Məhkəmə qərarları › İş №1(102)-2063/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2063/2025

29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2063/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 125 və 148-1-ci maddələri i lə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 7 mart tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bərdə Rayon Məhkəməsinin (hakim Z.Y.Abdullayev) 2024-cü il 8 oktyabr tarixli 1(021)-118/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1995-ci ildə İsmayıllı rayon Qurbanəfəndi kəndində anadan оlmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, İsmayıllı rayon Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 125-ci və 148-1-ci maddələri ilə nəzərdə tutulan cinay ət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 125-ci maddəsi ilə 3 (üç) il 3 ay müddətinə azadlıqdan məhrum etmə, CM-nin 148-1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqda məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının əvvəlinin 26 mart 2024-cü il tarixdən hesablanması, cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, həmçinin hökmlə maddi sübuta dair məsələ həll edilmişdir. Həmin hökmdən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə) 2025-ci il 7 mart tarixli qərarı ilə apelly asiya şikayətli təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum 13 iyul 2018-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu və xx.xx.2023-cü ildə nişanlandığı xx.xx.2000-ci il təvəllüdlü Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Zərərçəkmiş şəxs onun dələduzluq əməlləri barədə anası Şahid1 məlumat əldə etməsi və anasının da məsləhəti ilə nişanı qaytarmaq qərarına gəlməsi barədə xx.xx.2023-cü il tarixdə qəti qərarını öyrəndikdən sonra bu qərara görə Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə həmin gündən etibarən istifadəsində olan mobil telefon vasitəsilə “instagram” sosial şəbəkəsində “dr.qurbanli1”, “dr.qurbanli19”, dr.qurbanli20”, “dr.qurbanli22”, “dr.qurbanli24”, “dr.qurbanova19” adlı saxta istifadəçi ad, profil və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə müxtəlif vaxtlarda sonuncunun fotoşəkillərini paylaşmaqla həqiqətə uyğun olmayan məzmunda təhqirlər edərək və böhtanlar ataraq özündən sair cəhətdən, yəni psixoloji cəhətdən asılı vəziyyətdə olan zərərçəkmiş şəxsi ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə həddinə çatdırmış və nəticədə 12 noyabr 2023-cü il tarixdə, gecə saat 24 radələrində Zərərçəkmiş şəxs təxminən son üç ayda müxtəlif vaxtlarda keçmiş nişanlısı Məhkum onun adından “instagram” sosial şəbəkəsində müxtəlif adlarda profil hesabları açıb üzərində nalayiq ifadələr yazılmış özünün və ailə üzvlərinin fotoşəkillərini paylaşması, qardaşı Şahid3 bacısı ilə uzun müddət bir evdə yaşamasını deməsi və göndərdiyi çılpaq şəkillərin guya bacısına aid olmasını bildirməklə ailəsində münaqişə yaratmağa çalışması, habelə borclu olduğu şəxslərə qəsdən Zərərçəkmiş şəxs və anası Şahid1 əlaqə nömrələrini, şəxsiyyətlərini təsdiq edən vəsiqələrin fotoşəkillərini göndərməklə onları dələduz kimi tanıtmasından, eyni zamanda bu məsələ ilə bağlı ayrı-ayrı polis əməkdaşları tərəfindən bir neçə dəfə müvafiq dövlət orqanlarına çağırılmalarından cana doyub, əhvalın aşağı enməsi (depressiv vəziyyət) şəklində psixi-emosional hal keçirərək yaşadığı evdə sirkə turşusu içib, özünə udlağın İİ dərəcəli kimyəvi yanığı, sol çənəaltı və çənə bucağı nahiyəsinin, boyunun ön səthinin sol yarısının orta 1/3-nin, döş qəfəsinin ön səthinin sağ və sol yarısının kimyəvi yanığı ilə müşayiət olunan, törənmə müddəti xx.xx.2023- cü il tarixə uyğun gələn, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirməklə özünü öldürməyə cəhd etmişdir. Bundan başqa, Məhkum 15 mart 2024-cü il tarixdə istifadəsində olan mobil telefonunda “Facebook” sosial şəbəkəsində “Elektron ünvan ” gmail hesabı vasitəsilə zərərçəkmiş Zərərçəkmiş şəxs anası Şahid1 adına profil hesabı açıb birincinin ləyaqətini alçaltmaq məqsədi ilə kütləvi nümayiş etdirməklə Zərərçəkmiş şəxs və ailə üzvlərinin fotoşəkillərini paylaşaraq onlar barəsində həqiqətə uyğun olmayan məzmunda nalayiq ifadələr işlətməklə təkraran təhqir etmiş və böhtan atmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN, ZƏRƏRÇƏKMİŞİN NÜMAYƏNDƏSİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya ş ikayətini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi Məhkum İsmayıllı rayonu Qurbanəfəndi kəndində rəsmi qeydiyyatda olmaqla valideynləri ilə birlikdə yaşayır, 1-ci qrup gözdən əlil olmaqla sərbəst hərəkət etmək imkanından məhrumdur, qarşısında olan ən yaxın maneəni görə bilmir, edir, başqa yaşadığı şəxsin rəsmi himayəsində olmaqla onun köməkliyi ilə hərəkət edir, yaşadığı yerdə müsbət xarakterizə olunur. Birinci qrup gözdən əlil olan, bir şəxsin adından yazılmış ifadələrə istinad olunaraq onun 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi qanunsuz, əsassız və həm də ədalətsizdir. Görüldüyü kimi, məhkəmə CM-in 8-ci, 59.2-ci maddələrinin tələblərini nəzərə almamış, təyin etdiyi cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, on un törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmamışdır. Təqsirləndirilən şəxs birinci dəfə az ağır cinayət törətməkdə təqsirləndirilir. 1-ci qrup gözdən əlil olmaqla göz xəstəliyindən əzab çəkir, müstəqil hərəkət imkanından məhrumdur, himayəçisinin köməkliyi olmasa, ona yemək verilməsə özü görə bilmədiyi üçün hərəkət edərək yemək götürə bilməz, mütəmadi stasionar müalicəyə ehtiyacı var. Yaşadığı yerdə müsbət xarakterizə olunur və azadlıqdan məhrumetmə cəzası olmadan da islah oluna bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi3 kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1 kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiy asının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 125 və 148-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 7 mart tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansi yaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi kassasiya şikayətində məhkəmənin əsassız ittiham hökmü çıxardığını iddia edərək və məhkuma ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsin in qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmal ı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, cinayət prosesi tərəflərinin kassasiya şikayətinin dəlillərinə münasibətini dinləyərək, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmış, iş üzrə toplanmış sübutlar CPM-in tələblərinə uyğun yoxlanılaraq qiymətlən dirilmiş və kassasiya şikayətinin dəlilləri ilə üst-üstə düşən apellyasiya şikayətinin hər bir dəlilinə əsaslandırılmış münasibət bildirilmiş və qiymət verilmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları hazırki qərarda təkrarən əks etdirməyi zəruri hesab etməyərək apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyini qəbul edir, sübutların qiymətləndirməsi ilə bağlı mövqeyi ilə razılaşır, gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı faktiki və hüquqi əsas mövcud deyil. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai tə hlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəzasını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddələrin sanksiyası həddindən ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7.3.2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-i n 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2024-cü il 8 oktyabr tarixli 1(021)-118/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 148-1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 7 mart tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar