Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2065/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-76/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarından Məhkum1 müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu və Məhkum2 müdafiəçisi Əliyev Süleyman Hüseynqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum1 xx xxxxxx xxxx-ci il tarixdə Goranboy rayonu, Cinli-Zeynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində (hospitalda) dəri-zöhrəvi xəstəlikləri bölməsinin təsərrüfat bacısı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Məhkum2 xx xxxx xxxx-ci il tarixdə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsində (hospitalda) ümumi cərrahiyyə bölməsinin xəstələrə qulluq edən kiçik tibb bacısı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2i ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 17 may 2024-cü il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 3. 06 iyun 2024-cü il tarixdə Tovuz Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmişlər və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək mə qsədilə tanışı Zərərçəkmiş şəxs19 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən cəmi 2000 (iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncuya məxsus 2200 (iki min iki yüz) manat məbləğində nağd pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq sonuncuya məxsus 2000 (iki min) manat məbləğində nağd pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs18 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncu tərəfindən 1000 (bir min) manat məbləğində pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan b aşqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncuya məxsus 2500 (iki min beş yüz) manat məbləğində nağd pul vəsaitini alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalına təsərrüfat bacısı işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus cəmi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalına təsərrüfat bacısı işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus cəmi 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalına təsərrüfat bacısı işinə düzəldəcəyinə dai r yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncuya məxsus cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində pul vəsaitini etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncuya məxsus cəmi 2400 (iki min dörd yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs17 Azərbaycan Respubli kası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncuya məxsus cəmi 2000 (iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq prospektində yaşayan Zərərçəkmiş şəxs20 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs20 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Şəmkir rayonu, Düzqışlaq kəndində yaşayan X9 Şahid8 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə mühafizəçi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, X4 2700 (iki min yeddi yüz) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, zərərçəkmiş şəxs X10 məxsus cəmi 2700 (iki min yeddi yüz) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs9 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan qrupun üzvü Məhkum2 vasitəsi ilə cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəx s təşkil edərək Tovuz rayonu, Düz Qırıqlı kəndində yaşayan X5 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə mühafizəçi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, zərərçəkmiş şəxs X6 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Düz Qırıqlı kəndində yaşayan X1 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hiss əsinə aşpaz köməkçisi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 2800 (iki min səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, zərərçəkmiş şəxs X2 məxsus cəmi 2800 (iki min səkkiz yüz) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə mühafizəçi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs12 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Alakol kəndində yaşayan Zərərçəkmiş şəxs13 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə sürücü işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alı b ələ keçirərək, Zərərçəkmiş şəxs13 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Düz Qırıqlı kəndində yaşayan Zərərçəkmiş şəxs14 övladı X3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təmizlik işçisi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs14 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs14 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul v əsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Alakol kəndində yaşayan Zərərçəkmiş şəxs15 Şamil qızını Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təmizlik işçisi işinə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, sonuncudan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs15 Şamil qızına məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etm işdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək Tovuz rayonu, Alakol kəndində yaşayan X7 övladı X12 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə işə düzəldəcəyinə dair qrupun üzvü Məhkum2 vasitəsi ilə yalan vəd verib aldadaraq, Nurayyə Hüseynovdan 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini qrupun üzvü Məhkum2 vasitəsi ilə alıb ələ keçirərək, zərərçəkmiş şəxs X8 məxsus cəmi 3000 (üç min) manat məbləğində nağd pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir.
5. Tovuz Rayon Məhkəməsinin 1(062)-90/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respu blikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 aprel 2024-cü il tarixdən hesablanması; Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 aprel 2024-cü il tarixdən hesablanması hökm edilmiş, digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum1 və müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri verib, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkum1 digər müdafiəçisi Qəhrəmanov Z abil Köçəri oğlu tərəfindən verilmiş digər apellyasiya şikayətində hökmün ləğv edilməsi, cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən təqsirləndirilən şəxsə ittiham olunduğu maddələr üzrə bəraət verilməsi xahiş edilmişdir.
7. Hökmdən təqsirləndirilən şəxs Məhkum2 müdafiəçiləri Əliyev Süleyman Hüseynqulu oğlu və Rəhimov Elşad Əhməd oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Birinci apellyasiya şikayətində hökmün ləğv edilməsi, Məhkum2 barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi, bu mümkün olmadıqda ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan növdə cəza təyin edilməsi, ikincisində isə hökmün dəyişdirilməsi, təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan növdə cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdi r.
8. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-76/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 müdafiəçiləri Əliyev Süleyman Hüseynqulu oğlu və Rəhimov Elşad Əhməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, təqsirləndirilən şəxs Məhkum1, onun müdafiəçiləri Əsgərov Samir Tanırverdi oğlu və Qəhrəmanov Zabil Köçəri oğlu tərəfindən verilmiş apelyasiya şikayətləri qismən təmin edilmiş, Tovuz Rayon Məhkəməsinin 1(062)-90/2024 nömrəli, 10 oktyabr 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxs Məhkum1 təyin olunmuş cəzaya aid hissəsində dəyişdirilməsi, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının həddinin 0 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması qərara alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından təqsirləndirilən şəxs Məhkum1 müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu və təqsirləndirilən şəxs Məhkum2 müdafiəçisi Əliyev Süleyman Hüseynqulu oğlu kassasiya şikayətləri vermişlər. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
10. Məhkum1 müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu kassasiya şikayətində Məhkum1 səmimi peşman çılığını, ilk dəfə məhkum olmasını, zərərçəkmiş şəxslərə dəymiş zərərin ödənilərək barışıq əldə edilməsini, himayəsində iki övladının, xəstə anasının və cəzasını yüngülləşdirən digər halların olmasının nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Məhkum2 müdafiəçisi Əliyev Süleyman Hüseynqulu oğlu kassasiya şikayətində Məhkum2 hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsində təqsirləndirilməsini, ibtidai istintaq dövründə fəal köməklik göstərməsini, dəymiş ziyanı qismən ödəməsini və zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini, işlədiyi dövrdə ona “Fəxri fərman” verilməsini, ərinin Əfqanıstan döyüşlərinin iştir akçısı olması ilə bağlı əlil olduğunu, Məhkum2 müəyyən xəstəliklərinin və cəzasını yüngülləşdirən digər halların nəzərə alınmasını və ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instans iyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Hər iki kassasiya şikayətində müdafiəçilər məhkumlara təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişlərini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM- nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-76/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə da ir” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkumlara daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətlərinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
25. Belə ki, Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilindikləri cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası n əzərdə tutulmuşdur.
26. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, eləcə də cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi, ağırlaşdıran halların isə olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində - 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Birinci instansiya məhkəməsinin Məhkum2 cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təs diqlənmişdir.
27. Həmçinin, digər Məhkum1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən hallar, eləcə də cinayəti etiraf edib əməlindən səmimi peşman olması, himayəsində bir nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsi cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların isə olmaması nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində - 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi bu cəza ilə razılaşmayaraq hesab etmişdir ki, Məhkum1 zərərçəkmiş şəxslərə vurulmuş ziyandan etdiyi ödənişləri birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər nəzərə alınmamış, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının həddi onun şəxsiyyətinə uyğun olmamışdır. Bu səbəbdən təyin edilmiş cəzanın həddi 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmişdir.
28. Məhkumlar Məhkum1 və Məhkum2 daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, həmin mövqe yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
29. Belə qənaətə gə lən məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumlara müdafiələrinin əlverişli qaydada təşkil etmələri və öz mənafelərini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
30. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdi rilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
31. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-76/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 müdafiəçisi Əsgərov Samir Tanırverdi oğlu və Məhkum2 müdafiəçisi Əliyev Süleyman Hüseynqulu oğlu tərəfindən verilən kassasiya şikayətləri təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-76/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərarı kassasiya şik