Məhkəmə qərarları › İş №1(102)-2065/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2065/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2065/2024 11.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və KazımovTahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Zərərçəkmiş şəxs iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(103)-1141/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Anar İbadzadə) 2024-cü il 23 fevral tarixli, 1(006)-79/2024 nömrəli hökmü ilə, xx.xx.1965-ci ildə Ermənistan, Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2-ci qrup əlil, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, E.Tağızadə küçəsi, ev 14, mənzil 8-də qeydiyyatda olan və yaşayan, Məhkum Mahmud oğlu Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il müdd ətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilmiş, Məhkum cəzasını çəkməsinin əvvəlinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, həmçinin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli, 2(006)2692/2018 nömrəli qətnaməsinin icrası üzrə müəyyən olunmuş və ödənilməmiş qalan pul məbləğinin tələbkar şəxsin xeyri nə ödəməsi vəzifələrinin qoyulması, Məhkum üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsinin qoyulması, hökmün icrasına nəzarətin Məhkum yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Fərid Əyyubov (sədrlik edən və məruzəçi, Emin Mehdiyev və Emin Əliyevdən ibarət tərkibdə) 2024-cü il 21 may tarixli, 1(103)-1141/2024 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 1(006)-79/20 24 nömrəli hökmü zərərçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum cavabdeh kimi ondan 90000 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il 6 avqust tarixli, 2(006)-2692/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək. 800.00 manat məbləğində inzibati qaydada cərimə olunma sına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2023-cü il tarixdə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2023-cü il tarixədək zərərçəkmiş şəxsin xeyrinə heç bir məbləğdə pul vəsaiti ödəməmiş, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə məhkum tərəfindən xüsusilə küllü miqdarda 90000 ABŞ dolları məbləğində pulun məhkəmə qərarları olmasına baxmayaraq və onun barəsin də dəfələrlə inzibati qaydada cəza tədbirləri görülməsini nəzərə almamış və ona azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə faktiki olaraq onun öz evində qalmaqla cəza çəkməsinə şərait yaradılmışdır. Bu da onu göstərir ki, Məhkum tərəfindən faktiki olaraq 90000 ABŞ dolları vəsaitin ələ keçirilməsinə baxmayaraq haqqında rəsmi cəza tədbiri görülməsi mümkün olmayacaq və o, həmin vurulmuş ziyanın ödənilməsi üçün heç bir təşəbbüs göstərməyəcəkdir. Məhkum istintaqın aparıldığı dövrdə və eləcə də məhkəmə baxışı zamanı vurulmuş ziyandan 1 manatda olsun belə ödəməmiş və onun qərəzli şəkildə məhkəmə qərarının icrasından boyun qaçırması faktları məhkəmənin hökmündə öz əksini tapmışdır. Göstərilənlərə əsasən Zərərçəkmiş şəxs kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilməsini və Məhkum barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin əsaslı olduğunu və təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normaların ın tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxs məhkuma yüngül cəza təyin edilməsini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bər aət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkumun məhkəmə qətnaməsini icra etmədiyini, ona bir manat da pul ödəmədiyini mübahisələndirmiş və məhkuma azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Hazırki vəziyyətdə məhkəmə kollegiyası yalnız zərərçəkmiş şəxsin kassasiya şikayətinə baxdığıdan, apellyasiya məhkəməsinin qərarını yalnız ağırlaşdırmanın mümkünlüyü istiqamətində yoxlayaraq nəticəyə gələcək və bu qərar məhkumun müraciət hüququnu hər hansı qaydada məhdudlaşdıran qərar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs eyni dəlilləri işə apellyasiya instansiyası məhkəməsində baxılarkən da irəli sürülmüş və həmin dəlillər əsasında hərtərəfli araşdırma aparılaraq birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı mövqeyi ilə razılaşılmışdır. Kassasiya instansiyası məhkəməsi də hesab edir ki, məhkuma cəza təyin edilərkən, təyin edilmiş cəzanın növü və həd di müəyyən edilərkən CM-in cəza təyini ilə bağlı norma və prinsiplərinin tələblərinə tam əməl edilmiş və məhkuma qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, DİN BƏSİİ tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən verilmiş 036147 nöməli, xx.xx.2020-ci il tarixli vəsiqənin surətindən görünür ki, Məhkum xx.xx.2024-cü il tarixədək İİ dərəcəli əlil hesab edilmişdir. CM-in 9-cu maddəsində yer alan humanizm prinsipinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin ikinci abzasına görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə eht iyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, maddənin sanksiyasında dörd alternativ cəza növü nəzərdə tutulmuşdur və məhkuma da ağırlığına görə 2-ci yerdə olan cəza sanksiyanın ən yuxarı həddində təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri məhkuma cəza təyin edilməsi məsələsinə müzakirə edərkən, eləcə də təyin edilməsi nəzərdə tutulan cəzanın növünü və həddini müəyyən edərkən qanunvericiliyin tələblərinə əməl etmiş və apellyasiya instansiya məhkəməsinin qərarını zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən ləğv etmək üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı zərərçəkmiş şəxsin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2024-cü il 23 fevral tarixli, 1(006)-79/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 21 may tarixli, 1(103)-1141/2024 nömrəli qərarı Zərərçəkmiş şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar