Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2063/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili İmanverdiyev Beytulla Dadaş oğlunun iştirakları ilə xx xxxxxx 1992-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllə r məhkum olunmamış, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), M.H.Əkbərov və R.V.Salmanov) Məhkum – Azərbaycan Respublikası CM-in 120.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətə aza dlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 10 noyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Q.X.Babayev və C.V.Hüseyn) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 10 noyabr 2021-ci il tarixdə saat 17 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 azyaşlı övladı Şahid5 götürmək məqsədilə anası Zərərçəkmiş şəxs1 və digər azyaşlı övladları X10 və X11 ilə ünvan 2qarşısına birlikdə gəlməsindən istifadə edərək, Zərərçəkmiş şəxs2 anası və övladlarının gözü qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək ona xəyanət etməsindən şübhələndiyi Zərərçəkmiş şəxs2 qısqanclıq zəminində xüsusi amansızlıqla öldürmək qərarına gələrək bu məqsədlə yaşadığı evin mətbəxindən istifadə etdiyi tiyəsinin uzunluğu 150 millimetr, dəstəyinin uzunluğu 70 millimetr, rəngləri qırmızı, göy və ağ olan zavod üs ulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının kəmərində gizlətmiş, övladı Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs1 içərisində olduğu və yaşadığı evin qarşısında gözləyən "Mercedes Beıız" markalı **-SJ-*** nömrəli avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açıb Zərərçəkmiş şəxs2 ilə mübahisə edib sonuncunun saçlarından tutub avtomobildən düşürtmək istəmiş, bu zaman onları aralamağa çalışan Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 araya girərək onun ictimai təhlükəli əməlinin qarşısını almağa cəhd göstərmiş, bu səbəbdən də əməlini başa çatdırmaq məqsədilə əməlinin başa çatdırılmasına mane olan halların aradan qaldırmağa yönələn hərəkətlərdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla ictimai y er olan küçədə özünü və törətdiyi ictimai təhlükəli əməli başqalarından və qanunauyğun digər əməllərdən üstün tutaraq ictimai qaydanın pozulmasının, yəni qızı Zərərçəkmiş şəxs2 mənafelərinə əhəmiyyətli ziyan vuran hərəkətlərin qarşısını almağa çalışmaqda özünü göstərən ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 üzərində olan bıçaqla vurub ona sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları, daha sonra sonuncunu itələyərək yerə yıxıb şillə və təpik zərbələri vurmaqla təpə nahiyəsinin hematoması, sol bazunun, hər iki saidin, sol baldırın qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 qarşı silah qismində istifadə olunan əşyalardan, yəni bıçaqdan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs1 onun ictimai təhlükəli əməlinin qarşısını almaq imkanlarını məhdudlaşdırdıqdan sonra həmin bıçaqla övladlarının və anasının gözləri qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə vurub ona boynun sağ yan səthinin orta 1/3-nin əzələ toxumalarının, arteriya-vena damarlarının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, vurduğu zərbənin təsirindən Zərərçəkmiş şəxs2 ölmədiyini və ondan qaçdığını görüb əməlini başa çatdırmaq məqsə dilə sonuncunun arxası ilə gedərək İ.Məcidov küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının qarşısında yaxalayıb eyni bıçaqla Zərərçəkmiş şəxs2 daha bir zərbə vurub boyun əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmədən onun ölümünə səbəb olmuş boynun aşağı 1/3-nin ön-sol yarısının əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağciyərin zədələnməsi və kəskin qan itirmə ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi ağır zərərvurmaya aid, ümumilikdə iki ədəd bıçaq xəsarəti yetirərək Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarına yenidən baxılması xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi B.İmanverdiyevin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müə yyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində apelyasiya instansiya məhkəməsinin onun barəsində qəbul etdiyi qərara yenidən baxılması xahiş olunur. Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsində “Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsinə görə: “Qəsdən: 120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməon dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət- prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarındakı tövsiyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara qiymət verərək əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məh kum etmişlər. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında göstərilir ki: “4. Azərbaycan Respublikası CM-in 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.
8. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüs usi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmi ş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər.” İbtidai araşdırma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri nəticəyə görə “Məhkum 10 noyabr 2021-ci il tarixdə saat 17 radələrində əvvəllər qeyri-rəsmi nikah münasibətlərində olduğu Zərərçəkmiş şəxs2 azyaşlı övladı Şahid5 götürmək məqsədilə anası Zərərçəkmiş şəxs1 və digər azyaşlı övladları X10 və X11 ilə ünvan 2qarşısına birlikdə gəlməsindən istifadə edərək, Zərərçəkmiş şəxs2 anası və övladlarının gözü qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək ona xəyanət etməsindən şübhələndiyi Zərərçəkmiş şəxs2 qısqanclıq zəminində xüsusi amansızlıqla öldürmək qərarına gələrək bu məqsədlə yaşadığı evin mətbəxindən istifadə etdiyi tiyəsinin uzunluğu 150 millimetr, dəstəyinin uzunluğu 70 millimetr, rəngləri qırmızı, göy və ağ olan zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürüb şalvarının kəmərində gizlətmiş, övladı Şahid5 ilə birlikdə Zərərçəkmiş şəxs1 içərisində olduğu və yaşadığı evin qarşısında gözləyən "Mercedes Benz" markalı **-SJ-*** nömrəli avtomobilə yaxınlaşaraq avtomobilin qapısını açıb Zərərçəkmiş şəxs2 ilə mübahisə edib sonuncunun saçlarından tutub avtomobildən düşürtmək istəmiş, bu zaman onları aralamağa çalışan Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 araya girərək onun ictimai təhlükəli əməlinin qarşısını almağa cəhd göstərmiş, bu səbəbdən də əməlini başa çatdırmaq məqsədilə əməlinin başa çatdırılmasına mane olan halların aradan qaldırma ğa yönələn hərəkətlərdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozmaqla ictimai yer olan küçədə özünü və törətdiyi ictimai təhlükəli əməli başqalarından və qanunauyğun digər əməllərdən üstün tutaraq ictimai qaydanın pozulmasının, yəni qızı Zərərçəkmiş şəxs2 mənafelərinə əhəmiyyətli ziyan vuran hərəkətlərin qarşısını almağa çalışmaqda özünü göstərən ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 üzərində olan bıçaqla vurub ona sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları, daha sonra sonuncunu itələyərək yerə yıxıb şillə və təpik zərbələri vurmaqla təpə nahiyəsinin hematoması, sol bazunun, hər iki saidin, sol baldırın qançırları kimi sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 qarşı silah qismində istifadə olunan əşyalardan, yəni bıçaqdan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmiş, Zərərçəkmiş şəxs1 onun ictimai təhlükəli əməlinin qarşısını almaq imkanlarını məhdudlaşdırdıqdan sonra həmin bıçaqla övladlarının və anasının gözləri qarşısında onlara bunun xüsusi əzab verdiyini dərk edərək xüsusi amansızlıqla qəsdən öldürmək niyyəti ilə Zərərçəkmiş şəxs2 bir dəfə zərbə vurub ona boynun sağ yan səthinin orta 1/3-nin əzələ toxumalarının, arteriya-vena damarlarının zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yara kimi sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmiş, vurduğu zərbənin təsiri ndən Zərərçəkmiş şəxs2 ölmədiyini və ondan qaçdığını görüb əməlini başa çatdırmaq məqsədilə sonuncunun arxası ilə gedərək İ.Məcidov küçəsində yerləşən iki mərtəbəli yaşayış binasının qarşısında yaxalayıb eyni bıçaqla Zərərçəkmiş şəxs2 daha bir zərbə vurub boyun əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağ ciyərin zədələnməsi nəticəsində baş vermiş kəskin qan itirmədən onun ölümünə səbəb olmuş boynun aşağı 1/3-nin ön-sol yarısının əzələ toxumalarının, arteriya-vena damarlarının, hər iki ağciyərin zədələnməsi və kəskin qan itirmə ilə müşayiət olunan bir ədəd deşilmişkəsilmiş yara kimi ağır zərərvurmaya aid, ümumilikdə iki ədəd bıçaq xəsarəti yetirərək Zərərçəkmiş şəxs2 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, yəni qəsdən öldürmüşdür.” Məhkum Zərərçəkmiş şəxs2 xüsusi a mansızlıqla, yəni Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 və uşaqları Şahid5, X10 və X11nın gözü qarşısında, onlara bunun xüsusi əzab verdiyini dərk edərək sonuncuya xüsusi iztirаb və əzаb vеrdiyini dərk еdərək qəsdən öldürməsi təqsirləndirilən şəxs Məhkum özünün ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1, şahidlər Şahid3, Şahid2 Niyazi qızı, Şahid9, Şahid4, Şahid5, Şahid1, Şahid6 və Şahid8 ifadələri, 9 may 2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol, məhkəmə-tibbi ekspertizasının 9 may 2021-ci il tarixli, 9 saylı rəyi, məhkəmə-lifli ekspertizasının 2 iyun 2021-ci il tarixli, 17/370 saylı rəyi, kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 412 /140 rəyi, ifadənin yerində yoxlanması protokolları və istintaq zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə tövsif edib həmin maddə ilə məhkum etmişlər. Bununla belə, məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəalarına əsaslanaraq hesab edir ki, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi olmadığı halda, ona Аzərbаycаn Respublikаsı CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkum olunmuşdur. Bu mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası iş materiallarına, cinayət qanunu normalarının tələblər inə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında verilən şərhlərə, habelə “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və c əzalandırıla bilər. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə görə “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda” məsuliyyət müəyyən edilmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü ma ddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında xuliqanlıq cinayətinin əlamətləri açıqlanaraq göstərilir ki, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə h ərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qər arda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1N-li qərarının 2-ci bəndində göstərilən tövsiyələrə əsasən, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq və ya xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. İbtidai araşdı rma orqanının və aşağı instansiya məhkəmələrinin gəldikləri və işin hallarında təsvir olunan nəticəyə görə mübahisənin gedişində təqsirləndirilən şəxs Məhkumlə Zərərçəkmiş şəxs2 ayıran anası Zərərçəkmiş şəxs1 sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirilməsi, Zərərçəkmiş şəxs1 mübahisə edən tərəfləri ayırmasına görə Məhkum tərəfindən ictimai borcunu yetirən şəxsə zərər yetirməsi, bununla da CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri həmin nəticə əsassızdır. Belə ki: -İşin mübahisəsiz halı ondan ibarətdir ki, Məhkum Zərərçəkmiş şəxs2 qarşı törətmiş o lduğu qəsdən adam öldürmədə ifadə olunan cinayəti qısqanclıq zəminində qisas almaq niyyəti ilə törətmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun kiçik qızıdır. Qızı Zərərçəkmiş şəxsi öldürmüş Məhkumgillə qonşu olmuşlar; onların rəsmi nikahı olmamışdır; əvvəllər rəsmi nikaha Məhkumin ailəsi icazə verməmiş, dövlət tərəfindən onlara ev verildikdən sonra Məhkumin ailəsi onların rəsmi nikah bağlamalarına icazə vermiş, evləndikləri ilk vaxtlarda Məhkumlə qızı onun evində yaşamışlar, əvvəllər Zərərçəkmiş şəxslə Məhkum çox mehriban olmuş, sonuncuların qeyrirəsmi nikahından 3 övladı olmuş, sonradan Məhkum içki içməyə başlamış, içki içdikdən sonra dəyişib başqa adam olmuş, hətta Zərərçəkmiş şəxsi döymüş, Məhkum Gürgan qəsəbəsində 2 il onlarla yaş amış, onlar Pirallahı rayonu, S.Vurğun küçəsinə köçdükdən sonra Məhkum onlarla qalmamış, Zərərçəkmiş şəxsin böyük qızı X12 çox vaxt Məhkumlə qalmış, Zərərçəkmiş şəxsin ölümündən təqribən 10-15 gün əvvəl Məhkum Zərərçəkmiş şəxsə yalandan paltar alacağına söz verərək sonuncunu “Xaşaxuna bağları” adlanan əraziyə çağırmış, qızı da həmişəki kimi inanaraq Məhkumin çağırdığı yerə getmiş, həmin vaxt işdə olduğundan onun bundan xəbəri olmamış, növbəti gün Zərərçəkmiş şəxs evə gəldikdə ağlayaraq paltar almadığını, Məhkumin yalandan Zərərçəkmiş şəxsi çağırdığını, Zərərçəkmiş şəxsi öldürmək məqsədilə həmin yerə dəvət etdiyini bildirmiş, Zərərçəkmiş şəxsdən bunun necə baş verdiyini soruşduqda sonuncu cavabında: “Məni dar küçəyə apardı. Əlində bıçaq var idi. Mən ona yalvarmağa başladım, dedim ki, yola g edəcəyik. Bıçağı boğaz nahiyəmə gətirdi, sonra nədənsə fikrindən daşındı. Sonra onlara gedib həmin gün onlarda qaldım. Səhər paltarları götürmək məqsədilə evə gəlmişəm” - deyə bildirmiş, bunları dedikdən sonra dərhal Məhkumə yığaraq nə baş verdiyini soruşduqda sonuncu cavabında Zərərçəkmiş şəxsin dediklərini təkzib edərək, elə bir şeyin baş vermədiyini bildirmiş, sonra Məhkumin atasının işlədiyi "Nərəkənd”ə gedib baş verənləri ona danışmış, Məhkumin atası Mənsur da təəssüf hissi ilə “Bezmişəm, kaş belə oğlum olmazdı” deyə bildirmiş, Zərərçəkmiş şəxsin telefonu xarab olduğundan Məhkum Zərərçəkmiş şəxslə danışmaq üçün onun mobil telefonuna zəng etmiş, 10 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində Məhkum yenə onun mobil telefonuna zəng edib Zərərçəkmiş şəxslə danışmaq istədiyini bildirmiş, Zərərçəkmiş şəxs də onun evdən çıxacağını və telefon olmayacağına görə bir saatdan sonra zəng etməyini Məhkumə bildirmiş, 1 saat sonra evə qayıdanda Məhkum yenə onun mobil telefonuna zəng etmiş, o, telefonu Zərərçəkmiş şəxsə vermiş, sonuncu da Məhkumlə biraz danışmış, böyük qızı X12 Məhkumgildə qaldığından Zərərçəkmiş şəxs X12ı götürmək istədiyini ona bildirmiş, o, razılaşdığından birlikdə evdən çıxıb “İşıqlı market” adlanan mağazanın yanında tanımadıqları taksiyə minmiş, digər iki nəvəsini yolüstü bağçadan götürüb Məhkumgilə getmiş, oraya çatanda maşından düşüb Məhkumgilin qapısını döymüş, Məhkumin Zərərçəkmiş şəxsə nəsə eləmək ehtimalına qarşı sonuncunu maşından düşməyə qoymamış, Məhkum qapını açdıqdan sonra X12 atasının arxası ilə evdən çıxmış, Məhkumə “Uşağı ver” dedikdə, sonuncu i lk öncə razılaşmasa da, sonradan nədənsə fikrini dəyişmiş, sonra Məhkum paltar gətirəcəyini bildirib X12la evə qayıtmış, bir müddət sonra Məhkum qucağında X12la birlikdə darvazadan çölə çıxaraq maşının arxa sağ tərəfinə yaxınlaşmış, o, Məhkumdən “Niyə yolunu uzadaraq o biri tərəfdən maşına minirsən” deyə soruşduqda Məhkum heç bir şey demədən sağ arxa qapıya yaxınlaşmış, həmin qapı bağlı olduğundan yenidən sol arxa tərəfdən maşın tərəfə gəlmiş, uşağı maşının yanında yerə qoymuş, həmin vaxt digər uşaqlar maşında olmuş, Məhkumlə Zərərçəkmiş şəxs bir xeyli müddət dalaşmış, Məhkum onu yaxın getməyə, onları aralamağa imkan verməmiş, aralamaq istəyəndə Məhkumin ağzından iy gəldiyindən sonuncunun içkili olduğu başa düşmüş, həmin vaxt o maşının içində olmuş, uşaqlar dayanmadan qışqırmış, ağlamış, q əflətən Zərərçəkmiş şəxs maşından çıxaraq maşının əks tərəf istiqamətində qaçmış, Məhkum Zərərçəkmiş şəxsin arxasınca getmiş, Zərərçəkmiş şəxslə Məhkum bir müddət qaçdıqdan sonra həmin yerdən təxminən 30-40 metr kənarda