Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2058/2024 19.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X6 iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 179.2.3-cü maddəsi ilə təq sirli bilinən X9 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı5 Qəmbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən İ.Fəttahov) 11 aprel 2023-cü il tarixli, 1(046)-01/2023 saylı hökmü ilə, xx xxxxx 1956-cı il tarixdə Göyçay rayonu Ərəbcəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, pensiyaçı, məhkum olunmamış, Göyçay rayonu Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla yaşayan, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 179.2.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 ( bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Məhkum üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, təqsirləndirilən şəxs Məhkum cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum iş üzrə məhkəmə xərci olan 100 manat məbləğində pul tutul araq Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Еkspеrtizаsı Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, Hökmün icrasının Göyçay rayon İcra və Probasiya şöbəsinə tapşırılması hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-11/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı ilə (hakimlər X1 (sədrlik edən və məruzəçi), X10 və X4 ibarət tərkibdə) Dövlət ittihamçısı4 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(046)-01/2023 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-11/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tər əfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: X5 qarşı verilmiş ittihamdan görünür ki, o xx.xx.2000-ci ildən xx.xx.2021-ci ilədək Zərərçəkmiş şəxsndə inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işlədiyi müddətdə, xx.xx.2000-ci il tarixli işə götürülməsi ilə bağlı əmr və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə (xx.xx.2021-ci il tarixli işdən azad olunma əmri) əsasən, tədris müəssisəsinin əmlakının uçotonu və inventarlaşdırılmasmı təşkil etmək, qiymətli malların və materialların qorunub saxlanmasını təmin et mək vəzifələrinə malik tam maddi məsul şəxs olduğu halda, Zərərçəkmiş şəxsndə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək aparılan liseyin xx.xx.2017- xx.xx.2020-ci il tarixədək olan dövr ərzində maliyyə təsərrüfat fəaliyyətinin yoxlanması zamanı yerində olmaması müəyyən edilmiş Zərərçəkmiş şəxs balansında və özünün öhdəsində olan 14 ədəd 240x105 sm ölçüdə hər birinin qiyməti 154,76 manat olmaqla ümumilikdə 2166,64 manat (iki min yüz altmış altı manat altmış dörd qəpik) dəyərində təbaşirli lövhəni 2020-ci ilin iyul ayının istintaqa məlum olmayan günündə tamah məqsədilə və vahid niyyətlə idarə etdiyi “VAZ-2107” markalı **LR-*** dövlət nömrə nişanlı avtomobillə 2 dəfəyə olmaqla liseyin həyətyanı s ahəsində olan anbardan götürərək, yaşadığı Göyçay rayonu, Ərəbcəbirli kəndində yerləşən fərdi yaşayış evinə aparıb evin birinci mərtəbəsində yerləşən otağa döşəmə kimi vurmaqla öz şəxsi məqsədləri üçün istifadə edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X8 Peşə Liseyinin əmlakını mənimsəyərək talamaqda təqsirləndirilir. Bundan başqa, X9 təkrarən inzibati təsərrüfat işləri üzrə direktor müavini işlədiyi müddətdə, yəni 2017-ci ildə Zərərçəkmiş şəxsndə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş xx.xx.2017-ci il tarixli yoxlama aktına əsasən yerində olan, lakin, Zərərçəkmiş şəxsndə Azərbaycan Respublikası Maliyyə Nazirliyi nin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan liseyin xx.xx.2017xx.xx.2020-ci il tarixədək olan dövr ərzində maliyyə təsərrüfat fəaliyyətinin yoxlanması zamanı yerində olmaması müəyyən edilmiş Zərərçəkmiş şəxs balansında və özünün öhdəsində olan 1888,50 manat (min səkkiz yüz səksən səkkiz manat əlli qəpik) dəyərində liseyə 2012-ci ildə alınmış “ACER” markalı 3 ədəd kompüteri, liseyə 2012-ci il alınmış 3097,50 manat (üç min doxsan yeddi manat 50 qəpik) dəyərində “SONY” markalı 5 ədəd kompüteri və liseyə 2014-cü ildə alınmış 618.32 manat (altı yüz on səkkiz manat otuz iki qəpik) dəyərində “HP” markalı 1 ədəd kompüteri balansda olan kompüterlərin guya saya uyğun yerində olması kimi göstərmək üçün, Zərərçəkmiş şəxsndə müəllim işl əyən X2 məxsus “Kür” markalı, həmçinin istintaqa məlum olmayan mənbədən əldə etdiyi “HannsQ”, “Benq”, “Toshiba”, markalı yararsız və qiymətsiz, həmçinin yararlı olsa da liseyin balansında olmayan “LG” markalı eyni sayda kompüterlərlə əvəz etməklə, habelə, liseyin balansında və maddi məsul şəxs kimi öhdəsində olan 23,60 manat (iyirmi üç manat altmış qəpik) dəyərində 1 ədəd kompüter üçün qulaqcığın qorunub saxlanılmasını təmin etməli olduğu halda etməməklə, 2017-ci ilin mart ayından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində istintaq tərəfindən dəqiq günü müəyyən edilməmiş vaxtda ümumilikdə 5627,96 manat (beş min altı yüz iyirmi yeddi manat doxsan altı qəpik) dəyərində qiymətli inventarları öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Azərbaycan Respublikası Təhsil Nazirli yi yanında Peşə Təhsili üzrə X8 Peşə Liseyinin əmlakını mənimsəyərək talamaqda təqsirləndirilir. Bundan başqa Məhkum təkrarən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək inzibati təsərrüfat işləri üzrə direktor müavini işlədiyi, həmçinin xx.xx.2021-ci il tarixədək həmin inventarları təhvil-təslim etmədiyi və həmin inventarlar öhdəsində olduğu müddət ərzində onunla aparılan təhvil-təslimlə bağlı xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə aparılan yoxlama zamanı yerində olmaması müəyyən edilmiş, lakin Zərərçəkmiş şəxsndə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılan liseyin xx.xx.2017-xx.xx.2020-ci il tarixədək olan dövr ərzində maliyyə təsərrüfat fəaliyyətinin yoxlanması zamanı yeri ndə olan 1 ədəd qiyməti 400 manat olan çap qurğusunu, 1 ədəd qiyməti 200 (iki yüz) manat olan surətçıxarma qurğusunu, 1 ədəd qiyməti 800 (səkkiz yüz) manat olan interaktiv qurğunu, 4 ədəd hər birinin qiyməti 30 manat olan 120 manat (yüz iyirmi) dəyərində burğu aləti və başlığını, 1 ədəd qiyməti 40 (qırx) manat olan deşmə aləti və burğunu, 11 ədəd hər birinin qiyməti 30 manat olan 330 (üz yüz otuz) manat dəyərində “Şafaq” markalı çilingər məngənəsini, 1 ədəd qiyməti 60 (altmış) manat olan qatlanan pilləkanı, 8 ədəd hər birinin qiyməti 30 manat olan 240 (iki yüz qırx) manat dəyərində alət dəstini, 2 ədəd hər birinin qiyməti 20 manat olan 40 (qırx) manat dəyərində arabanı, 2 ədəd hər birinin qiyməti 20 manat olan 40 (qırx) manat dəyərində təzyiqölçəni, 2 ədəd hər birinin qiyməti 150 manat ola n 300 (üç yüz) manat dəyərində xarrat verstakı, 3 ədəd hər birinin qiyməti 15 manat olan 45 (qırx beş) manat dəyərində “İngco” markalı açar dəstini, 2 ədəd hər birinin qiyməti 150 manat olan 300 (üç yüz) manat dəyərində “HP” markalı lazer jet printeri, 1 ədəd 20 (iyirmi) manat dəyərində stanoku, 1 ədəd 50 (əlli) manat dəyərində KTDS kran.tromu, 1 ədəd 15 (on beş) manat dəyərində Printer Canon 3010-nu, 1 ədəd 80 (səksən) manat dəyərində diyircəkli mişarı, 1 ədəd 40 (qırx) manat dəyərində burğu ilə birlikdə deşmə alətini, 3 ədəd hər birinin qiyməti 10 manat olan 30 (otuz) manat dəyərində 2350vt “Royce” markalı elektrik mişarı, 1 ədəd qiyməti 10 (on) manat olan batareya ilə işləyən direli, 1 ədəd 10 (on) manat dəyərində tozsoranı, 3 ədəd hər birinin qiyməti 10 manat olan 30 (otuz) manat dəyər ində “laqonda”- nı ümumilikdə balans dəyəri 3230 ( üç min iki yüz iyirmi) manat olan qiymətli inventarların qorunub saxlanılmasını təmin etməli olduğu halda etməməklə, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə X8 Peşə Liseyinin əmlakını mənimsəyərək talamışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə yuxarıda göstərilən hallara heç bir münasibət bildirmədən, sübutları müqayisə etmədən, ziddiyyətlərin aradan qaldırılması üçün heç bir tədbir görmədən ikinci epizod üzrə mötəbər sübutların olmadığı qənaətinə gəlmişdir. Məhkəmə, Məhkum elan edilmiş ittihamın üçüncü epizodu üzrə onun təqsirliliyinə dair mötəbər sübutların mövcud olmadığı, ittihamın ehtimal lara əsaslandığı nəticəsinə gəlmişdir. Məhkəmə gəldiyi həmin nəticəni onunla əsaslandırmağa çalışmışdır ki, Məhkum yaşı ilə bağlı xx.xx.2021-ci ildə işdən azad edildikdən sonra, liseyin sabiq direktoru Şahid1 tərəfindən, sonradan da direktorun vəzifələrini icra edən Nümayəndə2 tərəfindən vaxtında təhvil- təslim işləri aparılmamış,Nümayəndə2 tərəfindən təhvil-təslim İşləri yalnız 2021-ci ilin avqust ayında aparılmışdır. Həmin müddətdə liseyin balansında olan və ittihamın üçüncü epizodunda qeyd edilən digər əşya, aparat, avadanlıqların saxlandığı anbarın açarı Məhkum olsa da onun işdən azad edilməsi ilə liseylə onun arasında olan əmək münasibətlərinə xitam verilmiş, bu halda ona etibar edilmiş əmlakın çatışmazlığının aşkar edilməsi hər bir halda etibar olunmuş əmlakın mənimsənilməsi kimi q iymətləndirilə bilməz. Lakin bu nəticəyə gələrkən məhkəmə üçüncü epizod üzrə cinayət hadisəsinin olmasına əhəmiyyət verməmiş, yalnız həmin epizodda təqsirləndirilən şəxsə elan olunmuş ittiham üzrə əməlin düzgün tövsif edilməməsinə, yəni hadisənin baş verdiyi vaxtda maddi məsul şəxs olmadığı üçün Məhkum tərəfindən qulluq mövqeyindən istifadə edilməklə mənimsəmə cinayətinin törədilmədiyinə istinad etməklə, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermədən onun barəsində həmin bəndi də ittihamdan xaric etmişdir. İş materiallarına əlavə edilmiş, Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru ilə Məhkum arasında bağlanmış Əmək müqaviləsinin 1.2 və 3.1.3-cü bəndlərinə əsasən Məhkum Zərərçəkmiş şəxs inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilməklə onun əmək funksiyasına tədris müəssisəsinin qiymətli mallarının və materiallarının qorunub saxlanmasının təmin edilməsi aiddir və bununla da eyni işçinin 3 gün ərzində, öhdəsində olmuş və başqasına təhvil verilməmiş əmlakın yenidən eyni vəzifəyə təyin edilərkən öz-özünə təhvil verilməsi əhəmiyyətsiz hesab edilir. Məhkum həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı ifadə verərək xx.xx.2021-ci ildən işdən azad olunduqdan sonra 2021-ci ilin avqust ayınadək liseyə məxsus inventarların saxlandığı anbarın açarının yalnız onda olduğunu, başqa heç kimdə açar olmadığını, həmçinin təhvil-təslim aparılanadək liseyə gedib-gəldiyini, lakin təhviltəslim edilənədək anbarda hər hansı çatışmazlıq olub-olmaması barədə heç kimə məlumat vermədiyini göstərmişdir. İttihamın üçüncü epizodunda göstərilən və Zərərçəkmiş şəxs balansında olan inventarların saxlandığı anbarın açarlarının Məhkum xx.xx.2021-ci il tarixdə liseyin inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsindən azad edildikdən sonra 2021 -ci ilin avqust ayınadək olan müddət ərzində də yalnız sonuncuda olması, həmin müddətdə anbarda olan əmlakların saxlanmasının Məhkum etibar edilməsi iş üzrə digər şahid ifadələri itə də təsdiq edilmişdir. Nəticədə məhkəmə ittihamın sübuta yetirilməsi üçün kifayət edən sübutlar məcmusuna əhəmiyyət verməmiş və cinayət işi üzrə yanlış nəticəyə gəlmişdir. Məhkəmə Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə istinad edərək həmin faktı işçiyə saxlanmaq və başqa məqsədlər üçün verilmiş əmlakın salamatlığının təmin edilməsi ilə bağlı münasibət kimi təqdim etməyə çalışmışdır. Halbuki, top lanmış təkzibedilməz sübutlarla müəyyən olunur ki, Məhkum qorunub saxlanmalı olan inventarları qulluq mövqeyindən istifadə etməklə talamışdır. Məhkəmə isə talama faktının mövcudluğunu qiymətləndirmək əvəzinə, işin hallarına heç bir aidiyyəti olmadan əmlakın salamatlığın təmin edilməsi üzrə işçinin vəzifəsini müəyyən edən Əmək Məcəlləsinin normasına istinad etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və qərarın ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə yeni baxışa qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, işdə iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyas ı məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəll ənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı protestdə məhkum F.Ş.Qədirlinin törətdiyi cinayət əməlinin düzgün tövsif edilmədiyini mübahisələndirir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya protestinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikas ı Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mə nəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dəri ndən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublika sı CM-in 179-cu maddəsində: 179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.2. Eyni əməllər: 179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 179.2.2. təkrar törədildikdə; 179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə; dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıq dan məhrum etmə ilə cəzalandırılır. 179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 179.3.2. külli miqdarda törədildikdə; beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 179.4. Bu Məcəllənin 179.1—179.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan m əsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi X3 Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzg ün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq X3 cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, onun təqsirli olması cinayət işi üzrə Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, X3 Cinayət Məcəlləsinin 179.2.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyas iya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Təqsirləndirilən şəxsin ona həmin qərarla istinad edilən CM-in 179.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində qeyd edilən arqumentlər, yəni F.Ş.Qədirlinin əsassız olaraq CM-in 179.2.2 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kolleg iyası hesab edir ki, bu cinayət işində əsassız olaraq CM-in 179.2.2 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə göstərilən əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyası nın 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edi ldikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cina yət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Pl enumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi q iymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı məhkəmələrin qərarlarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən X3 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, dövlət ittihamçısının bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıd ır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Odur ki, kassasiya protestinin bu dəlillərinin heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, X3 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 fevral 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlill ər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-11/2024 saylı, 27 fevral 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-2058/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2058/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver