Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-206/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarındanMəhkum tərəf indən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.V.Tanrıverdiyev) Məhkum (xx xxxxxx 1983-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, əvvəllər Abşeron Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2500 manat miqdarında cərimə cəzasına, Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 3000 manat miqdarında cərimə cəzasına məhkum olunmuş, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli hökmü ilə Məhkum təyin edilmiş 3000 (üç min) manat məbləğində cərimə cəzası hazırki hökmlə təyin edilmş cəza ilə tam toplanılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 (üç min) manat məbləğində cərimə cəzası saxlanılmış, cərimə cəzasının müstəqil icra olunması, Məhkum azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 24 noyabr 2018-ci il tarixdən hesablanması qər ara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Ə.İ.Qasımov, hakimlər Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavəsi təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 mart 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişlər. İşin halları: Hökmə əsasən Məhkum özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 2018-ci ilin sentyabr ayının axırlarından 13 noyabr 2018-ci il saat 20 radələrinə qədər olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus ünvan5in 1-ci mərtəbəsinin yataq otağını n plastik pəncərəsinin qarşısına quraşdırılmış dəmir barmaqlığı qopardıqdan sonra plastik pəncərəni küt alətlə açıb evə qanunsuz daxıl olaraq, həmin evin 2-ci mərtəbəsinin yataq otağında paltar şkafının içində olan 2000 manat dəyərində qara və ağ rəngli dəridən olan qadın plaşını, 10 manat dəyərində 5 ədəd kişi alt tumanını, bir ədədinin qiyməti 15 manat olan 8 ədəd kişi qısaqol idman maykasını, həmin yataq otağında çarpayının üzərindən 200 manat dəyərində 2 ədəd yorğanı, 60 manat dəyərində iki ədəd yastıq üzünü, paltar şkafının içində olan ümumi qiyməti 50 manat dəyərində müxtəlif çeşidli qadın və kişi alt paltarlarını, həmin 2-ci mərtəbədə olan digər qonaq otağından 2010-cu ildə 3800 manata alınmış 109 ekranlı SONY markalı, Braviya seriyalı plazma televizoru, 100 manat dəyərində 1 ədəd " Veuve Cliequot" firmasına aid, 750 ml-lıq şampanı, 150 manat dəyərində 1 ədəd "HENNSY XO" markalı konyakı, 80 manat dəyərində hədiyyəlik qutunun içində olan 2 (iki) ədəd "Türk rakısı"nı, qiymətləri və markası istintaqa məlum olmayan 300 manat dəyərində 6 ədəd araq və viskiləri, 2-ci mərtəbədə qonaq otağında güzgülü şkafın altında olan 200 manat dəyərində bir ədəd “Samuray” adlı, 80 sm. uzunluğunda suvenir qılıncı, 200 manat dəyərində, 60 sm. uzunluğunda, üzəri naxışlı olan, düz formalı “Samuray” adlanan suvenir qılıncı, həmin qonaq otağında televizor şkafının alt gözündə olan 30 manat dəyərində Rusiya istehsalı, ağ rəngli elektrik tənzimləyici qurğunu (“stablizatoru”), 2-ci mərtəbədə yataq otağında çarpayının üzərində olan 60 manat dəyərində 2 dəst yataq dəstini, həmin evin 1-ci mərtəbəsin in dəhlizindən 400 manat dəyərində elektrik və su ilə işləyən ayaq massaj aparatını, həyətyanı sahədə olan 400 manat dəyərində 8 atmosfer təzyiq yaradan, İspaniya istehsalı olan “JİSPA” markalı su matorunu gizli talamaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 8160 manat - xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məsuliyyətini yüngülləşdirən halları nəzərə almadan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, hökmlərin məcmusu üzrə isə 2 il 6 ay azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzalarına məhkum edilməsi barədə qeyri-humanist və ədalətsiz hökm çı xardığı halda, apellyasiya instansiyası məhkəməsi hökmdən onun tərəfindən verilmış apellyasiya şikayətini əsassız olaraq təmin etməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının dəyişdirilməsinə dair ədalətli və humanist qərarın çıxarılmasını, yəni faktiki olaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən cəz a təyin edilərkən və apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işinə baxılarkən ədalətsizliyə və qeyri-humanistliyə yol verildiyini, yəni məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, ona təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu mü raciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cinayət Məcəlləsinin 9-cu maddəsində isə təsbit olunmuşdur ki, “Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir”. CM-in 9.2-ci maddəsinə görə “cinayət törətmiş şəxsə tətbi q edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin i slah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (CM, maddə 58.3). Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tut duğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, məhkumun ona həddindən artıq ağır, ədalətsiz və qeyri-humanist cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Çünki, birinci instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasını, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən - hökmlərin məcmusu üzrə isə 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat miqdarında cərimə cəzalarını təyin etməklə baxılan işdə cəzanı ağırlaşdıran hallarla yanaşı Məhkum cəzasını yüngülləşdirən halların da müəyyən edilmədiyini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti (xüsusilə də Məhkum əvvəllər də oğurluq cinayətlərini törətdiyinə görə Abşeron Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2500 manat miqdarında, Sabunçu Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli hökmü ilə CM-in 66.5-ci maddəsinə əsasən qəti olaraq 3000 manat miqdarında cərimə cəzalarına məhkum edilməsi, lakin bundan nəticə çıxarmayıb yenidən oğuluq cinayətini törətməsi), cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, cəzanın digər mə qsədləri ilə birlikdə götürməklə nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinin tələblərinə cavab verən və müvafiq olaraq da CM-in 9-cu maddəsində nəzərdə tutulmuş humanizm prinsipi ilə uzlaşan cəza təyin etmişdir. Məhkum apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da Məhkum cəzasının yüngülləşdirilməsi üçün əsas tapmamışdır. Kassasiya şikayətində göstərilənlər birinci və apellyasiya instansiyası məhkəmələrinin qənaətlərini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərdən keçirilmiş halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymə tləndirmək üçün əsas görmür. Bu səbəblərdən, məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişlər. Qeyd olunanlar Məhkum kassasiya şikayətinə baxılması nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0, o cümlədən 416.0.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab e dir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 may 2019-cu tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 24 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-206/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-206/2020
22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver