Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2059/2025 05.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Cəfərov İlqar Xanlar oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 yanvar tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X25 (sədrlik edən), Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 2021-ci il 16 dekabr tarixli, 1(101)-1418/2021 nömrəli hökmü ilə, xx xxxxxxx 1989-cu il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri i lə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıq məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Bakı şəhəri, Binəqədi rayonu, mədən 1, korpus 47də qeydiyyatda olan, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cazasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.1, 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə təqsirli bilinib, 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəza sının hazırki hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə ona 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 yanvar 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, barəsində xüsusi müsadirə tətbiq edilməməsi, Zərərçəkmiş şəxs mülki iddiasının qismən təmin edilməsi və 191950 manat (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində pulun Məhkum2 və Məhkum1 tutularaq Vüsal Atayevaya ödənilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri veri lmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər Z.A.Şirinov (sədrlik edən), Z.B.Babayev və İ.A.İbrahimlidən ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli, 1(103)557/2022 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkumların müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Məhkum1 və X5 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin vəkili tərəfin dən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən), X17 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli, 1(102)-1606/2022 nömrəli qərarı ilə kassasiya protesti və kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(103)557/2022 nömrəli hökmü kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən), X22 və X10 ibarət tərkibdə) 2023-cü il 6 iyul tarixli, 1(103)-937/2023 nömrəli hökmü ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, X8 və Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1418/2021 saylı, 16 dekabr 2021-ci il tarixli hökmü məhkum olunmuş şəxslər Məhkum2 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, Məhkum1 CM-in 178.3.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bəraət verilmiş, Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınmış, Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə əməldə cinayət tərkibi olmaması əsası ilə bə raət verilmiş, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 may 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdiyinə görə həbsdən azad edilməmiş, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs istintaqa könüllü olaraq təqdim etdiyi 15 ədəd səs yazısı olan 01 ədəd disk, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli BKC/LGL-7721/21 nömrəli, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 9754 nömrəli, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli AZF/LGL14142/21 nömrəli məktublarına əlavə edilmiş 03 ədəd disklər cinayət işinin materiallarında saxlanılmış, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs X8 və Məhkum2 qarşı pul tələbinə dair mülki iddiası baxılmamış saxlanılmış, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianı sonradan mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, Məhkum1 və Məhkum2 pozulmuş hesab etdikləri hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 iyul 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti və Zərərçəkmiş şəxs və onun nümayəndəsi X14 tərəfindən birgə kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiy asının (X3 (sədrlik edən), X23 və X1 ibarət tərkibdə) 1(102)-350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 kassasiya protesti və Zərərçəkmiş şəxs və nümayəndəsi Müdafiəçi8 birgə verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 06 iyul 2023-cü il tarixli 1(103)-937/2023 nömrəli hökmünün ləğv edilməsi, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X24 və X12 ibarət tərkibdə) 2025-ci il 10 yanvar tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 1(101)-1418/2021 nömrəli hökmü Məhkum1 aid hissədə dəyişdirilmiş, hökmlə təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cazasından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 15 noyabr 2020-ci il tarixdən 17 noyabr 2020-ci il tarixədək «şübhəli şəxs» qismində saxlanıldığı 2 gün müddət, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddət cəza müddətinə hesablanıb çıxılaraq onun üzərində qəti olaraq 6 (altı) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ape llyasiya Məhkəməsinin Cinayət 2025-ci il 10 yanvar tarixli qərarından məhkumların müdafiəçiləri tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 5 noyabr tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum2 məhkəməyə yazılı ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında sədrlik edən bildirmişdir ki, bundan əvvəlki məhkəmə prosesində Məhkum1 çıxış edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsini xahiş etmiş və məhkumun xahişi təmin edilmişdir. Hal-hazırda digər Məhkum2 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı Cəz açəkmə Müəssisəsindən ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin geri götürüməsini xahiş etmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə Məhkum2 ərizəsini nəzərə alaraq, dövlət ittihamçısının və zərərçəkmiş şəxsin bu məsələyə münasibətini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yax ud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kassasiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Cinayət-Prosessual QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 10 yanvar tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2059/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2059/2025
05.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver