Məhkəmə qərarları › İş №1(102)-206/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-206/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-206/2023 01.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə 12 mart 1982-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1 Qədir oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim A.Ə.Rzayev) X16 - Azərbaycan Respublikasının CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, CM-in 73-1.2-ci maddəsinin tələbinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və cinayət işi üzrə icraata xitam verilməsi, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilə n şəxs (mülki cavabdeh) X11 qarşı “pul tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli hökmü ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), Z.A.Şirinov və İ.A.İbrahimli) apellyasiya protesti təmin edilməmiş, X12n Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək cinayət işi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, ləğv edilmiş, X11 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirl iliyin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) X1 (mülki cavabdeh) X11 qarşı “pul tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilmişdir. İşin halları: İstintaq orqanı tərəfindən X11 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin yekun qərarına əsasən isə, o, həmin maddə ilə təqsirli bilinmişdir ona görə ki, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Bəraət almış şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, X8 məxsus “ Hyundai Accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Sumqayıt şəhər İcra Probasiya Şöbəsi tərəfindən həbs qoyulmasından xəbərdar olaraq, qəsdən həmin avtomobili 6.000 manat məbləğində Zərərçəkmiş şəxs satacağına vəd verib aldadaraq inandırmış, bu məqsədlə 2019-cu ilin iyul ayının sonlarında ünvan 2 ünvanında 300 manat, həmin gün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən bankomat vasitəsilə bank kartına köçürülmüş 200 manat pulu, təxminən bir həftə sonra Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Təzə bazar” adlanan yerin yaxınlığında X9 vasitəsilə 2.000 manat, daha sonra avtomobilin cərimələri üçün 310 manat, avtomobilin təmir xərcləri üçün 300 manat və 03 avqust 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., Mir Cəlal küçəsində y erləşən 32 saylı notariat kontorunun inzibati binasında 3.500 manat məbləğində pulun müqabilində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, X2 məxsus “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs adından X19 etibarnamə verdirməklə sonuncuya 2.800 manata sataraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6.610 manat məbləğində əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, sonuncuya xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur k i, apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən gəlinən nəticə əsassız olmuşdur. Belə ki, məhkəmə belə bir yanlış nəticəyə gəlmişdir ki, X16 ilə Zərərçəkmiş şəxs arasında müqavilə öhdəliyindən irəli gələn mülki xarakterli münasibətlər mövcud olmuş, Bəraət almış şəxs etibarnamə ilə idarə etdiyi avtomobili üzərində əlavə pul almaq şərti ilə qarşılıqlı razılıqlarına əsasən zərərçəkmiş şəxsin idarə etdiyi avtomobillə dəyişdirərkən etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsi aldatmaqla onun idarə etdiyi avtomobili, yaxud üzərində verdiyi pulunu ələ keçirilməyə hər hansı təşəbbüs göstərməsi, özünün idarə etdiyi avtomobil daha təzə olduğu halda, zərərçəkmiş şəxsin idarə etdi yi həmin köhnə avtomobili, yaxud üzərində verdiyi pulu əvvəlcədən əvəzsiz olaraq ələ keçirmək niyyətində olması kimi hallar mövcud olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, Bəraət almış şəxsun aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirməsi cinayət işinin istintaq materialları ilə tam təsdiq olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində qeyd edilir ki, Bəraət almış şəxsun əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bən dinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, X12n cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış və bu nəticəyə gələrkən məhkəmə işin halları ilə yanaşı həmçinin maddi və prosessual qanunun normalarında əks etdirilmiş tələbləri kifayət qədər nəzərə almamışdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclaslarında araşdırılmış sübutlar X16 barəsində bəraət hökmünün çıxarılması üçün kifayət etməmiş, məhkəmənin gəldiyi nəticələr tədqiq edilmiş sübutlara əsaslanmamışdır. İş materialla rından görünür ki, birinci instansiya məhkəməsi X12 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək, CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edərək, cinayət işi üzrə icraata xitam verərkən, həmçinin, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs (mülki cavabdeh) X11 qarşı “pul tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilməsi barədə qərar qəbul edərkən aşağıda sadalanan sübutlara əsaslanmışdır: - Təqsirləndirilən şəxs Bəraət almış şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, Zərərçəkmiş şəxs “Toyota Corolla” markalı, Az **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirdi. 2019-cu ilin iyul ayında Zərərçəkmiş şəxs ona yaxınlaşaraq, özünün idarə etdiyi “Toyota Corolla” markalı avtomobilin köhnə olduğunu və onun idarə etdiyi “Hyundai Accent” markalı, AZ **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilini almaq fikrində olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onun idarə etdiyi həmin “Hyundai” markalı avtomobilin əvəzində öz idarə etdiyi “Toyota” markalı avtomobili verəcəyi halda, avtomobildən əlavə hansı məbləğdə pul verilməsi lazım olacağını soruşmuş, həmin zaman zərərçəkmiş şəxsə cavab olaraq, idarə etdiyi “Toyota” markalı avtomobili 3.500 manata qiymətləndirdiyini və əlavə 3.500 manat pul verəcəyi halda, “Hyundai” markalı avtomobilini verə biləcəyini bildirmişdir. Qarşılıqlı razılıqdan sonra, 2019-cu ilin iyul ayının sonlarında Zərərçəkmiş şəxs anası Şahid2 vasitəsilə ona 300 manat pul göndərmiş, həmin gün Zərərçəkmiş şəxs öz əmək haqqı kartından ona məxsus karta 200 manat pul köçürmüşdür. Təxminən bir həftə sonra Zərərçəkmiş şəxsnin dostu X17 ilə Abşeron rayonu, Xırdalan şəhəri, “Təzə bazar”ın yanında yerləşən bankomatın yaxınlığında görüşmüş, zərərçəkmiş şəxsnin adından ona 2.000 manat pul vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs qalan 1.000 manat məbləğdə pulu 1-2 ay ərzində ödəyəcəyini bildirdikdə onunla razılaşmışdır. 03 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə Binəqədi rayonu ərazisində yerləşən 32 saylı Notariat kontorunda görüşmüş, orada Zərərçəkmiş şəxsyə “Hyundai Accent” markalı, Az**-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə vermiş, həmçinin Zərərçəkmiş şəxsdən idarə etdiyi “Toyota Corolla” markalı, Az**-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə X13 adı na verilmişdir. Belə ki, həmin avtomobili X13 adlı müştəriyə satacaqdı. Bundan bir ay sonra eşitmişdir ki, Zərərçəkmiş şəxs ondan götürdüyü avtomobili Sumqayıt şəhərində duracağa təhvil vermişdir. Zərərçəkmiş şəxsdən aldığı avtomobili 2.800 manata satmış, “Hyundai Accent” markalı, Az**-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili alarkən həmin zaman avtomobilin üzərində həbs olması barədə əvvəlcədən məlumatı olmuşdur. - Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X12 uşaq vaxtından tanımış. Bəraət almış şəxsu avtomobil alverçisi kimi tanımış. O, “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. 2019-cu ilin iyul ayında Bəraət lmış şəxs ona “Toyota Corolla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomo bilinin köhnə olmasını bildirirək öz idarə etdiyi “Hundai Accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə dəyişməyi təklif etmiş və əlavə olaraq 3.500 manat verməli olduğunu bildirmişdir. Bəraət almış şəxs onun “Toyota Corolla” markalı avtomobilinin dəyərinin 3.500 manat olduğunu və əlavə olaraq ona 3.500 manat verilməli olduğunu bildirmişdir. Bəraət almış şəxslə razılaşdıqdan sonra 2019-cu ilin iyul ayının sonlarında anası Şahid2 300 manat pulu Bəraət almış şəxsin evinə aparıb verməsini demiş və anası Şahid2 300 manat pulu Bəraət almış şəxsin qardaşı arvadı X14 vermişdir. Həmin gün də öz əmək haqqı kartından 200 manat pulu Bəraət almış şəxsun kartına göndərmişdir. Təxminən 1 həftə keçdikdən sonra dostu X13 yaşadığı evə gedərək evdə ona məxsus “Nikoil” banka məxsus kartı götürüb həmin kartda olan 2.000 manat pulu çıxarıb Bəraət almış şəxslə görüşüb ona verməsini bildirmiş və zərərçəkmiş şəxs də onun yaşadığı evə gedib həmin kartı götürüb, kartdan 2.000 manat pulu çıxarıb Abşeron rayonu, Xırdalan şəhəri, Təzə bazarın yanında yerləşən bankomatın yaxınlığında Bəraət almış şəxslə görüşüb 2.000 manat pulu Bəraət almış şəxsə vermişdir. Bəraət almış şəxslə qalan 1.000 manat pulu isə təxminən 1-2 aydan sonra verməyə razılaşmışdır. Sonradan Bəraət almış şəxs ona demişdir ki, avtomobilin cərimələri və nasazlığı var. Bundan sonra həmin avtomobilin 310 manat cərimələrini ödəmiş və 300 manat da avtomobilin təmirinə xərcləmişdir. 03 avqust 2019-cu il tarixdə Bəraət almış şəxslə Binəqədi rayonu ərazisində yerləşən 32 saylı notariat kontorunda görüşmüş, orada Bəraət alm ış şəxs ona baş etibarnamə vermişdir. Özü isə Bəraət almış şəxslə birlikdə gələn adını bilmədiyi şəxsə etibarnamə vermişdir. Notariat kontorunda olan zaman ona məxsus avtomobilin həbsinin olduğunu bildirmişlər. Bundan başqa əvvəldən Bəraət almış şəxsə özünə məxsus avtomobilin həbsinin olduğunu dediyinə görə Bəraət almış şəxs də ona məxsus avtomobilin həbsinin olmasından məlumatı olduğunu bildirmişdir. Notariat kontorunda bununla bağlı ərizə yazılmasını bildirdiklərinə görə Bəraət almış şəxslə birlikdə gələn, adını bilmədiyi şəxs ərizə yazmışdır. Sənədləşdirməni qurtardıqdan sonra notariat kontorundan çıxıb getmişlər. 05 avqust 2019-cu il tarixdə Bəraət almış şəxsdan aldığı Hundai Accent markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili öz adına sənədləşdirmə üçün AR DİN BDYPİ-nə getmi ş, orada sənədləri təqdim etdikdə ona bildirmişlər ki, avtomobilin üzərində həbs var. Bəraət almış şəxsə zəng vurub ona bu barədə bildirdikdə sonuncu ona avtomobilinin üzərinə həbs qoyulmasından əvvəlcədən məlumatının olmadığını, Sumqayıt məhkəmə icra şöbəsi ilə həll edəcəyini bildirmişdir. Bundan sonra, o, Sumqayıt Şəhər Məhkəməsinin icra şöbəsinə getmiş, orada ona bildirmişlər ki, Bəraət almış şəxsin ona satdığı “Hundai Accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6 306.000 manat borcu olduğundan Sumqayıt Şəhər Məhkəməsi tərəfindən avtomobilin üzərinə həbs qoyulmuşdur. Səhəri gün 06 avqust 2019cu il tarixdə “Hundai Accent” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhər İcra Şöbəsinə getmiş, orada ona heç bir köməklik edə bilməyəcəyini de yərək avtomobili ondan almışlar. Bəraət almış şəxsə zəng vurub nə üçün onu aldatdığını, pulunu və ona məxsus “Toyota Corlla” markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili geri qaytarmamasını bildirdikdə, Bəraət almış şəxs pulunun olmadığını və avtomobili də satdığını demişdir. - Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X16 onun qonşusu, Zərərçəkmiş şəxs isə onun doğma oğludur. 2019cu ilin avqust ayının əvvəllərində oğlu Zərərçəkmiş şəxs ona bildirmişdir ki, qonşusu Bəraət almış şəxslə razılaşmışlar ki, o, Bəraət almış şəxsin idarə etdiyi “Hundai Accent” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobili götürüb əvəzinə Bəraət almış şəxsə özü idarə etdiyi “Toyota Corolla” markalı avtomobili və üstündə 3.500 manat pul versin. xx.xx.20 19-cu il tarixdə oğlu Zərərçəkmiş şəxs ona avtomobillərə etibarnamə almağa gedəcəklərini bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhəri 32 saylı notariat kontoruna getmiş, orada Bəraət almış şəxs özü idarə etdiyi “Hundai Accent” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobil üçün Zərərçəkmiş şəxsyə etibarnamə vermiş, eyni zamanda özü də adına olan “Toyota Corolla” markalı avtomobil üçün adını bilmədiyi şəxsə etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə “Hundai Accent” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobillə Binəqədi rayon ərazisindəki BDYPİ-nə getmiş, orada avtomobili öz adlarına sənədləşdirmək istəyən zaman məlum olmuşdur ki, həmin avtomobil axtarışdadır və Sumqayıt İcra Şöbəsi tərəfindən üzərinə həbs qoyulmuşdur. xx.xx.2019-cu i l tarixdə Zərərçəkmiş şəxs ilə birlikdə Sumqayıt İcra Şöbəsinə getmiş, orada icra şöbəsinin əməkdaşı X15 adlı şəxs həmin avtomobilin üzərinə Sumqayıt şəhər Məhkəməsi tərəfindən həbs qoyulması barədə qərardad çıxarıldığını bildirmişdir. Bundan sonra X15 onlara necə köməklik edə biləcəyini bildirdikdə sonuncu avtomobilin sahibinin telefon nömrəsini verə biləcəyini deyib onunla əlaqə saxlamağı məsləhət görmüşdür. Həmin günü avtomobili İcra Şöbəsinin həyətində saxlamışlar, bu barədə də X15 adlı əməkdaş tərəfindən akt tərtib edilmişdir. İki gün sonra X15in verdiyi nömrəyə zəng vurmuş, lakin nömrənin sahibi ilə danışa bilməmiş və sonradan məlum olmuşdur ki, həmin şəxs Rusiya Federasiyasındadır. Bundan sonra, X15 ona həmin şəxsin qardaşının mobil nömrəsini vermiş və həmin şəxslə telefon əlaqəsi saxlayan zaman sonuncu bildirmişdir ki, X15 onların başına oyun açıbdır, avtomobili götürə bilməyiblər, ona bu barədə heç bir məlumat verilməyibdir. xx.xx.2019-cu il tarixdə oğlu Zərərçəkmiş şəxsnin adına həmin avtomobilə görə cərimə gəlmiş, cərimədən sonra DYPİ-nin qaynar xəttinə zəng vurub məlumat vermiş və ona məlum olmuşdur ki, avtomobil Bakı-Qazax yolunda radara düşmüşdür. Bundan sonra X15ə zəng vurub bu barədə məlumat vermiş, sonuncu ona demişdir ki, “narahat olmayın, cəriməni biz ödəyəcəyik”. Sonradan oğlu Zərərçəkmiş şəxs Bəraət almış şəxsdən pulunu geri istəsə də, sonuncu bu günə qədər pulu və avtomobili geri qaytarmamışdır. - Şahid5 ifadəsində göstərmişdir ki, X10 Sumqayıt şəhər sakini kimi tanıyır. X12 isə əvvəllər tanımamışdır. 2019-cu ilin iyun ayının əvvəllərində X16 lə danı şıb razılaşıb ondan sonuncuya məxsus “Hyundai Accent” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili almış, lakin həmin zaman X16 həbsdə olduğundan, X16ümumi etibarnamə verdiyi X17adlı şəxslə görüşmüş və X17adlı şəxs ona həmin avtomobil üçün notarius vasitəsilə etibarnamə vermişdir. Təxminən bir həftə həmin avtomobili sürmüş, lakin avtomobilin həbsi olduğu üçün avtomobili satmaq qərarına gəlmişdir. X16 ona yaxınlaşıb avtomobili almaq istədiyini bildirdikdə ona avtomobilin həbsdə olduğunu bildirmiş və avtomobil həbsdə olduğu üçün onunla 3.500 manata razılaşıb satmışdır. Tərəfindən ona 2019-cu ilin iyun ayının əvvəllərində notarius vasitəsilə etibarnamə verilmişdir. Bəraət almış şəxs yalan danışmış. Belə ki, ona həmin avtomobili satarkən həbsdə olduğunu demiş və buna görə də o, ona av tomobili dəyərindən aşağı qiymətə, yəni 3.500 manata satmışdır. - Şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Sumqayıt şəhər İcra Şöbəsində icra məmuru, daha sonra Nizami rayon İcra Şöbəsində icra məmuru işləmiş. Belə ki, təqsirləndirilən şəxs X12 tanımamış. Zərərçəkmiş şəxs isə xx.xx.2019-cu ildən işlə bağlı tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” markalı, **-BS-*** qeydiyyat nişanlı avtomobilin sənədlərini onun yanına gətirib bildirmişdir ki, avtomobili öz adına keçirmək istəyərkən ona məlum olmuşdur ki, avtomobilin üzərində həbs vardır. Bundan sonra, tərəfindən yoxlama aparılarkən məlum olmuşdur ki, həmin avtomobil X6 mülkiyyətindədir, həmin şəxs X5 306 000 manat pul borcludur. Həmin borcla əlaqədar icraatda Sumq ayıt şəhər məhkəməsinin icra sənədi vardır. Bundan sonra Zərərçəkmiş şəxs avtomobili gətirib icra şöbəsinə təqdim etməsi təklif olunmuş, səhəri günü Zərərçəkmiş şəxs atası ilə birlikdə icra şöbəsinə gəlib həmin avtomobili təqdim etmişdir. Bununla bağlı tərəfindən akt tərtib edilmiş və avtomobil icra şöbəsinin həyətində saxlanılmışdır. Daha sonra, həmin avtomobil borc əvəzinə təyin olunmuş qiymətlə iş üzrə tələbkar X18 təklif edilmiş, sonuncu avtomobili götürməyə razı olmuş və həmin avtomobil sonuncuya təqdim edilmişdir. İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-3713/2016 saylı, 24 iyun 2016-cı il tarixli Əmlak üzərinə həbs qoyulması barədə Qərardadının surətindən görünür ki, Sumqayıt şəhər 6 saylı Dövlət Notariat Kontorunun 301 saylı, 17 noyabr 2015ci il tarixli icra qeyd inin icrasını təmin etmək məqsədilə borclu X6 adına olan “Hyundai Accent” markalı **-BS-*** qeydiyyat nişanlı avtomobil, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3595D ünvanında bağ evi, Sumqayıt şəhəri, 10-cu məhəllə, 21 ünvanında yerləşən qeyri-yaşayış binası və Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulmuşdur. (cild 1. i.v. 157) İş materiallarında olan, Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-6766/2016 saylı, 09 yanvar 2017-ci il tarixli Qərardadının surətindən görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş 2(060)-15026/2016 saylı, 11 noyabr 2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X6 mülkiyyətində olan “Hyundai Accent” markalı **BS-*** qeydiyyat nişanlı avtomobil, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3595D ünvanında bağ evi, Sumqayıt şəhəri, 10-cu məhəllə, 21 ünvanında yerləşən qeyri-yaşayış binası və Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış binası üzərinə həbs qoyulmuşdur. (cild 1. i.v. 158) - Birinci instansiya məhkəməsi iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, həmçinin istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmadan ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsi tərəfindən toplanmış yuxarıda şərh olunan sübutlara əsasən belə bir nəticəyə gəlmişdir ki, X12n Zərərçəkmiş şəxs aldatmasına və ya etibarından s ui-istifadə etməsinə, Bəraət almış şəxsun zərərçəkmiş şəxsin əmlakını ələ keçirənədək belə niyyətinin olmasına dəlalət edən mötəbər sübutlara işə baxan birinci instansiya məhkəməsi tərəfindən istinad edilməmiş, iş üzrə ittiham tərəfinin təqdim etdiyi və birinci instansiya məhkəməsinin əsaslandığı sübutlar təqsirləndirilən şəxs X11 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın həlli üçün kifayət etmir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə əsasən, “...tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması təşəbbüsü Zərərçəkmiş şəxs tərəfindən irəli sürülsə də, avtomobillərin dəyişdirilməsi təklifi Bəraət almış şəxs tərəfindən verilmiş, şifahi müqavilə üzrə razılıq əldə olunandan dərhal sonra Zərərçəkmiş şəxs üzərinə düşən öhdəliyi icra etmək məqsədi ilə ödənişləri etməyə başlamış, Bəraət almış şəxsa 1.000 manat borclu qaldığı halda etibarnamənin sənədləşdirilməsi üçün notariat ofisinə gedib, qarşılıqlı etibarnamələr vermişlər. Bu fakt Zərərçəkmiş şəxs və Bəraət almış şəxsun ifadəsi ilə yanaşı şahidlər X17, Şahid2 və Şahid3 ifadələri ilə də tam təsdiq olunur. Göstərilənlər isə şifahi müqavilənin Zərərçəkmiş şəxs iradələrinə uyğun olaraq tərtib edilməsini təsdiq edir. Həmçinin, X16 ilə Zərərçəkmiş şəxs arasında müqavilə öhdəliyindən irəli gələn mülki xarakterli münasibətlərin mövcud olması, həmçinin həmin münasibətlərin sonradan mülki xarakterli mübahisəyə çevrilməsi cinayət işinin materialları ilə tam təsdiq olunur.....” “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respubl ikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka o lan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinay ət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiya məhkəməsi X11 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verərkən, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs (mülki cavabdeh) X11 qarşı “pul tələbinə dair” mülki iddiası üzrə icraata xitam verilməsinə dair qərar qəbul etməklə səhvə yol vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 74-cü bəndində göstərilmişdir ki: “Təqsirləndirilən şəxs barəsində CPM-in 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir.” Həmin Qərarda həmçinin qeyd edilir ki, “Bəraət hökmü CPM-in 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkib inin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta yetirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraat xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır.” Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun Qərarında verilən tövsiyələri nəzərə almamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-c u il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyini nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, h əmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Azərbaycan Respublikası CPM-in: - 416.1.2-ci maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; - 416.1.22-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə kassasiya ins tansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin həmin hökm və qərarını kassasiya qaydasında ləğv etmək və dəyişdirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 416.2-ci maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419. 10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. X12n barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 iyul 2022-ci il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar