Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2057/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan A pellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)302/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx.xx.1985-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamışdır.
2. Məhkum Təqsirləndirilən şəxs xx.xx.1990-cı ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Lənkəran ray onu, Göyşaban kəndində qeydiyyatda olmaqla yaşamışdır.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs və Məhkum edilmişlər ona görə ki, Təqsirləndirilən şəxs qohumu, digər təqsirləndirilən şəxs Məhkum və digər şəxslə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq digər şəxs tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar şəhəri, Q. Həsənova küçəsində yerlşən, üzərində "Şuşa, Bəhrəmtəpə, İran sərhəddi, Biləsuvar” sözləri yazılı istiqamətləndirici yol nişanının yanında gizlədilmiş bir ədəd bükümdə olan külli miqdarda 1005 qram narkotik vasitə heroini satış məqsədilə əldə etməkdən ötrü 29 avqust 2022-ci il tarixdə saat 00:30 radələrində cinayətlərdən xəbərsiz olan Şahid1 idarə etdiyi VAZ-2107 markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum ilə birlikdə həmin yerə gəlmiş, Məhkum qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə etmiş, sürücü Şahid1 görmədiyi şəraitdə avtomobilin arxa oturacağında əyləşmiş Təqsirləndirilən şəxs saxlamaq üçün vermiş, o isə həmin bükümü avtomobilin arxa oturacağının altına qoyub gizlədərək saxlamış və Lənkəran şəhəri istiqamətində daşıyarkən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən X8 Komplek sinin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, avtomobilə baxış zamanı qeyd edilən bir ədəd bükümdə, külli miqdarda,1005 qram narkotik vasitə heroin avtomobilin arxa oturacağının alt hissəsindən aşkar edilərək götürülmüşdür.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(099)-129/2023 nömrəli hökmü ilə (hakimlər X11 (sədrlik edən və məruzəçi), X12 və X2 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 avqust 2022-ci il tarixdən he sablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Məhkum barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 29 avqust2022-ci il tarixdən hesablanması və barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(099)-129/2023 nömrəli hökmündən dövlət ittihamçısı Valeh Şabnov tətəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)-302/2023 nömrəli qərarı ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X6 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Mü dafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 fevral 2023-cü il tarixli, 1(099)129/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)-302/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı həmin tələblərini nəzərə almamış, təqsirləndirilən şəxslər tərəfindən satış məqsə di ilə qanunsuz olaraq əldə edilən narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarının yuxarı həddindən dəfələrlə (təxminən 6700 dəfə), eləcə də külli miqdarının aşağı həddindən dəfələrlə (təxminən 602 dəfə) çox olması, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumların şəxsiyyəti, Məhkum üzərində ödənilməmiş məhkumluğunun olması və buna görə əməlində cinayətin təhlükəli residivinin olması və işin digər halları Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilindikləri maddələr ilə məhz yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq onlara təqsirli bilindikləri maddələrin sanksiyasında olan aşağı həddə cəzanı təyin etmişdir.
9. Kassasiya protestində həmçinin qeyd edilmişdir ki, məhkəmə göstərilənləri nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun qeyd edilən normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.
10. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)-302/2023 nömrəli qərarının cəza təyini hissəsində ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
11. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.
12. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müzakirə edib qiymət verməmiş, yalnız birinci instansiya məhkəməsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək məhkumun qeyd edilən cinayət əməlini törətməsini iş materialları ilə tam sübuta yetirilməsini göstərməklə kifayətlənmişdir.
13. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)302/2023 nömrəli qərarının Məhkum bəraət verilməklə dəyişdirilməsini xahiş etmişdir.
14. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
15. Qərardan dig ər məhkum Təqsirləndirilən şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
16. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X9 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər
17. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
18. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessu al Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
19. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
20. Dövlət ittihamçısı kassasiya protestində Təqsirləndirilən şəxs və Məhkum mə suliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edərək, mübahisələndirilən qərarın cəza təyini hissəsində ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
21. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təş kil etdiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının Məhkum bəraət verilməklə dəyişdirilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
22. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və Məhkum müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)-302/2023 nömrə li qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
23. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısının hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.
24. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
25. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi ndə də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.
26. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
27. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
28. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onu n hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
29. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
30. Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
31. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
32. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
33. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı ola n hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.
34. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.
35. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Təqsirləndirilən şəxs və Məhkum münasibətdə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə dəyişdirilmədən saxlanılmış azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.
36. Belə ki, Təqsirləndirilən şəxs və Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindikləri cinayət əməli – (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.3-cü maddəsində ağır cinayət kimi təsbit edilməklə sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
37. Cinayət işi materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Məhkum isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
38. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs və Məhkum təqsirli bilindikləri CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilən cəzanın həddi qanuni və ədalətli olmuşdur.
39. Koll egiya qeyd edir ki, kassasiya protestində məhkumlara daha ağır cəzanın təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız törədilmiş cinayətin ictimai təhlükəliliyi, narkotik vasitənin çəkisi, Məhkum əməlində cinayətin təhlükəli residivinin olması mübahisələndirilmişdir.
40. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görül müşdür.
41. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin etdiyi azadlıqdan məhrum etmə cəzası bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onların islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailələrinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.
42. Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sübutların düzgün tədqiq edilməməsi və Məhkum təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının Məhkum bəraət verilməklə dəyişdirilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.
43. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə istinad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrind ə nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
45. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Məhkum müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.
46. Təsvir olunanlar Məhkum müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.
47. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)302/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 may 2023-cü il tarixli, 1(106)302/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X10 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.