olan ağ maşının yanında dayanmışlar, ağ maşının arxa hissəsində olduqlarından sonuncuları görməmiş, birdən qızı Zərərçəkmiş şəxsin onun olduğu yerə tərəf aşa-aşa qan içində gəldiyini gördüyü üçün tez Zərərçəkmiş şəxsə yaxınlaşaraq kömək etməyə çalışmış, həmin vaxt Məhkumin Zərərçəkmiş şəxsi bıçaqladığını başa düşmüş, Zərərçəkmiş şəxs asta-asta yerimiş, bütün asfalt qan olmuş, Zərərçəkmiş şəxsi gətirib maşına otuzdurmuş, o, qapını bağlamaq istəsə də, Məhkum açmış, həmin vaxt sonuncu ona bir dənə də şillə, təpik vurmuş, güclə, birtəhər qapını bağlayıb taksi sürücüsünə: "Sür x əstəxanaya” - demiş, xəstəxanaya gedərkən maşında bıçaq olduğunu görmüş, həmin bıçağın dəstəyi olmamış, yalnız tiyədən ibarət olmuş, avtomobildən düşdükdən sonra qızına xəsarət yetirənin Məhkum olmasını sübut etməkdən ötrü həmin bıçağı sonradan polisə vermək məqsədilə özündə saxlamış, elə həmin gün bıçaq prokurorluq əməkdaşları tərəfindən hal şahidlərinin iştirakları ilə ondan götürülmüş, 10 saylı Pirallahı rayon xəstəxanasına gəldikdən sonra oradan təcili yardımla qızı Zərərçəkmiş şəxs Sabunçu rayon xəstəxanasına aparılmış, bir neçə saatdan sonra Zərərçəkmiş şəxsin ölməsi barədə ona məlumat verilmişdir. İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 1 dekabr 2021-ci il tarixli 29 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində təpə nahiyəsinin hematoması, sol bazunun, hər iki saidin, sol baldırın qançırları, sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları aşkar edilmişdir; qeyd olunan xəsarətlərdən sağ əlin arxa səthinin, sol saidin səthi kəsilmiş yaraları iti kənarı olan əşya (alət) ola bilsin ki, bıçaq təsirindən, digər xəsarətlər isə küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 10 noyabr 2021-ci il tarixdə yetirilməsi istisna edilmir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir; Məhkum bədəni üzərində aşkar edilmiş xəsarətlər əlçatan nahiyələrdə yerləşsələr də, xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin mat eriallarında təqsirləndirilən şəxs Məhkum tərəfindən xuliqanlıq cinayətinin Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində nəzərdə tutulan, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməsini təsdiq edən heç bir sübut, o cümlədən şahid ifadələri, ekspertiza rəyləri və s. yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azə rbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin t övsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmi şdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası hesab edi r ki, ibtidai araşdırma orqanı tərəfindən əsassız olaraq Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham elan edilmiş və məhkəmələr də onu əsassız olaraq həmin maddə ilə məhkum etmişlər. Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsinə əsasən məhkəmənin hökm və ya qərarının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinin əsaslarından biri məhkəmənin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarı Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən əməlində cinay ət tərkibi olmadığına görə Məhkum barəsində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən, məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiya məhkəməsi həmin qərarı ləğv edə və ya dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.3 və 419.10.4-cü maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 9 sentyabr 2022-ci il tarixli qərarı və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022- ci il tarixli hökmü Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissədə ləğv edilsin və həmin hissədə cinayət işi üzrə icraata xitam verilsin. Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzalandırılmasına dair müddəalar məhkəmə qərarlarından xaric edilsin. Məhkum üzərində ona Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təyin edilmiş 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.