Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2051/2025 16.09.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və müdafiəçisi Mehdiyev Fəxrəddin Məhəddin oğlunun iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(103)-77/2025 nömrəli qərarından məhkumun müdafiəçisi Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli, 1(005)38/2016 nömrəli hökmü ilə (hakim T.O.Hüseynov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 sentyabr 2015-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmi n hökmündən məhkumun müdafiəçisi İmanov Yalçın Cəmil oğlu tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2016-cı il tarixli qərarı ilə (hakimlər: Ə.İ.Qasımov (sədrlik edən), Ə.N.Bayramov və V.K.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 may 2016-cı il tarixli qərarından məhkumun müdafiəçiləri İmanov Yalçın Cəmil oğlu və Namazlı Fariz Mübariz oğlu tərəfindən birgə kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 sentyabr 2016cı il tarixli qərarı ilə (hakimlər: İ.M.Cəfərov (sədrlik edən), Ə.S.Seyfəliyev və H.Q.Nəsibov) birgə verilmiş kassasiya şikayəti təmin edilməmiş, Məhkum barəsində Bakı A pellyasiya Məhkəməsinin 13 may 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla əlaqədar Məhkum 2017-ci il 13 mart tarixdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində baxılan iş üzrə Konvensiyanın 6-cı maddəsinə əsasən ədalətli məhkəmə araşdırması hüququnun, o cümlədən əsaslandırılmış məhkəmə qərarı əldə etmək hüququnun, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin pozulduğu, işə müdafiə tərəfinin bütün etirazları və vəsatətlərinin rədd edildiyi və müdafiə tərəfinə öz dəlillərini təqdim etmək üçün ittiham tərəfi ilə bərabər ağlabatan imkan verilmədiyini iddia etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məhkum Azərbaycana qarşı” işi üzrə 2024-cü il 12 mart tarixli qərarı ilə cavabdeh Hökumətin 2023-cü il 7 avqust tarixd ə təqdim etdiyi 2017-ci il 13 mart tarixdə verilmiş 24127/17 nömrəli ərizənin işlərin siyahısından çıxarılması xahişinin nəzərdə tutulduğu bəyanatını və ərizəçinin həmin bəyanata cavabını nəzərə alaraq, Konvensiyanın 37-ci maddəsinin 1(c) bəndinə uyğun olaraq ərizəni baxılacaq işlərin siyahısından çıxarmaq barədə nəticəyə gəlinmişdir. Bəyanatda Azərbaycan hökümətinin bu birtərəfli bəyanatı ilə ərizəçinin Konvensiyada təsbit edilmiş hüquqlarının pozuntusu faktını etiraf etməsi, ərizəçiyə dəymiş maddi və mənəvi ziyana görə 3600 avro və çəkilmiş xərclər və məsrəflərə görə 500 avro ödəməyə hazır olması, həmçinin, ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün kassasiya şikayəti üzrə icraatın yenidən başlanması ilə bağlı bütün tədbirləri görməyi öhdəsinə götürdüyü qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 sentyabr 2016-cı il tarixli, 1(102)-1411/2016 nömrəli qərarı və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 may 2016-cı il tarixli, 1(103)-736/2016 nömrəli qərarı ləğv edilərək, cinayət işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və M.A.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, bunu nla yanaşı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmiş və CM-in 75.1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarından müdafiəçi Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən Məhkum 29 sentyabr 2015-ci il tarixdə, saat 20:40 radələrində ictimai yer olan ünvan 3 ünvanında cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normaları, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozmaqla, orada olan şəxslərə açıqca hörmətsizlik ifadə edərək, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə yaradıb, sonuncunun baş nahiyəsinə davamlı yumruq zərbələri vuraraq, ona zor tətbiq edib, qəsdən alnın hematoması, dərialtı qansızma, sol göz yuvası ətrafı yumşaq toxumaların əzilməsi-qançırı, gözün ağlı qişasına qansızma, boynun sol yarısının sıyrığı, qapalı kəllə beyin travması, baş beynin silkələnməsi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmiş və onun tərəfindən ictimai qaydanın pozulmasının qarşısını almaq istəyən vətəndaş X5 qəsdən yumruqla vurub, ona sağlamlığa zərər vurmayan döş qəfəsini n və sağ bazunun qançırı kimi dərəcəsi təyin edilməyən xəsarətlər, Zərərçəkmiş şəxs2 isə əli ilə itələyib ona fiziki ağrı yetirib müqavimət göstərməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkum tərəfindən ictimai qaydanın qarşısını almaq istəyən vətəndaş X6 qəsdən vurub, ona sağlamlığa zərər vurmayan döş qəfəsinin və sağ bazunun qançırı kimi dərəcəsi edilməyən xəsarətlərin, həmçinin, Zərərçəkmiş şəxs2 əli ilə itələyib, ona müqavimət göstərməsi faktının öz təsdiqini tapmaması ilə bağlı qənaətə gəlib sonuncunun törətdiyi əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən 221.1-ci (yalnız Zərərçəkmiş şəxs1 aid hissədə irəli sürülmüş ittihamla razılaşmış) maddəsinə dəyişmişdir. Kassasiya şikayətinin dəlill əri: Kassasiya şikayətində Azərbaycan Respublikasının Konstitusiyasına, “İnsan Hüquqlarının və X4 haqqında” Avropa Konvensiyasının, CM-in, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına, iş üzrə toplanmış və araşdırılmış sübutların bir hissəsinə və qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən müdafiəçi Mehdiyev Fəxrəddin Məhəddin oğlu həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum barəsindəki cinayət işi üzrə qəbul edilmiş yekun məhkəmə aktında cinayət qanununun norması düzgün tətbiq edilməmiş, iş üzrə toplanmış sübutlar CPM-in 143-146-cı maddələrinin tələbləri baxımından yetərliliyi və mötəbərliliyi cəhətdən qiymətləndirilmə miş, onun ittiham olunduğu əməli törətməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, məhkəmələrin gəldikləri yekun nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə Məhkum törətmədiyi cinayət əməlinə görə təqsirli bilinərək məhkum edilmişdir. Belə ki, şikayət müəllifi kassasiya şikayətində qeyd etmişdir ki, Məhkum hər hansı cinayət əməlini, o cümlədən təqsirli bilindiyi cinayəti törətməmiş, ilkin və ibtidai araşdırma zamanı sübutların toplanması zamanı isə prosessual qanunvericiliyinin tələblərinin pozulmasına yol verilmiş, onun müdafiə hüququ səmərəli şəkildə təmin edilməmiş, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər və şahidlər bir-birinə ziddiyyətli ifadələr vermiş, məhkəmələr isə bu pozuntulara diqqət yetirməyərək onlara heç bir qiymət verməmiş, nəticədə isə Məhkum heç bir cinayət əməli törətmədiyi halda qanunsuz olaraq məhkum olunmuş, onun barəsində qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Müdafiəçi F.M.Mehdiyev kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Res publikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi F.M. Mehdiyev kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini və barəsində ədalətli qərar qəbul edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiy a müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 fevral 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsin in müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu il ə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). İlk öncə qeyd olunmalıdır ki, kollegiyası apellyasiya məhkəməsinin Məhkum tərəfindən ictimai qaydanın qarşısını almaq istəyən vətəndaş X6 qəsdən vurub, ona sağlamlığa zərər vurmayan döş qəfəsinin və sağ bazunun qançırı kimi dərəcəsi edilməyən xəsarətlərin, həmçinin, Zərərçəkmiş şəxs2 əli ilə itələyib, ona müqavimət göstərməsi faktının öz təsdiqini tapmaması ilə bağlı qənaəti ilə razılaşır ( buna müvafiq olaraq Məhkum əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı). Sadalanan nəticə hasil olunarkən müvafiq sübutlar qərarda ətraflı təsvir edilib, tərəflərin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, yekun qənaət həmin sübutların üzərində qurulduğundan, məhkəmə kollegiyası hazırkı qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır (zatən nə ittiham tərəfi nədə ki, müdafiə tərəfi həmin nəticəni mübahisələndirmirlər). Məhkum törətməkdə təqsirli bilindiyi xuliqanlıq cinayətinə (tövsifedici əlamət olmadan) gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, qeyd olunan cinayətin əsas tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şə rh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004cü il 23 mart tarixli qərarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərə görə xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən əməl olmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması ictimai qaydanın kobud şəkildə pozulması, əməlin şəxsi münasibətlər zəminində meydana gəlməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq mot ivi ilə şərtləndirilməklə cəmiyyətə qarşı yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Yəni, cinayət-prosessual qanunda nəzərdə tutulmuş prosedurlar daxilində sübuta yetirilməlidir ki, şəxs qəsdən ictimai qaydanı kobud şəkildə pozmuş, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmiş, onun hərəkətləri şəxsi münasibətlərlə deyil, qeyri-müəyyən şəxslərin dairəsində özünün üstünlüyünü, müstəsnalığını nümayiş etdirmək kimi istəkləri ehtiva edən xuliqanlıq motivi ilə şərtləndirilmişdir. Hazırkı işdə apellyasiya məhkəməsi Məhkum ictimai qayda nı kobud şəkildə pozması, “qarşılıqlı davranış və birgəyaşayış qaydalarını kobud surətdə pozan, orada olan şəxslərə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək”, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi, hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi haqqında nəticəyə gəlmişdir. Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı yekun nəticə isə iş üzrə müəyyən edilmiş aşağıdakı faktiki hallarla uzlaşır: _ hadisə ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən və insanların sıx gediş gəlişi olan küçədə (həmin küçədə olan çayxananın qarşısında) baş vermişdir; _ bilavasitə hadisə yerində Məhkum, Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid1, Şahid2, X12 və zərərçəkmiş şəxs qismində tanınmış X10 olmuşlar; _ zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 hadisə baş verdiyini yeri kənarda müşahidə edərək hadisə yerinə gəlmişdir; _ hadisənin baş verməsinə, ümumiyyətlə mübahisənin yaranmasına səbəb Məhkum və Zərərçəkmiş şəxs1 arasında yaranmış partiya daxili narazılıqlar olsa da (faktiki olaraq tutarlı səbəb olmadan), daha sonra sözlü mübahisə qarşılıqlı söyüşlərə, Məhkum tərəfindən Zərərçəkmiş şəxs1 zor tətbiq etməklə (zərərçəkmiş şəxsin köynəyi cırmaqla sonuncunun baş nahiyəsinə davamlı yumruq zərbələri vurmaqla) ictimai qaydanın kobud şəkildə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin törədilməsinə çevrilmişdir; Apellyasiya məhkəməsi tərəfində qəbul edilmiş yekun akta diqqət etdikdə müəyyən olunur ki, təkrar apellyasiya baxışında məhkəmə kollegiyası məhkəmə istintaqı aparmaql a, müdafiə tərəfinin dəlillərini dəyərləndirməklə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinin (33-cü maddəsinin) müddəalarına, cinayət-mühakimə icraatının digər prinsiplərinə, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə müvafiq olaraq tədqiq edilmiş sübutlara əsaslanmaqla, o cümlədən Məhkum verilmiş ittihamda göstərilən tarixdə, saatda və yerdə, yəni başqa sözlə desək hadisənin bilavasitə baş verdiyi zaman kəsiyində hadisə yerində olmaqla hadisəni görən şəxslərin dairəsini müəyyən etməklə, irəli sürülmüş ittihamın (özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri) həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir etmiş, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlm əsi üçün əsas verən sübutları şərh etmişdir. Həmçinin işə baxan məhkəmə kollegiyası zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə qiymət verərkən və həmin ifadələrin ittihamın əsasını təşkil edib etməməsini dəyərləndirərkən aşağıdakı əhəmiyyətli hallardan çıxış etmişdir. _ ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olubolmaması (məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən tərəflərin qarşılıqlı münasibətləri, hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışları müəyyən olunmalı). _ həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi. _ digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması (eyni ilə ifadənin həm özü özlüyündə, həmdə digər şahid ifadələri üst üstə düşüb düşməməsi). Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət qazandıran (yuxarıda təsvir edilib) sübutlara qiymət verməklə, hadisə yerində olan şəxslərin həm ibtidai istintaq zamanı, həm birinci instansiya məhkəməsində, həmdə bilavasitə apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini tədqiq və təhlil etməklə yanaşı, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edib, yalnız ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından müqayisəli şəkildə qiymət vermiş, nəyə görə onlardan biri ilə razılaşdığını, digərlərini isə rədd etdiyini əsaslandırmışdır. Belə ki, sübutların müqayisəli tədqiqi nəticəsində apellyasiya məhkəməs i tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, məhkum edilmiş Məhkum və Zərərçəkmiş şəxs1 AXCP-nin üzvləri olmuşlar; 2015-ci ildə Zərərçəkmiş şəxs1 partiyadan istefa verdikdən sonra Məhkumlə münasibətləri soyuq olmuş; hadisə ictimai yer olan Bakı şəhəri, Nərimanov rayonunun ərazisində yerləşən və insanların sıx gediş gəlişi olan küçədə (həmin küçədə olan çayxananın qarşısında) cərəyan etmiş; 29 sentyabr 2015-ci il tarixdə, saat 20:40 radələrində çayxananın qarşısında ilkin olaraq Zərərçəkmiş şəxs1, şahidlər Şahid1, Şahid2, Şahid3 və X12 olmuşlar; məhkum edilmiş şəxs Məhkum daha sonra adları çəkilən şəxslərin yanına yaxınlaşmış; şahid Zərərçəkmiş şəxs2 hadisə baş verdiyini yeri kənarda müşahidə edərək hadisə yerinə gəlmişdir. Göstərilənlər məhkum edilmiş Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X3, şahidlər Şahid3, Şahid1, Şahid2 və X8 ifadələri ilə təsdiq olunur. İş üzrə mübahisəsiz qaydada müəyyən edilmiş halları ilə, həmçinin məhkum edilmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə ziddiyyət təşkil edən və tədqiq edilmiş digər sübutlarla uzlaşmayan ifadələrə münasibətdə isə apellyasiya məhkəməsi aşağıdakı arqumetlərdən çıxış etmişdir. Belə ki, Şahid3 təkrar apellyasiya baxışında ifadəsində məhkum edilmiş şəxs Məhkum yanlarından keçərkən zərərçəkmiş Zərərçəkmiş şəxs1 ayağa qalxaraq Məhkum Facebook-la bağlı söz atdığını, sonuncunun da dayanıb ona cavab verəndə, Zərərçəkmiş şəxs1 Məhkum yumruqla vurduğunu bildirsə də, göstərilən hal məhz elə məhkum edilmiş şəxsin ifadəsi ilə təkzib olunmuşdur (zərərçəkmiş və şahid ifadələrinə isti nad edilməsinə belə ehtiyac duyulmamış). Belə ki, Məhkum apellyasiya məhkəməsində vermiş olduğu ifadəsində X onun tanışları X, X, X və digər tanıdığı X və X yanında olduğunu və onlarla söhbət etdiyini gördüyü, həmin şəxslərlə salamlaşdıqdan sonra X nə üçün onun ünvanına sosial şəbəkədə söyüş söydüyünü soruşduğunu və söyüşlərə son qoymasını bildirmişdir. Göründüyü kimi məhkum edilmiş Məhkum ifadəsində onunla eyni partiyanın üzvü olan Şahid3 ifadələrini təkzib edərək (zərərçəkmiş Zərərçəkmiş şəxs1 ayağa qalxaraq Məhkum Facebook-la bağlı söz atdığını, sonuncunun da dayanıb ona cavab verməsi ilə bağlı) adları çəkilən şəxslərə özünün yaxınlaşdığı, X arasında olan narazılığı aydınlaşdırmağa səbəbkar özünun olduğunu göstərmişdir. Təkrar apellyasiya baxışı zamanı ifadə vermiş digər Şahid1 ifadəsin də hadisə yerində zərərçəkmiş X təqsirləndirilən X bir birini söymələrini, bu zaman zərərçəkmiş X təqsirləndirilən X vurduğunu, onların isə araya girərək, X ayırmalarını bildirsə də, qeyd olunan ifadə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq, birinci instansiya məhkəməsində və təkrar apellyasiya məhkəməsində, həmçinin şahidlər Şahid2, X8, zərərçəkmiş şəxs X3 ibtidai istintaqda və birinci instansiya məhkəməsində vermiş olduqları ifadələri ilə təkzib olunur. Belə ki, adları çəkilən şəxslər heç biri zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məhkum edilmiş şəxsi Məhkum yumruqla vurması ilə bağlı məlumatlar verməmişlər. Əksinə Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma dövründə, həm birinci instansiya məhkəməsində, həm də təkrar apellyasiya baxışında məhkəmə istint aqı zamanı eyni halları təsdiqləyərək göstərmişdir ki, ünvan 4 ünvanından keçərkən, tanışları X və AXCP-nin üzvü olan X və X yol kənarında dayanıb söhbət etdiklərini görmüş və onlarla görüşmək üçün yaxınlaşmış, qeyd edilən şəxslərlə təxminən 3-4 dəqiqə müddətində söhbət edərkən, qəflətən yan tərəfdən kimsə onun qolundan dartaraq adını çəkmiş və o, həmin istiqamətdə dönərkən, X görmüşdür. X heç bir söz demədən, qeyd edilən şəxslərin yanında onun ünvanına söyüşlər söyməyə başlamış, bu vaxt o, X ağzının danışığını bilməsini bildirərkən, X onun arxasından yapışaraq dartmağa başlamış, o, X əllərini öz yaxasından aralamaq istədikdə, X yumruqla onun baş və bədən nahiyyələrinə zərbələr vurmağa başlamışdır. O, isə X vurmamışdır. Orada olan şəxslər onları aralaşdırmışlar, bu zaman köynəyi də cırılmı şdır. Eyni ilə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hadisə yerində təqsirləndirilən şəxs X zərərçəkmiş şəxs X yaxınlaşmış və nə üçün onu Facebook sosial şəbəkəsində təhqir etdiyini soruşduqda, X da X «yaxşı edirəm, sən də məni sosial şəbəkələrdə təhqir edirsən» dedikdə, X arasında mübahisə yaranmış, mübahisə zamanı X köynəyi cırılmışdır. Həmçinin birinci instansiya məhkəməsində şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X zərərçəkmiş şəxs X arasında mübahisə yaranmış, mübahisə zamanı X iləX əlbəyaxa olmuş, X və X, onların arasına keçib ayırmış, X əlbəyaxa olarkən, öz aralarında bir-birlərinə nalayiq söyüşlər ifadə etmişlər. Bundan başqa birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində hadisə yerində təqsirləndirilən şəxs X zərərçəkmiş şəxs X arasında mübahisə yarandığını və dava-dalaş baş verdiyini, onun və Vüqarın köməkliyi ilə tərəflərin hər ikisinin kənara çəkdiyini göstərmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində hadisə yerində tərəflər arasında mübahisənin yarandığını və sonuncuların əlbəyaxa olduqlarını, dava-dalaş zamanı zərərçəkmiş şəxs X köynəyinin cırıldığını göstərmişdir. Eyni ilə birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2015-ci il tarixdə, saat 20:40 radələrində o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsindən keçərkən, həmin küçədə yerləşən çayxananın yanında təxminən 5-6 nə fər şəxsin toplaşdığını, həmin şəxslərdən iki nəfərin mübahisə etdiyini, onlardan birinin, yəni adı sonradan polis bölməsində ona məlum olan Məhkum başqa bir şəxsi, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 ucadan nalayiq sözlərlə təhqir etdiyini görmüş, o, həmin şəxslərin heç birini tanımasa da, Məhkum uca səslə nalayiq söyüşlər söyməsi ona xoş olmamış, həm də, qəflətən Məhkum Zərərçəkmiş şəxs1 üstünə hücum edib, yumruq zərbələri ilə X baş nahiyyəsinə vurduğunu görmüşdür. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 sentyabr 2015-ci il tarixdə, saat 20:45 radələrində o, Bakı səhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsindən keçərkən, həmin küçədə yerləşən çayxananın yanında çoxlu sayda tanımadığı şəxslərin to plaşdığını, həmin şəxslərdən iki nəfərin mübahisə etdiyini, onlardan birinin, adı sonradan polis bölməsində ona məlum olan Məhkum başqa bir şəxsi, yəni adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs1 nalayiq sözlərlə təhqir etdiyini görmüşdür. Həmin vaxt Məhkum qəflətən Zərərçəkmiş şəxs1 üstünə hücum edərək, yumruq zərbələri ilə X baş nahiyyəsinə vurmağa başlamışdır. Bu səbəbdən o, və ətrafda olan tanımadığı şəxslər yaxınlaşaraq, onları ayırmağa başlamışlar. İfadələrə diqqət etdikdə Zərərçəkmiş şəxs1 Məhkum ona uca səslə nalayiq söyüşlər söyməsi, mübahisə zamanı köynəyinin cırması, yumruqla onun baş və bədən nahiyyələrinə zərbələr vurması ilə bağlı vermiş olduğu məlumatlar birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və X10 ifadələri (yumruqla vur ması), həmçinin şahidlər X8 və Şahid3 (əlbəyaxa olduqlarını, dava-dalaş zamanı zərərçəkmiş şəxsin köynəyinin cırıldığı), X8, Şahid2 və Şahid1 ifadələri ilə təsdiq olunur. Hadisələrin məhz bu cür cərəyan etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin xx.xx.2015-ci il tarixli 731 nömrəli rəyi (1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmətibbi və nevroloji müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - alının hematoması-dərialtı qan sızması, sol göz yuvası ətrafı yumşaq toxumaların əzilməsi qançırı, gözün ağlı qişasına qansızma, boynun sol yarısının sıyrığı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2015-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlərə aiddir. Göstərilən xəsarətlər özü yetirmək üçün xarakterik deyildir) və 10 oktyabr 2015-ci tarixli “Baxış keçirilməsi haqqında” protokolla (protokoldan Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olan qısaqol köynəyə baxış keçirilmiş, köynəyə baxış zamanı sağ yuxarı boğaz hissədən qol nahiyədə yuxarıdan aşağı cırılma müşahidə olunur) təsdiq olunur. Bu vəziyyət apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlində xuliqanlıq cinayətinin tərkibinin mövcudluğu haqqında qənaətə gəlməsi sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilməsindən hasil olunmuş nəticə kimi qəbul edilməlidir. Göründüyü kim i Məhkum apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hərəkətlərini xuliqanlıq cinayətinin əlamətləri ilə müqayisə etdikdə görünür ki, onun birbaşa qəsdlə edilən qərəzli hərəkətləri cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xarakterdə olmuş və xuliqanlıq niyyəti ilə şərtləndirilmişdir. O, həmin hərəkətləri ilə ictimai yerdə ictimai qaydanı kobud şəkildə pozmuş, bu hərəkətlər zərərçəkmiş şəxsə zor tətbiq olunması, onun sağlamlığına dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərin vurulması ilə müşayiət olunmuşdur. Odur ki, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsi, həmin hallara cinayət qanunu normasının tətbiqi (əməlin hüquqi tövsifi), Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi üzrə apellyasiya məhkəməsinin çıxardığı nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Göstərilənlərlə yanaşı Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir”. Bu maddənin apellyasiya icraatına tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyi bir çox presedentlərdə əksini tapmışdır. Belə ki, “Ekbatani İsveçə qarşı iş” üzrə 26 may 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusunu müəyyən edərkən xüsusilə ona əsaslanmışdı ki, apellyasiya məhkəməsi həm fakt, həm də hüquq üzrə məsələlərə baxmaq vəzifəsini daşıyırdı, onun qarşısında mübahisələndirilən əsas məsələ isə ərizəçinin cinayətdə təqsirli bilinməsi idi. Bu səbəbdən həmin məsələ ərizəçinin özünün, eləcə də zərərçəkmiş şəxsin ifadələri bilavasitə tədqiq edilmədən düzgün həll edilə bilməzdi. “Siqbatullin Rusiya Federasiyasına qarşı iş” üzrə 23 aprel 2009-cu il tarixli qərarında isə Avropa Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Şikayətlər üzrə prosedurlarda hansılarda ki, işlərə faktlar və hüquq nöqteyinəzərindən yenidən baxılır, Konvensiyanın 6-cı maddəsi bütün hallarda işə açıq və şəxslərin bilavasitə iştirakı ilə baxılmasını tələb etmir.... Bu məsələnin həlli zamanı konkret baxışın xüsusiyyətləri və həll edilməli olan məsələlərdən və onların şikayət vermiş şəxs üçün əhəmiyy ətindən asılı olaraq müdafiə tərəfinin təmsilçiliyinin və mənafelərinin nə dərəcədə təmin olunduğu nəzərə alınmalıdır.... Misal üçün, şikayətə baxan məhkəmə şəxsin təqsirli olub-olmaması məsələsini araşdırmalıdırsa, təqsirləndirilən şəxsin ona isnad edilən cinayətləri törətməməsini əsaslandırmaq üçün təqdim etdiyi sübutları bilavasitə qiymətləndirmədən həmin məsələni həll etmək mümkün deyil”. Eyni mövqe Avropa Məhkəməsinin “X13rşı iş” üzrə qərarında (27-ci bənd), “Sevastyanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (71-ci bənd), “Nefedov Rusiya Federasiyasına qarşı iş” üzrə qərarında (38-ci bənd) müdafiə olunmuşdur. Digər tərəfdən Avropa Konvensiyasının 6-cı maddəsi də (Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə görə) məhkəmə qərarlarının əsaslandırılmasını məhkəmə müda fiəsi, xüsusilə də, şəxslərin öz mövqeyini məhkəməyə çatdırmaq, məhkəmə tərəfindən dinlənilmək hüququnun mühüm aspekti kimi nəzərdə tutur və məqsədi şəxsləri özbaşnalıqdan müdafiə etmək olan hüquqi vasitə kimi xarakterizə edir. Belə ki, Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı iş” üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində belə şərh etmişdir: “...artıq formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıql arı qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarın əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (X14rşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ib arətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəflərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Yuxarıda təsvir olunanları hazırkı iş üzrə apellyasiya məhkəməsində aparılmış məhkəmə baxışına tətbiq edildikdə apellyasiya məhkəməsində həyata keçirilmiş icraatın cinayət-mühakimə icraatının prinsiplərinə, cinayət-prosessual normalarına, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə uyğun olduğu müəyyən olunur. Belə ki, daha əvvəl həyata keçirilmiş apellyasiya icraatından fərqli olaraq hazırda verilmiş apellyasiya şikayəti ilə əlaqədar işə baxan apellyasiya məhkəməsi məhkəmə istintaqı keçirməklə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul etməklə, həmin sübutların və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmişdir. Apellyasiya məhkəməsi Məhkum, Zərərçək miş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid3 və Şahid1 məhkəmə istintaqı zamanı bilavasitə dindirməklə yanaşı, zərərçəkmiş şəxs X3 08 iyun 2022-ci il tarixdə vəfat etməsini nəzərə alaraq arvadı X7 zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanımış, Şahid2 daimi olaraq ölkə hüdudlarından kənarda yaşaması, digər şahid X8 19 dekabr 2017-ci il tarixdə vəfat etməsini kimi halları nəzərə alaraq müdafiə tərəfinin razılığı ilə sonuncuların ifadələrini məhkəmə istintaqı zamanı elan etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs2, şahidlər Şahid3 və Şahid1 apellyasiya məhkəməsində vermiş olduğu ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən apellyasiya instansiyası məhkəməsi adları çəkilən şəxslərin məhkəmə istintaqında (apellyasiya ic raatında) vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və sonuncunların ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri əsas götürərək, bunun motivlərini göstərməklə yanaşı həmin ifadələri digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmış, bununla da sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmişdir (CPM 329.1-ci maddə). Ölmüş şahid və zərərçəkmiş şəxsin, həmçinin məhkəmə iclasında iştirak etməyən şahidin ifadələrinin məhkəmədə elan edilməsinin və həmin ifadələrlə məhkəmə qərarının əsaslandırılmasının təqsirləndirilən şəxsin müdafiə hüququnun və ədalətli məhkəmə araşdırması standartının pozuntularına səbəb olmaması üçün apellyasiya məhkəməsi cinayət prosessual qanunvericiliyinin, həmçinin Avropa Məhkəməsinin qərarlarında istinad etdiy i meyarlarla ehtiva olunan tələbləri gözləməklə həyata keçirmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən ölmüş zərərçəkmiş şəxs X10 və şahid X12, həmçinin məhkəmə iclasında iştirak etməyən Şahid2 verdiyi ifadələrinin elan edilməsinin zərurətdən irəli gəlməsi, qaçılmaz olması məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmuş, ifadələrin ittihamın həll edilməsində oynadığı rol dəyərləndirlmiş, müdafiə tərəfinin ifadələrin elan edilməsi ilə bağlı mövqeyi nəzərə alınmış və sadalanmış hallar məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmışdır. Təsvir olunan halların fonunda Məhkum Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum olunması Avropa Konvensiyasının 6-cı maddəsi, Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi kontekstində də pozuntu kimi qiymətləndirilə bilməz. Başqa sözlə desək apellyasiya məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyriobyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları tam şəkildə təmin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara g örə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 fevral 2025-ci il tarixli, 1(103)-77/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçi Mehdiyev Fəxrəddin Məhəddin oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 13 fevral 2025-ci il tarixli, 1(103)-77/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2051/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2051/2025
16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver