Məhkəmə qərarları › İş №1(102)-2057/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2057/2025

10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2057/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, xx xxxxxx 1956-cı il tarixdə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, e vli, məhkumluğu olmayan, işsiz, Goranboy rayonu, Qızılhacılı qəsəbəsi, K.Məmmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-78/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Goranboy Rayon Məhkəməsinin 1(045)-36/2024 nömrəli 17 oktyabr 2024-cü il tarixli (hakim T.Mustafayev) hökmü ilə Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 13 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(104)-78/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qərarı ilə (hakimlər S.B.Hüseynov (sədrlik edən və məruzəçi), F.N.Mahmudov və S.Ə.Əzizovdan ibarət məhkəmə tərkibində) аpellyаsiyа şikayətləri təmin edilməmiş, Goranboy Rayon Məhkəməsinin 17 oktyabr 2024cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən, Məhkum 2024-cü ilin mart ayının əvvəlindən həmin ayın 13-dək olan müddət ərzində Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində rayonun Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olmaqla xx.xx.2020-ci il tarixli **********73 nömrəli çıxarış əsasında xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə uyğun olaraq qəsəbə sakini Zərərçəkmiş şəxs2 icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı, uqodiyası örüş sahəsi kimi nəzərdə tutulmuş 28,32 ha torpaq sahəsinin 1,86 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan şumlamaqla özbaşına tutmuşdur. Bundan sonra o, 13 mart 2024-cü il tarixdə saat 15 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşməklə ona 2024-cü ilin yanva r ayında tanıdılmış, Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid örüş təyinatlı 10 ha torpaq sahəsinin sənədləşmə işlərinin qısa müddət ərzində aparılmasına nail olmaq məqsədilə Qızılhacılı qəsəbəsində yerləşən, Qızılhacılı bələdiyyəsinin fəaliyyət göstərdiyi inzibati binaya gələrək bələdiyyə sədri Zərərçəkmiş şəxs1 xidməti iş otağına daxil olub heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 ilə mübahisə edib ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək bələdiyyənin iş fəaliyyətini 10 dəqiqə ərzində pozaraq xidməti otaqda stolun üzərindəki kitabları, qələmləri və digər əşyaları yerə dağıdıb qərəzli hərəkətlər etmiş, həmçinin həmin hərəkətlərini davam etdirib şəxs üzərində zor tətbiq etməklə xidməti otaqdakı stulu silah q ismində istifadə edib Zərərçəkmiş şəxs1 sol qoluna qəsdən vuraraq sonuncuya sol saidin və sol bazunun hematomaları, aktiv hərəkət məhdudluğu ilə nəticələnən dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-78/2025 nömrəli 9 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, cinayət işi düzgün araşdırılmamış və üzrə ədalətsiz qərar qəbul edilmişdir. CM-nin 221.3-cü maddəsi ilə bağlı iş materiallarına diqqət yetirdikdə aydın olur ki, ümumiyyətlə qeyd edilən hadisə baş verməmişdir. Bu sadəcə ə vvəlcədən qurulmuş oyunun nəticəsi olmuşdur. Belə ki, iş materiallarında olan telefon danışıqlarına diqqət yetirdikdə aydın olur ki, təqsirləndirilən şəxs saat 14:41 dəqiqədə Elnur adlı şəxs ilə danışan zaman Goran qəsəbəsindədir. Onun avtobus ilə Qızılhacılı kəndinə getməsi təxminən 20-25 dəqiqə çəkmişdir. İş materiallarında olan telefon anten dairələrindən və telefon danışıqlarından görünür ki, saat 14:42 dəqiqədən başlayaraq Elnur adlı şəxs ilə zərər çəkmiş şəxs mütəmadi olaraq telefonla danışmışlar. Saat 15:10 dəqiqəyə qədər onlar mütəmadi danışıblar. Onda sual olunur ki, bunlar bir yerdə idilərsə, onda nədən telefonla danışıblar. Bütün bunlar onu deməyə əsas verir ki, onlar təqsirləndirilən şəxsi şərləmək üçün bu addımı atmışdılar. Halbuki, təqsirləndirilən şəxs heç kimi vurmamış və h eç bir hadisə törətməmişdir. Bütün bu zənglər zərər çəkmiş şəxsə təzyiq edilməsi üçün olmuşdur. Yoxsa nədən dəfələrlə zəng edilməli idi. Beləliklə təqsirləndirilən şəxsin təqsiri sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarılmalıdır. CM-nin 188.3-cü maddəsi ilə bağlı da onu qeyd etmişdir ki, mübahisəli torpağı ona bələdiyyə sədri Zərərçəkmiş şəxs1 özü göstərmişdir. Mübahisələndirilən torpağın başqasına aid olmasından xəbəri olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi O.Kazımovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsas ən kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə yeni apellyasiya baxışı təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə bir inci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilən kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsinə əsasən “qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma” əməli cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 188.3-cü maddəs inə əsasən “CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə” həmin əmələ görə məsuliyyət nəzərdə tutulur və bu əməl üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəz ərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyab r 2001-ci il, “X3rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etd irməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ci nayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müdd əalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi aşağı instansiya məhkəmələri tərəfindən əldə olunmuş sübutlara münasibətdə tam araşdırılmamışdır. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclaslarında Məhkum CM-in 188.3 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1 Goranboy rayonu Qızılhacılı bələdiyyəsinin sədri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 Qızılhacılı bələdiyyəsinin sədri işlədikdən sonra o nu tanımış, Zərərçəkmiş şəxs1 ilə ədavəti və ya düşmənçiliyi olmamış, Zərərçəkmiş şəxs1 ilə heç bir münasibəti olmamışdır. Buna baxmayaraq, Zərərçəkmiş şəxs1 onunla ədavət aparmışdır. O, 2018-ci ildə hərrac yolu ilə Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində yerləşən Qızılhacılı bələdiyyəsinə məxsus 2,8 hektar torpaq sahəsini əldə etməsinə baxmayaraq, həmin torpaq sahəsindən hazırkı vaxta qədər istifadə edə bilmir. Bununla bağlı dəfələrlə Qızılhacılı bələdiyyəsinin keçmiş sədri Məzahir müəllimə müraciət etsə də, onun müraciətləri cavabsız qalmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs1 Qızılhacılı bələdiyyəsinin sədri seçildikdən sonra hərrac yolu ilə əldə etdiyi 2,8 hektar torpaq sahəsini istifadə etməklə bağlı Qızılhacılı bələdiyyəsinə dəfələrlə müraciət etsə də, müraciətləri cavabsız qalmış, buna görə də Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etmiş, müraciətindən sonra həmin idarədən əməkdaşlar gəlib torpaq sahəsini ölçmüşlər və müəyyən olunmuşdur ki, “Qarağaclıq” zolağına düşdüyü üçün ona başqa yerdən torpaq sahəsi verilməlidir. Bununla bağlı dəfələrlə Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 müraciət etsə də, Zərərçəkmiş şəxs1 onun müraciətlərini cavabsız qoymuş və ona yeni torpaq sahəsi verilməmiş, bundan sonra yenidən Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsinə müraciət etmiş, müraciətindən sonra həmin idarədən əməkdaşlar gəlib Qızılhacılı bələdiyyəsinin mülkiyyətinə aid 1,20 hektar torpaq sahəsinin ona verilməsi ilə bağlı dönmə nöqtələrini müəyyən edib bununla bağlı akt tərtib etmişlər. Bundan sonra, məlum olm uşdur ki, həmin torpaq sahəsi Elxan Böyükkişiyev tərəfindən istifadə olunur. Həmin torpaq sahəsindən istifadə ilə bağlı yenə də dəfələrlə Qızılhacılı bələdiyyəsinə müraciət etsə də, onun müraciətləri cavabsız qalmış və sonda Əmlak Məsələləri Dövlət Xidmətinin 7 saylı ərazi idarəsindən ona məlumat verilmişdir ki, torpaq sahəsinin ona təqdim edilməsi ilə bağlı çıxarış hazırlanıb veriləcəkdir. X4 torpaq sahəsini istifadə etməkdə davam etmiş, həmçinin Elxan həmin torpaq sahəsini istifadə etməsinə dair Qızılhacılı bələdiyyəsi ilə müqavilə bağladığını demiş, bundan sonra isə Elxanın faktiki olaraq həmin torpaq sahəsindən qanunsuz istifadə etməsi müəyyən olunduğu üçün ona 500 manat cərimə sanksiyası tətbiq edilmişdir. Bundan başqa isə Goranboy rayon Qızılhacılı bələdiyyəsinə müraciət edərək örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılmasını xahiş etmiş, Zərərçəkmiş şəxs1 isə məktubla ona rədd cavabı vermiş, bundan sonra bununla bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, sadəcə olaraq Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı xahişini nəzərə alıb həmin yerin ayrılması və yerində tanıdılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə notarial qaydada ərizə təqdim etmiş, bundan sonra məhkəmədə iş üzrə icraata onun xeyrinə xitam verilmiş, o da bundan sonra Zərərçəkmiş şəxs1 tərəfindən ona tanıdılmış 10 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmənin aparılması üçün Goranboy rayon Qızılhacılı bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciətləri cavabsız qalmış, o da həmin torpaq sahəsi ona veriləcəyi üçün gedib həmin torpaq sahəsinin bir qismini əkmək qərarına gəlmişdir. Bunun üçün isə 2024cü ilin mart ayının əvvəlində Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin mülkiyyətində olan örüş torpaq sahəsinin ona tanıtdırılmış 10 ha hissəsinin müəyyən bir hissəsini şumlatdırmış, lakin hazırkı vaxta qədər həmin torpaq sahəsinin ona icarəyə verilməsi işini həll edə bilməmişdir. Yəni bununla bağlı müvafiq sənədlər Qızılhacılı bələdiyyəsi tərəfindən hazırlanıb ona təqdim edilməmiş, hətta bələdiyyə sədri onu və məhkəməni aldatdığını demişdir. Bu kimi səbəblərə görə 12 mart 2024-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində yerləşən “Osan” şadlıq sarayında Goranboy rayon İcr a Hakimiyyəti Başçısı və digər rayon rəhbərlərinin iştirakı ilə keçirilən vətəndaşların qəbulunda iştirak etmiş, həmin vaxt Goranboy rayon İcra Hakimiyyəti Başçısına iradını bildirmiş və onlara min nəfər şəxsin qarşısında demişdir ki, “möhtərəm Prezident sizin hər birinizə 3000 manatdan yuxarı maaş verir ki, xalqa xidmət edəsiniz”. Hətta həmin vaxt icra nümayəndəsi Elnur və icra hakimiyyəti başçısının müavini və işçiləri onunla qəbulu keçirən şəxslər arasında sədd çəkmişlər. O da buna etiraz olaraq onlara “qoçusunuz?” demişdir. Bələdiyyə sədrinin ona tanıdılmış yeri Elxana verməsini və Elxan tərəfindən istifadə edilməsini, bununla bağlı ona cərimə yazılmasını demişdir. Zərərçəkmiş şəxs1 hər il Elxandan 1000 manat pul alır, sonra demişdir ki, Zərərçəkmiş şəxs1 iş yerində tapılmır, dəfələr lə icra nümayəndəsini bələdiyyə sədrinin otağına dəvət etmiş, həmin vaxt demişlər ki, bələdiyyə sədri Gəncə şəhərinə şəxsi işi ilə bağlı getmişdir. Ona cavab vermişlər ki, sabah onun problemi yerində həll olunacaqdır. Həmçinin icra başçısının müavini Seymurun ona verdiyi vədlərə əməl etmədiyini demişdir. Bir gün sonra, yəni 13 mart 2024-cü il tarixdə Goranboy rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda iştirak etmiş, belə ki, saat 10 radələrində orada olmuş, orada olarkən icra nümayəndəsi onu otağa çağırmış, həmin otaqda bir nəfər şəxs əyləşmiş, həmin şəxsdən kim olduğunu soruşduqda şöbə müdiri olduğunu demiş, həmin vaxt Səbinə gəlmiş və icra nümayəndəsi Səbinəyə onu vurmasını demiş, Səbinə isə əl çantasını belinə vurmuş, sonra oraya başqa adamlar gəlmiş, o da oradan çıx ıb Goranboy rayon prokurorluğuna gəlmiş, orada prokuror ilə görüşmək istəmiş, lakin prokuror işdə olmadığı üçün oradan çıxıb Goranboy RPŞ-nə gəlmiş, şöbədə rəis onu qəbul etməmiş, saat 15:05-də icra nümayəndəsi Elnur ona zəng vurub demişdir ki, icra başçısının müavini Seymur Qızılhacılı qəsəbəsində yerləşən bələdiyyənin inzibati binasına gəlir. O da ona həmin yerə gələcəyini demiş, həmin yerdə, yəni həyətdə icra nümayəndəsi Elnur ilk öncə onu qəbul etmiş, sonra Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Seymurla söhbət etmiş və bir nəticə əldə olmadığı üçün oradan çıxıb Goranboy rayonuna gəlmiş, Goranboy rayonuna gəldikdən sonra DAİM-ə gedib şikayət etmiş, sonra isə bələdiyyənin sədrinin ona qarşı qanunsuz hərəkətləri barədə müraciət etmək üçün Goranboy rayon prokurorluğunun inziba ti binasına getmiş, Goranboy rayon prokurorluğunun inzibati binasında olarkən prokurorla görüşmək istəmiş, bir qədər sonra Goranboy rayon prokurorluğunun inzibati binasına Goranboy rayon polis şöbəsinin əməkdaşları gəlib onun qoluna qandal vurub Goranboy rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları onu gətirən zaman hansı səbəbdən saxlanılmağı barədə ona heç bir məlumat verməmişlər. Qızılhacılı bələdiyyəsinin sədrinin təqdim etdiyi aktda göstərilənlər sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı müraciətindən sonra yer tanıtması edərkən hazırda şumlatdığı torpaq sahəsini ona tanıtdığı üçün orada şumlama işləri aparmışdır. Sadəcə olaraq yerin tanıdılmasından sonra torpaq sahəsinin ona icarəyə verilməsi və çıxarışın təqdim edilməsi ilə bağlı Qı zılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 sənədləşmə işlərini həll etmədiyi üçün həmin torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir. Səbinənin qeyd etdikləri həqiqəti əks etdirmir, belə ki, şumlatdığı torpaq sahəsini Zərərçəkmiş şəxs1 ona örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı müraciətindən sonra yer tanıtması edərkən hazırda şumlatdığı torpaq sahəsini ona tanıtdığı üçün orada şumlama işləri aparmışdır. Sadəcə olaraq yerin tanıdılmasından sonra torpaq sahəsinin ona icarəyə verilməsi və çıxarışın təqdim edilməsi ilə bağlı Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 sənədləşmə işlərini həll etmədiyi üçün həmin torpaq sahəsinə dair çıxarış əldə edə bilməmişdir, şumlatdığı torpaq sahəsi Zərərçəkmiş şəxs1 tərəfindən ona təqd im edilib tanıdılmışdır. Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən Qızılhacılı bələdiyyəsinin inzibati binasının həyətində Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Seymur və Goranboy rayon Qızılhacılı icra nümayəndəsinin sədri Elnurla söhbət etmiş, həmin vaxt orada Pərvanə və ya Araz olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tutulma haqqında protokoldan (cild İ, i.v. 47-48) görünür ki, Məhkum saat 22:00-da tutulmuş, lakin tutulmasının azadlığı faktiki məhdudlaşdırıldığı xx.xx.2024-cü il tarixdən, saat 17:30-dan hesablanması göstərilmişdir. Məhkumun həm istintaqda, həm də məhkəmədə verdiyi ifadələrində onun Goranboy rayon prokurorluğunun inzibati binasında saxlanıldığı bildirilsə də, şəxsin tutulma protokolunda onun harada yaxalanması göstərilməmişdir. Şə xsin tutulmasının həqiqətən prokurorluqda baş verib-verməməsi, həmçinin özünün ifadəsində dediyi kimi 13 mart tarixdə günün birinci yarısında prokurorluq və polisdə olub-olmaması xüsusatları araşdılmamışdır. Halbuki, bütün bu hadisələrin “qurulmuş oyun” olmasını iddia edən şəxsin cinayət təqibi orqanlarının israr etdiyi kimi CM-nin 188-ci maddəsini törətmiş şəxs olaraq, xüsusilə də 13 mart tarixdə bələdiyyə binasında silahlı xuliqanlıq törətdikdən sonra şıkayətlərini davam etmək üçün özünün könüllü olaraq prokurorluğa getməsinin nə dərəcə inandırıcı olubolmamasını qiymətləndirmək üçün Məhkum israr etdiyi kimi bu dövlət orqanlarına gedibgetməməsi işin düzgün həlli üşün əhəmiyyət daşıya bilər, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün irəli sürdüyü bu dəlillərin cinayət-prosessual qanunver iciliyin tələblərinə müvafiq olaraq yoxlanılıb qiymətləndirilməsi zəruridir. Bundan əlavə iş materiallarından görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(045)-36/2024 nömrəli qərarı əsasında Zərərçəkmiş şəxs1, Şahid1 Oktay oğlunun və Məhkum istifadəsində olan mobil telefonlarla aparılan danışıqların, girişçıxış zənglərinin siyahısı, SMS mətnləri və anten dairələrinin verilməsi "xxxx" MMC-yə həvalə edilmişdir (cild İİİ, i.v. 48-50). Həmin qərar əsasında "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş diskə (cild İİİ, i.v. 64-68) məhkəmə iclasında baxış keçirilsə də, oradakı məlumatlar ətraflı tədqiq edilərək məhkəmə iclas protokolunda əks edilməmişdir. Məhkumun müdafiəçisi göstərmişdir ki, “13 mart saat 14:42 dəqiqədən başlayaraq Elnur adlı şəxs ilə zərər çəkmiş şəxs mütəmadi olaraq telefonla danışmışlar. Saat 15:10 dəqiqəyə qədər onlar mütəmadi danışıblar və əgər bir yerdə olublarsa, niyə mütəmadi birbirləri ilə danışıblar”. Yuxarıda qeyd olunan "xxxx" MMC-nin məlumatları məhkəmə iclasında ətraflı araşdırılaraq düzgün rəsmiləşdirilmədiyindən, müdafiə tərəfinin bu dəlili də təkzib olunmamış qalmışdır. Bundan əlavə apellyasiya şikayətində müdafiə tərəfinin dəlillərindən biri o olmuşdur ki, Məhkum bələdiyyə binasına heç daxil olmamış, Şahid4la çöldə söhbət etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, “Seymur müəllim hadisədən sonra gəlmişdi və Məhəmmədlə görüşdü. Məhəmməd çölə çıxan zaman Seymur gəldi və onlar sö hbət etdilər”. Lakin Şahid4 öz ifadəsində göstərmişdir ki, “13 mart 2024-cü il tarixdə Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu ilə bağlı keçirilən tədbirə də Məhkum gələrək orada yenidən torpaq sahəsinin icarəsinə verilməsi ilə bağlı müraciət edib orada Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 təhqir etmişdir. Bundan sonra qərara alınmışdır ki, Məhkum Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasında qəbul edərək onun şikayəti ilə bağlı məsələsini həll etsinlər. Bununla bağlı o da Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasına gedib orada qəbulda iştirak etməli olmuşdur. Odur ki, həmin gün saat 15 radələrində xidməti avtomobili ilə Goranboy rayon İcra Hakimiyyətindən çıxıb Goranboy rayon Qızılhacılı bələdiyyəsinin inzibati binasının yerləşd iyi yerə gəlmiş, həmin vaxt avtomobildən düşüb həyət ilə Qızılhacılı bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 xidməti otağı istiqamətində addımlayan zaman Məhkum əsəbi halda nalayiq ifadələr işlədərək Qızılhacılı bələdiyyəsinin inzibati binasından çıxıb ona tərəf gəlmiş, həmin vaxt Məhkum dayanmadan hərəkətini davam etdirib çıxıb getmiş, o da Zərərçəkmiş şəxs1 xidməti otağına gəlib çatdıqda görmüşdür ki, Zərərçəkmiş şəxs1 xidməti otağı dağıdılmış və Zərərçəkmiş şəxs1 sol qolunu tutmuşdur... O da bundan sonra Məhkumlə görüşməyin mümkünsüz olacağını bildiyi üçün oradan çıxıb iş yerinə getmişdir”. Göründüyü kimi ittihamedici ifadələr verən şahidlərin ifadələri arasında ziddiyyət olsa da, apellyasiya məhkəməsi müdafiə tərəfinin bu dəlilini də araşdırmamış, ziddiyyəti aradan qaldırmamış və şahidl ərin yenidən məhkəmədə dindirilərək bu məsələyə aydınlıq gətirilməsi mümkün olduğu halda, bunu etməmişdir. Bundan əlavə iş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan (cild İ, i.v. 6) görünür ki, Goranboy RMX-dan həkim G.Paşayeva telefonla verdiyi məlumatda zərər çəkmiş şəxs (xəstə) Zərərçəkmiş şəxs1 dediyinə əsasən ona bələdiyyə binasının qabağında tanıdığı şəxs tərəfindən döyüldüyü demişdir. Müdafiə tərəfi bunun ziddiyyətli məqam olaraq araşdırılmalı olduğunu bildirsə də, həmin telefon zənginin audioyazısı “102” Xidməti-Zəng mərkəzi sistemindən alınaraq tədqiq olunmamışdır. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi tərəfindən bu halların tam araşdırılmaması ziddiyyətli məqamların aydınlaşdırılmamasına, müdafiə tərəfinin dəlilllərinə qiymət verilməməsinə gətirib çıxarm ışdır. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi hissəsini də tam araşdırmamış və bu halların da yenidən araşdırılması zərurəti vardır. Belə ki, iş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2863 nömrəli rəyindən (cild İ, i.v. 252-255) görünür ki, ekspert rəyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1688/2024 nömrəli mütəxəssis rəyinə əsaslanmışdır. Ekspert iş üzrə heç bir tədqiqat aparmamış, ya lnış iş üzrə “mütəxəssis rəyi”nə əsaslanaraq rəy vermişdir. İş materiallarından görünür ki, sözügedən sənəd “mütəxəssis rəyi” deyil, sadəcə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinə ünvanlanmış məktubdur (cild İ, i.v. 188-189). Bundan əlavə ekspert qarşısında qoyulan suallardan biri də torpağın təyinatı ilə bağlı olmuşdur. Lakin məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-1616/2-10/2863 nömrəli rəyi ilə bu sual cavablandırılmamış qalmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsinin tövsifedici əlaməti c inayət əməlinin məhz “kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə” törədilməsidir. Özbaşına tutulmuş torpağın nəyin əsasında kənd təsərrüfatı təyinatlı torpaq olmasının hesab edilməsi nə sübutların qiymətləndirilməsi haqqında qərarda, nə də ittiham aktında göstərilməmiş, məhkəmələr də bu məsələyə aydınlıq gətirməmişlər. Həmçinin iş materillarında olan xx.xx.2024-cü il tarixli aktda (cild İ, i.v. 92) Məhkum qanunsuz olaraq 2,80 hektar torpağı şumladığı göstərilsə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-1688/2024 nömrəli məktubunda bu sahənin 1,86 ha olması göstərilmiş, özbaşına tutulmuş t orpağın dəqiq koordinatları göstərilməmişdir. 14 mart 2024-cü il tarixli aktda olan “koordinat nöqtəsi” isə özbaşına tutulması iddia olunan “Torpaq sahəsinin planı və ölçüsü”ndəki (cild İ, i.v. 177) koordinatlara uyğun gəlmir. Məhkum istintaqda və məhkəmələrdə verdiyi izahatlarında göstərmişdir ki, o, Goranboy rayon Qızılhacılı qəsəbə bələdiyyəsinin örüş sahəsindən mədəni otlaq sahəsi yaratmağı üçün 10 ha torpaq sahəsi ayrılması ilə bağlı xahişini nəzərə alıb həmin yerin ayrılması və yerində tanıdılması ilə əlaqədar Gəncə İnzibati Məhkəməsinə notarial qaydada ərizə təqdim etmiş, bundan sonra məhkəmədə iş üzrə icraata onun xeyrinə xitam verilmiş, o da bundan sonra Zərərçəkmiş şəxs1 tərəfindən ona tanıdılmış 10 ha torpaq sahəsi ilə bağlı müvafiq sənədləşmənin aparılması üçün Goranboy rayon Q ızılhacılı bələdiyyəsinə müraciət etmiş, lakin onun müraciətləri cavabsız qalmış, o da həmin torpaq sahəsi ona veriləcəyi üçün gedib həmin torpaq sahəsinin bir qismini əkmək qərarına gəlmişdir. Göründüyü kimi Məhkum torpaq sahəsinin kim tərəfindən göstərilməsi və onun həmin torpaq sahəsinin başqa şəxsə aid olmasını bilib-bilməməsi aydınlaşdırılmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi göstərilən xüsusatlara diqqət yetirmədən birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin ittiham olunduğu bütün maddələri ilə təqsirləndirilməsinə dair aşağı instansiya məhkəmələri cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayə t-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. Belə ki, göstərilən məhkəmələr tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Aşağı instansiyası məhkəmələrinin bu mövqeyi düzgün, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslanmalı olduğunu qeyd edərək və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini n əzərə alıb, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 188.3 və 221.3-cü maddələri ilə məhkum edilməsinə barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, yuxarıda qeyd edilən hallara əhəmiyyət verilməmişdir. Yuxarıda şərh edilənlərə əsasən, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalı, kassasiya şikayəti qismən təmin olunmalıdır. Belə qənaətə gələr kən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.2- ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 yanvar 2025-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi üzrə yeni apellyasiya baxışı təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar