Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2064/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Mustafayeva Solmaz Rafael qızı) Bəraət almış şəxs, 4 avqust 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər Yasamal Rayon Məhkəməsinin 12 yanvar 2007ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddət ə, Nəsimi Rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il müddətə, Nəsimi Rayon Məhkəməsinin 5 mart 2014-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 (iki) il 2 (iki) ay müddətə, Nəsimi Rayon Məhkəməsinin 1 iyul 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətə, Nəsimi Rayon Məhkəməsinin 1 oktyabr 2021-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Nizami Rayon Məhkəməsinin 27 yanvar 2022ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Q ərarının 4-cü bəndinə əsasən cəzasını müddəti 6 (altı) ay azaldılmış, 22 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş və ona təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi is tehlak miqdarından artıq miqdarda 0,487 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımışdır. 8 iyun 2023-cü il tarixdə Nəsimi rayon Polis İdarəsinin 21ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 20:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 21-ci Polis Bölməsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 1 bükümdə təmiz çəkisi 0,487 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiy indən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində yuxarıda göstərilən 2 fevral 2024-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı Həsənova Günay İbrahim qızı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Əliyev Emin Zöhrab oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət tərkibdə) 23 may 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protesti verərək, həmin qərarın ləğ v edilməsini və cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidə baxılmasının təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, əsasən də Bəraət almış şəxs ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi və polis əməkdaşları olan şahidlərin ifadələrinə, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad etməklə işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr öz yekun aktlarında Bəraət almış şəxs polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması və buna görə onun təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlsələr də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir ki, belə olan halda da həmin məhkəmənin 23 may 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin olunmalıdır. Daha sonra Bəraət almış şəxs məhkəmə iclasında verdiyi ifadələrinə istinad edən kassasiya protestinin müəllifi qeyd edir ki, bu ifadələr sonuncu tərəfindən cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə verilmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutla və iş üzrə toplanılmış digər sübutlarla təsdiq edilmişdir. Lakin, hər iki instansiya məhkəmələri iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, Bəraət almış şəxs özünümüdafiə xarakteri daşıyan və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək onun ittihamda göstərilən əməlini törətməsinin guya sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Birinci instansiya məhkəməsi Bəraət almış şəxs məhkəməyədək icraat zamanı üzərində şəxsi axtarışını və götürmən in aparılması haqqında 8 iyun 2023-cü il tarixli protokoldakı izahatı, 9 iyun 2023-cü il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 10 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri ona qarşı polis əməkdaşları tərəfindən edilmiş zorakılığın və pis rəftarın təsiri altında verməsi haqqında nəticəyə gəlib, həmin sübutları sübutlar siyahısından xaric etmiş, apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə əsassız olaraq razılaşmışdır. Halbuki, birinci və apellyasiya instansiyası məhkəmələrində Bəraət almış şəxs qarsı pis rəftara yol verilməsi sübuta yetirilməmiş, belə bir halın olmasını şahid qismində dindirilmiş polis əməkdaşları da inkar etmişlər. Məhkəmələr isə Bəraət almış şəxs məhkəmə iclaslarında verdiyi ifadələrinə tənqidi yana şmamış, bəraət verərkən yalnız onun özünü elan olunmuş ittiham üzrə təqsirli bilməməsi barədə həmin ifadələrinə əsaslanmış, bu ifadələri işin digər halları və məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müqayisəli təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmişlər. Belə ki, məhkəmələrin bütün istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu halda, video çəkilişlə aparılan baxış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinə tənqidi yanaşmaları anlaşılan olmamış, həmin hərəkətə münasibətdə CPM-in 92.3-cü maddəsində qeyd edilən müdafiəçinin iştirakını məcbur edən hallar mövcud olmamışdır. Məhkəmələr həmçinin digər istintaq hərəkətlərinə dair tərtib olunmuş protokollarda müdafiəçinin imzası olduğu ha lda, şübhəli şəxsin videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zamanı müdafiəçinin iştirakı etməməsini qanun pozuntusu kimi qiymətləndirməkdə haqlı olmamış, bununla da cinayət-prosessusal qanunvericiliyinin yuxarıda qeyd olunan normasını düzgün tətbiq etməmişlər. Hazırkı iş üzrə müdafiəçinin qeyd olunan istintaq hərəkətinin aparılmasında iştirak etməməsi, hökmdə göstərildiyi kimi, təqsirləndirilən şəxsin xahişi ilə deyil, müdafiəçinin iştirak etmək arzusunda olmaması və təqsirləndirilən şəxsin də buna etiraz etməməsi əsasında baş vermişdir ki, bu da qanunvericiliyin tələbinə zidd deyil. Bundan başqa, məhkəmələr Bəraət almış şəxs üzərindəki şəxsi axtarışın saxlanıldıqdan müəyyən müddət sonra keçirilməsinə tənqidi yanaşmalarını da düzgün əsaslandırmamış və nəzərə almamışlar ki, həmin zaman kəsiyi hüquqları məhdudlaşdırılan, saxlanılan şəxsin səmərəli, keyfiyyətli, real olaraq müdafiə hüququndan istifadəsini təmin etmək üçün gözlənilmişdir. Digər tərəfdən, Bəraət almış şəxs xəsarət alması faktı üzrə Nəsimi rayon prokurorluğunda araşdırma aparılmış və bu araşdırma zamanı keçirilmiş məhkəmə-tibb ekspertizasının 21 avqust 2023-cü il tarixli, 1227 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bəraət almış şəxs tibbi kitabçasında qeyd olunanlara əsasən, 12 iyun 2023-cü il tarixdə İstintaq Təcridxanasında o, baxışdan keçirilərkən onun bədən səthində aşkar olunmuş xəsarətlər - sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi qançır, sol gözün ağlı qişasının qırmızımtıl qançır bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (12 iyun 2023-cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol bazunun bayır səthinin 2-3 sm ölçüdə sarımtıl qançır bərk küt əşyanın təsirindən təcridxanada baxış keçirilməsindən təxminən 7-11 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bəraət almış şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər. Həmin araşdırma zamanı hazırkı iş üzrə polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 Bəraət almış şəxs saxlayan zaman sonuncunun qaçmağa cəhd göstərdiyini, işıq dirəyinə çırpıldığını bildirsələr də, məhkəmədə ifad ə verərək əksinə Bəraət almış şəxs saxlanılarkən onlara qarşı heç bir müqavimət göstərmədiyini, onu saxlayan zaman üzündə xəsarətlərin olduğunu, sonuncudan bu barədə soruşduqda o, bir gün əvvəl yaşadığı evin həyətində yıxıldığını, xəsarətləri də bunun nəticəsində almasını dediyini bildirmişlər. Məhkəmələr şahidlərin bu ifadələri və izahatları arasında səsləndirdikləri müəyyən ziddiyyətli halları Bəraət almış şəxs polis əməkdaşları tərəfindən döyülərək etirafa məcbur olunması kimi hasil etmələri də işin faktiki hallarına uyğun olmamış və nəzərə alınmamışdır ki, polis əməkdaşlarının gündəlik onlarla əməliyyat-tədbirlərində iştirak etmələri, hadisənin üzərindən müəyyən vaxt keçməsi nəzərə alındıqda onların müəyyən halların detalları barədə konkret fikirlər söyləyə bilməmələri, yaxud hansısa d etalları dəqiqliklə xatırlamamaları təbiidir və bu kimi ziddiyyətlər şəxsə bəraət verilməsi üçün əsas kimi qəbul edilməməlidir. Buna görə Bəraət almış şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 1 sentyabr 2023-cü il tarixli qərarı ilə bəraətverici əsasla - CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərardan istər Bəraət almış şəxs, istərsə də onun müdafiəçisi tərəfindən şikayət verilməmiş və bu qərar işə mahiyyəti üzrə baxılarkən qüvvədə olmuşdur. Məhkəmələr isə məhkəmə baxışının hədlərinə dair CPM-in 318.1-ci maddəsinin müəyyən etdiyi hüdudlardan açıq-aşkar kənara çıxmaqla qərarın preyudisal əhəmiyyətini nəzərə almamış, Bəraət almış şəxs Bakı İstintaq Təcridxana sında müayinə zamanı üzərində aşkar olunmuş xəsarətlərin onun iddia etdiyi şəraitdə, yəni polis əməkdaşları tərəfindən yetirilməsini əsassız olaraq həqiqət hesabat etmiş, cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən həmin qərarının hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik olmasına diqqət yetirməmiş, qəbul etdikləri yekun məhkəmə aktlarını isə kifayət qədər əsaslandırmamışlar. Odur ki, qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, bəraət almış şəxs Bəraət almış şəxs naməlum səbəbl ərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə bəraət almış şəxs Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı A.A.Ələkbərov həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələbləri pozulmaqla əsassız olaraq Məhkum CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsini, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətl ərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetin i qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin e dilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onl arın şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Bakı Apellyasya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayə t törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Kons titusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifəni n yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydad a toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 8.0-cı maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri if şa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cin ayət mühakimə icraatında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirlənd irilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilə rkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlər in və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməm əsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən b u Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirlə ndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməs ində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür k i, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddə si). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimalla ra əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cin ayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin et məlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzəri ndə qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. B u səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulam ışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyak in Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ci ddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilə rkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkum cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanu nsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda bu yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-1 46-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdiyi halların onların tədqiq və təhlil etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 2 fevral 2024-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 23 may 2024-cü il tarixli qərarında əsaslandıqları sübutların bir hi ssəsinə bir daha müraciət etməyi zəruri sayır. Bundan əvvəl isə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm ittiham tərəfinin təqdim etdiyi, həm də birinci instansiyası məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılarkən əldə olunmuş sübutların hamısı həmin məhkəmənin məhkəmə iclasında tam həcmdə və obyektiv olaraq ətraflı araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, araşdırılmış sübutları isə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək, yəni CPM-in 416.1.2-ci maddəsi ilə ehtiva olunan pozuntuya yol verməyərək Bəraət almış şəxs ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına, o cümlədən sonuncunun müdafiə hüququnun pozulmasına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların tam həcmdə təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə dövlət ittihamçısının vəsatətini təmin edərək Bəraət almış şəxs dindirilməsi, yəni buna görə apellyasiya protestinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını mümkün bilmiş, bundan sonra isə cinayət prosesi iştirakçılarının, o cümlədən kassasiya protestinin müəllifi olan dövlət ittihamçısının əlavə sübutların araşdırılması barədə vəsatətləri olmadığından, yalnız qeyd edilən istintaq hərəkətinin aparılması ilə kifayətlənmiş, bu baxışın nəticəsində isə Məhkum barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun qənaətə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına, o, cümlədən Bəraət almış şəxs müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası Bəraət almış şəxs barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun təd qiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı A.A.Ələkbərov kassasiya protestində məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların (bəraət almış şəxsin ifadələrinin və ona qarşı zor tətbiq edilməsini, habelə təhqiqat və ibtidai araşdırma zamanı bir sıra qanun pozuntularına yol verilməsini təsdiq edən digər sübutların) qanunsuz yolla əldə edilməsi ni ittiham tərəfi cinayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin ibtidai araşdırmanın son mərhələsində və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Araşdırılmış sübutlara gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, Bəraət almış şəxs 8 iyun 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılarkən verdiyi izahatında, habelə ibtidai araşdırmanın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrində ona əldə edərək saxlaması və daşıması iddia olunan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan 0,487 qram çəkidə heroini 7 iyun 2023-cü il tarixdə saat 20 radələrində metronun “Nizami” stansiyasının yaxınlığında tanımadığı “X” adlı şəxsdən aldığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdikdən sonra üzərində saxlamasını və daşımasını etiraf etsə də (bu izahat və ifadələr ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən mötəbər sübutlardan biri kimi qəbul edilmişdir), ibtidai araşdırmanın sonrakı mərhələsində (2 avqust 2023-cü il tarixdə müdafiəçinin vəsatətinə əsasən yenidən təqsirləndirilən şəxs qismində dindi rilərkən) və birinci və apellyasiya məhkəmələrinin məhkəmə iclaslarında CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, o, 8 iyun 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evin qarşısında olarkən Şahid adlı və tanımadığı digər polis əməkdaşları həmin yerə yaxınlaşaraq ona Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə getməyi təklif etmiş, o, da üzərində hər hansı qanunla qadağan olunan əşya, o cümlədən narkotik vasitələr və psixotrop maddələr olmadığına görə bu təkliflə razılaşmışdır. Təxminən 15 dəqiqədən sonra onlar Polis bölməsinə çatmış, orada isə həmin polis əməkdaşları onu döyməyə başlamış və ona bir büküm verib onun içərisində heroin olmasını bildirərək videoçəkilişdən istifa də edilməklə üzərində şəxs axtarış aparılacağı zaman həmin narkotik vasitənin ona məxsus olması barədə izahat verməsini tələb etmişlər. O, bu tələbi yerinə yetirməkdən imtina etdikdə, göstərilən polis əməkdaşları yenə də onu döyərək öz tələblərini təkrarlamış və bütün bunlara görə, yəni fiziki və psixi təsirlərə məruz qaldığından, məcbur olub polis əməkdaşları tərəfindən verilmiş narkotik vasitənin guya özünə məxsus olduğunu şöbədə videoçəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı yalandan etiraf etmiş, eyni zamanda polis əməkdaşlarının diktəsi və yenə də döyüləcəyi barədə hədə-qorxu altında həmin narkotik vasitəni 7 iyun 2023-cü il tarixdə saat 20:00 radələrində tanımadığı “X” adlı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Həmçinin, Bəraət almış şəxs qeyd etmişd ir ki, şəxsi axtarış aparılmazdan əvvəl onun hüquqlarının müdafiə olunması üçün dövlət hesabına təyin edilmiş müdafiəçi döyülməsi nəticəsində üzərində və sifətində bədən xəsarətlərinin olmasını görüb bu istintaq hərəkətinin keçirilməsində iştirak etməkdən imtina edərək Polis bölməsindən getmişdir. Kassasiya protestində bu ifadələrin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, hər bir təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi isə ittih am tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi Məhkum ibtidai araşdırmanın sonrakı dövründə və məhkəmə iclaslarında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir sıra sübu tlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. Bəraət almış şəxs həm ibtidai araşdırma zamanı 2 avqust 2023-cü il tarixdə, həm də birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, Bəraət almış şəxs məhk əməyədək icraatın ilk dövründə deyil, məhz sonradan və məhkəmə iclaslarında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Bəraət almış şəxs bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, onun saxlanıldıqdan sonra həqiqətən fiziki zorakılığıa məruz qalması, təhqiqat və ibtidai araşdırma zamanı prosessual qanunvericiliyinin normalarının, eyni zamanda bəraət almış şəxsin müdafiə hüququnun pozulması barədə məhkəmə iclasında göstərdikləri araşdırılmış başqa sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, həmin işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən qeyd olunan qanun pozuntuları ilə bağlı məhkəmənin öz təşəbbüsü ilə müvafiq sübutlar əldə edilərək araşdırılmış və həmin sübutların məcmusu, onlara verilmiş qiymətləndirmə məh kəməyə Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermişdir. Kassasiya protestində Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun təhqiqat və ibtidai araşdırmanın ilkin mərhələsi zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri bilir ki, CPM-in 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf həm də iş üzrə bütün qanuni üsullarla toplanmış sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2 021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəb lərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işinin materiallarından və həmin iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, həmin məhkəmələr Ali Məhkəmənin Plenumunun bu tövsiyələrinə də əməl etmişlər. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün Bəraət almış şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri ilə yanaşı iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış digər sübutları tam və hərtərəfli tədqiq və təhlil etmiş məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki cinayət işinin materiallarına görə həmin işin başlanmasına əsas Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 8 iyun 2023-cü il tarixli raportu, həmin raporta əsasən onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair eyni tarixli qərar və bu sənədlərlə bağlı iş üzrə keçirilmiş əməliyyat-axtarış təbirlərinin və aparılmış bir sıra istintaq hərəkətlərinin nəticələri olmuşdur. Qeyd olunan raportda göstərilmişdir ki, baş əməliyyat müvəkkili Şahid1 icraatına (müəyyən olunmamış tarixdə və mənbədn-m.k.) “X” adlı şəxsin qanunsuz olaraq narkotik vasitə əldə etməsi, özündə saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, qərarda isə əməliyyat məlumatında göstərilənlərin yoxlanılaraq Bəraət almış şəxs ifşa olunması və cinayət başında yaxalanması üçün bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədə müvafiq hesab edilmiş, qərarın surətlərinin 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokuroruna göndərilməsi nəzərdə tutulmuş, qərarda isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin 1, 2, 7, 9-cu bəndlərinə, 11-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndinə, 12-ci maddəsinə və CPM-in 445.2-ci maddəsinə istinad olunmuşdur. Lakin, iş materiallarına bu qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi haqda 8 iyun 2023-cü il tarixli 3-13-51-3/25851/23 saylı məktub əlavə olunsa, fa ktiki olaraq onun həqiqətən həmin məhkəməyə göndərilməsi və göstərilən qərarın əldə edilmiş ilkin sübutlarla birgə məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qəra rı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəza rəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda ə məliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmişdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Q anununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi ü zrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurəti ni ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi t ərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya a nonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 137 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəm əsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, həmin materiallara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 8 iyun 2023-cü il tarixli qərarın eyni tarixli məktublarla əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Nəsimi rayon prokuroru ilə yanaşı həm də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi barədə məktublar əlavə edilsə də, həmin qərarın özünün və onun əsasında keçirilmiş tədbirlərin yuxarıda göstərilən qaydada yoxlanılması iş materialları ilə müəyyən edilməmiş və məhkəmə nə zarətini həyata keçirən məhkəmənin bu haqda qərarı həmin materiallarda aşkar olunmamışdır. Bu isə ona dəlalət edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 8 iyun 2023-cü il tarixli qərarın və onun əsasında toplanmış sübutların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından həmin sübutlar Bəraət almış şəxs qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra cinayət işinin materiallarından görünür ki, 8 iyun 2023-cü il tarixdə, ittihamda göstərildiyi kimi, Bəraət almış şəxs saat 20.30-da da (məhkəmədə verdiyi ifadələrində bəraət almış şəxs bu vaxtı da mübahisələndirərək həmin vaxtda deyil, saat 19 radələrində saxlanıldığını bildirmişdir) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə yaşadığı evin qarşı sında saxlanıldıqdan sonra Nəsimi RPİ-nin 21-ci PBnə gətirilmiş və orada bu şübhə ilə özünün seçdiyi müdafiəçinin – 14 saylı Vəkil Bürosunun vəkili Əliyev Telman Xudayar oğlunun iştirakı ilə saat 21.20-dən 21.40-dək şübhəli şəxs qismində tutulmuş, bundan sonra isə həmin tarixdə saat 22.30-dan 23.20-dək yəni 50 dəqiqə ərzində onun üzərində videoçəkiliş aparılmaqla, lakin müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiirilmişdir. Qeyd olunan istintaq hərəkətinin müdafiəçinin iştirakı olmadan keçirilməsinin əsası kimi isə təhqiqatçı həm Bəraət almış şəxs, həm də müdafiəçi T.X.Əliyevin ərizələrini nəzərə almışdır. Kompyuterdə icra olunmuş və 21-ci Polis bölməsinin rəisinə ünvanlanmış Bəraət almış şəxs həmin ərizəsində müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi ax tarışın aparılmasına etirazının olmaması göstərilmiş, eyni məzmunlu ərizə həmçinin müdafiəçi T.X.Əliyevin də adından tərtib olunmuş, sonuncu isə bu ərizə ilə yanaşı Bəraət almış şəxs da adından yazılmış ərizəni sadəcə imzalamış, bu müraciətlər üzrə isə heç bir protokol tərtib olunmamışdır. Eyni zamanda həmin ərizələrin kim tərəfindən və nə vaxt alınması da müəyyən edilmir, şəxsi axtarışın aparılması zamanı isə Bəraət almış şəxs CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquqlarının izah olunması 8 iyun 2023-cü il tarixli protokolda göstərilsə də, ona müdafiəçinin xidmətlərindən “müvəqqəti olaraq” imtina etməsinin səbəbləri, bu halın hansı məntiqi zərurətdən irəli gəlməsi ümumiyyətlə aydınlaşdırılmamışdır. Bununla yanaş, iş materialları ilə müəyyən edilir ki, Bəraət almış şəxs şübhəli şəxs qismində tutulmazdan əvvəl 21-ci Polis bölməsinin rəisinə ərizə ilə müraciət edərək maddi imkanı olmaması səbəbindən hüquqlarının dövlət hesabına müdafiə olunmasını istəməsini bildirmiş və onun bu ərizəsi nəzərə alınaraq bunun üçün yuxarıda adı çəkilən müdafiəçi təyin edilmişdir. Məhkəmə kollegiyası təsvir edilən hallarda Bəraət almış şəxs müdafiə hüququnun pozulmasını görür və kassasiya protestində bunun əksi iddia olunsa da, qeyd edir ki, həm şübhəli şəxsin üzərində axtarış keçirilərkən, həm də onunla digər istintaq hərəkətləri aparılarkən müdafiəçinin iştirakı məcburi olmuş və istər onun özünün, istərsə də müdafiəçinin yuxarıda göstərilən ərizələrində əksini tapmış xahişləri qəbul edilə bilməzdi. Belə ki, CPM-in 92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə cinayət prosesin də müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır CPM-in 92.12-ci maddəsində isə təsbit edilmişdir ki, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda (ərizədə yox-m.k.) göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16-cı maddələrində nəzərdə tutulmuş hallarda şübh əli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qeyd olunduğu kimi, Bəraət almış şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq 21-ci Polis bölməsinə gətirildikdən sonra şübhəli şəxs qismində tutulmazdan əvvəl məhz hüquqi yardımı ödəmək imkanında olmaması səbəbindən ona dövlət hesabına müdafiəçinin təyin edilməsi haqqında ərizə ilə həmin bölmənin rəisinə müraciət etmiş və onun ərizəsi təhqiqatçı tərəfindən nəzərə alınaraq, o, yuxarıda adı çəkilən müdafiəçi ilə təmin edilmiş, sonuncu da, tərtib olunmuş prosessual sənədlərə görə, şübhəli şəxsin tutulmasında iştirak etmişdir. Qanunvericiliyin tələblərinə və işin müəyyən olunmuş hallarına baxmayraq təhqiqat çı Bəraət almış şəxs və onun müdafiəçisi qismində təyin edilmiş vəkil T.X.Əliyevin ərizələrini qanunsuz olaraq qəbul etmiş və müdafiəçinin iştirakı mütləq şəkildə təmin olunmalı halda şəxsi axtarış istintaq hərəkətini müdafiəçinin iştirakı olmadan, yəni şübhəli şəxsin müdafiə hüququnun kobud şəkildə pozmaqla aparmışdır. Qeyd olunan hallar qanunvericiliyin aşağıdakı tələbləri baxımından təhlil edildikdə Məhkum üzərində şəxsi axtarışın və götürmənin aparılması zamanı həmçinin digər qanun pozuntularına da yol verilməsi müəyyən edilir. Belə ki, həm CPM-in 92.12-ci maddəsində, həm də müdafiə hüququnun təmin edilməsi ilə bağlı prosessual qanunvericiliyinin digər normalarında hər hansı bir istintaq hərəkətinin aparılması üçün şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən, müdafiəçinin isə öz vəzifələrinin icrasından “müvəqqəti olaraq” imtina etmələri və bunun cinayət təqibini aparan orqan tərəfindən qəbul edilməsi, həmin istintaq hərəkəti aparıldıqdan sonra isə eyni müdafiəçinin yenə də işə qoşularaq sonrakı istintaq hərəkətlərinin aparılmasında iştirak etməsi nəzərdə tutulmamışdır ki, bu baxımdan da Məhkum hazırki iş üzrə təhqiqat zamanı müdafiə hüququnun səmərəli və keyfiyyətli şəkildə təmin olunmasından söhbət gedə bilməz. Belə qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 207.4-cü maddəsinin tələbinə görə, cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə cinayət işi başlanmazdan əvvəl o, tutularkən baxışa və şəxsi axtarışa məruz qala bilər. Axtarışın və götürmənin aparılmasında iştirak edən şəxslərin dairəsini müəyyən edən, prosessual qan unvericilikdə ümumi norma kimi nəzərdə tutulmuş CPM-in 244.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxs barəsində axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. Göründüyü kimi, qanunun bu normasında müdafiəçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasında iştirak etməsi onun vəzifəsi yox, hüququ kimi təsbit edilmiş və bu hüquq cinayət təqibini aparan orqan tərəfindən o halda mütləq təmin edilməlidir ki, müdafiəçi əvvəlcədən göstərilən istintaq hərəkətinin aparılması barədə xəbərdar edilsin və sonuncu həmin istintaq hərəkə tinin aparılmasında iştirak etmək arzusunu bildirsin, digər tərəfdən isə işin hallarına görə və CPM-in 92.12-ci maddəsinin tələblərinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin qəbul edilməsi mümkün olmasın. Həmçinin, bu tələblər belə nəticəyə gəlməyə əsas verir ki, ümumi şəkildə təhqiqatçı və ya müstəntiq axtarış və götürmə istintaq hərəkətini aparmazdan əvvəl mütləq şəkildə müdafiəçinin həmin istintaq hərəkətinin aparılmasında iştirakını təmin etmək vəzifəsi daşımır, lakin şübhəli və ya təqsirləndirilən şəxs artıq müdafiəçiyə malik olduqda (məsələn, bağlanmış müqaviləyə əsasən, yaxud da tutulması zamanı ona müdafiəçi təyin edildikdə) müstəntiqin və təhqiqatçının borcudur ki, bundan sonra bütün istintaq hərəkətlərinin, o cümlədən axtarışın (şəxsi axtarışın ) və götürmənin aparılması barədə müdafiəçini xəbərdar edərək onun cinayət prosesində iştirakını təmin etsin. Eyni zamanda müdafiəçinin bu və ya istintaq hərəkətinin aparılmasında, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində onun iştirakı mütləq şəkildə tələb olunduğu halda da təhqiqatçı və ya müstəntiq bu iştirakı təmin etməlidir. Belə hallarda müdafiəçinin istənilən istintaq hərəkətinin aparılmasında və prosessual məcburiyyət tədbirinin tətbiq edilməsində iştirakdan imtina etmək hüququ isə yoxdur. İş materiallarından göründüyü kimi, Bəraət almış şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı onun müdafiəçisinə müraciət etməyərək və sonuncunun buna maddi vəsaiti olmadığından müdafiəçi ilə müqavilə bağlamaq imkanının olmaması barədə məlumat verməyərək bu istintaq hərəkə tinin aparılmasında iştirak etmək vəzifəsini, habelə özünün də şübhəli şəxsin müdafiə hüququnun təmin edilməsi vəzifəsini daşıdığını ona izah etməmiş, bununla da qanunvericiliyin tələblərinin pozulmasına yol verməklə qüvvəsi olmayan ərizələrə əsaslanaraq şübhəli şəxsin üzərində şəxs axtarış aparmış, ibtidai araşdırma zamanı başqa sübutlar da məhz kobud qanun pozuntuları ilə həmin istintaq hərəkətinin aparılmasının, habelə Məhkum barəsində həyata keçirilmiş əməliyyataxtarış tədbirinin nəticələrinə əsasən toplanmışdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 246.1-ci maddəsinin tələbinə əsasən, müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, m əhkəmənin qərarı əsasında götürə bilər. CPM-in 246.2.1-ci maddəsi isə imkan verir ki, şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə onun üzərində məhkəmənin qərarı alınmadan da şəxsi axtarış aparılsın. Bu normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, şəxs hər hansı cinayətin törədilməsində şübhəli bilindikdə (bu haqda əməliyyat və ya digər məlumat hüquq-mühafizə orqanına daxil olduqda), o, barəsində “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş zəruri əməliyyat-axtarış tədbirlərinin (məsələn güdmə, telefon danışıqlarına qulaq asma və s.) tətbiq edilməsi nəticəsində onun olduğu yer müəyyən edildikdən dərhal sonra, yəni təxirə salınmadan həmin yerdə tutula (saxlanıla, yaxa lana) bilər və bu zaman onun üzərində, qanunvericiliyin tələb etdiyi və imkan verdiyi kimi, məhkəmənin qərarı olmadan, baxış, axtarış və götürmə kimi istintaq hərəkətləri aparıla bilər. Şəxsin tutulmasının rəsmiləşdirilməsi isə bundan sonra, yəni təxirə salınmadan polis və ya digər hüquq mühafizə orqanlarına gətirildikdən sonra da həyata keçirilə bilər. Buna qədər şəxsin faktiki tutulduğu (saxlanıldığı və ya yaxalandığı) yerdə onun üzərində baxış və ya axtarış kimi istintaq hərəkətinin aparılması zamanı mütləq qaydada müdafiəçi ilə təmin olunması prosessual qanunvericiliyin istər şərh olunan, istərsə də digər normalarında nəzərdə tutulmamışdır, lakin məhkəmə kollegiyasının fikrincə, şəxsin tutulmasının rəsmiləşdirilməsi zamanı müdafiəçinin iştirakı və onun bununla bağlı bütün digər hüquqla rının təmin edilməsi mütləqdir, çünki bu tələb CPM-in 90.7.5, 90.7.7, 90.7.9 və 92.3.9-cu maddələrinin müddəalarından irəli gəlir. Belə ki, qeyd olunan maddələrə görə, şübhəli şəxs tutulduğu və ya qətimkan tədbirinin seçilməsi haqqında qərar elan olunduğu andan müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətinə xitam vermək, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, müdafiəçinin yardımından pulsuz istifadə etmək, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə ifadə vermək hüquqlarını həyata keçirir və o, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulduqda və ya onun barəsində həbs qətimkan tədbiri tətbiq edilərkən müdafiəçinin iştirakı təmin olunmalıdır. Təsvir edilən məsələlərə eyni cür hüquqi yanaşma həmçinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2019-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərara görə, CPM-in 244.2-ci maddəsi ilə müəyyən edilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə onun cinayət-prosessual funksiyalarını həyata keçirməsinin təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir. Bu baxımdan qanunverici müstəntiqin üzərinə belə istintaq hərəkətinin aparılması barədə müdafiəçini əvvəlcədən xəbərdar etmək, müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə isə onun bu hüququnu təmin etmək vəzifəsini qoymuşdur. Axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin həm iştirakı ilə, həm də iştirakı olmadan aparılan prosessual hərəkətlərə aiddir. Belə olan halda həmin istintaq hərəkətlərində şübhəli və ya təqsirləndirilən şəxsin iştirak edibetməməsindən asılı olaraq, müdafiəçinin iştirakı məsələsi CPM-in 92.9.3, 92.10.1 və 92.10.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Belə ki, həmin istintaq hərəkəti təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda CPM-in imperativ norması olan 92.10.1-ci maddəsinə uyğun olaraq, müdafiəçiyə (artıq təyin edilmiş və ya müqavilə əsasında prosesə buraxılmış – m.k.) müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq bu prosessual hərəkətdə iştirakdan imtina etmək qa dağan olunur. Belə istintaq hərəkəti şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda isə o, müdafiəçinin həmin istintaq hərəkətində iştirak etməsini tələb edərsə, CPM-in 92.10.3-cü maddəsinə müvafiq olaraq müdafiəçi belə iştirakdan imtina edə bilməz. Belə ki, müdafiəçinin cinayət prosesində iştirakı, bir qayda olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin iradəsindən asılı olduğundan, o, (müdafiəçi-m.k.) bu hüququ öz mülahizəsi əsasında müstəqil deyil, müdafiəni səmərəli təşkil etmək məqsədilə müdafiə etdiyi şəxslə razılaşdırmaqla həyata keçirməlidir. Məhkəmə kollegiyası xüsusilə onu vurğulamağı lazım bilir ki, Konstitusiya Məhkəməsinin Plenumunun göstərilən Qərarına görə də, istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin mütləq iştirak etməli olduğu hallar mö vcud olmadıqda, eləcə də şübhəli və ya təqsirləndirən şəxs bunu tələb etmədikdə cinayət prosesini həyata keçirən orqan tərəfindən müdafiəçinin belə hərəkətlərin aparılmasında iştirakının tələb edilməsi yolverilməzdir. Bu müddəa belə nəticəyə gəlməyə əsas verir iki, müdafiəçinin istintaq və ya digər prosessual hərəkətlərdə mütləq iştirakı qanunvericilikdə nəzərdə tutulduğu hallarda, hətta şübhəli və ya təqsirləndirilən şəxs bundan imtina etdikdə, əvvəla belə imtina təhqiqatçı və ya müstəntiq tərəfindən qəbul edilməməli, digər tərəfdən isə cinayət təqibini aparan orqan tərəfindən müdafiəçidən bu və ya digər istintaq və prosessual hərəkətlərdə iştirak etməsi tələb olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarında daha sonra qeyd edilmişdir ki, axtarış və ya götürmə istint aq hərəkətlərinin təxirə salınmadan aparılmasının zəruriliyi nəzərə alınaraq bu istintaq hərəkətlərinin müdafiəçinin iştirakı olmadan həyata keçirilməsi istisna edilməmişdir. Bu halda müstəntiq axtarış və ya götürmənin aparılması barədə əsaslandırılmış qərar çıxarmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 12 fevral tarixli Qərarı). İş materiallarından göründüyü kimi, Məhkum və onun müdafiəçisi T.X.Əliyevin ərizələrini əsassız olaraq qəbul etmiş təhqiqatçı belə qərar da çıxarmamışdır. Bütün göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil etdiyi məsələ ilə bağlı aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 92.10.1 və 92.10.3-cü maddələri ilə həmin Məcəllənin 244.2-ci maddəsi arasında hər hansı ziddiyyət mövcud deyildir; - CPM-in 244.2-ci maddəsində göstərilmiş axtarış və götürmənin aparılmasında müdafiəçinin iştirak etmək hüququ onun şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə cinayət-prosessual funksiyalarını həyata keçirməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş imkanı ehtiva edir; - Konstitusiyanın 61-ci maddəsi baxımından və CPM-in 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz; - CPM-in 92.10.3-cü maddəsinin “özbaşına müdafiədən imtina etmək” müddəası müdafiəçinin müdafiədən tamamilə imtina etməsi ilə yanaşı, müdafiə prosesinin ayrı-ayrı mərhələlərindən, eləcə də üzrsüz səbəbdən hər hansı prosessual hərəkətlərdə iştirak etməkdən imtina etməsini də ehtiva edir. - CPM-in 92.10.3-cü maddəsinin tələbləri baxımından, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı olmadan aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin razılığı olmadan həmin istintaq hərəkətlərində iştirakdan imtina edə bilməz. Qanunvericiliyin normalarına yuxarıda göstərilən qaydada verilmiş təfsirdən və Konstitusiya Məhkəməsi Plenumunun hüququ mövqeyindən çıxış edərək məhkəmə kollegiyası Bəraət almış şəxs 8 iyun 2023-cü il tarixdə saxlanılaraq 21-ci Polis Bölməsinə gətirilib şübhəli şəxs qismində tutulduqdan sonra onun üzərində müdafiəçinin iştirakı olmadan, lakin şahidlərin – yalnız polis əməkdaşlarının iştirakları ilə artıq əhəmiyyətsiz olan şəxsi axtarışın aparılmasında şübhəli şəxsin müdafiə hüququnun pozulması halını görür və qeyd edir ki, işə mahiyyəti üzrə baxmış məhkəmələr bu hala diqqət yetirməklə, ona qanunvericiliyin tələb etdiyi qaydada lazımi hüquqi qiymət vermişlər. Məhkəmə kollegiyası müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilməsi barədə milli və beynəlxalq qanunvericiliyinin (“İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin) tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən çıxış edərək cinayət işinin materiallarına nəzər saldıqda müəyyən edir ki, hələ təhqiqat zamanı Bəraət almış şəxs hüquqlarının müdafiə olunması 14 saylı Vəkil Bürosunun vəkili T.X.Əliyevə həvalə edilərək sonradan o, təhqiqat və ibtidai araşdırma zamanı müxtəlif istintaq hərəkətlərinin aparılmasında və təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsində iştirak etsə də, onun fəaliyyəti səmərəli və keyfiyyətli olmamış və sonuncu hazırki iş üzrə həqiqətin müəyyən edilməsi üçün keyfiyyətli xidmət göstərməyərək lazımi fəallıq nümayiş etdirməmiş, hətta Bəraət almış şəxs tutulması zamanı sifətində xəsarətlərin olmasına diqqət yetirməyərək bununla bağlı lazımi halların araşdırılmasına təşəbbüs göstərməyə rək yalnız ona təqdim olunmuş prosessual sənədləri imzalamaqla kifayətlənmişdir. Belə olan halda həm təhqiqat, həm də ibtidai araşdırmanın ilkin mərhələsində vəkil T.X.Əliyev tərəfindən Bəraət almış şəxs hüquqlarının səmərəli şəkildə müdafiə olunması barədə nəticəyə gəlmək mümkün deyil. Bir sözlə, müdafiəçi T.X.Əliyev təmsil etdiyi şəxsin hüquqlarını səmərəli şəkildə müdafiə etməməklə həm Konstitusiya ilə və beynəlxalq müqavilələrlə, həm də CPM-in 92-ci maddəsi ilə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirməmişdir ki, bu da təhqiqat və ibtidai araşdırma zamanı Bəraət almış şəxs müdafiə hüququnun pozulması barədə nəticəyə gəlmək üçün zəmin yaratmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında da Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə istinadən vurğulanmışdır ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Bəraət almış şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 8 iyun 2023-cü il tarixli protokola əsasən, bu istintaq hərəkətinin aparılması Nəsimi RPİ-nin KTQ-nun inspektor-kriminalisti vəzifəsində xidmət edən polis kapitanı X5 “Sony” markalı videokameradan istifadə edilməklə apardığı videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Protokolun və ona əlavə edilmiş videogörüntülərin öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, bu görüntülərin məzmunu həmi n prosessual sənədin məzmunu ilə eynilik təşkil edir, lakin bilavasitə axtarışa başlamazdan əvvəl Nəsimi RPİ-nin 21-ci PB-nin təhqiqatçısı polis mayoru X17 protokolda yazılanları qarşısındakı monitordan oxuyur və istintaq hərəkətinin iştirakçılarına da sualları monitora baxaraq verir. Bu hal isə belə qənaətə gəlməyə əsas verir ki, şəxsi axtarışın aparılması halları və onun nəticələri sanki təhqiqatçıya əvvəlcədən bəlli olmuş və buna görə də o, bu istintaq hərəkətini aparmazdan əvvəl artıq işə əlavə edilmiş protokolu tərtib etmişdir ki, bu da kobud prosessual pozuntu kimi qiymətləndirilməlidir. Çünki, CPM-in 247.1-ci maddəsinin tələbinə əsasən, həmin maddədə göstərilən halları əks etdirən protokol şəxsi axtarış aparılmazdan əvvəl deyil, bu istintaq hərəkəti başa çatdıqdan sonra tərtib edili r. Daha sonra 8 iyun 2023-cü il tarixi protokoldan və ona əlavə edilmiş videogörüntülərdən görünür ki, təhqiqatçı tərəfindən Bəraət almış şəxs CPM-in 19, 20 və 26-cı maddələrində nəzərdə tutulmuş müvafiq olaraq hüquqi yardım almaq, özünü və qohumlarını ifşa etməkdə sərbəstlik və tərcüməçinin yardımından istifadə etmək hüquqlarını ona izah edilir, lakin onun müdafiəçidən imtina etməsinin səbəblərini aydınlaşdırılmır. Bundan sonra isə təhqiqatçı Bəraət almış şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eyni zamanda əldə olunması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadə olunması qanunla qadağan olunmuş digər əşya və ya predmetlər olması barədə sual verir, sonuncu da əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffav sellofan bükümün çıxarıb masanın üzərinə qoyur və bildi rir ki, həmin bükümün içərisində narkotik vasitə olan “kakosdur” və onu 7 iyun 2023-cü il tarixdə saat 20 radələrində metronun “Nizami” stansiyasının yaxınlığında tanımadığı “X” adlı şəxsdən 15 manat məbləğində pulun müqabilində öz şəxsi istifadəsi üçün almışdır. Protokola və videogörüntülərə görə təhqiqatçı özü də Məhkum üzərində axtarış apardıqdan və bunun nəticəsində hər hansı başqa əşya aşkar etmədikdən sonra sonuncunun təqdim etdiyi büküm müvafiq qaydada qablaşdırılmışdır. Bəraət almış şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bükümün əldə etməsi halları ilə bağlı onun həm bu istintaq hərəkətinin aparılması zamanı verdiyi izahatı, həm də 9 və 10 iyun 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrinə (bu izahat və ifadələr hə m ibtidai araşdırma orqanı, həm də məhkəmə iclaslarında dövlət ittihamını müdafiə etmiş prokurorlar tərəfindən Bəraət almış şəxs təqsirliliyini təsdiq edən mötəbər sübutlardan biri hesab edilmiş, hətta ibtidai araşdırma zamanı “X” adlı şəxsin müəyyən edilməsi üçün 21-ci PB-nin rəisinə əməliyyat tapşırığı da verilmişdirdir) münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, bəraət almış şəxsin bu izahatı və ifadələri qəbul edilən hesab edilə bilməz ona görə ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli 4691 saylı rəyinə əsasən narkomaniya xəstəliyindən əzab çəkən, yəni narkotik vasitələrin istifadəsinə daim tələbatı və ehtiyacı olan və bu xəstəlikdən məcburi müalicəyə ehtiyacı olan şəxsin narkotik vasitəni ə ldə etdikdən sonra onu bir sutka ərzində üzərində saxlayaraq daşıması və istifadə etməməsi ağlabatan deyil və bu baxımdan sonuncunun təhlil edilən izahatı və ifadələri məhz ona qarşı edilmiş təsir və təzyiq nəticəsində verməsi daha inandırıcı görünür. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, təsvir edilmiş videogörüntüdən Bəraət almış şəxs sifət nahiyəsində qançırların olması açıq-aydın görünür və bununla bağlı təhqiqatçının sualına cavab verərək o, bu xəsarətləri 7 iyun 2023-cü il tarixdə yaşadığı evin həyətində yıxılması nəticəsində almasını, saxlanılarkən isə polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmamasını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Bəraət almış şəxs nəinki bu izahatı və ifadələri, həmçinin onun polis əməkdaşları tərəfi ndən saxlanılarkən fiziki zorakılığa məruz qalması, həqiqətə uyğun olmayan izahat və ifadələr verməsi barədə sonrakı ifadələri ibtidai araşdırma orqanı tərəfindən ümumiyyətlə yoxlanılmamış və yalnız işə birinci instansiya məhkəməsində baxılarkən sonuncunun məhkəmə iclasında verdiyi ifadələri üzrə müvafiq araşdırma aparılaraq həmin ifadələrin təsdiq edilməsinə dair bir sıra sübutlar əldə edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, həm şəxsi axtarışın və götürmənin aparılması haqqında 8 iyun 2023-cü il tarixli protokoldan, həm də bu protokola əlavə edilmiş videogörüntülərdən görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı Bəraət almış şəxs təqdim etdiyi bir bükümdə olan kütlənin narkotik vasitə - heroin olmasını təhqiqatçı özü müəyyən edir (Bəraət almış şəxs bu kütləni “kakos” adlandırırı), lakin bunun həqiqətə uyğun olub-olmaması mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Halbuki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübut əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanıs ın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qablaşdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təhlil edilən istintaq hərəkətinin icraatı qaydaları prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulması ilə aparıldığından həm bu istintaq hərəkətinin, həm də onun nəticəsində əldə edilmiş sübutların (Bəraət almış şəxsin etirafedici izahatı və ifadələri, habelə 0,487 qram çəkidə heroin olan mad di sübutun) yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-in 245.2-ci maddəsinə əsasən, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-in 247.1-ci maddəsinin tələblərindən görünür ki, axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliy yət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal şahidlərinin iştirak etdiyi halda); [363] 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; CPM-in 247.1.9-cu maddəsinə görə də, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı belə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. 247.4-cü maddəsində isə axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzilistismar təşkilatının nümayəndəsinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması haqqında 8 iyun 2023-cü il tarixli protokolun Məhkum və onun müdafiəçisinə verilməsi də iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin materiallarına müraciət edərək daha sonra qeyd edir ki, işdə olan prosessual sənədlərə əsasən, Bəraət almış şəxs şübhəli şəxs qismində tutulması 8 iyun 2023-cü il tarixdə saat 21.20-dən 21.40-dək rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 9 iyun 2023-cü il tarixdə saat 13.00-dan 13.45-dək, yəni təxminən on beş saatdan artıq vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmi şdir. Halbuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan başqa, işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində mahiyyəti üzrə baxılarkən əldə olunmuş müvafiq sənədlərlə müəyyən edilmişdir ki, Bəraət almış şəxs onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 10 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına keçirilmiş, 12 iyun 2023-cü il tarixdə isə orada tibbi müayinə olunarkən onun sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi rəngli qançır, sol gözün ağlı qişasında qırmızımtıl rəngli qançır, sol bazunun bayır səthində 2-3 sm ölçüdə sarımtıl rəngli qançır aşkar olunmuşdur (bu hal birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunaraq araşdırılmış Məhkum barəsindəki tibbi kitabçanın surətinin 13-cü bəndində edilmiş qeydlə və həmin Təcridxananın Tibb-sanitar hissəsi rəisinin məhkəməyə ünvanladığı 27 noyabr 2023-cü il tarixli 3-16-17/38/2-8034/2023 saylı məktubu təsdiq olunur). Həm ibtidai araşdırmanın sonrakı mərhələsində, həm də məhkəmə iclaslarında isə Bəraət almış şəxs göstərmişdir ki, bu xəsarətləri o, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində almış, habelə Nəsimi rayon prokurorluğuna Bəraət almış şəxs fiziki zorakılığa məruz qalması ilə bağlı daxil olmuş məktuba əsasən həmin prokurorluqda araşdırma başlanmışdır. Nəsimi rayon prokurorluğunda aparılan araşdırma materiallarının məhkəmə icla sında tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, bu araşdırma zamanı onu aparan prokurorluğunun müstəntiqi X15 Məhkum və polis əməkdaşı Şahid1 və Şahid2 izahatlarını almış və araşdırma üzrə məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Həmin araşdırma zamanı da Bəraət almış şəxs 8 iyun 2023-cü il tarixdə saxlanıldıqdan sonra polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsini və bunun da nəticəsində yuxarıda göstərilən xəsarətləri aldığını bildirmişdir. Qeyd olunan materiallara əlavə edilmiş Şahid1 və Şahid2, hər birisinin ayrıayrılıqda verdikləri izahatlarından isə görünür ki, sonuncular Bəraət almış şəxs saxlayarkən sonuncu onlardan qaçmağa cəhd etmiş və bu zaman işıq dirəyinə dəyərək onda aşkar edilmiş xəsarətləri almışdır. Məhkəmə-tibb ekspertizasının 21 avqust 2023-cü il tar ixli, 1227 saylı rəyində göstərilmişdir ki, Bakı İstintaq Təcridxanasında tərtib olunmuş 5877/2023 saylı məhkumun tibbi kitabçasında qeyd olunanlara əsasən, Bəraət almış şəxs 12 iyun 2023-cü il tarixdə baxış keçirilərkən onun bədən səthində aşkar olunmuş xəsarətlər – sağ gözaltı nahiyəsində 3-4 sm ölçüdə bənövşəyi qançır, sol gözün ağlı qişasının qırmızımtıl qançır bərk küt əşyanın (əşyaların) təsirindən təcridxanada baxış keçirilməsindən (12 iyun 2023cü il tarixdə) təxminən 3-5 gün əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol bazunun bayır səthinin 2-3 sm ölçüdə sarımtıl qançır bərk küt əşyanın təsirindən təcridxanada baxış keçirilməsindən (12 iyun 2023-cü il tarixdə) təxminən 7-11 gün əv vəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Bəraət almış şəxs bədənində qeyd olunan xəsarətlər müxtəlif şəraitdə törənə bildiklərindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşa bilər. Cinayət işinin materiallarından görünür ki, ilk dəfə məhkəmə iclasında şahid qismində dindirilərkən də adları çəkilən polis əməkdaşları Bəraət almış şəxs üzündə və bədənində xəsarətlərin aşkar edilməsi ilə bağlı Nəsimi rayon prokurorluğunda verdikləri izahatlara uyğun eyni məzmunda ifadələr vermişlər. Lakin, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların təhlili göstərir ki, Şahid1 və Şahid2 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında təkrarən dindirilərkən Bəraət almış ş əxs saxlayarkən sonuncunun onlara müqavimət göstərmədiyini, həmin vaxt yıxılmasını və ya hansısa işıq dirəyinə dəyməsini inkar etmiş, sonuncuda aşkar edilmiş xəsarətləri isə saxlanılmazdan iki-üç gün əvvəl alması barədə izahat verməsini, ona qarşı heç bir qanunsuz hərəkətlər etmədiklərini bildirmişlər. Cinayət işinin materiallarından göründüyü kimi, göstərilən rəy birinci instansiya məhkəməsi tərəfindən Bəraət almış şəxs işgəncəyə və qeyri-insani rəftara məruz qalması faktı ilə bağlı yuxarıda göstərilən qaydada araşdırma aparılaraq müstəntiq tərəfindən 1 sentyabr 2023-cü il tarixdə CPM-in 39.1.2-ci maddəsinə əsasən, yəni əməldə cinayət tərkibinin olmaması barədə qərar qəbul edilmiş, lakin həmin qərarın surəti istər Bəraət almış şəxs, istərsə də onun müdafiəçisinə təqdim olunmamış, bununla da sonuncuların bu qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətin qaydasında müvafiq birinci instansiya məhkəməsinə şikayət vermək hüquqları təmin olunmamışdır. Qeyd olunmalıdır ki, Bəraət almış şəxs saxlanılarkən və Nəsimi RPİ-nin 21-ci PB-nə gətirildikdən sonra orada döyülməsi və həmin vaxt üzərində narkotik vasitənin olmaması barədə iddiaları onun tərəfindən hələ ibtidai araşdırma zamanı da irəli sürmüş, lakin buna baxmayaraq ibtidai araşdırma orqanı tərəfindən onun bu iddiaları 2 avqust 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra yoxlanılmamış və bu iddialarla bağlı heç bir araşdırma aparılmamışdır. Nəsimi rayon prokurorluğunun 1 sentyabr 2023-cü il tarixli qərarının preyudisial əhəmiyyətli qərar kimi qiy mətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə müvafiq nəticəyə gələrkən haqlı olaraq həmin qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və Bəraət almış şəxs həqiqətən təhqiqat zamanı işgəncəyə və qeyri-insani rəftara məruz qalması ba rədə mötəbər qənaətə gəlmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2, 85 və 114.2.3-cü maddələrinin Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 65.1 və 318-ci maddələri və Azərbaycan Respublikası Konstitusiyasınınn 127-ci maddəsinin İİ hissəsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 noyabr 2022-ci il tarixli Qərarına görə, baxılan inzibati xəta haqqında materiallarda istintaq orqanının cinayət işinin rədd edilməsinə dair ləğv edilməmiş qərarının mövcudluğu hakimi, səlahiyyətli orqanı (vəzifəli şəxsi) İnzibati Xətalar Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulan səlahiyyətin həyata keçirilməsindən məhrum edə bilməz. Əks yanaşma ona gətirib çıxara bilər ki, cinayət təq ibini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsinə dair ləğv edilməmiş qərarının olması inzibati xətada hətta cinayət əlamətləri olduğu halda da, hakimi pozuntuya müstəsna olaraq inzibati xəta kimi baxmağa və bilərəkdən qanunsuz və əsassız qərarın qəbul edilməsinə məcbur etmiş olar. Ümumilikdə isə araşdırdığı bütün sübutların fonunda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası iş üzrə belə nəticəyə gəlmişlər ki, Bəraət almış şəxs saxlanılaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirildikdən sonra işgəncəyə və qeyri-insani rəftara məruz qalmış, bunun da nəticəsində onun üzərində narkotik vasitənin olması barədə həqiqətə uğun olmayan ifadələr verməyə məcbur edilmiş, ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar isə yuxarıda təsvir qanun pozuntuları ilə yanaşı həm də Bəraət almış şəxs müdafiə hüququnun pozulması və zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmiş, bütün bu hallar həmin sübutların qanuni qüvvəsinin olmaması, sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin isə sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin bu haqda gəldikləri nəticə ilə razılaşaraq onu qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. H eç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hə rəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazan dıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməsi yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb ed ir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfiyyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüq uqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan polis əməkdaşları Şahid1 və Şahid2 ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Əvvəla iş materiallarından görünür ki, adları çəkilən şəxslər Bəraət almış şəxs barəsində daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə onun ətrafında müvafiq əməliyyat-axtarış tədbirlərini həyata keçirmiş və bu tədbirlər nəticəsində onu 8 iyun 2023-cü il tarixdə saxlayıb Nəsimi RPİ-nin 21-ci Polis bölməsinə gətirərək təhqiqatçıya təhvil vermişlər. Bundan sonra məhz təhqiqatçı tərəfindən Bəraət almış şəxs üzərində şəxsi axtarışın aparılmasında əməliyyatçı olan polis əməkdaşlarının iştirak etmələrinin hansı zərurətdən irəli gəlməsi nə təhqiqatçı tərəfindən aydınlaşdırılmamış, nə də ki bunun əsası Bəraət almış şəxs izah edilməmişdir. Sonuncu isə ibtidai araşdırmanın sonrakı mərhələsində və məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, o, Polis bölməsində fiziki zorakılığa məruz qaldıqdan sonra şəxsi axtarış zamanı məhz onu saxlamış və döymüş polis əməkdaşlarının nəzarətində olaraq onların tələbi və diktəsi ilə üzərində narkotik vasitənin olması, həmin narkotik vasitəni əldə odunmasının halları barədə həqiqətə uyğun olmayan izahat və ifadələr verməyə məcbur edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, adları çəkilən polis əməkdaşlarının təkcə əməliyyat-axtarış tədbirlərinin keçirilməsində deyil, həm də onlara aid olmayan istintaq hərəkətinin aparılmasında da iştirak etmələri onların Bəraət almış şəxs ünvanladıqları tələbin yerinə yetirilməsinin sığortalanması zərurətindən irəli gəlmişdir. Məhz buna görə də ibtidai araşdırma orqanı və kassasiya protestinin müəllifi polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrini Bəraət almış şəxs qarşı CM-in 234.1-ci maddəsi ilə ittihamın irəli sürülməsinə əsas olan və onun bu ittiham üzrə təqsirliliyinə dəlalət edən sübut növü kimi qiymə tləndirmiş, lakin Bəraət almış şəxs həqiqətən ittihamda göstərilən cinayət əməlini törətməsini təsdiq edən qərəzsiz və mötəbər sübutlar (ekspertiza rəyləri istisna olmaqla) məhkəmələrə təqdim olunmamış, qalan digər sübutlar isə prosessual qanunvericiliyinin tələblərinin pozulması və yuxarıda göstərilən başqa pozuntularla əldə edilmişdir. Şübhəli şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının öz fəaliyyətləri barədə ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından isə Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarınd a, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə standartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, polis əməkdaşları Şahid1 və Şahid2 Bəraət almış şəxs saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində şəxsi axtarışının aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı Bəraət almış şəxs təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, bəraət almış şəxsin isə narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi üçün tələb olunan başqa halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, Bəraət almış şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq Bəraət almış şəxs elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, Bəraət almış şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Bəraət almış şəxs təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı A.A.Ələkbərovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görm ür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, yuxarıda şərh e dilən əsaslara görə kassasiya protesti təmin edilməməli və Bəraət almış şəxsin CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2 fevral 2024-cü il tarixli hökmü ilə Bəraət almış şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2064/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2064/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver