Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2066/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2 023-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinin (hakim Nigar İmanova) 04 noyabr 2022-ci il tarixli, 1(008)-636/2022 nömrəli hökmü ilə xx xxxxxx 1986-cı il tarixdə Ermənistan Respublikasının Əzizbəyov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 128-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş; xx xxxxxx 1990-cı il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta tə hsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, xxxx rayonu, xxxx kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Məhkum1 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Məhkum1 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, xxxx qəsəbəsi, xxxxx xxxxx ərazisində yerləşən xxxx nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Məhkum2 ilə bir qrup şəxs halında özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib yumruğu ilə sol göz nahiyyəsinə, Məhkum2 isə yumruğu ilə baş nahiyəsinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf n ahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai araşdırma orqanı tərəfindən Məhkum2 elan edilmiş ittihama əsasən o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan, qərəzli hərəkətlə xuliqanlıq etmişdir. Belə ki, Məhkum2 28 oktyabr 2021-ci il tarixdə, saat 18:30 radələrində ictimai yerdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən 296 nömrəli orta məktəbin qarşısında avtomobil yolunun hərəkət hissəsində Məhkum1 ilə bir qrup şəxs halın da özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyətilə həmin yolda dayanıb digər şəxslə münasibətini aydınlaşdıran, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs Mikayıl oğlu ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış, etik qaydalarını və əxlaq normalarını kobud surətdə pozub, ətrafda başqalarının gözü qarşısında cəmiyyətin üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib Zərərçəkmiş şəxs nalayiq sözlərlə təhqir edib yumruğu ilə baş nahiyəsinə, Məhkum1 isə yumruğu ilə sol göz nahiyyəsinə zərbələr endirməklə qəsdən Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, sağ təpə-gicgah, sol gözyuvasıətraf nahiyələrin dərialtı hematoması və sol gözün ağlı qişasına qansızama ilə müşayiət olunan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər xuliqanlıq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədov) 1(103)-214/2023 nömrəli 05 aprel 2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(008)636/2022 saylı hökmü Məhkum1 aid hissədə ləğv edilmiş, Məhkum1 CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, Məhkum1 CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Apellyasiya protesti təmin edilməmiş, apelyasiya şikayətindən i mtina etməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mikayıl oğlunun apelyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Dövlət ittihamçısı3 oğlu kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi barədə qərar qəbul edilməsinin xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Belə ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı verdiyi ifadələrinin qərəzli olması və mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətinə gəlmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs verdiyi mə lumat və ərizəsində göstərdiklərindən daha dəqiqləşdirici ifadə verərək bildirmişdir ki, o Məhkum2 və Məhkum1 əvvəllər tanımamış, hadisə günü konkret olaraq adlarını qeyd etdiyi şəxslər ona yaxınlaşaraq söyüşlər söyərək əvvəlcə Cəmil onun yaxasından tutaraq avtomoilinə sıxmış, sonra Məhkum1 yumruğu ilə onun sol göz nahiyəsinə bir dəfə vurmuş, o, qarşılığında Bəybalanı vurmaq istədikdə bu dəfə isə Məhkum2 yumruğu ilə onun baş nahiyəsinə vurmuşdur. Hadisə 20 dəqiqə ərzində davam etməklə vaxtı ətrafda təxminən 15-20 nəfər yaxın adam olmuşdur. Bundan əlavə, ibtidai istintaq zamanı və məhkəmə baxışında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş Şahid2 eyni məzmunlu ifadələr vermiş və əlavə olaraq məhkəmə istintaqı zamanı atasını döyən şəxsləri, yəni Məhkum2 və Məhkum1 tanıdığını bildirmişdir. Bundan əlavə məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 bildirmişdir ki, hadisə günü ucaboy şəxs onun oğlu Zərərçəkmiş şəxs itələyə-itələyə hadisə yerindən aparmış, bir qədər sonra geri qayıdanda oğlunun göz nahiyəsindən qan gəldiyini görmüşdür. Sonradan oğlu Rəşad iki nəfər şəxs tərəfindən döyüldüyünü ona demişdir. Məhkəmə kollegiyası öz qərarında Sona Məcidovanın ifadəsinə münasibət bildirərək qeyd etmişdir ki, zərərçəkmiş şəxsin yaxın qohumu olan şahid Sona Həsənova belə təqsirləndirilən şəxs Məhkum2 hadisə vaxtı mübahisə edən Rəşadla Ruslanı ayırdığını bildirmişdir. Şahid həmçinin bir qədər sonra isə dönəndə oğlunun gözündən qan gəldiyini gördüyünü bildirmişdir ki, bu, işin mübahisəsiz halıdır. Belə ki, Bəybəla Şirinov ibtidai istintaqın ilkin mərhələsindən zərər çəkmiş şəxs Rəşadın onu vurması səbəbindən Rəşadı yumruqla vurduğunu bildirmişdir. Şahid Sona Həsənova ifadəsində Rəşadı kimin vurduğunu görmədiyini də bildirmişdir ki, bu isə digər sübutlarla birlikdə nəzərdə alındıqda ittihamı təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa məhkəmənin mövqeyinə görə hadisənin 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində orta məktəbin qarşısındakı avtomobil yolunda çoxlu sayda kənar şəxslərin gözü qarşısında baş verdiyi, X2 idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlamaqla digər avtomobillərə mane olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona haqlı irad bildirməsi səbəbindən aralarında mübahisə yarandığına, hadisənin əsl mahiyyətini anlamayan təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 mübahisəni sivil yolla həll etmək əvəzinə zərər çəkmi ş şəxs Zərərçəkmiş şəxsla mübahisə etməklə onu ictimai yerdə döyərək xəsarət yetirmələrinə istinad olunasa da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla təqsirləndirilən şəxslərin hərəkətlərinin nəinki cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmağa yönəlmədiyi, əksinə artıq pozulmuş ictimai qaydanın bərpa edilməsinə, mübahisənin və hadisə yerində yaranmış vəziyyətin, nalayiq sözlər işlədilməsinin aradan qaldırılmasına yönəlmişdir ki, belə olan halda təqsirləndirilən şəxslərin əməllərində xuliqanlıq cinayətinin tərkibinin olmasından söhbət gedə bilməz. Belə ki, məhkəmənin qeyd etdiklərindən belə nəticəyə gəlinir ki, ictimai yerdə açıqca cəmiyyətə hörmətsizlik nümayiş etdirilən qanunsuz hərəkətlərin eyni qaydada cəmiyy ətə hörmətsizlik nümayiş etdirilən qanunsuz hərəkətlərlə qarşısının alınmasına yönələn hərəkətlər xuliqanlıq hesab edilməməli həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilməlidir. 23 mart 2004-cü il tarixli "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarına qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur, ictimai qayda dedikdə, cəmiyyətdə insa nlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Göründüyü kimi baş vermiş hadisə ailədə, mənzildə, qohumlar arasında şəxsi münaqişə zəminində, intiqam hissi ilə və ya zərərçəkmişin təşəbbüsü və onun qanunsuz hərəkətləri nəticəsində baş vermədiyi halda, məhkəmə təqsirləndirilən şəxsin əməlini şəxsi münaqişə zəminində baş vermiş sağlamlığa yüngül zərər vurma olaraq qiymətləndirmişdir. Hadisənin baş verdiyi yerin şəxsi ev, mənzil olmamaqla avtomobil yolunun hərəkət hissəsi insanların gediş-gəlişinin olduğu yer olmaqla ictimai yer hesab olunması, həmçinin hadisə zamanı orada başqa şəxslərin olması, eyni zamanda cinayətin subyektiv cəhəti olan niyyət in müəyyən edilməsi zamanı cinayət hadisəsinin qisas, intiqam hissi ilə törədilməməsi, əvvəllər tərəflərin aralarında bu səbəbdən belə bir münaqişənin olmaması, habelə tərəflərinin bir-biri ilə hər hansı şəxsi tanışlıq münasibətində olmaması nəzərə alınmamışdır. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 əvvəllər tanımamış, lakin sonuncular yaşadıqları ərazidə bir-birini tanımışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilən X3 ifadəsində “Toyoto” markalı avtomobilin sürücüsü ilə sözlü mübahisə etdiyini, mübahisə zamanı ətraflarına çoxsaylı şəxslər yığışdığını, bu zaman adını bilmədiyi uca boylu şəxsin onlara yaxınlaşaraq “Toyoto” markalı avtomobilin sürücüsünü kənara çəkdiyi, özünü isə oradan uzaqlaşdığını bildirmişdir, (bax i.v 116-219) Birinci instansiya məhkəmə sində dindirilən X7 mübahisə etdiyi, daha sonra onları ayırdıqlarını bildirmişdir, (hökm 5-6/31) Məhkəmələr zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisənin gedişində sağlamlığa zərər vurmanı əsas gətirərək təqsirləndirilən şəxslərin əməllərini xuliqanlıq kimi qiymətləndirməmişdir. Lakin cinayət işinin materiallarından da göründüyü kimi hadisə zamanı Rəşad və Ruslan arasında sözlü münaqişə yaşanmış, tərəflər bir-birinə xəsarət yetirməmişdir. Belə olan halda guya tərəflərin qanunsuz hərəkətlərinə son qoymağa çalışan Məhkum1 və Məhkum2 zərər çəkmiş Zərərçəkmiş şəxs xəsarət yetirmələrini zərərçəkmişin təşəbbüsü ilə başlanmış mübahisəyə son qoymağa çalışmaları barədə qənaətə gələn məhkəmələrin mövqeyi əsassız olmuşdur. Cinayət işinin materiallarından bir daha məlum olur ki, hadisə 28 ok tyabr 2021-ci il tarixdə saat 18 radələrində orta məktəbin qarşısındakı avtomobil yolunda çoxlu sayda kənar şəxslərin gözü qarşısında baş vermiş, X3 idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlamaqla digər avtomobillərə mane olduğundan Zərərçəkmiş şəxs ona haqlı irad bildirməsi səbəbindən aralarında mübahisə yaranmış, hadisənin əsl mahiyyətini anlamayan təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 mübahisəni sivil yolla həll etmək əvəzinə Zərərçəkmiş şəxsla mübahisə etməklə onu ictimai yerdə döyərək xəsarət yetirmişlər. Lakin məhkəmə təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 hadisə yerinə gələnədək artıq ictimai qaydanın pozulmasını qabartmaqla guya sonuncuların xuliqanlıq hərəkətlərinə yol vermədən ictimai borcunu yerinə yetirmək məqsədilə oraya yaxınlaşdıqlarını və məlum hadisə nin baş verdiyini göstərmişdir. Bununla da, məhkəmələr təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin məhkəmədə verdikləri ifadələrinin araşdırılmasını göstərsə də, həmin sübutları düzgün tədqiq etməyərək birtərəfli araşdırma aparmış, ittiham tərəfinin təqdim etdiyi sübutların rədd edilməsinin motivlərini hökmdə əsaslandırmağa çalışsa da, bu əsaslandırma işin faktiki halları ilə uzlaşmamışdır. Eləcə də təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlillərə nəzər yetirsək görərik ki, Məhkum2 Zərərçəkmiş şəxs ümumiyyətlə vurmadığını, Məhkum1 isə Rəşadın onu vurduğu üçün qarşılıq olaraq vurduğunu göstərmişdir. Lakin qeyd olunanlar ibtidai istintaq zamanı təsdiqini tapmamış, məhkəmə baxışı zamanı birtərəfli araşdırma aparılması məhkəmənin arbitr funkasiyasında n daha çox müdafiə yönümlü mövqedən çıxış etməsini göstərir. İşin hallarından görünür ki, hadisənin baş verməsini təsdiq edən faktlar, yəni DİN-in “102” zəng xidmətinə verilmiş məlumat, eləcə də ərizə və ilkin izahatlar toplanmış, qeyd olunanlardan başqa hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertiza rəyi alınmış və iş üçün digər əhəmiyyət kəsb edən istintaq hərəkətləri yerinə yetirilmişdir. İş üzrə olan məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterinə və lokalizasiyasına görə xəsarətlərin yıxılma nəticəsində törənməsi, eləcə də özü-özünə yetirilməsi inkar olunur. Məhkəmə qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, iş üzrə toplanılmış sübutları tam, hərtə rəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq ya lnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum1 əməlinin Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə tövsif edilməsinin, o cümlədən Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin tərkibi olmadığından ona Azərbaycan Respublikası CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apelyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcası na hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Həmin Qərarın 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" 20 may 2011-ci il tarixli Qərarında qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət ye tirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətənd aşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq su rətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı t əhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Kassasiya protestində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq zərərçəkmiş şəxsin ifadələrini mötəbər sübut kimi qəbul etməmişdir. Kassasiya protestinin qeyd edilən dəlili ilə məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi zərər çəkmiş şəxs cinayət təqibi üzrə icraatın əvvəllərindən məhkəmə istintaqı da daxil olmaqla keçən müddət ərzində bir-biri ilə uzlaşmayan, fə rqli ifadələr vermiş və birinci instansiya məhkəməsinin hakimi haqlı olaraq onun ifadələrində üç müxtəlif hadisə mexanizmini göstərdiyini müəyyən etmişdir. Belə ki, zərər çəkmiş şəxs cinayət işi üzrə ibtidai istintaq və məhkəmə icraatı zamanı dindirilərkən həm hadisənin mexanizmi, həm hadisədə iştirak edən şəxslər, həm də onların hərəkətləri barədə müxtəlif ifadələr vermişdir. Zərər çəkmiş şəxsin ifadələrində göstərdiyi xüsusatlar iş üzrə dindirilmiş şahidlərin, həmçinin özünün də sonradan verdiyi ifadələri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi haqlı olaraq zərəçəkmiş şəxsin ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Bundan başqa zərər çəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində hadisə yerində təqsirləndirilən şəxslərdən birinin oğlunun üzünə şillə vurduğunu göstərs ə də, sonrakı ifadələrində bu barədə göstərməmiş, birinci instansiya məhkəməsində isə belə bir halın baş vermədiyini və heç kəsin hadisə yerində onun oğlunu vurmadığını göstərmiş və ilkin ifadədə həyəcanlı olduğundan bu barədə göstərdiyini bildirmişdir. Məhkəmə düzgün olaraq bu halı özü-özlüyündə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı ilk gündən qərəzli ifadələr verməsinin göstəricisi kimi qiymətləndirmişdir. Bundan başqa protestdə məhkəmələrin ibtidai istintaq orqanı tərəfindən məhkəməyə təqdim olunmuş sübutu - Şahid2 ifadələrini sübut növü kimi qəbul etmədiyinə istinad olunsa da, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi azyaşlı şahidin ifadəsini, hadisənin baş verməsi mexanizmi müəyyən edən digər sübutlarla müqayisə edərək düzgün qiymətləndirmiş və nəz ərə almışdır. Birinci instansiya məhkəməsi hökmdə şahidin ifadəsinin qiymətləndirilməsi ilə bağlı mövqeyini kifayət qədər əsaslandırmışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 ifadəsində hadisə zamanı maşından düşmədiyini, atasını birinci kimin vurmasını və hansı nahiyəsindən vurduğunu görmədiyini, atasının gözündən qan gəldiyini, atasının hadisə zamanı yerə yıxılmadığını, maşının içərisində olduğundan çöldə baş verənləri yaxşı eşitmədiyini, atasının maşın sürən şəxslə (Ruslanla) mübahisə edərkən birinci Cəmilin gəldiyini, sonra iki nəfər şəxsin atasının həmin şəxslə dalaşmaması üçün kənara çəkdiklərini, Cəmilə Bəybalanın ikisinin birlikdə, yoxsa ayrı-ayrı gəlmələrini dəqiq xatırlamadığını, atasını maşına kimin çırpmasının yadında olmadığını bildirmişdir. Məhkəmə kollegiya sının qənaətinə görə cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı zamanı şahidin bilavasitə dinlənilməsi məhkəməyə onların verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, birinci instansiya məhkəməsi haqlı olaraq şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini daha mötəbər ifadə kimi qiymətləndirmiş və həmin sübutu digər sübutlarla birlikdə tədqiq etməklə yekun qənaətə gəlmişdir. Həmçinin, protestdə məhkəmənin təşəbbüsü ilə dəvət olunaraq dindirdiyi şahid Sona Həsənovanın ifadəsini də görməzdən gəldiyi qeyd edilsə də, məhkəmə iclas protokolu və hökmündən görünür ki, əlavə şahid qismində dindirilmiş Sona Həsənova ifadəsində göstərmişdir ki, hadisə vaxtı Rəşadla Ruslan mübahisə edərkən üzünü görmədiyi hündür boylu bir şəxs (Məhkum2) R əşadı itələyə-itələyə oradan aparmış və Rəşadla Ruslanı ayırmışdır. Həmin vaxt o, sevinmişdir ki, nə yaxşı kimsə bunları ayırdı. Bir qədər sonra dönəndə oğlunun gözündən qan gəldiyini görmüşdür. Rəşadı kimin vurduğunu görməmişdir. Göründüyü kimi zərər çəkmiş şəxsin yaxın qohumu olan şahid Sona Həsənova belə təqsirləndirilən şəxs Məhkum2 hadisə vaxtı mübahisə edən Rəşadla Ruslanı ayırdığını bildirmişdir. Şahid həmçinin bir qədər sonra isə dönəndə oğlunun gözündən qan gəldiyini gördüyünü bildirmişdir ki, bu, işin mübahisəsiz halıdır. Belə ki, Məhkum1 ibtidai istintaqın ilkin mərhələsindən zərər çəkmiş şəxs Rəşadın onu vurması səbəbindən Rəşadı yumruqla vurduğunu bildirmişdir. Şahid Sona Həsənova ifadəsində Rəşadı kimin vurduğunu görmədiyini də bildirmişdir ki, bu isə digər sübutlarla birlikd ə nəzərdə alındıqda ittihamı təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Kassasiya protestində həmçinin, hadisənin 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində orta məktəbin qarşısındakı avtomobil yolunda çoxlu sayda kənar şəxslərin gözü qarşısında baş verdiyi, X2 idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxlamaqla digər avtomobillərə mane olduğundan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona haqlı irad bildirməsi səbəbindən aralarında mübahisə yarandığına, hadisənin əsl mahiyyətini anlamayan təqsirləndirilən şəxslər Məhkum2 və Məhkum1 mübahisəni sivil yolla həll etmək əvəzinə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla mübahisə etməklə onu ictimai yerdə döyərək xəsarət yetirmələrinə istinad olunasa da, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlarla təqsirləndirilən şəxslərlə zərərçəkmiş şəxs arasında münaqişənin sonuncunun qanunsuz hərəkətləri nəticəsində baş verməsi və təqsirləndirilən şəxslərin hərəkətlərinin cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozmağa yönəlmədiyi üçün onların əməllərində xuliqanlıq cinayətinin tərkibinin olmasını istisna edir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə əldə olunmuş sübutlar məcmusuna və işin hallarına hərtərəfli və obyektiv qiymət verərək əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalı olmasına dair Azərbaycan Respublikası Cinayət Prosessual Məcəl ləsinin 42.1.2-ci maddəsinin tələblərinə əməl edərək Məhkum2 CM-nin 221.2.1-ci maddəsi ilə bəraət verilməsi, təqsirləndirilən şəxs Məhkum1 əməlinin CM-nin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsi, apelyasiya instansiyası məhkəməsi isə Məhkum1 zərərçəkmiş şəxslə barışaraq, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq onun CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı düzgün və qanunamüvafiq nəticəyə gəlmişlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Resp ublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübütlarla məhkumlar Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs Mikayıl oğluna qarşı xuliqanlıq əməlini törətmələri müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxı mdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Göründüyü kimi hazırki cinayət işi üzrə apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək üçün Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1 və Məhkum2 barələrindəki 05 aprel 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanl ara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1 və Məhkum2 barəsində 05 aprel 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2066/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2066/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver