Məhkəmə qərarları › İş №1(102)-2060/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2060/2025

30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2060/2025 30.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi) Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin kassasiya instansiya məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X4 iştirakı ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-139/2024 saylı, 07 iyun 2024-cü il tarixli hökmü ilə (hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi, X5 və X6 ibarət tərkibdə) xx xxxxxxxx 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022- ci il tarixdən hesablanması və Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə xərci məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X10 oğlunun sədrliyi, X3 və X1 ibarət tərkibdə) 1(103)-66/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarı ilə Məhkum müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli, 1(101)-139/2024 nömrəli hökmü dəyişdirilərək həmin hökm ilə Məhkum təyin olunmuş 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 04 (dörd) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. İşin halları: Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayətlərini törətmişdir. Belə ki, Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin təxminən avqust və sentyabr aylarında istintaqa dəqiq məlum olmayan vaxtda tanışı, cinayətə he ç bir aidiyyatı olmayan Şahid1 vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs1 özünü işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq Türkiyədən su filtrlərinin gətirib Bakı şəhərində səyyari qaydada satmaqla yüksək qazanc götürəcəyini və verəcəyi pulun 50 faizi miqdarında qazanc verəcəyi barədə yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq Zərərçəkmiş şəxs1 2019-cu ilin təxminən avqust və sentyabr aylarında istintaqa dəqiq məlum olmayan vaxtlarda Bakı şəhəri Nərimanov rayonu ərazisində 150000 manat pulu hissəhissə şəxsən və Şahid1 vasitəsilə, 2019-cu ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan vaxtlarda 160000 manatı Şahid1 vasitəsi lə və 140000 manatı şəxsən Zərərçəkmiş şəxs1 ünvan 3 ünvanındakı icarəyə götürdüyü ofisdə onun etibarından sui-istifadə edib və aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 450000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 dekabr 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs5 1300 manat pulu real maliyyə ehtiyatları olmadığı halda 2 gün müddətinə geri qaytaracağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra həmin tarixdə Bəşir ünvan 4 ünvanında on un “Kapital bank”a aid adına olan kart hesabına 1300 manat pulu köçürməklə həmin məbləğdə pulu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin aprel ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtda bir müddət əvvəl tanış olduğu Zərərçəkmiş şəxs4 8000 manat pulu real maliyyə ehtiyatları olmadığı halda 10 gün müddətinə geri qaytaracağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 04 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 sonuncunun işlədiyi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 119 ünvanında yerləşən Milli Elmlər Akademiyasının Geologiya və Geofizika institutunun qarşısında 8000 manat və 2021-ci ilin yay aylarında istintaqa dəqiq məlum olmayan vaxtda Yasamal rayonu Həsən bəy Zərdabi küçəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsində 600 manat pulu, ümumilikdə 8600 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin avqust ayında Zərərçəkmiş şəxs1 tanışına məxsus ünvan 6 ünvanında yerləşən "xxxx" MTK-da yerləşən 300000 manat qiymətində mənzili bankın girovuna qoymaqla 250000 manat pulu kredit götürəcəyini və kreditin götürülməsi üçün bankda işləyən tanışına 14000 manat pul ve rməli olduğunu, lakin bunun üçün maddi imkanı olmadığını və krediti götürəcəyi təqdirdə ödəməli olduğu pulu geri qaytaracağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 25 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 72 ünvanında yerləşən 9 saylı Notariat ofisində 7000 manat və 27 avqust 2021-ci il tarixdə isə həmin notariat ofisində 7000 manat alıb ələ keçirməklə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə 14000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 28 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 yalandan Türkiyədən 1000 ədəd su filtri gətizdirdiyini, gömrük ödənişlərini ödəmək üçün pulu olmadığından həmin su filtrlərinin Bakı Baş Gömrük İdarəsinin gömrük nəzarəti zonasında saxlanıldığını, 14000 manat gömrük ödənişlərinin ödənildiyi təqdirdə filtrləri 1 ay ərzində satıb borcunu ödəyəcəyinə dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq, həmçinin Zərərçəkmiş şəxs1 Şahid6 icarə müqaviləsi əsasında sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül prospekti 1136-cı məhəllədə yerləşən "xxxx" MMC-yə aid su fitrlərinin saxlanıldığı anbara aparmaqla or ada kifayət qədər sayda filtrlərin ona məxsus olmasını, yəni sahibliyində kifayət qədər əmlakı olmasını yalandan bildirməklə uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 28 oktyabr 2021-ci il tarixdə sonuncunun yaşadığı ünvan 8 ünvanın yaxınlığında 14000 manatını alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 özünü peşəkar qaydada su filtrləri satan işgüzar şəxs kimi göstərib uğurlu biznes fəaliyyəti ilə məşğul olmasına inandıraraq filtr işinə pul qoyacağı təqdirdə ona yüksək qazanc verəcəyinə dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yeti rmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin iyul ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs3 sonuncuya məxsus ünvan 9 ünvanında yerləşən çayxanada vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə 2000, 4400 və 13500 manat olmaqla, cəmi 19500 manatını alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda dam örtüklərinin satışı ilə məşğul olan Zərərçəkmiş şəxs2 Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda mərhum qayınatası X2 qə birüstündə dam örtüyünün tikilməsi üçün tikinti materiallarını sifariş verərək, bir neçə gün ərzində pulu ödəyəcəyinə dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 sonuncuya məxsus Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 13 ünvanında yerləşən mağazada 5300 manat qiymətində tikinti materiallarını Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanhqda təhvil alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan sonra o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək mə qsədi ilə 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanhqda mərhum qayınatası X2 qəbirüstündə döşəmə üçün mərmər almaqdan ötrü 3800 manat pulu ona borc kimi verməsini, real maliyyə ehtiyatları olmadığı halda bir neçə gün ərzində bank hesabında olan pulu çıxarıb borcunu ödəyəcəyinə dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 13 ünvanında yerləşən mağazada 3800 manatı alıb ələ keçirməklə təkrarən dəl əduzluq etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 Məhkum pulunu tələb etdikdə sonuncu təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə 2022-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan vaxtda Zərərçəkmiş şəxs2 mərhum qayınatasının mülkiyyətində ünvan 13 ünvanında 11 sot həyətyanı torpaq sahəsinin olmasını, torpaq sahəsinin sənədləşdirmək üçün 20000 manat pul lazım olmasını, torpağın bir sotunu 50000 manata satmaq istəməsini, habelə su filtrlərinİn satışında yaxşı qazanc olduğunu bildirərək torpağı sənədləşdirib satmaqla borcunu qaytaracağına və su filtrlərinin satışından ona qazanc verəcəyinə dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq əl ə keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2022-ci ilin iyun ayında istintaqa dəqiq məlum olmayan vaxtlarda Zərərçəkmiş şəxs2 sonuncuya məxsus Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospekti 13 ünvanında yerləşən mağazada hissə-hissə 4000 manat və “Kapital bank”a aid adına olan kart hesabına hissə-hissə 3000 manat pulu köçürtməklə, 22 iyul 2022-ci il tarixdə mərhum qayınatasına məxsus ünvan 14 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında 10000 manat, bir neçə gün ərzində geri qaytarmaq adı ilə borc kimi 10-15 avqust 2022-ci iltarixlərdə Bakı şəhri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 13 ünvanında yerləşən mağazada 560 manat, “birbank” rəqəmsal bank vasitəsilə və sözü gedən mağazanın yaxınlığındakı ödəniş terminalı vasitəsilə hissə-hissə 370 manat pul u “Kapital bank”a aid adına olan kart hesabına köçürtməklə ümumilikdə 17930 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı protestdə qeyd edir ki, hazırki cinayət işi üzrə Məhkum təqsirləndirildiyi CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri CM-in 15.4-cü maddəsinə əsasən, obyekti müvafiq olaraq mülkiyyət əleyhinə ictimai münasibətlər olan ağır cinayətlər kateqoriyasına aiddir və birbaşa qəsdlə təkrarən törədilmişdir ki, belə olan halda həmin cinayətə görə təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi birmənalı şəkildə anlaşılmamaqla, ədalət mühakiməsinin məqsədlərinə çatmağa xidmət edən nə ticə kimi nəzərdən keçirilə bilməz. Belə ki, məhkəmə kollegiyası müvafiq qərarında gəldiyi nəticə ilə bağlı heç bir əsaslandırma və təhlil aparmamış, bununla da rəhbər tutduğu prinsip və əsaslarla bağlı qeyri-müəyyənlik yaratmışdır. İşin hallarından göründüyü kimi, Məhkum qəsdləri mütəmadi xarakter daşımaqla, çoxsaylı insanlara qarşı yönəlmişdir. Yəni, o, əməllərini tutulduğu günə kimi davam etdirmişdir. Həmçinin, digər vacib amil - Məhkum cinayət əməli nəticəsində vurduğu maddi ziyanın miqdarı qanunvericilikdə “külli miqdar" anlayışı üçün nəzərdə tutulmuş məbləğin yuxarı həddinə yaxın olmağı da qərar qəbul edilərkən nəzərə alınmamışdır. Bundan başqa, Məhkum məhkəmə istintaqı zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən belə mübahisələndirilməyən və işin faktiki halları ilə müəyyən olunan xüsusatları nəzərə alsaq, yəni, təkrarən qəsdən ağır cinayətlər törətmiş, qəsdləri məhdudiyyətsiz kütləyə yönəlmiş, öz əməllərini etiraf etməməklə yanaşı, səmimi peşimançılıq hissi keçirtməyən, bununla da islah yoluna qədəm belə qoymayan, törətdiyi əməlin cinayət olduğunu dərk etmədiyindən azadlıqda qalacağı təqdirdə həmin əməlləri yenidən törədəcəyi birmənalı şəkildə istisna edilməyən şəxsin çəza çəkmədən islah olunmasını mümkün saymaq CМnin 70-ci maddəsinin humanist prinsiplərinin sərhədlərini aşmaq kimi qiymətləndirilməlidir. Yuxarıdakılara əsasən Bakı Apelyasiya Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin ed ilməlidir. Kassasiya şikayətinin müəllifi şikayətdə qeyd etmişdir ki, cinayət işinin materialları tanış olduqda müəyyən olunur ki, istintaq orqanı tərəfindən cinayət əməli olması ehtimal olunan, əslində isə tamamilə mülki mübahisə predmeti olan faktlar toplanaraq, CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş əməl kimi fərz olunmuş və özünə ittiham elan olunmuşdur. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7 və Zərərçəkmiş şəxs5 ilə bağlı epizodların hər biri mülki xarakterli mübahisə predmetidir və CMnin 178-ci maddəsinin tərkibi yoxdur. Qanunvericilikdə dələduzluq cinayəti törədən təqsirkar şəxsin öncədən niyyətinin özgə əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə əvəzsiz ələ keçirmək kimi tövsif olunmuşdur. Laki n, hazırki cinayət işi üzrə onun özünə elan olunmuş ittihama diqqət yetirərkən görünür ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X7 və Zərərçəkmiş şəxs5 ilə dostluq və ya tanışlıq münasibətlərində olmuş, onları aldatmamış və etibarlarından sui-istifadə etməmiş, onlara məxsus əmlakı əvəzsiz əldə etməyə nail olmamış, onları öncədən altdamaq niyyəti olmamışdır. Bundan başqa, məhkum kassasiya şikayətində müxtəlif zərərçəkmiş şəxslərlə bağlı epizodları vurğulayaraq, onlara mülki iddia kimi baxılmalı olduğunu qeyd edib, əməlinin cinayət əməli ehtimal olmasına dair istintaq orqanı tərəfindən əsaslı hesab olunan sübutlar və xüsusutlar tamamilə qanunsuz və əsassız olduğunu yazmışdır. Kassator bu halları nəzərə alaraq Bakı Apellyasiya M əhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının əsassız olduğundan dəyişdirilərək özü barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçının, kassasiya protestinin təmin edilməməsi və kassasiya şikayətinin təmin edilməsinə barədə məhkumun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassas iya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair qaydalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla, yekun nəticəni yolverilməz sübutlarla əsaslandırmaqla Məhkum barəsində olan qanunsuz və əsassız hökmü haqqında düzgün olmayan nəticəyə gəlmişdir. Kassator isə apellyasiya məhkəməsi tərəfindən qanunsuz və əsassız cəza təyin edildiyini və qərarın dəyişdirilərək bəraət verilməsini bildirir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham o lunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin t ərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə Kolegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gələrək haqlı olaraq ədalətli və qanuna uyğun qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası istintaq orqanının mötəbər sübut kimi istinad etdiyi zərərçəkmiş şəxsin işin halları, şahidlərin ifadələri və iş materiallarında olan sübutlarla əlaqəli şəkildə tədqiq edərək onların həmin ifadələrindəki xüsusatların öz təsdiqini tapmaması, əksinə iş materiaları ilə təkzib olunması və bununla da həmin ifadələrə mötəbər sübut kimi istinad olunmasının qanunvericiliyin tələbləri ilə uyğun olmaması qənaətinə gəlir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndiri lən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası müəyyən edir ki, kassasiya şikayətində Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirlilik məsələsi mübahisələndirildiyindən məhkəmə kollegiyası həmin əmələ münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntuya yol verməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, ey ni zamanda Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin dispozisiyasından və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, məhkumun əməlində Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında əsaslı nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətin də və kassasiya şikayətinə əlavədə göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum əməlinin Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə tövsif edilməsi və onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə və apellyasiya məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların, həmçinin məhkəmə istintaqı ilə keçirilməməklə toplanmış sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların yenid ən təsvir və şərh edilməsini zəruri saymır. Belə ki, məhkəmə tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli və cəzalandırılmalı olması barədə nəticə çıxarılmışdır. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin tə qsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafisinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadə lərinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməm iş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası bundan əlavə qeyd etmək istəyir ki, ''Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət- prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin şəxsin CM-in 178.3.2-ci maddəsi ilə təqsirli olması barədə mövqeyini əsaslı sayaraq qeyd edir ki, göstərilən məhkəmə cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüq uqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün toplanmış sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək, düzgün hüquqi nəticəyə gəlmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosess ual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sadalananlara münasibətdə məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarında müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək düzgün nəticəyə gəlmişdir. Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində və kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmus u ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkumun ona qarşı CM-in 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyil, kassasiya şikayətinin bu barədə dəlilləri hər hansı hüquqi əsasa toxunmayan dəlillər olmaqla, cinayət işi üzrə qanuni surətdə toplanaraq yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutların məcmusu ilə tam təkzib olunur. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsi ilə CM-in 70-ci maddəsinə əsas ən 4 il sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq olunmuş 8 il müddətə azadlıqdan məhrum etmə cəzasının mübahisələndirilməsi üzrə dəlilləri ilə kassasiya müraciətinin müəllifi ilə razılaşmaq üçün əsas görmür. Belə ki, baxılan işdə Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin himayəsində üç azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın apellyasiya icraatı zamanı tam ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilmiş və apellyasiya instansiya məhkəməsi cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar məsələsi üzrə müəyyən etdiklərini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini gözləməklə, cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, o cümlədən ailə vəziyyəti, törətdiyi cinayətə və onun nəticələrinə görə məsuliyyətini dərk etməsi, öz vəziyyətinə tənqidi münasibət bəsləməsi, prosessual vəzifələrini vicdanla yerinə yetirməsi, məhkəmədə davranışı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə nəzərə almış və Məhkum barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına şərti məhkum etmə şəklində CM-in 58-ci maddəsi ilə yanaşı 59, 61, 70-ci maddələrinin tələblərinə cavab verən və CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün kifayət edən ədalətli cinayət-hüquqi xarakterli tətbir tətbiq etmişdir. Məhkəmələrin cəzanı yüngülləşdirən və ağırlaşdıran, təqsirkarın şəxsiyyətini səciyyəl əndirən hallar, CM-in 58.3-cü maddəsində nəzərdə tutulmuş digər məsələlər üzrə nəticələri məhkəmə baxışında CPM-in 143-146-cı maddələrinə müvafiq sürətdə tədqiq olunub-qiymətləndirilmiş sübutlardan hasil edilmiş, yəni məhkəmələr tərəfindən CPM-in 139, o cümlədən 139.0.5-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Odur ki, dövlət ittihamçısının apellyasiya instansiya məhkəməsinin Məhkum şərti məhkum etməni tətbiq etməklə Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəllənin pozuntularına yol vermələri barədə iddiası əsaslı sayıla bilməz. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya protesti ilə ehtiva olunan CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, bu protestin təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar hazırkı iş üzrə mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 yanvar 2025-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-66/2025 saylı, 14 yanvar 2025-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar