Məhkəmə qərarları › İş №1(102)-2053/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2053/2024

25.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2053/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə d air Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 31 yanvar tarixli, 1(103)-267/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X4 (sədrlik edən və məruzəçi), Siyavuş Hacıyev və Aytən Əliyevadan ibarət tərkibdə),1(101)- 1042/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə, xx xxxxxx 1992-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, "Bolt” şirkətində taksi sürücüsü işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum A zərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 7 dekabr 2022-ci il tarixdən hesablanmış, təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması qərara alınmışdır. Hökmdən məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Ramin Qar aqurbanlı və Anar İbrahimovdan ibarət tərkibdə) 2024-cü il 31 yanvar tarixli, 1(103)-267/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) - 1042/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum Dialvər oğluna Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 4 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 6 (altı) ay müddətə endirilmiş, hökm apellyasiya şikayətinə münasibətdə qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən nar kotik vasitələr”in 1-ci siyahısına daxil edilən külli miqdarda 6,549 qram çəkidə narkotik vasitə olan heroini əldə etmiş və həmin çəkidə narkotik vasitə olan heroini 2,878 qram və 3,671 qram çəkidə olan hissələrə bölərək ayrı-ayrılıqda 2 (iki) ədəd bükümdə qablaşdıraraq üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən 2022-ci il 7 dekabr tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum həmin gün, saat 14:25-də Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən "Madonna” şadlıq evinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən BMCMİ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki yaşıl rəngli şalvarın sol yan cibindən onun qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla daşıdığı k ülli miqdarda 2 (iki) ədəd sellofan bükümlü ayrıayrılıqda çəkiləri 2,878 qram və 3,671 qram olmaqla, ümumi təmiz çəkisi 6,549 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ ONUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun narkotik vasitələrin heç birindən məlumatı olmamış və ekspert rəyləri bunun bariz nümunəsi olmuşdur. Məhkum kassasiya şikayətində CPM-in 145-146-cı maddələrinin tələblərinin pozulduğunu qeyd etmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 31 yanvar tarixli, 1(103)-267/2024 nömrəli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində iştirak edən məhkum və müdafiəçisi C.Cavabd ov kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkum əlavə olaraq göstərdi ki, psixi xəstəliyi, ürəkkeçmələri olduğu üçün hərbi xidmətə getməmiş, hərbi xidmətə yarasız olmuşdur. Hazırda da psixi xəstəlikdən əziyyət çəkir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024cü il 31 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciə tin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətin təqsirinin olmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlah iyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilm əsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müva fiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkum kassasiya şikayətində cinayət əməllərinin törədilməsində təqsirinin olmadığını, qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyini bildirmişdir. Məhkum eyni zamanda, psixi xəstəlikdən əziyyət çəkdiyini, psixi xəstəliyi olduğu üçün həqiqi hərbi xidmətə aparılmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında məhkumun psixi vəziyyəti, davranışı şübhə doğurduğu üçün məhkəmə iclası təxirə salınaraq CPM-in tələblərinə uyğun olaraq məhkuma dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilmiş və məhkəmə iclası müdafiəçinin iştirakı ilə davam etdirilmişdir. Cinayət işinin materiallarından da görünür ki, məhkumun psixi xəstəliyi ilə əlaqədar hərbi xidmətə çağırılmaması ilə bağlı dəlili yoxlanılmamış, onun qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ilə müraciət edilərək rəsmi cavab alınmamış, bu fakt təsdiq olunacağı təqdirdə m üvafiq ekspertizanın təyin edilməsi və keçirilməsi məsələsi müzakirə edilməmişdir. CPM-in 140.0.2-ci maddəsinə əsasən cinayət prosesi gedişində şübhəli və təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin ona qarşı irəli sürülmüş ittihamda əks olunmuş cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi müəyyən edilmədən şəxsin anlaqlı şəxs kimi cinayət məsuliyyə tinə cəlb edilməsi və cəzalandırılması CPM-in norma və prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnə bilər. Məhkəmə kollegiyası, eyni zamanda, qeyd edir ki, hazırkı işə apellyasiya instansiyası məhkəməsində baxılarkən müdafiə tərəfinin bəraətlə bağlı dəlilləri məhkəmə istintaqı keçirilmədən qiymətləndirilmiş, lakin müdafiə tərəfinin dəlillərinə əsaslandırılmış cavab verilməmişdir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə ləğv edilməli, cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Yeni apellyasiya baxışı zamanı məhkumun anlaqlılığı məsələsinin yoxlanılması, eləcə də məhk umun təqsirsizliyi ilə bağlı irəli sürdüyü dəlillərə əsaslandırılmış münasibət bidirilməsi, məhkumun ibtidai istintaq zamanı vermiş olduğu ifadələrə CPM-in tələblərinə və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının müddəlarına uyğun qiymət verilməsi tövsiyyə olunur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101) - 1042/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsi nin Cinayət kollegiyasının 2024-cü il 31 yanvar tarixli, 1(103)-267/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar