmağa çalışsa da, sonunc unun özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində Zərərçəkmiş şəxs zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, sonuncuya zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir.

6. Bundan başqa, o, təkrarən 2022-ci ilin iyul ayının əvvəllərində, dəqiq məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs ilə birlikdə kafedə yemək yeyib, spirtli içki qəbul etdikdən sonra Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinə doğru yola düşmüş, o, yolda olarkən Şəmkir rayonu, Yuxarı Çaykənd kəndinin ərazisində yerləşən əkin sahələrinə baxmağı bəhanə edərək idarə etdiyi “TOYOTA HİLUX” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında yerləşən taxıl sahəsinə sürmüş, avtomobildən düşüb taxıl sahələrinə baxdıqdan sonra Zərərçəkmiş şəxs y axınlaşaraq cinsi əlaqədə olmaq istədiyini bildirərək əlini sonuncunun sinəsinə toxundurmuş, Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşmayaraq cinsi əlaqədə olmamaq üçün ona etiraz etdikdə, o, zorla cinsi əlaqədə olmağa çalışmış, həmin vaxt Şəmkir rayonu, Yuxarı Çaykənd kənd sakini X4 uzaqdan onları görüb çağırması və Zərərçəkmiş şəxs özünü müdafiə edərək fiziki müqavimət göstərməsi nəticəsində sonuncunu zorlamaq niyyətini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs zor tətbiq etməklə onunla cinsi əlaqədə olmağa cəhd etmişdir.

7. Bundan başqa, o, təkrarən 20 iyul 2022-ci il tarixdə, saat 08 radələrində özünə məxsus traktorla Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yaşadığı fərdi yaşayış evinin həyətindəki otu presləmək üçün həmin evə gə lmiş, saat 09 radələrində həyətdəki otu preslədikdən sonra Zərərçəkmiş şəxs çay içmək istədiyini demiş, sonuncu çayı hazırlamaq üçün mətbəxə getdikdə o da Zərərçəkmiş şəxs arxasınca gedərək çayı evdə içəcəyini demiş, sonuncu çayı hazırlayıb onun qarşısına qoyarkən o, dərhal qapını örtərək Zərərçəkmiş şəxs arxası üstə yataq otağındakı çarpayının üstünə uzadıb sonuncunun əynində olan penjama şalvarını, alt paltarını, köynəyi soyundurub, maykasını və busqalterini yuxarı çəkərək Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq fiziki zor tətbiq etməklə öz gərilmiş cinsiyyət orqanını zorla sonuncunun cinsiyyət orqanına daxil etməklə bir dəfə təbii yolla cinsi əlaqədə olmaqla sonuncuya sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilməyən döş qəfəsinin ön səthində sağ süd vəzinin yuxarı iç kvadratının, döş qəfəsinin arxa səthində sol kürək üstü nahiyənin qançırları, sol çiyinüstü nahiyənin və onurğa sütununun V döş fəqərəsi səviyyəsində sıyrıqları xəsarətləri yetirərək onu təkrar zorlamışdır.

8. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət məhkəmə tərkibində) 23 noyabr 2023-cü il tarixli, 1(100)-131/2023 nömrəli hökmü ilə Məhkum CM-in 149.2.5 və 29,149.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 149.2.5-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 29, 149.2.5-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Məhkum o ğuna qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəlinin 30 iyul 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.

9. Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini, məhkuma bəraət verilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X8 və X7 ibarət məhkəmə tərkibində) 06 may 2024-cü il tarixli, 1(104)-132/2024 nömrəli qərarı ilə Məhkum müdafiə çisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum CM-in 149.2.5 və 29,149.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, 1(100)-131/2023 nömrəli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)-132/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

12. Kassasiya şikayətlərinin dəlilləri qismində cinayət işi materiallarında olan sübutlara, təqsirləndirilən, zərərçəkmiş şəxsin, həmmçinin şahdilərin ifadələrinə, cinayət işi üzrə keçirilmiş ekspertiza rəylərinə v ə bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş və nəticədə hüquqlarını müdafiə etdiyi şəxs Məhkum əməlində cinayət tərkibinin olmamasına baxmayaraq Azərbaycan Respublikası CM-in 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur.

13. Müdafiəçi kassasiya şikayətlərində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)-132/2024 nömrəli qərar ının ləğv edilməsini və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

15. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

18. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını A zərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

19. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

20. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş ve ribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

21. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

22. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respu blikası CM-in 149.2.5 və 29, 149.2.5-cimaddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.

23. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)-13 2/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

24. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

25. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

26. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

27. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

28. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

29. Azərbaycan Respublikası CPM-in 1 45.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

30. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

31. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, o, Məhkum tərəfindən Zərərçəkmiş şəxs İlham qızı ilə cinsi əlaqədə olmaqla onu zorladığını və buna dair olan digər fikirlərin hamısı ittiham tərə findən onun üzərinə atılan böhtan olmasını, cinayət işi materiallarında onun əməlinin CM-in 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, Məhkum əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 149.2.5 və 29, 149.2.5-cimaddələri ilə irəli sürülmüş ittiham üzrə Məhkum əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

32. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyi xahiş edir.

33. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

34. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

35. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarl arının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

36. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 149.2.5 və 29, 149.2.5-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 149.2.5 və 29, 149.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

37. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digə r müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum məhkəməyədək və məhkəmə icraat zama nı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, həmçinin şahidlərin ifadələri, ekspertiza rəyləri, o cümlədən istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

38. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

39. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

40. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)132/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.5 və 29, 149.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmas ına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 may 2024-cü il tarixli, 1(104)-132/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar