Məhkəmə qərarları › İş №1(102)-2054/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2054/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2054/2023 27.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Bəraət almış şəxs X13 və onun müdafiəçisi, Şəki Regional Vəkil Bürosunun vəkili Əliyev Emil Namiq oğlunun iştirakları ilə x xxxxx 1976-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda ol maqla, həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli hökmü ilə (hakimlər: R.Ə.Əliyev (sədrlik edən), B.M.Məmmədov (məruzəçi) və N.N.Mirzəyev) X13 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhk um edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 28 fevral 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İ.H.Şükürov (sədrlik edən), A.M.Eyvazov və X.H.Səmədovov) 23 may 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli hökmü ləğv edilmiş, təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə X8 bəraət verilmişdir. İşin halları: Təqsirləndirilən şəxs X8 verilmiş itihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq satış məqsədi ilə tərkibində narkotik maddələr olan ç ətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 1511,05 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra həmin narkotik vasitənin bir hissəsini bükümlərə ayıraraq üzərində, digər hissəsini isə idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilin yük yerində saxlayaraq Qəbələ şəhəri, H.Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı bəraət almış şəxs28 fevral 2022-ci il tarixdə saat 22:10-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib həmin avtomobillə birgə gətirildikdən sonra orada həmin gün saat 23:20-dən etibarən üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki gödəkçəsinin sağ yan iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 140 ədəd bükümdə ümumilikdə 46,05 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Daha sonra, 01 mart 2022-ci il tarixdə saat 00:10-da Qəbələ Rayon Polis Şöbəsinin inzibati binasının həyətində Bəraət almış şəxs icazəsi və iştirakı ilə idarə etdiyi “Tofaş Şahin” markalı, **-TC-*** qeydiyyat nişanlı avtomobilə keçirilən baxış zamanı avtomobilin yük yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı içərisind ə narkotik vasitə marixuananın hissəcikləri olan 01 ədəd çəhrayı rəngli torbadan 04 ədəd şəffaf sellofan bağlamada ayrılıqda çəkiləri 410 qram, 415 qram, 520 qram və 120 qram olmaqla ümumilikdə külli miqdarda - 1465 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə marixuananın hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, cinayət işinin materiallarında X7 əməlində CM-in 234.4.3-cü maddəsi ilə təqsirini təsdiq edən kifayət qə dər sübutlar olmasına baxmayaraq, məhkəmə həmin sübutlara məhəl qoymadan əsassız nəticəyə gəlmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi əsassız olaraq ibtidai araşdırma orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilərək mötəbər sübut kimi qəbul edilmiş sübutları əsassız olaraq görməməzlikdən gələrək, məhkum bəraət almış şəxs bəraət almış şəxsin və onun ailə üzvlərinin, ona yaxın olan şəxslərin ifadələrini və Məhir bəraət almış şəxsin bədənində aşkar edilmiş xəsarətlərə dair məhkəmə-tibb ekspertizasının rəyini mötəbər sübut hesab edərək bəraət almış şəxs bəraət almış şəxsə bəraət vermişdir. Dövlət ittihamçısı hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməd iyindən X8 CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hökm qanunsuzdur və ona görə də ləğv olunmalıdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs M.bəraət almış şəxsin və müdafiəçi E.Əliyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlil lərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, X7 əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq apellyasiya instansiya məhkəməsi həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirs izliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr t əqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və b ununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq M.bəraət almış şəxsə bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual q anunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri onun xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, cinayət işinin 1-ci cildinin 5-ci vərəqində olan BNMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 BNMİ-nin rəisin ə ünvanladığı 28 fevral 2022-ci il tarixli raportuna əsasən, həmin şöbəyə daxil olmuş məlumata görə, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda X7 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Qəbələ rayonu ərazisində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Göstərilənlərə əsasən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, X7 cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayət izlərinin vaxtında aşkar edilərək, götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirə salınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi xahiş olunmuşdur. Cinayət işinin 1-ci cildinin 6-cı vərəqindən görünür ki, raport əsasında Şahid1 tərəfindən 28 fevral 2022-ci il tarixdə “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qəbul edilmiş, həmin qərarda da raportda göstərilənlər təkrarlanmış, lakin qərarda “Əməliyyat-axtarışını fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10, 11, 12, maddələrinə və CPM-in 86 və 445-ci maddələrinə istinad edilsə də, X7 ətrafında konkret olaraq hansı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi göstərilməmişdir. Cinayət işinin 1-ci cildinin 10-cu vərəqində olan əmrdən görünür ki, qrupun rəhbəri, Şahid1, qrupun üzvləri isə Şahid2 və X9 olmuşdur. Qeyd edilən əmrdə qrupun rəhbəri, Şahid1 göstərildiyi halda, 28 fevral 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar Şahid1 tərəfindən qəbul edilsə də, həmin qərarın “qərara aldı” hissəsinin 5-ci bəndində qeyd edilmişdir ki, qrupa rəhbərlik X5 həvalə edilmişdir. Halbuki, X10 adlı şəxs X7 ətrafında keçirilən əməliyyat-axtarış tədbirləri ilə heç bir əlaqəsi olmamışdır. Bundan əlavə, cinayət işinin 1-ci cildinin 11-ci vərəqində olan raportdan görünür ki, əməliyyat müvəkkili Şahid1 BNMİ-nin rəisinə 28 fevral 2022-ci il tarixli ikinci raportla müraciət edərək bildirmişdr ki, BNMİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1970-cı ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Qəbələ şəhəri, X16 küçəsi, ev 28 mənzil 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda X7 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək, Qəbələ rayonu ərazisində dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 28 fevral 2022-ci il tarixdə saat 22:10 dəqiqədə Qəbələ rayonu, Həzi Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığında idarə etdiyi “Tofaş” markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomaşının yanında saxlanılaraq, hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsisizlik tədbirləri nəzərə alınmaqla Qəbələ RPŞ-nin inzibati binasına gətirilmiş, avtomaşının isə RPŞ-nin avtomobil duracağına yerləşdirilmişdir. Göstərilənbrə əsasən vətəndaş X7 üzərində və paltarında, əşyalarda, bədənində, yaşadığı ünvanda ol ması ehtimal edilən narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. Cinayət işinin 1-ci cildinin 20-ci vərəqində olan “şübhəli şəxsin tutulması” barədə 28 fevral 2022-ci il tarixli qərarda göstərilmişdir ki, X13 28 fevral 2022-ci il tarixdə saat 22:10 dəqiqədə Qəbələ rayonu, Həzi Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığında idarə etdiyi “Tofaş” markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomaşının yanında saxlanılmış, daha sonra Qəbələ RPŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə Qəbələ RPŞ-nin həyətinə yerləşdirilmişdir. Cin ayət işinin 1-ci cildinin 21-ci vərəqində olan “şübhəli şəxsin tutulması haqqında” 28 fevral 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokol saat 22:50-də tərtib edilmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi, X7 faktiki tutulduğu vaxt saat 22:10 göstərilmiş və o, müvafiq prosessual sənədlər olmadan 28 fevral 2022-ci il tarixdə saat 22.10-dan saat 22.50-dək Qəbələ RPŞ-də saxlanılmışdır. CPM-in 147.4 və 148.5-ci maddələrinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir və onun müvəqqəti saxlama yerində saxlanılması cinayət prosesini həyata keçirən orqanlar tərəfindən tərtib edilmiş tutulma haqqında protokol əsasında həyata keçirilir. Bundan sonra, 28 fevral 2022-ci il tarixdə saat 23:20-dən 23:37-dək əməliyyat axtarış qrupunun üzvü-BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı X9 tərəfindən bu qrupun rəhbəri və üzvləri-Şahid1, Şahid2, habelə müdafiəçi X1 iştirakları ilə X7 üzərində şəxsi axtarış istintaq hərəkəti aparılmış, bu haqda da protokol tərtib edilmişdir. Cinayət işinin 1-ci cildinin 36-cı vərəqində olan “avtomobilə baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 01 mart 2022-ci il tarixdə saat 00:10-dan 00:26-dək avtomobilə baxış və götürmə keçirilmişdir. Cinayət işinin 1-ci cildinin 69-cu vərəqində olan “şübhəli şəxsi dindirmə” protokolundan görünür ki, X13 şübhəli şəxs qismində yalnız 01 mart 2022-ci il tarixdə saat 19:30-dan 20:35-dək dindirilmişdir. Azərbaycan Respublikasının CPM-nin 153.1-ci maddəsinə əsasən, hər hansı bir şəxs tutulduğu halda, onun hüquqi statusundan asılı olaraq, bu Məcəllədə şübhəli və yaxud təqsirləndirilən şəxs üçün nəzərdə tutulmuş hüquqlarını təmin edilməli və Məcəllənin 153.2-ci maddəsinə əsasən tutulan şəxsin hüquqlarının təmin olunması məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya müvəqqəti saxlama yerinin əməkdaşları tutulmadan dərhal sonra şəxsə tutulmanın əsaslarını bildirməlidir, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını izah etmək, tutulan şəxsi təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirməli, tutulma faktını qeydə almalı, protokollaşdırmalı, tutulan şəxsi tutulma protokolu ilə tanış etməli, hər bir tutulma faktı müvəqqəti saxlama yerində qeydiyatdan keçirildikdən dərhal sonra müvafiq təhqiqat orqanının rəhbərinə v ə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməli, habelə tutulma ilə əlaqədar digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, X13 28 fevral 2022-ci il tarixdə saat 22:10-dan faktiki olaraq şübhəli şəxs qismində olmuş və şübhəli şəxs qismində dərhal dindirilmədi yi üçün, faktiki olaraq bu məsələləri tənzimləyən CPM-in 232.1-ci maddəsində nəzərdə tutulmuş tələblər pozulmuşdur, belə ki, həmin normanın tələbinə görə şübhəli şəxsin dindirilməsi onun tutulmasından dərhal sonra aparılır. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, X13 28 fevral 2022-ci il tarixdə saat 22:10 dəqiqədə Qəbələ rayonu, Həzi Aslanov küçəsində yerləşən “Tural” marketin yaxınlığında idarə etdiyi “Tofaş” markalı, **-TC-*** dövlət nömrə nişanlı avtomaşının yanında saxlanılmış, daha sonra Qəbələ RPŞ-nin inzibati binasına gətirilmiş, avtomobil isə Qəbələ RPŞ-nin həyətinə yerləşdirilmiş, 01 mart 2022-ci il tarixdə saat 00:10-dan 00:26-dək isə avtomobilə baxış və götürmə keçirilmişdir (təxminən üç saat sonra). Həmin müddətdə isə avtomobil faktiki olaraq polis şöbəsində olm uşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə 10 aprel 2014-cü il tarixli Qərarında xüsusilə vurğulamışdır ki, şəxsin üzərində avtomobilində və ya yaşayış yerində axtarış onun həbsindən dərhal sonra həyata keçrilməlidir. Həbslə axtarış arasındakı vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, həmin vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olur. Həmçinin, təqdiq edilən sənədlərlə təsdiq olunur ki, təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, həmçinin onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub-olmadığını və digər hər hansı şəxslə qabaqcadan əlbir olub-olmadğını, ondan aşkar olunaraq götürülmüş narkotik vasitəni hansı şəraitdə, nə vaxt, necə, hansı yol la əldə etdiyini, eləcədə saxladığını və daşıdığını görə biləcək, həmçinin bu barədə məlumatı olan şəxslərin dairəsini müəyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində əlavə məlumat əldə etmək mümkün olmamışdır (cinayət işi 1-ci cild səh.138). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bəraət almış şəxs polislər tərəfindən tutulduqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qalması, döyülməsi və bunların təsiri altında həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi ilə bağlı ifadə vermişdir. Belə ki, işdə olan Şəki Penitensiar Müəssisəsi tərəfindən verilmiş məhkumun tibb kitabçasından görünür ki, məhkum müəssisəyə daxil olarkən baxış zamanı X2 göz ətrafı nahiyyəsində tünd bənövşəyi qançır, hər iki yanaq nahiyyəsində, sağ saidin içəri və bayır səthində üzəri qartmaql ı yaralar aşkarlanmışdır. Eyni zamanda işdə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 550 nömrəli rəyində göstərilmişdir ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol göz ətrafı nahiyyənin qançırı, hər iki yanaq nahiyyəsinin, sağ saidin içəri və bayır səthinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti tibb müəssisəsində müayinədən əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2022 tarixə uyğundur, müxtəlif şəraitlərdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X7 məhkəmə-tibbi ekspertizası zamanı üst çənədə olan sol 2-ci kəsici və sağ 3-cü kəsici dişlərdə karies xəstəliyi, diş taclarının natamamlığı aşkar edilmişdir, bu dişlərdə olan zədələr barədə tibbi sənədlərdə qe ydlər olmadığına görə, məhkəmə-tibbi qiymət vermək mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsinin iclasında ekspert X14 dindirilmiş və sonuncu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə X8 tərəfindən Şəki Penitensiar Müəssəsində baxış keçirilmişdir. Müayinə zamanı dindirilmələr aparılmış, üst çənədə olan karieslərə baxılmış və sonda tibbi sənədlər məhkəmə tərəfindən ona təqdim edilmişdir. Həbsi ilə müayinə arasında uzun zaman keçdiyindən qançırlar və sıyrıqlar sağalmışdır. Onlar tibbi sənədlərə əsasən rəy vermişlər. Həmçinin karieslə üzdə olan sıyrığ və qançırın heç bir əlaqəsi yoxdur. Karies xronoloji xəstəlik olduğundan karies zamanı üzdə şişkinlik olmur. Sıyrıq və qançırlar zorakı xəsarətlərdir. Fiziki qüvvə nəticəsində əmələ gələn xəsarətlərdir. Ekspert suallara cavab olar aq bildirmişdir ki, bəraət almış şəxsxx.xx.2022-ci ildə saxlanılmışdır. xx.xx.2022-ci ildə təcridxanaya daxil olmuş və müayinə olunmuşdur. Müayinə zamanı tünd bənövşəyi rəngdə qançırın və qartmaqların 2-3 gün ərzində baş verdiyini müəyyən etmək olardı. Bundan başqa, Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərarı ilə əlavə məhkəmə-tibbi ekspertizаsı təyin edilmişdir. Ekspertizanın qarşısına qоyulmuş suаllаrlan cavab olaraq bildirimişdir ki, “X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: sol göz ətrafı nahiyyənin qançır, hər iki yanaq nahiyyəsinin, sağ saidin içəri və bayır səthinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti tibb müəsisəsində müayinədən bir-iki gün əvvəl olmaqla qərarda qeyd edilən xx.xx.2022 tarixə uyğu ndur, müxtəlif şəraitlərdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. X7 məhkəmə-tibbi ekspertizası zamanı üst çənədə olan sol 2-ci kəsici və sağ 3-cü kəsici dişlərdə karies xəstəliyi, diş taclarının natamamlığı aşkar edilmişdir, bu dişlərdə olan zədələr baradə tibbi sənədlərdə qeydlər olmadığına görə, məhkəmə-tibbi qiymət vermək mümkün deyildir. Bu xəsarətlər təqsirləndirilən şəxsin dediyi vəziyyətdə onun döyülməsi zamanı yarana bilər. Xəsarətlərin özü boyu hündürlüyündən yıxılma zamanı əmələ gəlməyə xarakterik deyildir. Sol göz ətrafı nahiyyənin qançırı, hər iki yanaq nahiyyəsinin, sağ saidin içəri və bayır səthinin sıyrılmış yaraları – üst çənədə olan sol 2-ci kəsici və sağ 3-cü kəsici dişlərdə karies xəstəliyi, diş taclarının natamamlığ ı ilə səbəbli əlaqəsi yoxdur.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, o, bəraət almış şəxslə 28 fevral 2022-ci ildə mağazadan çıxan zaman polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları onları saxladıqdan sonra bəraət almış şəxsi döyməyə başlamışlar. bəraət almış şəxsi döydükdən sonra onları avtomobilə mindirərək bəraət almış şəxsin həyətinə gətirmişlər. Oradan onu post patrul avtomobilində Qəbələ polis şöbəsinə apardılar. Qəbələ polis şöbəsinə gətirildikdən sonra bəraət almış şəxslə bağlı heç bir məlumatı olmamışdır. Daha sonra Şahid3 suallara cavab olaraq bildirmişdi ki, Qəbələ rayon Polis şöbəsindən onu səhər saat 5:00-dək saxladıqdan sonra buraxıblar. Onda narkotik vasitə aşkar olunmamışdır. Həmin gün bəraət almış şəxs bəraət almış şəxslə təsadüfən mağazada görüşmüşdür. Mağazadan çıxdıqdan sonra o öz evinə, bəraət almış şəxs isə öz işinə gedirdi. Polis əməkdaşları avtomobildə bəraət almış şəxsdən narkotik vasitənin yerini soruşanda bəraət almış şəxs narkotik vasitənin avtomibilin baqaj hissəsində olduğunu bildirmişdir. bəraət almış şəxs bəraət almış şəxsi marketin qarşısında döydükdən sonra bəraət almış şəxsnarkotik vasitəni avtomobilin baqajında olduğunu bildirmişdir. Sonra polis əməkdaşının biri avtomobildən düşərək baqaj hissədən narkotik vasitəni götürmüşdür. O narkotik vasitəni görməmişdir. Mağazadan çıxanda bəraət almış şəxsin əlində, üzündə hər hansı xəsarət görməmişdir. O polis şöbəsində 3-cü mərtəbədə otaqda bəraət almış şəxsin arvadını görmüşdür. bəraət almış şəxsin evindən narkotik vasitənin olub olmamasından məlumatı olm amışdır. O, narkotik vasitələrdən istifadə etməmiş, onu polis şöbəsinə nə məqsədlə aparmalarını bilmirdi. bəraət almış şəxsin narkotikdən istifadə etdiyini görməmişdir və bilməmişdir. Onun bəraət almış şəxslə telefon danışıqları olub. Zəngləşib bir-birləri ilə hal əhval tutmuşlar. bəraət almış şəxsə zəng vuraraq birlikdə domino və nərd taxta oynamağa dəvət etmişdir. bəraət almış şəxsin Fövqəladə Hallar Nazirliyində işləməyini bilirdi. İşdən sonra birlikdə çay içəndə bəraət almış şəxsin narkotik vasitələrdən istifadəsini görməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı Şahid1 suallara cavab olaraq bildirmişdir ki, onlar bəraət almış şəxs bəraət almış şəxsə məxsus avtomobillə Qəbələ RPŞ-nə getmişlər. Müdafiəçi gələnə qədər bəraət almış şə xs bəraət almış şəxsə məxsus avtomobil polis şöbəsinin həyətində, özü isə inzibati binada saxlanılmışdır. X20 saxlayan zaman üzərində heç bir xəsarət yox idi. Bundan başqa, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 suallara cavab olaraq bildirmişdir ki, şəxsin üzərində şəxsi axtarış və götürülmə inzibati binada keçirilməli olduğundan, bəraət almış şəxspolis şöbəsinə dəvət edilmişdir. bəraət almış şəxs bəraət almış şəxsi saxladıqları yerdə baxış keçirilməsinə maneə yox idi. bəraət almış şəxspolis şöbəsinə gətirildikdən 30 dəqiqə sonra müdafiəçi ilə təmin edilmişdir. bəraət almış şəxstəxminən 22:00-23:00 aralığında müdafiəçi ilə təmin edilmişdir. X19 RPŞ-nə hansı avtomobillə apardıqları yadında deyildi. Eyni zamanda bildirmişdir ki, bəraət almış şəxssax lanılan zaman üzərində xəsarət olmamışdır (27 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolu 2-ci cild səh 63-75). Bununla belə məhkəmə kollegiyası hesab edir ki, ifadələrinə istinad edilmiş şahidlər də faktiki olaraq təqsirləndirilən şəxsin üzərində hər hansı bir xəsarətin olmasını inkar etmişlər. Bu isə öz növbəsində təqsirləndirilən şəxsin saxlanılarkən və bundan sonra ondan etirafedici ifadələr alınarkən qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalması faktını inkar etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham üzrə məhkəmə araşdırması təqsirləndirilən şəxsin qeyri-insani və ya onun ləyaqətini alçaldan rəftara məruz qalması barədə halların araşdırılmaması ilə aparılmış, hö kmdə təqsirləndirilən şəxsin işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlərə qalmasına dair dəlillərə hər hansı hüquqi qiymət verilməmişdir. Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşmayan vəziyyət olaraq ilk növbədə qeyd edilməli olan hal odur ki, bəzən məhkəmələr müdafiə tərəfinin təqsirləndirilən şəxsin məhkəməyədək icraatda işgəncəyə, pis rəftara məruz qalmasına, etirafedici izahat və ifadələrin, maddi sübutların, digər sübutların bu kimi qanunsuz metodlardan istifadə olunmaqla əldə olunmasına dair iddiaları ümumiyyətlə araşdırmır, hökmlərdə bu cür iddialara münasibət bildirmir, və yaxud da heç bir əsaslandırma gətirmədən, motivlərini əks etdirmədən belə iddiaları “özünümüdafiə xarakterli”, yəni əsassız dəlillər kimi (hazırkı işdə olduğu kimi) qiymətləndirirlər. Avropa Məhkəmə sinin də hüquqi mövqeyi bundan ibarətdir ki, nəinki işgəncənin mövcudluğu, hətta işgəncə barədə iddiaların araşdırılmaması, təqsirləndirilən şəxsin Avropa Konvensiyasının 3-cü maddəsi ilə təsbit edilən hüququnu pozur, yəni artıq özüözlüyündə müdafiə tərəfinin işgəncə və digər qanunsuz metodlardan istifadə olunmaqla əldə olunması kimi dəlillə mübahisələndirdiyi sübutların mümkünlüyü, kifayətedənliyi üzrə məhkəmə qənaətini, ümumiyyətlə aparılan icraatın nəticələrini şübhə altına alan ciddi pozuntu kimi çıxış edir. Avropa Məhkəməsinin şərh olunan məsələ üzrə hüquqi mövqeyini açıqlayan presedentlərə misal olaraq “Assenov və digərləri Bolqarıstana qarşı iş” üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı, “Aksoy Türkiyəyə qarşı iş” üzrə 26 noyabr 1996-cı il tarixli qərarı göstərmək olar. İnsan Hüquql arı üzrə Avropa Məhkəməsinə qədər məsələni araşdıran Avropa Komissiyası hadisələrin üstündən dörd ildən artıq vaxt keçdiyinə və Bolqarıstanının dövlət orqanları tərəfindən vaxtında kifayət qədər müstəqil istintaq aparılmadığına görə iddiaçının, və yaxud Bolqarıstan hökümətinin mülahizələrinin daha mötəbər olduğunu müəyyən edə bilməmişdir. Avropa Məhkəməsi də Komissiya kimi, ona təqdim olunmuş sübutlar əsasında ərizəçiyə xəsarətlərin polis tərəfindən yetirilib-yetirilməməsinin müəyyən edilməsini qeyri-mümkün hesab etmişdir. Buna baxmayaraq, Avropa Məhkəməsi Assenovun iddiasının əsaslı olması, Konvensiyanın 3-cü maddəsinin pozuntusunun baş verməsi haqqında qənaətə gəldi və belə nəticə üçün əsas yaradan hal olaraq xüsusilə onu qeyd etdi ki, “polis və ya digər dövlət nümayəndələri tərəfindən qeyri-qanuni şəkildə və 3-cü maddəyə zidd olaraq pis rəftara məruz qalması barədə sübut oluna bilən iddianın qaldırıldığı belə hallarda, bu müddəa, Konvensiyanın 1-ci maddəsinə əsasən Dövlətin “yurisdiksiyası daxilində hər kəsin Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə” dair ümumi öhdəliyi ilə birlikdə götürülməklə, effektiv rəsmi istintaqın aparılmasını birbaşa tələb edir. Həmin istinaq məsuliyyət daşıyanların müəyyən edilməsi və cəzalandırılmasına gətirib çıxartmaq iqtidarında olmalıdır. Əks halda, işgəncələrin və qeyri-insani, yaxud alçaldıcı rəftar və cəzaların ümumi hüquqi qaydada qadağan edilməsi, bunun fundamental vacibliyinə baxmayaraq, təcrübədə qeyri-effektiv olacaqdır və bəzi hallarda, Dövlət nümayəndələrinin faktiki olaraq cəzalandırılmadan öz nəza rəti altında olanların hüquqlarını pozmaq imkanı kimi çıxış edəcəkdir”. “AksoyTürkiyəyə qarşı iş” üzrə qərarında da eyni mövqeyi sərgiləyən Avropa Məhkəməsi qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirdi (Konvensiyanın 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir”) "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat d övründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarə tini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına d air məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət ver ilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməs i üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 125.2.2-ci maddəsi zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə olunan sübutları yoverilməz elan edir. CPM-in 21.2 və 145.3-cü maddələri isə məhkəmələrdən şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir etməyi tələb edir. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prosesi iştirakçı larının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsin də müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CP M-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM -nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İns an Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.2-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq M.bəraət almış şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdar da narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbayca n Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X13 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2023cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar