Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2051/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı5 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim: Fəttahov İbrahim Bağır oğlu) 1 fevral 2023-cü il tarixli hökmü ilə xx.xx.1979-cu ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 14 iyul küçəsi, döngə 1-də qeydiyyatda olmaqla Göyçay şəhəri, Bakı küçəsi, ev 38-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, 2 il müddətinə azadl ıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(046)-81/2021 saylı hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 12 gün hissəsi CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 4 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılmış, qəti cəza olaraq, 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının əvvəlinin həbsə alındığı vaxtdan, yəni xx.xx.2022ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, cəzasını üm umi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Səmədov Xəqani Hacı oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 27 aprel 2023-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 1 fevral 2023-cü il tarixli 1(046)-6/2023 nömrəli hökmü dəyişdirilmişdir. Həmin hökmdən "Məhkum Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(046)-81/2021 saylı hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 il 6 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 9 ay 12 gün hissəsi CM-nin 66.5-c i maddəsinə əsasən hazırki hökmlə təyin olunan 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 4 ay 21 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla qismən toplanılsın, Məhkum qəti cəza olaraq, 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin.” ilə bağlı müddəa xaric edilmişdir. Məhkum Göyçay Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 1(046)- 81/2021 saylı hökmünə əsasən CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 68.1.1-1- ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutu lmaqla qismən toplanılmış, Məhkum qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və birinci hökm üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum xx.xx.2021-ci il tarixdə saat 01 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus Göyçay şəhəri Bakı küçəsində yerləşən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olaraq, qonaq otağında sökülmüş vəziyyətdə bir ədəd 400 manat dəyərində “LG” markalı, LS-R126ABL modelli kondisioneri oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 400 (dörd yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, Apellyasiya məhkəməsinin qərarı ilə razılaşmır və hesab edir ki, qeyd olunan qərar ın nəticəvi hissəsində “Məhkum qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi və birinci hökm üzrə çəkilmiş cəza qəti cəza müddətinə hesablanması” göstərilməklə kifayətlənərək yekun olaraq şəxsin hansı müddətə cəza çəkməli olması ilə bağlı məsələ açıq olaraq qalmış və nəticədə cəza təyini ilə bağlı məsələdə anlaşılmazlıq yaranmışdır. Yəni məhkəmə tərəfindən birinci hökm üzrə çəkilmiş hansı müddətə cəzanın qəti cəza müddətinə hesablanması, bu hesablanma aparıldıqdan sonra şəxsin hansı müddətə cəza çəkməli olması barədə hər hansı qeyd edilməmişdir. Apellyasiya məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin cəza toplanılması ilə bağlı yol vermiş olduğu yalnışlıqla bağlı məsələ qismən aradan qaldırılsa belə, yenə də çəkilmiş cəzanın hansı müddətə olması və həmin hissə qəti cəza müddətinə hesablandıqdan sonra şəxsin yekun olaraq hansı müddətə cəza çəkməli olması barədə məsələ müəyyən edilməmiş qalmışdır. Bakı Şəhər Probasiya İdarəsinin 1 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 9 (ay) ay 12 (on iki) günü çəkilməmişdir. Həmin məktubdan məlum olur ki, Məhkum tərəfindən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 8 ay 18 günü çəkilmişdir. Apellyasiya məhkəməsi tərəfindən cəza təyin edildikdən birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilmiş hissəsi olan 8 ay 18 gün məhdudlaşdırma cəzası CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 4 ay 9 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəzləşdirilərək, nəticədə təyin edilmiş 2 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq təqsirləndirilən şəxsin çəkməli olduğu cəzanın müddəti 1 il 10 ay 21 gün müəyyən edilməli olmasına baxmayaraq, məhkəmə tərəfindən qərarda bu öz əksini tapmamışdır. Kassasiya protestində Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarının cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə dəyişdirilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci ma ddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinay ət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi, ona təyin edilmiş cəza mübahisələndirilmir, təyin edilmiş qəti cəzanın düzgün müəyyən edilməməsi və cəzaçəkmə müddətinin əvvəlinin qeyd edilmədiyi göstərilmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məh kəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunvericiliyin tələblərindən görünür ki, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları əhatə etmə və ya toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Bu h alda birinci hökmə əsasən tamamilə və ya qismən çəkilən cəza yeni cəza müddətinə hesablanır. Bu qayda tətbiq edilərkən cinayətlərin məcmusuna görə ikinci hökmlə təyin edilmiş cəzanın müddəti və ya həcmi birinci hökmlə təyin edilmiş cəzadan az olmamalıdır. Əvvəlki hökmlə müəyyən edilmiş cəzanın çəkilmiş hissəsi yeni hökmə əsasən təyin edilən cəzanın müddətinə hesablanarkən cəzanın qəti müddətindən birinci hökm üzrə çəkilmiş cəzanın adi hesabla çıxılmasına yol verilmir. Bunun üçün yeni hökmlə təyin edilən qəti cəzanın icrası birinci hökmlə təyin edilmiş cəzanın icrasına başlanılmış olduğu gündən müəyyən edilir. CPM-in 353.4-cü maddəsinə əsasən məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində digər məsələlərlə yanaşı, təqsirləndirilən şəxsə sübuta yetirilmiş hesab edilən hər bir cinayətə görə təyin edilmiş cəzanın növü və həddi; çəkilməli olan yekun cəza tədbiri; azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün müəyyən edilmiş cəzaçəkmə və ya tərbiyə müəssisəsinin növü; cəzaçəkmə müddətinin başlanğıcı da göstərilməlidir. Cinayət işinin materiallarında olan Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmündən görünür ki, Məhkum CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir; Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 01 fevral 2023cü il tarixli məktubundan görünür ki, Məhkum təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 9 (doqquz) ay 12 (on iki) günü çəkilməmişdir; Birinci instansiya məhkəməsi Məhkum CM-in 66.5- ci maddəsinə əsasən cəza təyin edərkən hazırkı hökmlə təyin edilmiş cəza ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini, yəni 09 ay 12 günlük hissəsini (CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 4 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutmaqla) qismən toplayaraq ona qəti cəza təyin etmiş, yəni Məhkum təqsirli bilindiyi maddə ilə cəza təyin etdikdən sonra həmin cəza ilə Göyçay Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını toplayıb qəti cəza təyin edib, sonra həmin hökmlə təyin edilmiş cəzanın çəkilmiş hissəsini qəti cəza müddətinə hesablamalı olduğu halda, düzgün olmayaraq təyin etdiyi cəza il ə əvvəlki hökmlə təyin edilmiş cəzasının çəkilməmiş hissəsini toplamışdır. Apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq göstərilən səhvi aradan qaldırıb Məhkum birinci hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini deyil, cəzanın müddətini qismən toplayaraq ona qəti cəza təyin etmiş, birinci hökm üzrə çəkilmiş cəzanı qəti cəza müddətinə hesablanmışdır. Lakun apellyasiya instansiyası məhkəməsi məhkuma fərqli cəzaların, yəni əvvəlki hökmlə təyin edilən cəzanın azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökm üzrə isə azadlıqdan məhrum etmə cəzası təyin edildiyini nəzərə almamış və qəti cəza müddətindən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsini çıxmamış və cəza çəkilməsi müddənin əvvəlini müəyyən etməmişdir. Avro pa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyindən belə məlum olur ki, qanunun aydın olması yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Həm Konstitusiyadan, həm də Konvensiyadan irəli gələn hər kəsin qanunsuz cəzalandırılmamaq hüququnun müstəsna əhəmiyyəti isə bu sahəyə aid cinayət-hüquqi qaydaların təfsirindən xüsusi dəqiqliyi və aydınlığı tələb edir (Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarı). Nəzərə alınmalıdır ki, hüquq tətbiqedici tərəfindən qanunvericilik normasının yanlış təfsir edilərək başqa qaydada tətbiq olunması hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxara bilər (Kons titusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 14 sentyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərliyi və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkün dür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini də pozmuş olar. Qeyd olunan prinsiplərə riayət olunması, bununla da cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qarşıda duran vəzifələrin qanuna əsasən yerinə yetirilməsi cinayət mühakimə icraatının məqsədlərinə nail olunmasına xidmət etməklə, nəticədə hər kəsin hüquqlarının müdafiəsini də təmin etmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum CM-in 66.5-ci maddəsi ilə cinayətlərin məcmusu üzrə cəza təyin edilməsi zamanı qəti cəzanın müddəti düzgün müəyyən edilməmiş və cəza çəkmənin əvvəli qeyd edilməmişdir. Apellyasi ya instansiyası məhkəməsi CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini yoxlayarkən bu hala qiymət verməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur, buna görə də kassasiya protestinin təmin etməklə, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 aprel 2023-cüil tarixli qərarı dəyişdirilməli, məhkum edilmiş şəxsə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə azadlıqdan məhrum etmə cəza sına bərabər tutulmaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza və cəzaçəkmənin əvvəli müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilsin. Məhkum Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(046)-81/2021 saylı hökmünə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi-8 ay 18 gün CM-in 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə 4 ay 9 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 aprel 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Məhkum üzərində qəti olaraq 1 il 10 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum cəza çəkmə müddətinin əvvəli 4 noyabr 2022-ci il tarixdən hesablansın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2051/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2051/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver