Məhkəmə qərarları › İş №1(102)-2064/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2064/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2064/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Həsənov İqbal Mehdi oğlunun iştirakları ilə, xx xxxx 2007-ci il tarixdə Bərdə rayonunun Şirvanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməmiş, x yaşayan, hal -hazırda cəza çəkən olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli, 1(103)-610/2023 nömrəli qərarından məhkumun müdafiəçisi Əliyeva Südabə İbad qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 1(101)-1876/2022 nömrəli hökmü ilə (hakimlər İ.X.Həsənzadə (sədrlik edən), Ə.Q.Quliyev və A.İ.Paşayev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 02 (iki) il sınaq müddəti müəyyən olunaraq həmin cəzaya şərti məhkum edilmiş, barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qismində qətimkan tədbiri dəyişdirilərək barəsində başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri seçilmiş, sınaq müddətinin əvvəlinin məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarı ilə, (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və F.İ.Əyyubov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli hökmü apellyasiya protestin ə münasibətdə dəyişdirilmiş, hökmdən CM-nin 70-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmiş, Məhkum üzərində 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən yetkinlik yaşına çatmayan 2007-ci il 29 iyun təvəllüdlü Məhkum 1996-cı il təvəllüdlü qonşusu Zərərçəkmiş şəxs onunla bir müddət sevgi münasibətində olduqdan sonra onu aldatdığını və hissləri ilə oynamasını düşünməklə bu hərəkətlərinə görə sonuncudan qisas almaq məqsədi ilə 2022-ci il iyulun 05-də saat 11 radələrində Zərərçəkmiş şəxs bir qədər təqib edib ünvan 1 ünvanında yerləşən «Oazis» restoranının yaxınlığında sonuncuya yaxınlaşaraq üzərindəki bıça qla Zərərçəkmiş şəxs bir dəfə zərbə vurduqda qaraciyərin və qarnın düz əzələsinin zədələnməsi, qarın boşluğuna çoxlu qanaxma (500 ml) ilə müşayiət olunmaqla qarının ön divarının sol yarısının daxilə nüfuz edən, bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunub dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Müdafiəçi Əliyeva Südabə İbad qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum şərti məhkum edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş hökmü dəyişdirərkən, Məhkum məsuliyyətini yüngülləşdirən halları, o cümlədən ilk dəfə məhkum olunmasını, yetkinlik yaşına çatmayan olmasını, 3 ayrı psixi xəstəlikdən əzab çəkməsini nəzərə almamış, nəticədə o, azadlıqdan məhrum etmə növündə həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi S.İ.Əliyeva kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci madd əsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi Əliyeva Südabə İbad qızı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cəza təyin olunarkən Məhkum məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, onun barəsində tətbiq edilmiş CM-in 70-ci maddəsinin xaric edilməklə nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi və Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik d ərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah e dilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyətı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi x arakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Belə ki, Məhkum törətdiyi həmin əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyətlər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl Cinayət Məcəlləsinin 15.4cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi (cinayət törədərkən şəxs 15 yaşında olmuş), ilk məhk umluğu, əməlindən səmimi peşman olması, ailə vəziyyəti, psixi statusunu (məhkumda «ictimailəşməmiş davranış pozuntusu» xəstəliyinin aşkarlanıb) isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmiş həmin məhkəmə Məhkum cəza çəkmədən islah olunmasını mümkün hesab etməklə, onun barəsində cəzanın şərti olaraq tətbiq edilməsi haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin Məhkum şəxsiyyətini səciyyələndirən, onun cəzasını yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halların olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Apellyasiya məhkəməsi Məhkum tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əks etdirən amilləri nəzərə alaraq, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün məsələlər üzrə müəyyən edilmiş digər ha llardan çıxış etməklə hökmü dəyişdirmiş, o cümlədən Məhkum şərti məhkum edilməsinə dair müddəaları hökmdən xaric edib onu qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, dövlət ittihamçısının bu məsələ üzrə verdiyi apellyasiya protestini təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum barəsində cəza tədbirinin seçərkən onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə önəm verməklə Məhkum cəza çəkmədən islah oluna biləcəyini mümkün bilməmiş və onun haqqında şərti məhkum etmənin tətbiq edilməsi barədə müddəaları 12 dekabr 2022-ci il tarixli hökmdən xaric etmişdir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmündən verilmiş (Məhkum barəsində şər ti məhkum etmənin tətbiq edilməsinin mübahisələndirilməsinə həsr olunmuş) apellyasiya protesti əsasında hökmü dəyişdirərkən, yəni şərti məhkum etməni yüngüllüyünə görə məhkumun şəxsiyyətinə açıq-aydın uyğun gəlməyən cinayət-hüquqi xarakterli tədbir kimi qiymətləndirərkən, hökmdə Məhkum şəxsiyyəti ilə bağlı hər hansı bir halın düzgün müəyyən edilmədiyini, hansısa halın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alındığını və yaxud cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilmədiyini öz qərarında göstərməmişdir. Belə olan halda cinayətin xarakterini və ictimai təhlükəliliyini xarakterizə edən halların cəzanın təyin edilməsində əhəmiyyət kəsb edən digər hallardan ayrılıqda nəzərdən keçirilməsi, həmin halların özü-özlüyündə təqsirkarlara məhz cinayət-hüquqi normaların sanksiyala rı daxilində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini tələb edən əsaslar kimi qiymətləndirilməsi ədalət prinsipinə (CM, maddə 8), cəzanın təyin edilməsinin ümumi əsaslarına (CM, maddə 58.3) zidd yanaşma olardı. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan hallardan başqa Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlərin də nəzərə alınmalı olması göstərilməklə yanaşı bu kateqoriyaya aid olan şəxslər barəsində onların əqli inkişafının və həyat təcrübələrinin nəzərə alınması tələb olunur. Həmçinin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah edilir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzər ə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. CPM-nin 435.4.1-435.4.3-cü maddələrinin tələblərindən görünür ki, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə q əsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Belə olan halda Məhkum cəzasını ağırlaşdıran halların olmaması və sadalanmış yüngülləşdirici hallar şəraitində Məhkum təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqsədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Məhkəmə kollegiyası Məhkum təqsirli bilindiyi cinayəti törədən dövrdə yetkinlik yaşına çatmamasına, yəni CM-nin 59.1.2-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hala, həmçinin sonuncuda «ictimailəşməmiş davranış pozuntusu» xəstəliyinin aşkarlanmasına xüsusi önəm verərək belə şəxslər haqqında cinayət mühakimə icraatının həyata keçirilməsinə dair cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə, habelə “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarında nəzərdə tutulmuş izah və tövsiyələrə əsaslanaraq və məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə Məhkum barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini mümkün bilir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə CM-nin 62-ci maddəsi tətbiq edilməklə Məhkum CM-nin 126.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsi, CM-nin 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın məqsədlərini təmin etməyə imkan verir. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərini tənzimləyən A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayət əməllərini etiraf edib hərəkətindən səmimi peşman olmasını onun törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olduğunu qeyd edərək, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, əməlini yetkinlik yaşına çatmadığı dövrdə törətməsi (cinayət törədərkən şəxs 15 yaşında olmuş), onda «ictimailəşməmiş davranış pozuntusu» xəstəliyinin aşkarlanması kimi halları birlikdə məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhülükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsas kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 126.1-ci ma ddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 02 (iki) il olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin təmin edilməsinə müdafiəçi İ.M.Həsənovun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısı R.T.Məmmədlinın çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 aprel 2023-cü il tarixli, 1(103 )-610/2023 nömrəli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumun müdafiəçisi Əliyeva Südabə İbad qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 aprel 2023-cü il tarixli, 1(103)-610/2023 nömrəli qərarı dəyişdirilsin. Məhkum apellyasiya instansiyası məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə azaldılsın, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar