Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2052/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-421/2022 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxxx 1994-cü ildə Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Sabunçu rayonunun Maştağa qəsəbəsi, S.Vurğun küçəsi, ev 47-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum və Təqsirləndirilən şəx s məhkum edilmişlər ona görə ki, onlar öz aralarında və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin əldə olunması, saxlanması, daşınması, qrupun üzvləri-şəxsiyyəti məlum olmayan, özünü “Cavanşir” kimi təqdim edən şəxs və digərləri tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan narkotik vasitəni və psixotrop maddəni əldə edib qrupun digər üzvlərinə çatdırılmaqla realizə olunmasına qabaqcadan vəd verərək, ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədilə əldə edilib, saxlanılıb daşınmaqla məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə keçirilmiş bir ədəd torbada 4 plastik qablarda ayrı-ayrılıqda 1990 qram, 1695 qram, 2020 qram və 2010 qram olmaqla cəmi, külli miqdarda-7715 qram narkotik vasitə olan heroini, külli miqdarda-2000 qram narkotik vasitə olan tiryəki, külli miqdarda-1030 qram psixotrop maddə olan metamfetamini, 190 qram narkotik vasitə olan qurudulmuş marixuananı və soyuq silah hesab edilən bir ədəd “Kukri” tipli Nepal milli bıçağı “Biləsuvar-İran” sərhəd yolunun Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən keçən hissəsində, kəndin çıxışını göstərən “Yuxarı Ağalı” sözləri yazılmış lövhənin yanında gizlədilməsi barədə məlumat verməsindən sonra onlar birlikdə 14 iyul 2021-ci il tarixdə saat 03 radələrində bu cinayətlərdə n xəbərsiz olan X4 idarə etdiyi VAZ-2106 markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib avtomobildən yerə düşdükdən sonra Təqsirləndirilən şəxs avtomobilin yanında dayanmış, Məhkum isə gizlədildiyi yerdən bir ədəd torbanın içərisində olan narkotik və psixotrop maddələri və bıçağı götürüb narkotik və psixotrop maddələri satış məqsədi ilə qanunsuz olaraq birgə əldə edib, saxlayıb daşıyarkən, habelə soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib gəzdirərkən, daxil olmuş əməliyyat məlumatına əsasən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs saxlanılıb onlardan bir ədəd torbanın içərisində 4 plastik qablarda ayrı-ayrılıqda qablaşdırılmış 1990 qram, 1695 qram, 2020 qram və 2010 qram olmaqla cəmi, külli miqdarda-7715 qram narkotik vasitə olan heroini, külli miqdarda-2000 qram narkotik vasitə olan tiryəki, külli miqdarda-1030 qram psixotrop maddə olan metamfetamini, 190 qram narkotik vasitə olan qurudulmuş marixuananı və soyuq silah hesab edilən bir ədəd “Kukri” tipli Nepal milli bıçağı aşkar edilib götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-24/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi O.Y.Cəlilov, hakimlər X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət məhkəmə tərkibində) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.3.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin 32.5,206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya ş ikayəti verərək, cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)421/2022 nömrəli qərarı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)24/2022) nömrəli hökmündən məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şkayətinin qismən təmin edilməsi, hökmün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilmiş əməllərinin tövsifi həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələrinə dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqda n məhrum etmə cəzasının təyin edilməsi, bu cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanmaqla üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə qəti cəzasının saxlanılması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin 14 iyul 2021-ci il tarixdən hesablanmasının nəzərə alınması, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddələri ilə tövsif edilmiş əməllərinin tövsifinin həmin maddələrdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələrinə dəyişdirilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddələri ilə 4 (dörd) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, bu cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanmaqla üzərində qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə qəti cəzasının saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin 14 iyul 2021-ci il tarixdən hesablanmasının nəzərə alınması, hökm apellyasiya şikayəti ilə əlaqədar qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)421/2022 nömrəli qərarından Məhkum kass asiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Kassasiya şikayətinin dəlilləri qismində təyin edilmiş cəzanın məhkum şəxsiyyətinə və törətdiyi cinayətin xarakterinə uyğun olmaması qeyd edilərək, kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-421/2022 nömrəli qərarının barəsində daha yüngül cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
9. Qərardan dövlət ittihamçısı kassasiya protesti, həmçinin digər məhkum kassasiya şikayəti verməmişdir. III. Proses iştirakçı larının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şiayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. IV.Hüquqi məsələlər
12. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
13. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası mə hkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
14. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
15. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsinin hökmü ilə ona cəza təyin edilərkən, həmçinin həmin hökmdən tərəfindən verilmiş apellya siya şikayəti əsasında apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Mə hkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-421/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
18. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tö rədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
20. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulu r (CM, maddə 59.2).
21. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
22. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
23. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 5 8-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
24. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münas ibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
25. Belə ki, Məhkum barəsində minimum həddə cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi qismən razılaşaraq, Məhkum təqsirli bilinərək ittiham edildiyi CM-in 32.5,206.3.2-ci maddəsi üzrə əməlini CM-in 32.5,206.2-ci maddəsinə tövsif edərək, ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 1(099)-24/2022) saylı hökmü ilə CM-in 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanmaqla üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə qəti cəzası saxlamışdır.
26. Apellyasiya məhkəməsi Məhkum barəsində minimum həddə cəza təyin edilməsi barədə apellyasiya şikayətini qismən tə min edərkən ona əsaslanmışdır ki, o işdə ona aid olan və yüngülləşdirici hallar hesab etdiyi halları apellyasiya şikayətində sadalayaraq ona əməlinin tövsif edildiyi maddələrlə minimum həddə cəza təyin edilməsini xahiş etmişdir. Lakin işdə onunla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş hər hansı yüngülləşdirici hal müəyyən edilmir. Birinci instansiya məhkəməsi cinayətin bir qrup şəxs tərəfindən törədilməsini, narkotik vasitənin miqdarını, bir neçə növdən olmasını və onun şəxsiyyətini nəzərə alaraq ona əməllərinin tövsif edildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin etmişdir.
27. Göründüyü kimi, Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası hökmün dəyişdirilməsi qəna ətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici hallara hüquqi qiymət vermişdir.
28. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
29. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübah isələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-421/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 228.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair c inayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-421/2022 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.