Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2051/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(103)-2379/2023 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhk əməsinin 23 yanvar 2023-cü il tarixli, 1(101)-217/2023 nömrəli hökmü ilə (sədrlik edən hakim Ə.İ.Məmmədov, hakimlər T.Q.Hüseynov və S.A.Məmmədzadədən ibarət məhkəmə tərkibi) Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2022-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı ilə (hakim Ə.İ.Məmmədov) Məhkum 23 yanvar 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasını n 28 dekabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.F.İbrahimovun, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatətin rədd edilməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin məzmununa diqqət etdikdə, müəyyən olunur ki, şikayətin məzmunu faktiki olaraq ona təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlıdır. Bununla belə məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin 28 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir ki, bu da öz növbəsində hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini ehtiva edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1 və 384.1.1-ci maddələrinə görə məhkum edilmiş şəxs ittiham hökmündən onun elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti verə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti h ökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir (CPM, maddə 384.2). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər (yəni, o cümlədən hökmdən apellyasiya şikayətinin verilməsi və həmin şikayət üzrə apellyasiya icraatının başlanılması) müddət bərpa edilməmişsə, etibarsız sayılır. CPM-in 203.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı üzrlü səbəblərə görə buraxılmış müddət maraqlı şəxsin vəsatəti və ya xahişi ilə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə bərpa olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386-cı maddəsi də birinci instansiya məhkəməsinin hökmündən və yaxud qərarından apellyasi ya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxıldıqda, bu aktlardan şikayət verilməsi imkanını müddətin üzrlü səbəblərdən buraxılması və CPM-in 386.2-ci maddəsində nəzərdə tutulmuş prosedur daxilində bərpa edilməsi ilə şərtləndirmişdir. Cinayət işinin materiallarından, o cümlədən birinci instansiya məhkəməsinin hazırlıq iclasına və məhkəmə baxışına dair protokollardakı məlumatlardan görünür ki, Məhkum Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulmuş prosessual hüquqları həm hazırlıq iclasında, həm də məhkəmə baxışında ona izah edilmiş və o, bütün hallarda hüquqlarının ona aydın olduğunu məhkəməyə bildirmişdir. Həmçinin, hökmdən apellyasiya şikayəti vermək hüququ və müddəti Məhkum ayrıca olaraq - hökmün elan edilməsindən sonra və ona təqdim edilm iş Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli ittiham hökmünün surətindəki qeyd vasitəsi ilə izah edilmişdir. Birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən Məhkum müdafiəçinin – fərdi qaydada fəaliyyət göstərən vəkil İbrahimov Qanqa Cavanşir oğlunun hüquqi yardımı ilə təmin olunmuşdur. Öyrənilmiş iş materiallarında olan məhkəmə qəbzindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 1(101)-217/2023 saylı hökmü 30 yanvar 2023-cü il tarixdə qəbzə imza etdirməklə Məhkum təqdim edilmişdir. Məhkum yalnız 15 may 2023-cü il tarixdə, yəni hökmün surəti Məhkum təqdim edildiyi gündən 03 ay 22 gündən sonra hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmış və həmin vəsat ətini apellyasiya şikayəti ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə ünvanlamışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür. Təsvir olunanlardan görünür ki, Məhkum obyektiv olaraq birinci instansiya məhkəməsinin hökmündən vaxtında apellyasiya şikayəti vermək imkanından məhrum edən hər hansı bir hal mövcud olmamış, yəni onun – birbaşa və yaxud müdafiəçisi vasitəsi ilə Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinin tələb etdiyi prosessual müddət daxilində hökmü apellyasiya qaydasında mübahisələndirməməs i birinci və apellyasiya instansiyası məhkəmələrinin müvafiq olaraq 05 iyun 2023-cü il və 28 dekabr 2023-cü il tarixli qərarlarda müəyyən etdikləri kimi, üzrlü hallardan baş verməmişdir. Odur ki, kollegiya buraxılmış müddətin bərpa olunmasına dair Məhkum vəsatətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qərarını və həmin qərarın dəyişdirilmədən saxlanılmasına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli qərarını əsaslı və qanuni hesab edir və baxılan işdə cinayət prosessual qanunvericiliyində təsbit edilmiş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, dəyişdirilməsini şərtləndirən əsasın olmaması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Mə hkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı Ayxan Hüseynlinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 dekabr 2023-cü il tarixli, 1(103)-2379/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 28 dekabr 2023-cü il tarixli, 1(103)-2379/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2051/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2051/2024
15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver