Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2060/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-642/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-520/2024 saylı hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət tərkibdə) xx xxx 1991 -ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmayan, "Raf Avto” MMC-də sürücü işləmiş, Hacıqabul rayonu, 1 -ci Udullu kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, ev 64-də yaşam ış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Fərid Əyyubov və Emin Mehdiyevdən ibarət tərkibdə) 2024-cü il 13 mart tarixli, 1(103)-642/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-520/2024 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Hökmə əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda təmiz çəkisi 3,667 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib özündə saxlayaraq daşımış, Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin və 8-ci Polis bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 14:00 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2erləşən 8-ci Polis bölməsinin inzibati binasına gətirilmiş, həmin gün saat 16:20-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sağ yan cibindən naməlum mənbədən satış məqsədi o lmadan qanunsuz əldə edib üzərində saxlayaraq daşıdığı 1 (bir) ədəd ağ rəngli kağız parçasına bükülmüş halda təmiz çəkisi 3,667 qram təşkil edən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MƏHKUMUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ibtidai istintaq prosesində ifadələri alınmış polis əməkdaşları onun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni əldə etməsi saxlaması, daşıması barədə əməliyyat məlumatı əsasında saxladıqlarını bildirsələr də, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ümumiyyətlə belə bir əməliyyatdan xəbərsiz olmuşdur. Sonra isə əlavə etmişdir ki, hüquqlarını müdafiə etdiyi Məhkum s axlanılarkən kənar məsafədən bütün baş verən hadisələri müşahidə etmişdir. Ona görə o, cinayət hadisəsi ilə əlaqədar heç bir xüsusatı dəqiqliklə xatırlamır. Məhkəmə araşdırmasında şahid qismində ifadə verən Şahid1 ümumiyyətlə cinayət hadisəsi haqqında heç bir xüsusatı xatırlamadığını bildirməklə suallardan yayınaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə kifayətlənmişdir. Məhkumun müdafiəçisi qeyd etmişdir ki, alınma mənbəyini göstərə bilməyən şahidlər tərəfindən verilən məlumatlar sübut hesab edilmir. Şahid kimi ifadə vermiş polis əməkdaşları Şahid2 və Şahid1 ittiham tərəfi olduğundan həmçinin ifadələrindəki ziddiyyətli məqamlar səbəbindən mötəbər sübut hesab edilməməlidir. Şübhəli şəxs Məhkum saxlanılarkən ümumiyyətlə Şahid1 orada olmamışdır. Birinci instansiya mə hkəməsi tərəfindən hökm qəbul edilərkən qanunun tətbiqində və şərhində səhvə yol verilmiş nəticədə Məhkum Azərbaycan Respublikası Konstitusiyasının 26 və 71-ci maddələri ilə təsbit olunmuş hüquqları pozulmuş, barəsində Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə ədalətsiz hökm çıxarılmışdır. Məhkumun müdafiəçisi daha sonra bildirmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Məhkumun müdafiəçisi sonda kassasiya şikayətində Bakı Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-642/2024 nömrəli qərarının ləğv edilməsini və məhkumun barəsində bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkumun müdafiəçisi Müdafiəçi1 məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 mart 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləs inin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyət i üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbl ərini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qa nuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlaya raq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olduğunu iddia edərək cinayət işi üzrə toplanmış sübutların mötəbərliyini mübahisələndirmişdir. Cinayət işinin materiallarından görünür ki, müdafiə tərəfi eyni dəlilləri həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində irəli sürmüş və müdafiə tərəfinin dəlilləri hərtərəfli, tam və obyektiv yoxlanılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırmanı təkrarlamayaraq məhkəmələrin əməlin tövsifi ilə bağlı mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr cinayət işi üzrə yekun nəticəyə gələrkən ittiham tərəfinin təqdim etdiyi sübutlara əsaslanmış və həmin sübutların möhtəbərliyini istisna edən hallar müəyyən e dilməmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd etməyi vacib hesab edir ki, məhkəmələr cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayət əməlinin xaraktererini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də məhkumun şəxsiyyətini nəzərə almış və məhkuma təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiq edilməsi, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hüquqi və faktiki əsaslar yoxdur. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qər arı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-520/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 13 mart tarixli, 1(103)-642/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2060/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2060/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver