Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2055/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, 23 avqust 2003-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, i şsiz, Cəbrayıl rayonu, Qışlaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-347/2025 nömrəli 27 may 2025ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin 1(012)-53/2025 nömrəli 5 mart 2025-ci il tarixli hökmü ilə (hakim V.Həsənov) Məhkum - Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 2441.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin eyni hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)347/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarı ilə (hakimlər E.M.Əhmədov (sədrlik edən), M.Ə.Rzayev və K.N.Muxtarov) Abşeron Rayon Məhkəməsinin 1(012)-53/2025 nömrəli 5 mart 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Azərbaycan Respubl ikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutların saxlanılması kamerasına maddi sübut kimi təhvil verilmiş 1 ədəd “Hp” markalı noutbuk, 1 ədəd “Acer” markalı netbuk, 1 ədəd “X9 11” markalı, 1 ədəd “İphone 11” markalı mobil telefonları və 7 ədəd bank kartının dövlət nəfinə müsadirə edilməsi qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs və Məhkum ona görə məhkum edilmişlər ki, Təqsirləndirilən şəxs internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə pul vəsaitləri, maddi və sair nemət barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan qumar oyunları təşkil etmə və keçirmə barədə tanışı Məhkum ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs və Məhkum 2022-ci ilin yanvar ayının əvvəllərində ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan təşkilatçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet saytında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar alaraq öz adlarına həmin saytlarda istifadəçi hesabları yaratmış, bundan sonra istifadə etdikləri 1 ədəd “HP” markalı notbuk, 1 ədəd “Acer” markalı netbuk, 1 ədəd “iPhone 11” markalı və 1 ədəd “X9 11” markalı mobil telefonlar vasitəsilə “instagram” sosial şəbəkəsində “İnam. kazino.777” və “777.kazino.777” adlı səhifələr yaradaraq orada qanunsuz təşkil etdikləri qumar oyunlarının reklamını yerləşdirməklə həmin tarixdən 28 yanvar 2023-cü il tarixədək olan müddət ərzindən müraciət edən şəxslərə pul müqabilində “Fastloto.com” və “Chcplay.net” internet saytlarında öz istifadəçi hesabında olan kodları Bakı şəhəri, Səbail rayonu ərazisində istintaqa məlum olmayan ünvanda fəaliyyət göstərən hosteldə və sonradan kirayə tutduqları ünvan 3 ünvanında yerləşən mənzildə vahid niyyətlə əhatə olunan qəsdlə sataraq onların həmin saytlarda internet informasiya ehtiyatlarından və informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə qumar oyunları oynamalarını təşkil edərək keçirmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya ş ikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-347/2025 nömrəli 27 may 2025ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahiş edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq bilərəkdən və məqsədyönlü şəkildə saxtalaşdırılmış, təqsirləndirilən şəxs Məhkum əməlinə düzgün hüquqi qiymət verilməmişdir. İstintaq materiallarında buraxılmış bir sıra kobud pozuntular birinci instansiya məhkəməsinin diqqətindən yayınmış və məhkəmə yekun aktında bir sıra xüsusatlara qiymət verməmiş, bu isə o deməkdir ki, məhkəmənin gəldiyi nəticə işin bütün faktiki halları ilə açıq-aşkar uyğunsuzluq təşkil edir. Hər iki təqsirləndirilən şəxsə verilmiş ittiham və birinci instansiya məhkəməsinin gəldiyi yekun nəti cə bundan ibarətdir ki, Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya ehtiyatlarından və informasiya-telekommunikasiya şəbəkəsindən istifadə etmək üsulu ilə qumar oyunlarını təşkil edib keçirmişlər. Hər iki təqsirləndirlən şəxsin əməlində qumar oyunlarını təşkil etmə və keçirmə cinayət əməlinin tərkib əlamətlərinin olub-olmadığı və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilib-törədilmədiyi aydınlaşdırılmalıdır. Verilmiş ittihamdan görünür ki, hər iki təqsirləndirlən şəxs qumar oyunlarını təşkil etməmiş və keçirməmiş, ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən idman mərc oyunlarının şəxsiyyəti istintaqa məlum olmayan iştirakçıları ilə əlaqə saxlayıb onlardan “Fastloto.com” və “Chcplay.net” internet sa ytında təşkil edilmiş qanunsuz idman və loto oyunlarının oynanılması üçün istifadə edilə bilən kodlar almışlar. Yəni istintaq orqanının özü belə təsdiq edir ki, qumar oyunu xaricdə adı istintaqa məlum olmayan şəxs tərəfindən təşkil edilmiş, həmin internet saytı adı məlum olmayan şəxslər tərəfindən yaradılmış və istifadə edilmişdir. Kodlar isə pul müqabilində alınmış və pul müqabilində müraciət edən şəxslərə satılmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi Müdafiəçi2, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən t əmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı cəzaya münasibətdə dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərlərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Məhkum məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkum a qarşı irəli sürülən ittiham üzrə ədalətli qərar qəbul edilmədiyi bildirilir və iş üzrə bəraət verilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsinə əsasən “qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama” məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-in 244-1.2.2-ci maddəsində “bu əməl internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə”, Azərbaycan Respublikası CM-in 244-1.2.4-ci maddəsində “bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur və həmin əməllər on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdud laşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin f aktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisəl əndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toq quşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraat ının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məh kum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamasa da, bəzi xüsusatların qeyd olunmasını zəruri hesab edir. Cinayət işinin materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə komputer-texniki ekspertizanın 31 yanvar 2023-cü il tarixli 5/121 nömrəli rəyində qeyd edilmişdir ki: Tədqiq olunan “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook" tipli kompüter hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Acer” markalı “AO 722” modelli “notebook” tipli kompüter halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin iş masasında “Kazino” adlı qovluq, “si*isin (işin) başladığı an” adlı qovluq və “SSDDSS” adlı “Mp4” formatlı fayl müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin iş masasında yerləşən “SSDDSS" adlı “MP4” formatlı video faylın 21 dekabr 2022-ci il tarixində, “KAZİNO” adl ı qovluğun 21 dekabr 2022-ci il tarixində, “si*isin basladigian” adlı qovluğun 10 aprel 2022-ci il tarixində, “si*isin basladigi an” adlı qovluğun daxilində “png” formatlı faylın 10 aprel 2022-ci il tarixində, “Lazimli Sekiller” adlı qovluğun 21 aprel 2022-ci il tarixində, həmin qovluğun daxilindəki “jpg” formatlı faylların isə 1 aprel 2022-ci il tarixində yaradılmaları (texniki xüsusiyyətlərinə görə) müəyyən edildi. Tədqiq olunan “HP Pavilion Laptop” markalı “15-egOxxx” modelli “notebook” tipli kompüterin yaddaşında “Google Chrome” brauzerinə aid axtarış tarixçəsində “chcplay.az”, “1x-xredbet002400.top” və “fastloto.com” adlı onlayn kazino və qumar saytlarına giriş olunduğunun rəqəmsal izləri müəyyən edildi. Təqdim edilmiş “Acer” markalı “AO 722” modelli “notebook” tipli kompüterin yaddaş ında “Google Chrome” brauzerinə aid axtarış tarixçəsində “chcplay.az”, “chcplay.net”, “fastloto.az” adlı onlayn kazino və qumar saytlarına giriş olunduğunun rəqəmsal izləri müəyyən edildi. Tədqiq olunan “chcgreen.net” internet resursunda “0190” istifadəçi adına daxil olduqda balans bölməsində pul vəsaitinin olması müəyyən olundu. Tədqiq olunan “chcgreen.net” internet resursunda “P0190” istifadəçi adına daxil olduqda balans bölməsində pul vəsaitinin olması müəyyən olundu. Təqdim edilmiş bir ədəd sensor ekranli “Android 11” əməliyyat sistemi ilə təhciz olunmuş “X9H" markalı “2201117TG” modelli “**********14629, **********14637 “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranli “Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi A2 Lit e” markalı “M1805D1SG” modelli “**********59072, **********59080” “ımeı” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranli “İOS 16.2” əməliyyat sistemi ilə təhciz olunmuş “iPhone 11” markalı “A2221” modelli “**********44733” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “X9 11” markalı “2201117TG” modelli mobil smartfonun “files/lmage” bölməsində müxtəlif məbləğlərdə pul ödənişlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmş “hesabat’da “files/lmage” bölməsinə). Təqdim edilmiş “iPhone 11” markalı “A2 221” modelli mobil smartfonun “files/lmage” bölməsində müxtəlif məbləğlərdə pul ödənişlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-121” adlı iş çantasında xarici yaddaş qurğuya köçürülərək ekspert rəyinə əlavə edildi (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmş “hesabat’da “files/lmage” bölməsinə). Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun “files/lmage” bölməsində müvafiq pul məbləğlərinə və “kazino” oynuna aid fototəsvirlər müəyyən olunmadı. Təqdim edilmiş “İPhone 11” markalı “A2221” modelli və “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonların yaddaşında “chcgreen.net” internet resursuna daxil olma izləri müəyyən olundu (bax “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə olunmuş “hesabat”da baxılmış veb-saytlara). Rəyin “Tədqiqi hissəsi”nin 11-ci bəndində göstərilən səbəblərə təqdim edilmiş “Samsung Galaxy J5 Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G570F/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir məlumatın olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. “Könüllü təqdim edilmiş əşyanın götürülməsi və əşyaya baxış keçirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, Məhkum qanunsuz olaraq götürdüyü online qumar oyunlarının keçirilməsində istifadə etdikləri 01 ədəd “Hp” markalı notbuku, 01 ədəd “Acer” markalı netbuku, 01 ədəd “Samsung” markalı, 01 ədəd “Redmi” markalı mobil telefonları və 07 ədəd bank kartını, həmçinin özünə məxsus 01 ədəd “Redmi” markalı mobil tele fonu, eləcə də Təqsirləndirilən şəxs istifadə etdiyi 01 ədəd “İphone 11” markalı mobil telefonu könüllü olaraq təqdim etmişdir. Baxış zamanı həmin mobil telfon və notbuklarda qanunsuz online kazino-qumar saytlarına daxil olmalar müəyyən edilmişdir. Məhkəmə komputer-texniki ekspertizasının rəyinə əlavə edilmiş 01 ədəd xarici yaddaş qurğusu (flaş kart), həmçinin 01 ədəd “Hp” markalı notbuk, 01 ədəd “Acer” markalı netbuk, 01 ədəd “X9 11” markalı, 01 ədəd “iphone 11” markalı mobil telefonları və 07 ədəd bank kartını öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və 01 ədəd xarici yaddaş qurğusu (flaş kart) cinayət işinin materiallarına əlavə edil miş, digər maddi sübutlar məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Sənədlərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, cinayət işi üzrə Şahid2 tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4169-7385-4373-1255” nömrəli, "xxxx" ASC tərəfindən verilmiş “4189-8000-8048-8651” nömrəli, Məhkum tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4169-7388-3670-2385”, “41697388-1462-0203” nömrəli, "xxxx" ASC tərəfindən verilmiş “4098- 5844- 5011-7427” nömrəli və Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş "xxxx" ASC tərəfindən verilmiş “4724-9425- 2709-0815” nömrəli bank kartlarından he sabdan çıxarışlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş “4169-7385-4373-1255” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək ümumilikdə 7098 manatdan artıq pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Şahid2 adına verilmiş “4189-8000-8048-8651” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 15 dekabr 2022-ci il tarixədək ümumilikdə 25631,56 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Məhkum adına verilmiş “4169-7388-3670-2385” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 25 yanvar 2023-cü il tarixədək ümumilikdə 3564,80 ma nat və “4169-7388-1462-0203” nömrəli karta istifadəyə verildiyi vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək ümumilikdə 8657,71 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Məhkum adına verilmiş “4098-5844-5011-7427” nömrəli karta xx.xx.2022-ci il tarixdən 08 yanvar 2023-cü il tarixədək ümumilikdə 4882,57 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. "xxxx" ASC tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş “4724-9425-2709-0815” nömrəli karta 2022-ci ilin dekabr ayında ümumilikdə 175 manat pul mədaxil edilmiş və həmin məbləğdə də pul məxaric edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin 6 karta ümumilikdə 45000 manatdan artıq pul vəsaiti mədaxil edilmişdir. Bundan əlavə məhkumun törə tdiyi əməl şahidlər Şahid1 və Şahid2 ifadələrində də öz təsdiqini tapır. Bununla əlaqədar apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh verilmiş və məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Məhkumin əməlində CM-in 244-1.2.2 və 244-1.2.4cü maddələrinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkum X2 bəraət verilməsi üçün əsaslar yoxdur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya m üddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin tələbinə əsasən: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı m addələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətlərinin dəlillə rini də nəzərə alaraq yoxlayıb, qeyd etməyi zəruri hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 may 2025-ci il tarixli qərarı Məhkum təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Vurğulamaq zəruridir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqa tiv düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Aşağı instansiya məhkəmələri təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməyərək onu Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddələri ilə təqsirli bilərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Göstərmək vacibdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında cəzanın bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyası olmasını qeyd etmiş, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını vurğulamışdır. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza öz növbəsində CM-in 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Cinayət qanununun tələblərinə görə cinayət törətməkdə təqsirli bil inən şəxsə cəza CM-in Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hər tərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəməl ər tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Be lə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı və “Məhkəmə-h üquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanının icrası diqqətdən yayınmamalıdır. Qeyd edilməlidir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Qanuni və ədalətli cəzanın təyin edilməsi hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir, məhkumun islah olunması, onun yenidən tərbiyə edilməsinə köməklik göstə rir, eyni zamanda sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, Məhkum yuxarıda qeyd edilmiş cinayət əməlinə görə Azərbaycan Respublikası CM-nin 244-1.2.2 və 244-1.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan ən ağır cəza növü olan azadlıqdan məhrum etmənin seçilməsində aşağı instansiya məhkəmələri haqlı olmamışlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il qərarının 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrum etmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə kollegiyası Məhkum cavan olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır və qeyd edir ki, işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan daha yüngül cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə həmin hökm və ya qərar kassasiya qaydasında ləğv edilə və ya dəyişdirilə bilər. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 27 may 2025-ci il tarixli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-347/2025 nömrəli 27 may 2025-ci il tarixli qərarı Məhkum barəsində dəyişdirilsin. Məhkum təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. CM-in 69.3-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkumin 5 mart 2025-ci il tarixdən 7 noyabr 2025-ci il tarixədək həbsdə saxlanıldığı 8 (səkkiz) ay 2 (iki) gün müddətin 1 (bir) günü azadlığıın məhdudlaşdırılması cəz asının 2 (iki) gününə bərabər tutularaq hesablanmaqla ümumilikdə 1 (bir) il 4 (dörd) ay 4 (dörd) gün Məhkum hazırkı qərarla təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Məhkum dərhal məhkəmə iclas zalında azad edilsin. Məhkumnın üzərinə yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.S.ünvan 1 ünvanı axşam saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə cə zanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun, hökmün icrasına nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2055/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2055/2025
07.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver