Məhkəmə qərarları › İş №1(102)-2067/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2067/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2067/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkili Bürosunun vəkili Qocayev Ramil Alim oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsi nin 28 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 234.4.1, 234.4.3, 235.4.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlikedən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə) xx.xx.1995-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla, or ada yaşamış, Məhkum1 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4, 234.4.1, 234.4.3, 235.4.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 235.4.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı 30 mart 2021-ci il tarixdən hesablanması, Məhkum1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. xx.xx.1993-cı ildə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, xxx qeydiyyatda olmaqla, orada yaşamış, Məhkum2 Məhkum2 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4, 234.4.1, 234.4.3, 235.4.2 və 326.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona A zərbaycan Respublikası CM-in 180.2.1, 180.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 235.4.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum2 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi cəzaçəkmə müddətinin başlanğıcı 31 mart 2021-ci il tarixdən hesablanması Məhkum2 ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Əhmədov İsmayıl Həmid oğlunun sədrliyi və məruzəsi ilə, Bağırov Məhəmməd Ənvər oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 26 iyul 2022ci il tarixli qərarı ilə apellyasiya protesti və şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Lənkə ran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmünə əsasən, Məhkum1 30 mart 2021-ci il tarixdə gecə saat 02:00 radələrində tanışı Məhkum2 ilə X1 əl çantasının içərisində külli miqdarda narkotik vasitə və digər əmlakın olacağını bilərək, narkotik vasitəni satış, əmlakı isə tamah niyyətilə əldə etmək üçün həmin çantanı içərisində olanlarla birlikdə ələ keçirmələri barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki evin yaxınlığında, küçədə pusquda dayanıb sonuncunun evinə qayıtmasını gözləmiş, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evi istiqamətində piyada hərəkət edərkən, aralarındakı razılaşma və rol bölgüsünə əsasən, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məh kum2 Zərərçəkmiş şəxs onu tanıya biləcəyindən ehtiyat edərək pusquda dayanıb gözləmiş, Məhkum1 isə küçədə Zərərçəkmiş şəxs yaxınlaşaraq, onun sol çiynindən asdığı əl çantasını dartıb çiynindən çıxararaq ələ keçirmək istəyərkən, Zərərçəkmiş şəxs çantanı buraxmayaraq özündə saxlamağa çalışmış, bu zaman Məhkum1 çantanı içindəkilərlə birlikdə ələ keçirmək üçün insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs yerə yıxıb, yerdə sürüməklə ona sağ və sol bazunun yuxarı 1/3-nin ön səthində, sağ və sol süd vəzində, sağ arxa qoltuq xətti boyunca bel nahiyəsində, sağ budun orta 1/3-nin arxa səthində və sol budun orta 1/3nin bayır səthində qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs içərisində 48,739 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin, 90 (doxsan) manat dəyərində bir cüt qızıl uşaq sırğası, 350 (üç yüz əlli) manat dəyərində bir ədəd qızıl qadın üzüyü, hər biri 10 (on) manat olmaqla 20 (iyirmi) manat dəyərində iki ədəd pul qabı, 50 (əlli) manat dəyərində bir ədəd təzyiqölçən aparatı, 50 (əlli) manat dəyərində “Oriflame” markalı kişi ətri, 2 (iki) manat dəyərində bir ədəd jqut, 1 manat dəyərində 95%-lik spirt, 60 (altmış) qəpik dəyərində pambıq və 2500 (iki min beş yüz) manat məbləğində pul, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və pasportu olan 25 (iyirmi beş) manat dəyərində bir ədəd əl çantasını əlindən alıb qaçmaqla açıq talayaraq, yaxınlıqda onu gözləyən Məhkum2 vermiş, sonuncu isə narkotik vasitə olan heroini İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsind əki ağacın altında gizlədərək saxlamışdır. 31 mart 2021-ci il tarixdə saat 20:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Məhkum2 gizlətdiyi 48,739 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsindəki ağacın altında aşkar edilərək götürülmüşdür. Məhkum2 30 mart 2021-ci il tarixdə gecə saat 02:00 radələrində tanışı Məhkum1 ilə X1 əl çantasının içərisində külli miqdarda narkotik vasitə və digər əmlakın olacağını bilərək, narkotik vasitəni satış, əmlakı isə tamah niyyətilə əldə etmək üçün həmin çantanı içərisində olanlarla birlikdə ələ keçirmələri barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, Zərərçəkmiş şəxs yaşadı ğı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki evin yaxınlığında, küçədə pusquda dayanıb sonuncunun evinə qayıtmasını gözləmiş, gecə saat 03:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evi istiqamətində piyada hərəkət edərkən, aralarındakı razılaşma və rol bölgüsünə əsasən, cinayətkar niyyətlərini həyata keçirmək məqsədilə Məhkum2 Zərərçəkmiş şəxs onu tanıya biləcəyindən ehtiyat edərək pusquda dayanıb gözləmiş, Məhkum1 isə küçədə Zərərçəkmiş şəxs yaxınlaşaraq, onun sol çiynindən asdığı əl çantasını dartıb çiynindən çıxararaq ələ keçirmək istəyərkən, Zərərçəkmiş şəxs çantanı buraxmayaraq özündə saxlamağa çalışmış, bu zaman Məhkum1 çantanı ələ keçirmək üçün insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək, Zərərçəkmiş şəxs yerə yıxıb, yerdə sürüməklə ona sağ və sol bazunun yuxa rı 1/3- nin ön səthində, sağ və sol süd vəzində, sağ arxa qoltuq xətti boyunca bel nahiyəsində, sağ budun orta 1/3-nin arxa səthində və sol budun orta 1/3-nin bayır səthində qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra Zərərçəkmiş şəxs içərisində 48,739 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin, 90 (doxsan) manat dəyərində bir cüt qızıl uşaq sırğası, 350 (üç yüz əlli) manat dəyərində bir ədəd qızıl qadın üzüyü, hər biri 10 (on) manat olmaqla 20 (iyirmi) manat dəyərində iki ədəd pul qabı, 50 (əlli) manat dəyərində bir ədəd təzyiqölçən aparatı, 50 (əlli) manat dəyərində “Oriflame” markalı kişi ətri, 2 (iki) manat dəyərində bir ədəd jqut, 1 manat dəyərində 95%-lik spirt, 60 (altmış) qəpik dəyərində pambıq və 2500 (iki min beş yüz) manat məbləğ ində pul, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi və pasportu olan 25 (iyirmi beş) manat dəyərində bir ədəd əl çantasını əlindən alıb qaçmaqla açıq talayaraq, yaxınlıqda onu gözləyən Məhkum2 vermiş, sonuncu isə narkotik vasitə olan heroini İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsindəki ağacın altında gizlədərək saxlamışdır. 31 mart 2021-ci il tarixdə saat 20:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Məhkum2 gizlətdiyi 48,739 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroin İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsindəki ağacın altında aşkar edilərək götürülmüşdür KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya p rotestini onunla əsaslandırmışdır ki, məhkəmə Məhkum1 və Məhkum2 ailə vəziyyətini və zərərçəkmiş şəxs olan X1 onlardan şikayət və tələbinin olmamasını nəzərə alaraq onlara dövlət ittihamçısı tərəfindən birinci instansiya məhkəməsində və apellyasiya protestində tələb ediləndən daha aşağı həddə cəza təyin etmişdir. Belə ki, məhkəmələr təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 yekunda 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi şəraitini, qabaqcadan əlbir olan şəxs tərəfindən törədilən əməllərin daha ciddi cəzalara səbəb olmasını, Məhkum1 və Məhkum2 şəxsiyyətini nəzərə almamışdır ki, nəticə etibarilə cinayətlərin məcmusu üzrə onların barəsində əsassız olaraq aşağı həddə azadlıqd an məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmələr Məhkum1 və Məhkum2 aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən onlar tərəfindən törədilən cinayətlərin obyektinin mülkiyyət münasibətləri, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyəti, konkret müəyyən insan, fərdin sağlamlığı olmasını, Məhkum1 və Məhkum2 tərəfindən satış məqsədi ilə qanunsuz olaraq əldə edilən küllü miqdarda narkotik vasitə heroin olmasını, bu halın özözlüyündə onlar tərəfindən törədilən cinayətin ictimai təhlükəlilik dərəcəsini artırmaqla şəxsiyyətlərini xarakterizə etməsini, Məhkum1 və Məhkum2 tərəfindən törədilən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin talama yolu ilə əldə edilməsindən ibarət cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olmasını, bir sözlə cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almamış, sadalanan bütün bu halların məcmusunun Məhkum1 və Məhkum2 təqsirli bilindikləri maddələrlə cinayətlərin məcmusu üzrə məhz yuxarı həddə qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq məhkəmələr əsassız və cinayət qanunvericiliyinin tələbinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun tövsiyyələrinə zidd olaraq onlara, hər birinə 10 il müddətə azadlıqdan məhrum etmədən ibarət aşağı həddə cəza təyin etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi R.A.Qocayev çıxış edərək, kassasiya protestinin əsassız olduğundan təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xah iş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kol legiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində məhkəmələr tərəfindən məhkumlar barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apell yasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən insanların həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq, yəni özgənin əmlakını açıq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama, daşıma, külli miqdarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə narkotik vasitəl əri və psixotrop maddələri talama və, vətəndaşın şəxsiyyət vəsiqəsini talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçısı tərəfindən təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosi al-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhk umlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (Məhkum1 himayəsində iki azyaşlı uşağının olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilmə si, Məhkum2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi ), cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Ümumiyyətlə, cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların c inayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü ma ddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli i nstitutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının məhkumlara cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün həddindən artıq yüngül olması haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 58.1-ci maddəsinə əsasən “.... Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir”. Cinayət qanunvericiliyin imperativ tələbinə əsasən müəyyən olunur ki, məhkəmələr cəza təyini zamanı maddənin sanksiyasında alternativ cəzalar (növ, müddət, məbləğ baxımından) olduğu halda, niyə məhz daha ağırını tətbiq etməli olmasını əsaslandırmalıdır. Qeyd edilən tələb həmçinin cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməməsi (CM-62), şərti məhkum etmə (CM-70) institutunun tətbiq edilmədiyi hallara da aid edilmişdir. Lakin müəyyən olunur ki, qərarda (və ya hökmdə) cəza təyini institutlarına istinad olunarkən formalaşmış səhf yanaşmalar nətic əsində məhkəmələr yalnız yüngül cəza təyin etdikdə niyə məhz yüngül cəza təyin etməsini əsaslandırmağa çalışır, belə əsaslandırma dövlət ittihamçısı tərəfindən qənaətbəxş olmadıqda həmin qərardan (və ya hökmdən) protest verilir. Bunun əksinə olaraq əksər hallarda cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddində cəza təyin edilirkən qeyd edilən normanın tələblərinə zidd olaraq heç bir əsaslandırılma aparılmır. Halbuki bunun əksinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsində cinayətə görə nəzərdə tutulmuş az ciddi cəza növü və ya həddində cəza təyin edilərkən əsaslandırılma aparılmasını tələb edən hər hansı bir norma yoxdur. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzan ın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkumlara təyin olunmuş azadlıqdan məhrumetmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətini artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkumlara daha ağır – azadlıqdan məhrumetmə cəzası təyin edilməsi ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Halbuki CPM-nin 416.1.21-ci maddəsində aydın göstərilmişdir ki, “məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir”. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 234.4.1, 234.4.3, 235.4.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar