Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2058/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum2, Müdafiəçi – “Femida” vəkil bürosunun vəkili Məmmədov Pənah Murad oğlunun iştirakları ilə, Məhkum1 Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Məmmədov Pənah Murad oğlu və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) 11 yanvar 2022ci il tarixli hökmü ilə xx xxxx 1986-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, evli, xx x qeydiyyatda olmaqla yaşayan, Məhkum2 Azərbaycan Respublikasının CM-nin 32.5,206.3.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətin in başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablanması, o ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. xx xxxx 1982-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli,əvvəllər məhkum olunmamış, işsiz, xxx qeydiyyatda olmaqla orada yaşamış, Məhkum1 Azərbaycan Respublikasının CM-nin 32.5,206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 32.5,206.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinib 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 07 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin, Məhkum3 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən məhkum edilmiş şəxslər Məhkum3, Məhkum1, Məhkum2 və sonuncunun vəkili Musazadə Elşən Möhrab oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Bağırov Məhəmməd Ənvər oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Rafiq Musa oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 18 may 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, məhkum edilmiş şəxs Məhkum3 əməli CM-in 32.5, 206.3.2-ci maddəsi ndən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 9 (doqquz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum3 üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 09 (doqquz) ay müddətə azadlqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum edilmiş şəxs Məhkum2 əməli CM-in 32.5, 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza birin ci instansiya məhkəməsinin hökmü ilə ona CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə və CM-in 234.4.1 və 224.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkkiz) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplanılmaqla Məhkum2 üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum edilmiş şəxs Məhkum1 əməli CM-in 32.5, 206.3.2-ci maddəsindən CM-in 32.5, 206.2-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza birinci instansiya məhkəməsinin hökmü ilə ona CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə təyin olunmuş 8 (səkki z) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Məhkum1 üzərində cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Məmmədov Pənah Murad oğlu və Məhkum2 tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli hökmünə əsasən, Məhkum2 Azərbaycan Respublikası vətəndaşları olan tanışları Məhkum3, Məhkum1, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar, qaçaqmal çılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 06 aprel 2021-ci il tarixdə bu barədə Məhkum3 məlumat verdikdən sonra, o, Məhkum3 və Məhkum1 ilə birlikdə özünün idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa tərəfində, Füzuli rayonunun Arayatlı kəndi istiqamətində əkin sahəsindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram he roini və təmiz halda çəkisi 1010 qram marixuananı 07 aprel 2021-ci il tarixdə saat 02 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Bundan başqa Məhkum2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə, təmiz halda çəkisi 0,832 qram metafetamini istintaqa məlum olmayan şəxsdən, istintaqa məlum olmayan vaxtda və məkanda əldə etmiş, özündə saxlayaraq, 06 aprel 2021-ci il tarixdə özünün idarə etdiyi “Hundai ix 35” markalı, AZ **-VS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərkən əynin də olan gödəkçəsində və şalvarında gizlədərək daşımış, Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq şəxsi axtarış keçirilən zaman onun üzərindən, yəni gödəkçəsindən və şalvarından iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,567 qram və 0,265 qram, ümumi təmiz halda çəkisi 0,832 qram şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkum1 Azərbaycan Respublikası vətəndaşları olan tanışları Məhkum3, Məhkum2, şəxsiyyəti istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azər baycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşları külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı İran İslam Respublikasında qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, qeyd olunan külli miqdarda narkotik vasitələri istintaqa məlum olmayan vaxtda və yerdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi İran İslam Respublikasından qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasına keçirmiş, cinayətkar qrupun üzvü, istintaqa Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı 06 aprel 2021-ci il tarixdə bu barədə Məhkum3 məlumat verdikdən sonra, o, Məhkum3 və Məhkum2 ilə birlikdə sonuncunun idarə etdiyi “Hundai ix 35” markalı, AZ 10VS789 dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərindən Füzuli rayonu ərazisinə gedərək, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 16-cı sərhəd zastavasının 11-ci sahəsinin arxa tərəfində, Füzuli rayonunun Arayatlı kəndi istiqamətində əkin sahəsindən bir ədəd bağlamanın içərisində olan külli miqdarda narkotik vasitələr, təmiz halda çəkisi 4745 qram tiryəki, təmiz halda çəkisi 1000 qram heroini və təmiz halda çəkisi 1010 qram marixuananı 0 7 aprel 2021-ci il tarixdə saat 02 radələrində qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış və qeyd olunan külli miqdarda narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum1 müdafiəçisi Məmmədov Pənah Murad oğlu tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işi kobud prosessual pozuntularla istintaq olunmuş, hərtərəfli, tam və obyektiv araşdırılmamış, nəticə etibarilə apellyasiya instansiya məhkəməsinin qərarı əsassız və ədalətsiz olmuşdur. Belə ki, Məhkum1 həm məhkəməyədək ibtidai istint aq zamanı, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin iclaslarında ifadə verərək özünü təqsirli saymamışdır. Məhkum1 ifadəsində göstərmişdir ki, saxlanılandan təxminən 2 il əvvəl Həsənlə tanış olaraq onunla ər-arvad kimi yaşamışdır. 06 aprel 321-ci il tarixdə Həsən İxtiyarla rayona getmək istəmişdir. O da Həsəni qısqanaraq şübhələndiyindən onunla birlikdə getmişdir. Yolda olanda İxtiyar bir iki dəfə kiminləsə danışmışdır. Onlar Füzuli rayonunda olarkən İxtiyar maşından düşmüş həmin vaxt onları saxlamışlar. O, iranlının arvadı Sürəyya ilə telefonla danışmışdır. Sürəyya ona zəng edərək İxtiyarın telefonu açmadığını demişdir. Onun telefonunda İxtiyarın adının 111 yazmasının səbəbini deyə bilmir. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində təqsirləndiril ən şəxs qismində ifadə vermiş Məhkum3 ifadəsində göstərmişdir ki, Məhkum1 narkotik vasitələrlə heç bir əlaqəsi oxdur. Narkotik vasitənin götürülməsinə gedən zaman ona heç bir məlumat verilməmiş və onun yanında belə bu barədə hər hansı bir söhbət aparılmamışdır. Bağlamanın içində narkotik vasitənin olmasından Məhkum1 heç bir xəbəri yoxdur. Digər təqsirləndirilən şəxs Məhkum2 həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsində ifadə verərək göstərmişdir Füzuli rayonuna gedərkən İxtiyarın nə işlə bağlı ora getdiyindən xəbəri olmamışdır. Sevda ilə birlikdə yalnız İxtiyara yol yoldaşı olmuşdur. Dadaş adlı iranlının İxtiyara içərisində narkotik vasitələr aşkar edilmiş bağlamanı nə edəcəyi barədə nə dediyindən məlumatları olmamışdır Odur ki, yuxarıda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsi qərarını ləğv etməklə Məhkum1 aid hissədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iş üzrə cəzaya təsir edə edəcək bütün halları araşdırmamış, məhkəmə tərəfindən ona cəza təyin edilərkən cinayət qanununun cəza təyini haqqında normaları düzgün tətbiq edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, cəzasının azaldılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi P.M.Məmmədov çıxış edərək, kassasiya şikayətini müdafiə etdiyini, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməli oldu ğunu, Məhkum1 azərbaycan dilində yazıb-oxuya bilmədiyini, buna baxmayaraq istintaq zamanı bir çox protokollar tərtib olunarkən mütəxəssisin cəlb edilmədiyini, telefon danışıqlarının həqiqətən Məhkum1 tərəfindən aparılıb-aparılmadığının sübut olunmadığını, digər təqsirləndirilən şəxs Məhkum3 ifadəsində Sevdanın telefonu ilə özünün danışıqlar apardığını qeyd etdiyini, Məhkum1 təqsirliliyinin sübuta yetirilmədiyini bildirib Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarının ləğv edilərək Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum2 çıxış edərək, qeyd edilən maddələrlə verilən heç bir əlaqəsinin olmadığını, sadəcə olaraq şəxsi 200 manat mü qabilində Füzuli rayonuna apardığını, narkotik vasitənin varlığından xəbərinin olmadığını bildirib kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, Məhkum1 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliklərinin cinayət işinin materialları ilə sübuta yetirildiyini, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara ədalətli cəza verildiyini bildirib, cinayət əməllərinin xarakterin i və ictimai təhlükəliliyini nəzərə alınaraq kassasiya şikayətlərinin təmin olunmamasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarının məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Pr osessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum1 müdafiəçisi P.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində məhkumun təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdiril məsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Digər Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində isə məhkəmələr tərəfindən barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız s übutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əm ələ verilən cinayət hüquqi qiymətdir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 verilmiş köməkçi qismində bir nəfər şəxs tərəfindən narkotik vasitələrin, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, həmçinin Məhkum2 verilmiş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşıma ilə bağlı ittiham tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansı na əsaslanılması hökmdə göstərilmişdir. Məhkum1 və Məhkum2 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər müvafiq olaraq Sevda Abbasov barəsində Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 barəsində CM-nin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum1 müdafiəçisi P.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və məhkuma bəraət verilməli olduğu iddia edilir. Belə ki, birinci instansiya məhkəməsində Məhkum1 dindir ilərkən Məhkum3 Məhkum2la narkotik vasitələri götürmək üçün gedərkən şübhələndiyi üçün onlarla birlikdə getdiyini və onların narkotik vasitə götürmək üçün getmələri barədə heç bir məlumatı olmadığını bildirmişdir. Lakin birinci instansiya məhkəməsində tədqiq edilmiş məhkumlar Məhkum3 və Məhkum2 vəkilin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, dindirilmiş şahidlərin ifadələri, baxış və götürmə haqqında istintaq hərəkəti protokolları, cinayət işini materiallarında olan məhkumlardan götürülmüş işlək əziyyətə olan məhkumların onlardan aşkar edilərək götürülmüş müxtəlif növdə narkotik vasitələrin əldə olunub, Azərbaycan Respublikasına keçirməklə satışının təşkil edilməsini, habelə onların əvvəllər də belə əməlləri törətmələrini təstiq edən SMS-lər və telefon danışıqlar ının qeydə alınması barədə məlumatlarların aşkar edildiyi mobil telefonlara baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, maddi sübutlar və sənədlərlə Məhkum2 və Məhkum1 cinayət əməlləri öz təsdiqini tapır. Bundan başqa, apellyasiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iş materialları ilə hazırkı iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərin qabaqcadan razılaşmaqla iki və yaxud daha çox şəxs (qabaqcadan razılaşmaqlla bir qrup şəxs) tərəfindən icra olunması və məhkumlar Məhkum2 və Məhkum1 da həmin şəxslərlə qabaqcadan razılaşmaqla CM-in 206.3.2-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətmələri barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər süb utlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş və məhkumlar, Məhkum2 və Məhkum1 CM-in 206.3.2-ci maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırılmışdır. Beləliklə, Dadaş adı ilə məlum olan İran İslam Respublikası vətəndaşı narkotik vasitələri (CM-in 206.2-ci maddəsinin nəzərdə tutduğu predmeti) gömrük nəzarətindən gizli şəkildə, yəni qaçaqmalçılıq yolu ilə tək şəkildə keçirdiyindən, məhkum olunmuş şəxs Məhkum2 və Məhkum1 da bu əməldə köməkçi qismində iştirak etdiklərindən, məhkum olunmuş şəxslərin birinci instansiya məhkəməsi tərəfindən CM-in 32.5,206.3.2-ci maddəsi ilə tövsif olunmuş əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və onlar həmin maddə ilə təqsirli bilinib cəzalandırılmışdırlar. Qeyd olunanlara əsasən, kasasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, məhkumlar Məhkum2 və Məhkum1 narkotik vasitələri, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməsində köməkçi qismində iştirak etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması hər iki məhkəmə instansiyasında tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur. Məhkumlar Məhkum2 və Məhkum1 onlara hökmlə istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmı ş sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum2 və Məhkum1 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmün də və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkum1 müdafiəçisi P.Məmmədov tərəfindən verilmiş kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olunur. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlillə ri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum1 bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Bundan əlavə məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının bəraətverici əsaslarla ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudları nı cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu n ormalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçilərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəli r ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərinə təsir göstərə biləcək hər hansı bir kobud pozuntu aşkar etməmiş, məhkumlara aid müəyyən olunana i.in faktiki hallarından, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, onların hərəkətlərində Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzər də tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Kassasiya məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə müqayisəli təhlil edib belə qənaətə gəlir ki, apellyasiy a məhkəməsinin gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzər də tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, y əni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzalarını yüngülləşdirən hallar (Məhkum2 himayəsində azyaşlı uşağının olmasını, Məhkum1 h imayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum1 müdafiəçisi Məmmədov Pənah Murad oğlu və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum1 müdafiəçisi Məmmədov Pənah Murad oğlu və Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 may 2022-ci il tarixli qərarı kassasiya şikayətlərinə əsasən məhkumlar Məhkum1 və Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2058/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2058/2022
21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver