Məhkəmə qərarları › İş №1(102)-2052/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2052/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2052/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşavd Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və məhkum olunmuş şəxs Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024 -cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmü ilə (hakimlər Kərimov Novruz Ağakərim oğlu (sədrlik edən və məruzəçi), Sadıxov Rasim Əkrəm oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Bakı Şəhər Məhkəməsinin 23 iyun 1994-cü il tar ixli hökmü ilə 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş CM-in 94-cü maddəsinin 6-cı bəndi ilə təqsirli bilinərək, 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 iyul 1994-cü il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək əməli göstərilən CM-in 94-cü maddəsinin 6-cı bəndindən həmin Məcəllənin 95ci maddəsinə tövsif edilərək bu maddə əsasında azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ilədək endirilmiş, 8 yanvar 2004-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Binəqədi Rayon Məhkəməsinin 24 may 2005-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 26 may 2007-ci il tarixdə “Azərbaycan xalqının ümummilli lider i Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 8 may 2007-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Buzovna yolundakı yeni yaşayış sahəsində nömrəsiz fərdi evdə yaşamış CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-in 69.3-cü maddəsinə əsasən onun 4 yanvar 2023-cü il tarixdən 3 aprel 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulması və həbsdə saxlanıldığı cəmisi 2 (iki) ay 29 (iyirmi doqquz gün) müddət onun t əyin edilmiş cəza müddətinə daxil edilməklə və həmin cəzadan çıxılmaqla məhkum olunmuş şəxsin üzərində qəti olaraq 7 ( yeddi ) il 9 (doqquz) ay 1 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmlə həmçinin Məhkum narkomaniya xəstəliyindən məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 2062,157 qram narkotik vasitə heroin əldə edib onu hissələrə bölərək 2060 qram çəkidə hissəsini bir ədəd polietilen bağlamaya, 2,157 qram çəkidə hissəsini isə bir ədəd polietilen bükümə qablaşdırmaqla üzərində saxlayaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa-Buzovna Yolunun üzərindəki yeni yaşayış massivinədək daşımış, həmin tarixdə o, saat 02:30 dəqiqə radələrində Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarənin Maştağa qəsəbəsi, Xanlar küçəsi, 24A ünvanında yerləşən Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin inzibati binasına gətirilib orada onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkcənin sağ iç cibindən bir ədəd polietilen bağlamada qablaşdırılmış külli miqdarda, yəni təmiz çəkisi 2060 qram, sağ üst yan cibindən isə bir ədəd polietilen bükümə qablaşdırılmış külli miqdarda təmiz çəkisi, yəni 2,157 qram olmaqla ümumi təmiz çəkisi 2062,157 qram kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kütləsi kustar üsulla hazırlanmış narkot ik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmündən Məhkum və onun müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 28 mart 2024cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə həmin şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işi üzrə faktiki halların müə yyən olunması üçün barəsindəki cinayət işinin ibtidai araşdırma orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli Qərarına və barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum həmin şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi toplanmış və məhkəmə iclasında araşdırılmış, lakin ibtidai araşdırma zamanı qanun pozuntularına yol verilməklə əldə edilmiş sübutlara düzgün qiymət verməmiş, onun təqsirliliyi sübuta yetirilmədiyi halda o, qanunsuz və əsassız olaraq məh kum edilmişdir. Belə ki, o, təqsirli bilindiyi ittihamda göstərilən tarixdə və yerdə deyil, həmin tarixdən iki gün əvvəl yaşıdığı evdə olarkən polis əməkdaşları tərəfindən tutularaq polis bölməsinə aparılmış, həm tutularkən, həm də polis bölməsində iki gün ərzində fiziki zorakılığa məruz qalmış, bunun nəticəsində səkkiz dişi sındırılmış və bu hal, habelə bədənində olan digər xəsarətlər İstintaq Təcridxanasında müayinə olunarkən müəyyən edilmiş, onun döyülməsini isə başqa şəxslər də görmüşlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında o, dəfələrlə həmin şəxslərin dinidirilmələri, habelə polis əməkdaşlarının telefon anten məlumatlarının əldə edilməsi barədə vəsatətlər qaldırsa da, həmin vəsatətlər heç bir səbəb göstərilmədən məhkəmə tərəfindən təmin olunmamışdır. Halbuki, onun narkot ik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən zəruri sübutlar nə ibtidai araşdırma zamanı, nə də ki məhkəmələr tərəfindən əldə edilməmiş, onun guya narkomaniya xəstəliyindən əzab çəkməsi barədə ekspertiza rəyi də həqiqətə uyğun olmamışdır. Bütün bunlar isə birinci instansiya məhkəməsinin hökmünun dəyişdirilmədən quvvədə saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin isə əlavə araşdırma aparılması üçün ibtidai istintaqa qaytarılması üçün əsas yaradır. Odur ki, Məhkum şərh olunan dəlillərə əsaslanaraq onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasında da Məhkum eyni dəlillərlə çıxış edərək iş üzrə düzgün araşdırmanın aparılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin m əzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, onun CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə nətiəcəyə gələn məhkəmələr iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, toplanmış və araşdırılmış sübutlara düzgün hüquqi qiymət verməmiş və nəticədə o, heç bir cinayət əməli törətmədiyi halda ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunması haqqında qanunsuz və əsassız yekun məhkəmə aktları qəbul etmişlər. Bununla da kassasiya şikayətinin müəllifi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə onun dəlillərini, habelə CPM-in 419.1-ci maddəsinə əsasən bu dəlillərdən asılı olmayaraq apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə əməl olunubolunmamasını məhkum olunmuş şəxsin barəsindəki cinayət işinin materiallarının və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslağını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında qeyd etdiyi kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiy yəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müə yyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izahlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bunda sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməs inin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçi rilməsində istifadə oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cinayət mühakimə icraatının təməl prinsiplərindən biri olan təqsirsizlik prezumpsiyası prinsipi həmçinin onu da nəzərdə tutur ki, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham araşdırılarkən onun bu ittiham üzrə cinayət əməlini törətməsi deyil, başqa, öz ictimai təhlükəliliyinə görə daha yüngül cinayəti törətməsi müəyyən edildikdə (sübuta yetirildikdə), bu nəzərə alınmadan onun məhz elan olunmuş ittiham üzrə təqsirli bilinməsi yolverilməzdir və belə hallarda işə baxan məhkəmələr CPM-in 318.1-ci maddəsinin tələblərinə uyğun olaraq əməlin cinayət qanunun Xüsusi hissəsinin ağır maddəsindən daha yüngül maddəsi ilə tövsif etmək, yaxud ittihamdan bu və ya digər müddəalarını və ya CM-in hansısa maddələrini xaric etmək və bu kimi digər qərar qəbul etmək hüququna malikdirlər. Belə hökmlər çıxarılarkən və ya qərarlar qəbul edilərkən isə cinayət mühakimə icraatının prinsipləri və şərtləri, habelə təqsirkarın fundamental hüquqları, o cümlədən müdafiə hüququ pozulmamalıdır. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kons titusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifə nin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda cinayət mühakimə icraatına münasibətdə bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bə rabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edi lsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri i fşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət t əqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icraat ında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün t əqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 1 25, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaları n cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-c i maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinay ət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirlil iyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yu xarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatı nın obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməs ində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu h al cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdı r. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, haki miyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törə dildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olara q əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkum cinayət məsuliyyətin cəlb edilməsi və məhkum olunması dövründə qüvvədə olan “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq p rotokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanuns uz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək i craat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmünü və bu hökmün dəyişdirilmədən saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi, habelə iş üzrə ilkin araşdırma zamanı toplanmış və sonradan Məhkum qarşı irəli sürülmüş ittihamın əsasına qoyulmuş bir sıra sübutların qanun pozuntusu ilə əldə edilməsi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilm əsi ilə bağlı birinci instansiya məhkəməsinin 17 yanvar 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarında istinad olunmuş sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. İlk növbədə məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, ittiham tərəfinin təqdim etdiyi sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə araşdırılsa da (apellyasiya instansiyası məhkəməsi də özü bu sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək onların bir qisminə öz qərarında istinad etmişdir) məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında həmin sübutlara onların mümkünlüyü, mötəbərliyi, mənsubiyyəti və kifayətliliyi üzrə qanuna müvafiq qaydada qiymət verməmiş və buna baxmayaraq Məhkum ona qarşı irəli sürülmüş itt iham üzrə təqsirli bilinməsi barədə yekun məhkəmə aktları qəbul etmişlər. Toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların öyrənilməsi və təhlili nəticəsində müəyyən edilmişdir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanda Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, hər hansı digər cinayətin törədilməsində şübhəli bilinməsi barədə heç bir əməliyyat və ya digər məlumat və əsaslar olmadan, elə bu səbəbdən də sonuncunun ətrafında hər hansı əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul edilmədən, şahid qismində dindirilmiş polis əməkdaşları - Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid1 və həmin İdarənin 14-cü Polis bölməsinin ə məliyat müvəkkili Şahid2 ifadələrinə görə, yalnız özünü şübhəli apardığına və saxlanıldığı yerdə nəsə axtarması müşahidə olunmasına və adları çəkilən şahidlərin ehtimallarına görə, narkotik sərxoşluğu vəziyyətində olduğuna, habelə sonuncunun üzərində narkotik vasitənin olmasını bildirməsinə görə (Şahid1 və Şahid2 4 yanvar 2023-cü il tarixli raportu) Məhkum üzərində qanunla qadağan olunmuş əşyalar olmasından şübhələnsələr də, bu şübhələrə əsasən elə olduğu yerdə onun üzərində axtarış keçirilmədən (bunun üçün hər hansı maneənin olması iş materialları ilə müəyyən edilmir), həmçinin narkotik sərxoşluğu vəziyyətində olması da yoxlanılmadan o, 4 yanvar 2023-cü il tarixdə saat 02.30 radələrində radələrində Sabunçu rayonu, Maştağa-Buzovna yolunun yeni yaşayış sahəsində saxlanılaraq 14-cü Polis böl məsinə aparılmış və orada PB-nin təhqiqatçısı polis kapitanı X1 raportda göstərilən əsaslarla, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə, yəni narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək saxlamasında və daşımasında şübhəli bilərək, lakin bunun da əsaslarını göstərmədən onun şübhəli şəxs qismində tutulması haqqında qərar qəbul etmiş və Məhkum hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə Məhkum 4 yanvar 2023-cü il tarixdə saat 03.45-də şübhəli şəx qsmində tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallara görə Məhkum şəxsi toxunulmazlıq və azadlıq hüquqları kobud şəkildə pozulmuş, lakin məhkəmələr bu pozuntulara və həmin pozuntularla əldə edilmiş sübutlara öz münasibət lərini bildirməmişlər. Öz qənaəti ilə bağlı məhkəmə kollegiyası qanunvericiliyin aşağıdakı normalarına istinad edərək qeyt etməyi lazım bilir ki, Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Konstitusiyanın 32-ci maddəsinin İ və İİ hissələrində təsbit edilmişdir ki, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. CPM-in 14.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər kəsin azadl ıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada və hallarda onun tutulması, həbsə alınması və ya azadlıqdan məhrum edilməsi ilə məhdudlaşdırıla bilər. Bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunu ilə müəyyən edilmiş əsaslar olmadan heç kəs tutula və həbs edilə bilməz. CPM-in 15.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, CPM-in 148.1-ci maddəsinə əsasən, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması onun cinayət törətməsinə bilavasitə şübhə yarandığı və ya cinayət qanunu il ə nəzərdə tutulmuş əməli törətməsindən şübhələnməyə əsas verən digər məlumatlar olduğu hallarda həyata keçirilir. Yuxarıda qeyd olunduğu kimi, cinayət işinin materiallarına əsasən, Məhkum barəsində bu kimi məlumatlar təhqiqat orqanına daxil olmamış və o, 4 yanvar 2023-cü il tarixdə yalnız özünü şübhəli apardığına görə saxlanılaraq polis şöbəsinə aparılmışdır. CPM-in 148.4-cü maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 148.1 və 148.2-ci maddələrində nəzərdə tutulmuş hallardan biri mövcud olduqda tutulma müvafiq cinayət işi başlananadək həyata keçirilə bilər. Cinayət işinin başlanmasına dair qərar şəxsin tutulduğu andan 24 saat keçənədək qəbul olunmazsa, tutulmuş şəxs dərhal azad olunmalıdır. İlkin araşdırma zamanı toplanmış sübutlardan daha sonra görünür ki, təhqiqat orqanı tərəfində n qanunvericiliyin yuxarıda göstərilən tələbləri kobud şəkildə pozularaq Məhkum saxlanılması və tutulması üçün əsaslar olmadan, onun şəxsi toxunulmazlıq və azadlıq hüququ pozulmuş, Məhkum tutulması üçün həm də CPM-in 149-152-ci maddələrində göstərilən əsasları təsdiq edən sübutlar əldə edilməmiş, onun haqqında cinayət işinin başlanması haqqında 5 yanvar 2023-cü il tarixli qərarın isə nə vaxt (onun tutulması vaxtından 24 saat keçənədək və ya bundan sonra) qəbul edilməsini müəyyən etmək mümkün olmamışdır. Məhkum tutulmazdan əvvəl təhqiqatçı tərəfindən onun dövlət hesabına müdafiəçi ilə təmin olunması barədə onun ərizəsi alınıb bununla bağlı müvafiq prosessual sənədlər tərtib edilmiş, bu sənədlərə görə şübhəli şəxsin hüquqlarının müdafiəsi 7 saylı Vəkil Bürosunun vəkili X9 həvalə edilərək son uncu Məhkum təqdim olunmuş, daha sonra şəxsi axtarış və götürmə aparılması haqqında 4 yanvar 2023-cü il tarixli qərar qəbul edilmiş, həmin istintaq hərəkətinin isə müdafiəçinin iştirakı ilə keçirilməsinin tələb etməməsi haqda Məhkum kompyuterdə çap olunmuş ərizəsi iş materialarına əlavə olunmuş, bu səbəbdən də göstərilən istintaq hərəkəti müdafiəçinin iştirakı olmadan keçirilərək onun üzərindən təqsirli bilindiyi ittihamda göstərilən qaydada bükümlərə bölünmüş, lakin çəkisi sonradan məhkəmə-kimyəvi ekspertizasının 04 yanvar 2023-cü il tarixli 6/17 saylı rəli ilə müəyyən edilmiş külli miqdarda narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, Məhkum şübhəli şəxs qismində tutulduqdan bir qədər sonra – tərtib olunmuş protokola görə, saat 04.30-dan 04.36- dək (təhqiqatçının qolunda olan saatda vaxt 03.40-ı göstərir, lakin protokolda göstərilən vaxta uyğun olmayan bu hal da məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır) onun üzərində şəxsi axtarış aparılmış, bu istintaq hərəkətinin aparılmasında isə, sonradan tərtib olunmuş sənədlərə görə, hələ də polis şöbəsində olan müdafiəçi X6 iştirak etməmiş (həmin istintaq hərəkəti aparıldıqdan sonra sonuncu Məhkum izahatının alınmasında iştirak edərək həm bu haqda tərib edilmiş sənədi, həm də şəxsi axtarış və götürmə haqqında protokolla tanış olaraq onları imzalamışdır) və bunun əsası kimi, Məhkum yuxarıda göstərilən ərizəsi, yəni şəxsi axtarışın müdafiəçinin iştirakı olmadan keçirilməsinin tələb etməməsi barədə mövqeyi nəzərə alınmış, lakin həmin ərizəni də müdafiəçi sadəcə imzalamış, şübhəli şəxsin bu müraciəti üzrə isə heç bir qərar qəbul edilməmiş və protokol tərtib olunmamışdır. Eyni zamanda həmin ərizənin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə Məhkum CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının izah olunması 4 yanvar 2023-cü il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Halbuki, 1969-cu ildə anadan olmuş, buna görə onun orta məktəbi 1986-cı ildə, yəni Azərbaycan Rsepubliksında latın qarfikası tərtib edilməzdən xeyli əvvəl bitirməsi ehtimal olunan Məhkum məhkəmədə verdiyi ifadələrində dəfələrlə qeyd etmişdir ki, o, azərbaycan dili əlifbasının latın qrafikası ilə yazıb-ox uya bilmir və həm təhqiqat, həm də ibtidai araşdırma zamanı tərtib edilmiş sənədləri o, oxumadan imzalamışdır. Cinayət işinin materiallarında olan bir sıra sənədlərin, o cümlədən Məhkum şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə 5 yanvar 2023-cü il tarixli protokollardan da görünür ki, həmin sənədlərin sonunda olan qeydləri Məhkum kiril qrafikası ilə icra etmişdir. Buna baxmayaraq istər ilkin araşdırmanı aparan təhqiqatçı M.M.Müsəllimov, istərsə iş üzrə ibtidai araşdrmanı Sabunçu RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi polis mayoru X14 tərəfindən azərbaycan dilinin kiril-latın qrafikalarını bilən, həmin qrafikalarla yazıb-oxumağı bacaran mütəxəssis işə cəlb edilməmiş, şəxsi axtarış zamanı Məhkum müdafiəçisinin də iştirakı təmin olunmamışdır. Belə olan halda, məhkəmə ko llegiyası Məhkum adından kompyuterdə yazılmış ərizədəki mövqeyinin onun iradə ifadəsi kimi qiymətləndirilməsinə, habelə tərtib edilmiş həm ilkin sənədlərlə, həm də ümumiyyətlə cinayət işinin materialları ilə onun tanış olmasına, o cümlədən öz hüquqlarını bilməsinə şübhə ilə yanaşır ona görə ki, azərbaycan dilininin latın qrafikalı əlifbası ilə yazıb-oxumağı bacarmadığına görə Məhkum cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsə bərabər tutulmasa da buna görə onunla bağlı aparılan bütün prosessual hərəkətlərin aparılmasında ən azı müdafiəçisinin iştirakı məcburi şərt olmuşdur. Belə ki, CPM-in 92.3.4-cü maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə cinayət prosesində müdafiəçinin iştirakı təmin olunmalıdır. CPM-in 92. 6-cı maddəsinin tələbindən görünür ki, cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. CPM-in 92.7-ci maddəsinə görə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir. CPM-in 92.12-ci maddəsində müəyyən edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5 (o cümlədən 92.3.4-m.k.), 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Göründüyü kimi, Məhkum üzərində şəxsi axtarış qanunvericiliyin bu tələblərinin pozulması ilə aparılmış, yəni müdafiəçinin bu istintaq hərəkətinin aparılmasında iştirakından imtina etmə si qəbul edilməli olmadığı halda, təhqiqatçı tərəfindən onun ərizəsi əsas götürülmüş, hətta müdafiəçidən “müvəqqəti imtina etməsi” müvafiq protokolla rəsmiləşdirilməmiş, nəticə etibarı ilə isə onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildidikdə Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən “müvəqqəti olaraq” imtina etməsi və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, h əmin istintaq hərəkəti aparıldıqan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak eməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da Məhkum hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qanunvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axta rış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə şübhəli və ya təqsirləndirilən şəxsin m üdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin, bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştrakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin edilməsi üçün tədbirlər görsün. Eyni zamanda müdafiəçinin bu və ya digər istint aq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur, bu barədə şübhəli və ya təqsirləndirilən şəxsin də imtinası qəbul edilə bilməz. İş materiallarından göründüyü kimi, Məhkum üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun latın qrafikası ilə yazıb-oxuya bilib-bilməməsini ümumiyyətlə araşdırmadan bu haqda ona məlumat verməyərək həmin istintaq hərəkətinin aparılmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübhəli şəxsin m üdafiə hüqununun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizəyə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə bu istintaq hərəkətinin aparılmasının nəticələrinə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxalana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarş və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqlarının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddəl ərə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Yuxarıda təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26 və 96-cı m addələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şəxsə dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması zəruridir. Müdafiə hüququnun həyata keçirilməsi üçün CPM-də təqsirləndirilən şəxsin cinayət işinin materiallarında olan sənədlərlə bilavasitə tanışlığını nəzərdə tutan bir sıra hüquqları müəyyən edilmişdir (CPM-in 91.5.2, 91.5.3, 91.5.18, 91.5.20-91.5.23-cü və s. maddələri). Bu hüquqların bilavasitə (şəxsən) həyata keçirilməsi yalnız şübhəli və ya təqsirləndirilən şəxsin cinayət mühakimə icraatının aparıldığı dili bilməsindən, habelə həmin dildə icra olunmuş sənədləri oxuyaraq tanış olmaq bacarığından asılıdır. Öz növbəsində, CPM-in 92.3.4-cü maddəsi cinayət prosesini həyata keçirən orqanın üzərinə cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şübhəli və təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etmək vəzifəsini qoymuş, lakin icraatın aparıldığı Azərbaycan dilinin latın qrafikalı əlifbasını bilməyən və ya tam savadsız olan şəxslərə münasibətdə CPM-də belə bir müddəa nəzərdə tutulmamışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan dilini bilən, lakin latın qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilməyən, kiril qrafikalı əlifbada icra olunmuş sənədləri oxuya bilən şəxslərin CPM-in 26.2-ci maddəsində nəzərdə tutulmuş şəxslərlə prosessual statusunun eyniliyi qəbul edilməzdir. CPM-in 26-cı maddəsi Azərbaycan dilini ümumiyyətlə bilməyən və ya bu dili qi smən bilən və tam başa düşməyən şəxslərə aid edilir. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, cinayət prosesində şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə rəsmi dövlət dilində tərtib olunan sənədlərin məzmununun çatdırılması məsələsinə müdafiənin həyata keçirilməsi üçün faydalı vasitələr baxımından yanaşılmalıdır. Cinayət ədalət mühakiməsində şübhəli və ya təqsirləndirilən şəxsə öz müdafiəsini lazımı səviyyədə qurması üçün kifayət qədər vasitələr ayrılmalıdır. Bu vasitələrə aşağıdakıları aid etmək olar: işin materialları ilə tanış olmaq; şəxsin ona qarşı irəli sürülən ittihamı aydın başa düşmək; hər hansı prosessual tələbi irəli sürmək və s. “Kamazinski Avstriyaya qarşı” iş üzrə 1989-cu il 19 dekabr tarix li Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinin pozulması ilə əlaqədar bildirmişdir ki, tərcümə yardımı elə olmalıdır ki, təqsirləndirilən şəxsin ona qarşı qaldırılmış işi başa düşməsinə və onun özünü müdafiə etməsinə, xüsusən də öz mövqeyini məhkəmə qarşısında irəli sürməsinə imkan versin. Bununla belə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçiyə müdafiə olunması məqsədi ilə ədalət mühakiməsinin aparıldığı dildə danışmaq üçün vəkilin təqdim olunması ilə dövlət 6-cı maddənin 3-cü bəndinin “a” yarımbəndinin tələblərini yerinə yetirmiş olur. Şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsə sənədlərlə tanış olması üçün daha səmərəli yardı mı onun vəkili (müdafiəçisi) göstərə bilər. Cinayət prosesində iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü dövlət dilini mükəmməl bilərək müdafiə tərəfinin marağından çıxış edir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, cinayət prosesini həyata keçirən orqan şifahi Azərbaycan dilini bilən, lakin bu dilin latın qrafikalı əlifbasını bilməyən şübhəli və ya təqsirləndirilən şəxsi ədalət mühakiməsinin maraqları naminə müdafiəçi ilə təmin etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarına görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmən in aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qadağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirlə ndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mövcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzə rdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını h əyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxı mından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericilikl ə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsinin baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərlən qaydada verilmiş təfsirdən və Konstitusya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Məhkum 4 yanvar 2023-cü il tarixdə saxlanılaraq Polis şöbəsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hallara diqqət yetirməmiş, onlara qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət verməmişlər. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlaq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Məhkum hüquqlarının müdafiə olunması vəkili X6a həvalə edilərək sonuncu təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan təd birinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş, yalnız tərtib olunmuş prosessual sənədlərlə tanış olmaqla və onları imzalamaqla kifayətlənmişdir. Belə olan halda vəkil X6 tərəfindən Məhkum hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə cavab verilməsi, habelə iş üzrə prosessual hüquq normalarının tələblərinə əməl olunub-olunmamasını yoxlamaq üçün yenə də cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş və onun təqsirli bilindiyi ittihamın təsdiq edilməsinə dəla lət edən, ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələrin də əsas və mötəbər sübut hesab etdikləri şəxsi axtarışın və götürmənin aparılması haqqında 4 yanvar 2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı Məhkum üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olması ilk olaraq yalnız şübhəli şəxsin izahatına əsasən müəyyən edilmiş, bunun həqiqətə uyğun olması isə həmin vaxt mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Buna görə təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübuti əhəmiyyəti m əhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət ol duqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. CPM-in 247.1.9-cu maddəsində müəyyən edilmişdir ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib etdiyi protokolda digər hallarla yanaşı axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsvir edir. Bundan başqa, CPM-in 245.8-ci maddəsində axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, on ların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bundan başqa, işdə olan prosessual sənədlərə əsasən, Məhkum şübhəli şəxs qismində tutulması 4 yanvar 2023-cü il tarixdə saat 03.45-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 5 yanvar 2023-cü il tarixdə saat 14.30-dan15.10-dək yəni təxminən otuz altı saat yaxın vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmiş, lakin buna əsas olmuş səbəblər də məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır. Halbuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şə xsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda qeyd olunanlar şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin, bu haqda tərtib edilmiş 4 yanvar 2023-cü il tarixli protokolun, habelə bundan sonra məhz bu istintaq hərəkətinə əsasən ibtidai araşdırma zamanı toplanmış bütün sübutların CPM-in 125.2-ci maddəsinin tələbləri baxımından yolverilməz sübutlar olması barədə nəticəyə gəlmək üçün əsas verir. Bununla belə, qeyd olunan istintaq hərəkəti aparılarkən və bundan sonra 4 yanvar 2023-cü il tarixdə naməlum vaxtda verdiyi izahatında, habelə şübhəli və təqsirləndirilən şəxsi qismində 5 yanvar və 18 may 2023-cü il tarixlərdə dindir ilərkən Məhkum göstərmişdir ki, təxminən 2023-cü ilin yanvar ayının 1-də, gecə saatlarında o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Buzovna yolu, Yeni yaşayış sahəsində olduğu zaman yolun kənarında qara rəngli avtomobilin dayandığını, avtomobildən düşən şəxsin isə hasarın dibində nəsə gizlətdiyini görmüşdür. Avtomobil oradan getdikdən sonra o, hasara yaxınlaşaraq gizlədilən əşyanın nə olduğuna baxmış, üzərində şəffaf sellofan olan, qara rəngli paketdə olan bükülü olduğunu görmüşdür. Bükülünün içərisinə baxış keçirdiyi zaman narkotik vasitə heroin olduğunu müəyyən etmişdir. Həmin heroindən istifadə etmək üçün az miqdarda götürərək sellofana qoymuş, qalan hissəsini isə “Saboil” YDM-nin yaxınlığında daşların arasında gizlədərək oradan getmişdir. 4 yanvar 2023-cü il tarixdə sa at 02:30 radələrində gizlətdiyi narkotik vasitənin yerini dəyişmək üçün “Saboil” YDM-nin yaxınlığına getmiş, oradan həmin narkotik vasitəni götürərək əynində olan tünd göy rəngli gödəkçənin sağ iç döş cibində gizlətmiş, həmin yerdən ayrıldığı zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib Sabunçu rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildirərərək ondan özünü təqdim etməisini xahiş etmişlər. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etmişlər, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarının suallarına dağınıq cavablar verməklə tələsdiyini bildirərək getməyə çalışmış, bu zaman polis əməkdaşları ondan şübhələnmiş və getməsinin qarşısını alaraq onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinə getməsini tələb etmiş, o, isə polis əməkdaşlarının tələblərinə cavab olaraq təkrarən tələsdiyini demiş və getməsinə icazə vermələrini xahiş etmişdir. Lakin, polis əməkdaşları təkidlə İdarəyə getməsinin zəruri olduğunu bildirmiş, o da məcbur qalıb polis əməkdaşları ilə birlikdə Sabunçu rayon Polis İdarəsinin inzibati binasına gəlmişdir. Polis İdarəsində aparılmış söhbət zamanı üzərində narkotik vasitə olduğunu etiraf etdiyindən o, üzərinə şəxsi axtarış və götürmə aparılması üçün nəzarət altında saxlanılaraq ərazi aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə aparılmış, orada hüquqlarının müdafiəsi üçün dəvət olunmuş növbətçi vəkilin gəlməsini gözləmiş, vəkil gəldikdən sonra ona təqdim olunmuş, şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış və götürmə aparılacağı e lan olunmuş, həmin prosessual hərəkətdə müdafiəçinin iştirak edibetməməsinə dair münasibəti aydınlaşdırılmış, o da düşünmüşdür ki, onsuzda şəxsi axtarış zamanı üzərində olan narkotik vasitə aşkar olunacaq, müdafiəçi də buna şahid olsa sonradan artıq onu müdafiə edə bilməyəcək. Buna görə o, ərizə yazaraq xahiş etmişdir ki, üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı olmadan keçirilsin. Bundan sonra oradakı xidməti otaqlardan birində videoçəkiliş aparmaqla üzərində şəxsi axtarış aparılmış və bu zaman o, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmetin olubolmaması barədə suala cavab olaraq özü könüllü olaraq əynindəki tünd göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitə heroini, həmçinin həmin gödəkçənin sağ iç döş cibindən bir ədəd qara rəngli sellofan bağlamada olan narkotik vasitə heroini təqdim etmişdir. Polis əməkdaşları bükümlərdə olan maddələrin nə olduğunu, haradan, kimdən, nə vaxt, neçəyə və nə məqsədlə aldığını soruşduqda cavab olaraq bildirmişdir ki, təqdim etdiyi maddələr narkotik vasitə heroindir, onları təqribən 3-4 gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, MaştağaBuzovna yolunun üzərində yerləşən hasarın yanından taparaq götürmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə heroin zərfdə qablaşdırılmış, zərfin üzəri və istintaq hərəkətinin aparılması barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə onun yaşadığı evə də baxış keçirilmiş, lakin orada dövriyyəsi qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar olunmamışdır. Məhkum həmçinin qeyd etmişdir ki, üzərindən aşkar edilrək götürülmüş, təsadüfən tapdığı narkotik vasitə heroini gələcəkdə ehtiyacı yarandıqda istifadə etmək üçün saxlamış, həmin narkotik vasitədən heç kimə verməmiş və onun satışını həyata keçirməmişdir. Bu ifadələrə diqqət yetirən məhkəmə kollegiyası şəxsi axtarış və götürmə haqqında 4 yanvar 2023-cü il tarixli protokola əlavə edilmiş videogörüntülərə istinadən qeyd edir ki, Məhkum təsadüfən tapdığı bir bükümdə narkotik vasitənin üzərindən özünün istifadəsi üçün bir qədərini götürüb başqa bükümə yerləşdirməsini, həmin bükümü də üzərində saxlamasını, bundan əvvəl isə böyük bükümün də içərisini yoxlamasını göstərsə də, qeyd olunan videogörüntülərlə müəyyən edilir ki, Məhkum təqdim etdiyi böyük bükümün tamlığı həmin an pozulmamış və yalnız təhqiqatçı tərəfindən böyük bükümün üzərində olan sellofon və yapışqan lent kəsilərək onun içərisində qəhvəyi rəngli kütlənin qablaşrılıması müəyyən edilmişdir. Lakin, bu ziddiyyətli məqamla bağlı ibtidai istintaq zamanı hər hansı araşdırma aparılmamış və məhkəmələr də həmin ziddiyyətlərə diqqət yetirməyərək bu hal üzrə sübutların tədqiqini təmin etməmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə Məhkum özünü ona qarşı CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, gecə saat 02.00 radələrində evdə kinoya baxarkən onun yaşadığı evin qapısı döyülmüş və o, qapını açdıqda evə doqquz nəfər polis əməkdaşları daxil olmuşlar. O, buna icazə verməsə də, polis əməkdaşları ona təzyiq göstərib onu zorla polis bölməsinə aparmış və orada iki gün saxlanılmış, ora da sonuncular ona qarşı fiziki təsirlər göstərərək və üzərinə narkotik vasitə qoyaraq hər şeyin yaxşı olacağını, Bakı İstintaq Təcridxanasına aparıldıqdan sonra isə buraxılacağını bildirmiş, sonra isə ona müxtəlif sənədləri imzalatdırmışlar. O, yalnız kiril qrafikası ilə yazılanlara oxuya bilir, azərbaycan dilinin latın əlifbasını oxuya bilmir. Sözügedən hadisə 3 yanvar 2023-cü il tarixdə, gecə saat ikidə baş vermişdir. Polis bölməsində ona ağır gödəkçə verilmiş və narkotik vasitələr də həmin gödəkçənin ciblərində olmuşdur. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, bölmədə ona iki kiloqram narkotik vasitəni öz üzərinə götürməsi tələb olunduqda, o, bu qədər narkotik vasitə əldə etmək üçün pulunun olmamasını bildirsə də, işgəncələrə məruz qaldığından həmin tələbi yerinə yetirməyə və şəxs i axtarış zamanı gödəkçənin cibində olan narkotik vasitəni təsadüfən tapmasını deməyə məcbur olmuşdur. Məhkum həmçinin qeyd etmişdir ki, o, ibtidai araşdırma zamanı verdiyi ifadələrini təsdiq etmir və şəxsi axtarış zamanı onun təhqiqatçıya təqdim etdiyi narkotik vasitə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş, onuün döyülməsini isə bibisi oğlu və həyat yoldaşı görmüş, o, Bakı İstintaq Təcridxanasına daxil olarkən onun bədənində xəsarətlər aşkar edilmişdir. Əvvəla, bu ifadələrin təhlili göstərir ki, Məhkum dindirilməsi çox səthi aparılmış, onun ibtidai araşdırma zamanı verdiyi ifadələrini inkar etməsinin səbəbləri aydınlaşdırılmamış, həm tutulması, həm də polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalması barədə göstərdiklərindən daha artıq halları isə (məsələn, həyat yoldaş ının da Polis bölməsinə aparılması, narkomaniya xəstəliyindən əzab çəkməməsi və məhkəmənarkoloji ekspertizasının rəyinin həqiqətə uyğun olmaması) o, müxtəlif dövlət təşkilatlarına və vəzifəlli şəxslərə ünvanladığı və iş materiallarına əlavə edilmiş şikayət ərizələrində əks etdirmiş, lakin istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadanı baxılmasını məqbul hesab edən apellyasiya instansiyası məhkəməsi həmin hallarla bağlı heç bir araşdırma aparmamışlar. Birinci instansiya məhkəməsinin məhkəmə baxışına aid olan sənədlərdən görünür ki, həmin məhkəmə Məhkum polis əməkdaşları tərəfindən saxlanılarkən işgəncələrə və qeyri-insani rəftara qalmasının yoxlanılması görüntüsünü yaradaraq Bakı İstintaq Təcridxanasına sorğu göndərməklə məhkum olunmuş ş əxsin adına həmin Təcridxanada tərtib edilmiş tibbi kitabçasının məhkəməyə göndərilməsini xahiş etmiş, oradan isə Məhkum deyil, 18 yanvar 1999-cu il təvəllüdlü Məhkum Nəcəf oğlunun adına tərtib olunmuş tibbi kitabça göndərilmiş, bu sənəd isə Bakı İstintaq Təcridxanasının Tibb-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış 11 sentyabr 2023-cü il tarixli 3-16-17/38/26230/2023-cü saylı məktubu ilə müşaiyət olunmuşdur. Həmin məktubda Məhkum 1 may 2023-cü il tarixdə Təcridxanaya gətirilməsi, müayinədən keçirilməsi, onun adına tibbi kitabçanın açılması, ilkin tibbi müayinə zamanı isə bədənində xəsarətlərin aşkar olunmaması göstərilmişdir. Göründüyü kimi, işə baxılmasına səthi yanaşan birinci və apellyasiya instansiyası məhkəmələri nəinki tibbi kitabçanın tamamilə başqa şəxsin barəsində olmasına, həmçinin Məhkum məktubda qeyd olunan 1 may 2023-cü il tarixdə ümumiyyətlə İstintaq Təcridxanasında olmamasına (məhkəməyədək icraat zamanı Sabunçu Rayon Məhkəməsinin 3 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum həsbdə saxlama müddətinin uzadılmasından imitina olnmuş, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmiş, müstəntiqin həmin tarixli qərarı ilə isə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək təqsirləndirilən şəxs hökm çıxarılanadək azadlıqda olmuşdur) diqqət yetirməmiş, nəticədə də məhkum olunmuş şəxsin təhqiqat zamanı işgəncələrə və qeyri-insani rəftara qalmasnıa dair iddiası üzrə heç bir səmərəli araşdırma aparmamışlar. Halbuki, işə birinci instansiya məhkəməsində baxılarkən Məhkum müdafiəçisi Həsənov Mirzə Nəcəf oğlu həm təhlil edilən məsələ üzrə əlavə şahidlərin dindirilməsi, həm də iş üzrə təkrar məhkəmə-narkoloji ekspertizasının təyin olunaraq keçirilməsi barədə vəsatətlər qaldırmış, lakin məhkəmə kifayət qədər əsaslandırma aparmadan bu vəsatətlərin təmin edilməsindən imtina etmişdir. Eyni ilə apellyasiya şikayətlərinə baxılmazdan əvvəl həm Məhkum, həm də onun müdafiəçisi M.N.Həsənov təqsirləndirilən şəxsin işgəncələrə və qeyri-insani rəftara qalması, onun narkomaniyadan əzab çəkməməsi barədə iddiaları üzrə həmin şikayətlərə məhkəmə istintaqı aparılmaqla baxılması barədə vəsatətlərlə məhkəməyə müraciət etsələr də, həmin məhkəmə bu vəsatətlərə ümumiyyətlə münasibətini bildirməmiş və, prosessual qanunvericiliyinin tələb etdiyi kimi, həmin vəsatətlər üzrə əsaslandırılmış qərar qəbul etməmiş, iş üzrə yekun məhkəmə aktında isə məhku mun və onun müdafiəçisinin vəsatələrində göstərdikləri hallara və apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyərək həmin dəlillərlə cavab verməmiş, öz qərarını isə narkotik vasitələrin qanunsuz dövriyəsi ilə bağlı əməllərin hüquq tövsifində rast gəlinən çətinliklərə həsr etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət törətməməsini təkcə işə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən deyil, həm də ibtidai araşdırma zamanı onun barəsində ambulator məhkəmə-psixiatrik ekspertizası keçirilərkən də bildirmişdir. Həmin ekspertizanın 18 may 2023-cü il tarixli rəyindən görünür ki, Məhkum ekspertlər tərəfindən müayinə olunarkən spirtli içkilər və narkotik vasitələr qəbul etməsini, ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsini inkar etmiş və ona qarşı qərəzli hərəkətlər edildiyini bildirmişdir. Bu hallar da həm ibtidai araşdırma orqanının, həm də işə mahiyyəti üzrə baxmış məhkəmələrin diqqətindən kənarda qalmış və göstərilən rəylə bağlı da araşdırma aparılmayaraq məhkəmələrin yekun məhkəmə aktlarında həmin hallara münasibət bildirilməmiş və hüquqi qiymət verilməmişdir. Hərçənd, cinayət mühakimə icraatı həyata keçirilərkən şəxsin işgəncələrə və qeyriinsani rəftara məruz qamasının yolverilməzliyi, belə hallar baş verdikdə onların səmərəli şəkildə araşdırılmasının və iş üçün əhəmiyyətli sübutların tədqiq edilməsinə yönəlmiş vəsatətlərin təmin edilməsinin məcburiliyi, iş üzrə çıxarılmış hökmün və ya məhkəmə tərəfindən qəbul edilmiş digər yekun qərarın əsaslandırılmalı olması həm Konstitusiyasının və prosessual qanunun yuxarıda təsvir edilmiş və digər normalarının tələblərindən, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun öz Qərarlarında sərgilədikləri hüquqi mövqelərindən, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələrindən irəli gəlir. Belə ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insa nın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəf tar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqlar üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokr atik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı Protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkə n sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının subut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov A zərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasınm rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. CPM-in 121.2-ci maddəsinin tələbindən görünür ki, cinayət prosesi iştirakçısının qaldırdığı vəsatətə və ya xahişə əsasən qəbul edilmiş qərar əsaslandırılmalı və həmin qərarda ərizəçinin dəlillərinə verilmiş qiymət öz əksini tapmalıdır. Cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlər rədd edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının13-15-ci bəndlərinə görə, cinayət prosesi tərəflərinin məhkəmə baxışında qaldırdıqları əlavə sübutların tədqiq edilməsi haqqında vəsatətlərə baxılması məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, vəsatətlərə və xahişlərə baxılmasının məcburiliyi barədə CPM-in 121-ci maddəsinə əsasən cinayət-prosessual qanununda başqa qayda nəzərdə tutulmayıbsa və vəsatətin həlli vəsatət üzrə qərarın qəbul edilməsi üçün əhəmiyyətli halların müəyyən edilməsindən asılı deyilsə, vəsatətə onun verilməsindən bilavasitə sonra baxılmalı və baxılmanın nəticələri üzrə müvafiq qərar qəbul edilməlidir. Hər bir halda məhkəmə vəsatətin baxılmasını təxirə saldıqda, hansı əhəmiyyətli halın müəyyən edilməməsinin vəsatəti dərhal həll etməyə mane olduğunu konkret göstərməli və həmin hal müəyyən edildikdən sonra (bu halın vəsatət üzrə nəticəyə nə cür təsir etməsini də göstərməklə) vəsatətin həllinə dair qərar qəbul etməlidir. Əlavə sübutların tədqiq edilməsi barədə vəsatətlərə baxılarkən cinayət təqibi ilə bağlı olan bütün halların lazımi hüquqi prosedur daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştirakçılarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəldilmiş vəsatət və xahişlərin rədd edilməsini qadağan edən, eləcə də vəsatət və ya xahişə əsasən qəbul edilm iş qərarın əsaslandırılmasını və həmin qərarda müraciət etmiş şəxsin dəlillərinə verilmiş qiymətin əks etdirilməsini tələb edən CPM-in 121.2-ci maddəsinin müddəalarına əməl olunmalıdır. Məhkəmələr əlavə sübutların tədqiq edilməsinə dair vəsatətlər üzrə nəticəyə gələrkən belə vəsatətlərin rədd edilməsi haqqında qərarlarda gəldikləri nəticələrin motivlərinin göstərilməsini vacib hesab edən Avropa Məhkəməsinin mövqeyini də nəzərdən qaçırmamalıdırlar. Konkret olaraq, əlavə şahidin dindirilməsi barədə müdafiə tərəfinin vəsatətinin rədd edilməsinə dair şikayətlərlə əlaqədar olaraq, Avropa Məhkəməsi “Murtazaliyeva Rusiyaya qarşı” [BP] (Murtazaliyeva v. Russia [GC], № 36658/05, 18 dekabr 2018-ci il, § 158) işi üzrə qəbul etdiyi qərarında müvafiq qaydanı müəyyən etmişdir. Həmin qaydaya görə, bu növ dən şikayətlərə baxarkən, aşağıda göstərilən üçpilləli testlə müəyyən edilən məsələlər mütləq araşdırılmalıdır: 1) müdafiə tərəfinin əlavə şahidin dindirilməsi barədə vəsatətinin kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olub-olmaması; 2) işə mahiyyəti üzrə baxan məhkəmənin dindirilməsi təklif olunan əlavə şahidin verə biləcək ifadənin işin mahiyyətinə aid olub-olmamasını araşdırıb, vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırması; 3) əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərarın məhkəmə prosesinin ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərib-göstərməməsi. Birinci suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, vəsatətdə əlavə şahidin verəcəyi ifadənin obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə, məhkəm ə baxışının nəticələrinə, müdafiənin güclənməsinə, təqsirləndirilən şəxsin alibisinin müəyyən edilməsinə, onun bəraət almasına və s. bu kimi məsələlərə necə və nə dərəcədə təsir edə biləcəyi haqda məlumat öz əksini tapmalıdır. İkinci suala cavab verərkən ilk növbədə nəzərə alınmalıdır ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “d” bəndi müdafiə tərəfinin təklif etdiyi hər bir əlavə şahidin dindirilməsini tələb etmir, onun məqsədi tərəflərin bərabərliyinin təmin edilməsidir. Buna görə, müdafiə tərəfi məhkəmə qarşısında kifayət qədər əsaslandırılmış vəsatət qaldırdıqda, belə vəsatətə ətraflı münasibət bildirmək məhkəmənin vəzifəsidir. Vəsatətlə bağlı qəbul edilmiş hər bir qərarda vəsatətin məzmununun işin halları ilə müqayisədə qiymətləndirilməsi öz əksini tapmalı, qiymətlənd irmənin həddi və dərəcəsi vəsatətdə göstərilən əsaslara mütənasib olmalıdır. Müvafiq olaraq, müdafiə tərəfi vəsatətdə tutarlı əsaslar göstərdikdə, onun rədd edilməsi barədə qərar qəbul edən məhkəmə ciddi və ətraflı əsaslara istinad etməlidir. Üçüncü suala münasibətdə Avropa Məhkəməsi müəyyən etmişdir ki, əlavə şahidin dindirilməsinə dair vəsatətin rədd edilməsi haqqında məhkəmə qərarına qiymət verilərkən, hər bir işdə mütləq qaydada belə qərarın ədalətli yekun məhkəmə qərarının qəbul edilməsinə təsiri nəzərdən keçirilməlidir. Bu məqsədlə təqsirləndirilən şəxsin vəkillə təmsil edilib-edilməməsi, müdafiəsini səmərəli şəkildə qurmağa, əleyhinə ifadə vermiş şahidlərin dindirilməsində və əleyhinə istifadə edilən sübutların qiymətləndirməsində iştirak etməyə, əleyhinə ifadə vermiş şahidlərə sual lar verməyə, öz xeyrinə sübut və baş vermiş hadisələr haqqında öz fərziyyəsini bildirməyə imkanlarının olub-olmaması, təqsirin digər, o cümlədən ittiham tərəfinin şahidlərinin yetərli ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, əməliyyat-axtarış materialları və s. sübutlarla təsdiq edilib-edilməməsi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi həm fakt, həm də hüquq məhkəməsi kimi fəaliyyət göstərdiyindən onun qəbul etdiyi yekun məhkəmə aktında da işin bütün hallarına, araşdırılmış sübutlara qanuna müvafiq qaydada və qanunvericiliyin normalarına istinad edilməklə müvafiq qiymət verilməli, bundan əvvəl zərurət yaranarsa əhəmiyyətli sübutların tədqiqindən imtina etməməli, eyni zamanda öz yekun məhkəmə aktnda apellyasiya müraciətlərinin bütün dəlillərinə əsaslandırılmış və inandırıcı şəkildə cavablar verməlidir. Yalnız belə olduqda apellyasiya instansiyası məhkəməsinin çıxardığı hökm və ya qəbul etdiyi digər yekun qərar qanuni və əsaslı yekun aktı kimi dəyərləndirilə bilər. Bu təfsirə uğun hüquqi mövqeyi Avropa Məhkəməsi “Kuznetsov və digərləri Rusiyaya qarşı” işi üzrə qəbul etdiyi Qərarında nümayəiş etdirmişdir. Həmin Qərarında Məhkəmə vurğulamışdır əsaslandırılmış qərarın funksiyalarından biri – tərəflərə onların dəlillərinin eşidildiyini nümayiş etdirməkdir. Ədalət mühakiməsinin həyata keçirilməsinə ictimai nəzarət yalnız əsaslandırılmış qərarlar vasitəsilə yerinə yetirilə bilər. Beləliklə, göründüyü kimi məhkəmə tərəfindən qəbul edilmiş istənilən qərarın əsaslandırılması milli qanunvericiliklə yanaşı A vropa Məhkəməsinin qərarlarında da əks etdirilmişdir. Oxşar yanaşma Avropa Məhkəməsinin ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə də öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilibedilməməsinə diqqət yetirilməlidir (“Ayatulla Ay Türkiyəyə” qarşı iş üzrə 27 oktyabr 2020-ci il tarixli Qərar, § 126). Məhkəmənin hüquqi mövqeyinə görə, ədalətli məhkəmə baxışı haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqayisədə vəziyyəti nin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (“Regner Çex Respublikasına qarşı” iş üzrə 19 sentyabr 2017-ci il tarixli Qərar, § 146) Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (“Fərzəliyev Azərbaycana qarşı” iş üzrə 25 may 2020-ci il tarixli Qərarı, § 35). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 85-ci bəndində apellyasiya instansiyası məhkəmələrinin diqqətinə çatdırılmışdır ki, apellyasiya icraatının apellyasiya müraciətinin məhkəməyə daxil olduğu andan, xüsusilə apellyasiya müraciətlərinə ilkin baxılması üzrə məhkəmə iclasının ci nayət-prosessual normaların tələblərinə uyğun olaraq həyata keçirilməsi məhkəmə baxışında apellyasiya müraciətlərinin düzgün həll edilməsi, o cümlədən apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olması üçün başlıca şərtlərdəndir. Apellyasiya instansiyası məhkəməsi sübutların bilavasitə tədqiq edilməsinin mümkün olduğu, faktların yenidən müəyyən edilə bildiyi sonuncu məhkəmə instansiyası olduğundan, məhkəmə tərəfindən məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla, o cümlədən əlavə sübutlar tədqiq edilməklə keçirilməsinə zərurətin olubolmaması məsələsi apellyasiya müraciətlərinə ilkin baxılması zamanı mütləq şəkildə araşdırılmalı, cinayət prosesi iştirakçılarının tam və ya qismən məhkəmə istintaqının keçirilməsi barədə vəsatətlərinə baxılmalı, belə vəsatətlər rədd edild ikdə məhkəmə qərarı vəsatətə əsaslandırılmış cavabı əks etdirməlidir. Hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı şərh olunanlar və istinadlar məhkəmə kollegiyasına belə qənaətə gəlmək üçün əsas verir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmazdan əvvəl buna əsas olmuş sübutların qanuni yolla əldə edilib-edilməməsini ətraflı yoxlamadan, iş üçün mühüm əhəmiyyətə malik olan məsələlərə dair sübutların tədqiqindən heç bir əsas olmadan imtina etdiyindən, araşdırılmış sübutları isə CPM-in 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirmədiyindən (müvafiq olaraq CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntular), digər tərəfdən isə - t əhqiqat zamanı məhkum olunmuş şəxsin hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulmasına diqqət yetirmədiyindən, bütün bunlara görə isə əlavə araşdırmaların aparılması zəruri olduğundan, həmin məhkəmənin qəbul etdiyi 28 mart 2024-cü il tarixli qərar qüvvədə saxlanıla bilməz və bu qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır. Məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız olaraq imtina olunmasnı, araşdırılmış sübutlara isə qanuna müvafiq qaydada qiymət verilməməsinə dair hissədə kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq şikayətin bu hissədə təmin edilməsini məqsədə uyğun hesab edir, lakin bununla belə CPM-in 419-cu maddəsinin tələblərinə əsaslanaraq eyni zamanda onu da qeyd edir ki, belə vəziyyətdə, yəni təkrar araşdırmanın apa rılması zəruriliyində hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarının ləğv edilərək işin ibtidai araşdırma orqanına göndərilməsi mümkün deyil və buna görə bu barədə kassasiya şikayətinin tələbi qəbul edilməz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənləri yuxarıda göstərilən qaydada bir daha təhlil edib kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin olunmaması haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməklə Məhkum CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Bu qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun di gər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar