Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2067/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X3 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X3 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X9 14 yanvar 1951-cı il tarixdə Zaqatala rayonu Qımır kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala rayonu Qımır kəndində qeydiyyatda olmaqla yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən X5 qarşı CM-in 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, Zaqatala rayonu Qımır kəndində yerləşən və 08 fevral 2010-cu il tarixli yazılı müqavilə ə sasında Zərərçəkmiş şəxs 2400 manat pul müqabilində satdıqdan sonra sonuncunun sahibliyində və istifadəsində olan, 1,4344 ha kənd təsərrüfatı təyinatlı, 29838,96 manat dəyərində torpaq sahəsi üzərində olan əmlak hüquqlarını və həmin torpaq sahəsində Zərərçəkmiş şəxs 2010-cu ildən salaraq qulluq etdiyi - 240 ədəd, 36000 manat dəyərində fındıq ağaclarını ələ keçirmək məqsədilə tamah niyyəti ilə həmin torpaq sahəsinin 2010-cu ildən Zərərçəkmiş şəxs faktiki sahibliyində və istifadəsində olması, bu müddət ərzində sonuncu tərəfindən həmin torpaq sahəsində fındıq bağının salınaraq qulluq göstərilməsi ona aşkar surətdə məlum olduğu, fındıq ağacları əkildiyindən torpaq sahəsinin dəyərinin artdığını bildiyi və həmin fındıq ağaclarının ona məxsus olmadığını anladığı halda Zərərçəkmiş şəxs gizli şəkil də, bu barədə həqiqi məlumatları ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin (həmin vaxt isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi adlanan qurumun) müvafiq səlahiyyətli şəxslərindən gizlədib aldadaraq, eləcə də həmin dövlət qurumundan 2021-ci ilin fevral ayında qeydiyyat tarixi xx.xx.2021-ci il olan, **********18 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” almış və bu yolla qoca vəziyyətdə olan Zərərçəkmiş şəxs yuxarıda qeyd edil ən, 29838,96 manat dəyərində torpaq sahəsi üzərində olan əmlak hüquqlarını və həmin torpaq sahəsində olan 36000 manat dəyərində fındıq ağaclarını qanunsuz və əvəzsiz olaraq qəsdən ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 65838,96 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir.
3. Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər N.Mirzəyev və B.Məmmədovdan ibarət tərkibdə) 14 fevral 2023-cü il tarixli 1(091)-13/2023 nömrəli hökmü ilə X5 Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət hadisəsinin olması sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməsi, X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsin də vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi, X4 100 AZN (bir yüz manat) təşkil edən ekspertiza xərcinin məhkəmə xərci kimi Azərbaycan Respublikasının dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi və həmin pulun dövlət büdcəsinə aid edilməsi, Zaqatala Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 5(033)-27/2022 saylı qərarı ilə Zaqatala rayonu, Qımır kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində Şahid1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmış 1,4343 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə qoyulmuş həbsin ləğv edilməsi hökm edilmişdir.
4. Hökmdən Dövlət ittihamçısı 2 tərəfindən apellyasiya protesti verilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarı ilə (hаkimlər X16 oğlunun sədrliyi, X7 və X1 ibаrət tərkibdə) apellyasiya protestinin təmin edilməməsi, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(091)-13/2023 nömrəli hökmünün baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 kassasiya protesti, Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya protestinin, kassasiya şikayə tinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və çox saylı qanunvericilik aktlarına istinadlar edərək, protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin nəticəsi əsassız olmaqla dələduzluq cinayətinin anlayışı, onun mülki hüquq pozuntularından fərqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında formalaşdırdığı hüquqi mövqeyə uyğun olmamışdır. Hesab edir ki, məhkəmənin X12 Duxiyev arasındakı münasibətlərin mülki xarakterli olmasından ibarət yalnış nəticəyə gəlməsinin əsas səbəblərindən biri də torpaq sahəsini Zərərçəkmiş şəxs satmasından sonra artıq Zərərçəkmiş şəxs məxsus içərisində fındıq ağacları olan həmin torpağa öz əmlakı kimi çıxarış alaraq sərəncam vermək imkanı əldə etdiyi vaxt Şamil Əsgərovun hərəkətlərinin, yəni Zərərçəkmiş şəxs xəbərsiz, necə deyərlər torpağın “dəyər- dəyməzinə” Şahid1 satılmasının məhkəmə tərəfindən düzgün təhlil edilməməsi olmuş, hansı ki, həmin hərəkətlər lap əvvəlindən torpaq sahəsində fındıq bağı salınacağından xəbərdar olan X13 Duxiyevlə ilkin yazılı müqavilə bağlayarkən onun əmlakını və əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olmasının, öz adına çıxarış aldıqdan sonra torpağı Zərərçəkmiş şəxs satmamasının obyektiv hallarla əlaqədar olmamasının birbaşa sübutudur, yazılı müqavilənin isə mülki qanunvericiliyin tələblərinə uyğun olmaması Şamil Əsgərovun belə niyyətinin həyata keçirilməsi üçün maneə olmamış, əksinə Zərərçəkmiş şəxs etibarını qazanmaq üçün bir vasitə rolunu oynamışdır.
8. Kassasiy a protestinin müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə X5 əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2023cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
9. Zərərçəkmiş şəxs k assasiya şikayətinin dəlilləri qismində yalnız çoxsaylı qanunvericilik aktlarına istinadlar edərək, məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş etmişdir.
10. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir.
11. Kassasiya protestinə və zərərçəkmiş şəxsin kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xa hiş etdi, həmçinin kassasiya şikayətinin dəlillərinə etiraz etmədiyini bildirdi. İV. Hüquqi məsələlər:
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət Prosess ual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) oldu qda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X5 əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
18. Həmçinin, zərərçəkmiş şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X5 əs assız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.4, 416.1.6, 416.1.8 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
19. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlər ilə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Belə ki, kassasiya kollegiyası ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsinin bir sıra bəndlərinə istinad etsə də, şikayətinin dəlilləri qismində heç bir əsaslandırma aparmamış, yalnız bir sıra qanunvericilik aktlarına istinadlar etməklə kifayətlənmişdir.
21. Hər bir halda kollegiya kassasiya protesti və kassasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd edir.
22. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyri nə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
23. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya a z əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
26. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
27. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmad ıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
28. Cinayət Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
29. Kassasiya protestində və kassasiya şikayətində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayət prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq birinci instansiya və apellyasiya instansiyası məhkəmələr sözügedən qaydaları pozmamış; baxıl an cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi cinayət işi materiallarında öz əksini tapan sübutları tədqiq edərək müəyyən etmişdir ki, Zaqatala rayonunun Qımır kəndinin “Divaxsı” çölündə 1,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında məhz Şamil Əsgərov və onun ailəsinə məxsus olmuşdur. Odur ki, Zərərçəkmiş şəxs 2010-c ildən sözügedən torpaq sahəsindən istifadə etmiş olsa da (halbuki mülki qanunvericiliyə görə onun belə bir hüququ da olmamışdır, çünki MM-in 146.1-ci maddəsində birmənalı şəkildə göstərilmişdir ki, istifadə hüququ daşınmaz əmlak barəsində olan əqdin notarial qaydada təsdiq edildiyi andan əmələ gəlir. Bu şəxslər arasında isə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsi bağlanmamışdır), həmin torpaq sahəsi Şamil Əsgərova və onun ailəsinə məxsus olmuş, dolayısı ilə də Zərərçəkmiş şəxs özünə məxsus olmayan həmin torpaq sahəsini Şamil Əsgərova hər hansı yalan vədlərin təsiri altında verməmişdir.
31. Apellyasiya məhkəməsi eyni zamanda qeyd edir ki, sözügedən torpaq sahəsi əvvəldən Şamil Əsgərov və onun ailəsinə məxsus olmuş, müəyyən müddət onların nəzarətində olmasa da, Şamil Əsgərov və onun ailəsinin mülkiyətindən çıxmamış, onların həmin torpaq sahəsinə dair mülkiyyət hüququ itirilməmiş və Şamil Əsgərovun həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarış alması başqasına məxsus əmlakı və ya əmlaka olan hüququnu ələ keçirmə niyyəti ilə əhatə olunmamışdır.
32. Apellyasiya məhkəməsi kollegiyasının qənaətincə, bu işdə ümumiyyətlə cinayət hadisəsi baş vermədiyindən ibtidai istintaq orqanının gəldiyi nəticə yanlış olmuşdur. X17 ümumi birgə mülkiyyət hüququ əsasında məhz ona və ailəsinə məxsus torpaq sahəsini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri D övlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsində rəsmiləşdirməklə öz adına çıxarış almışdır ki, bu əməl heç bir halda cinayət sayıla bilməz.
33. Apellyasiya instansiyası məhkəməsinin qərarından müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs X4 Azərbaycan Respublikası CM-in 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlində cinayət hadisəsinin olmasının sübuta yetirilmədiyini nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət prosessual normaların tələblərinə, o cümlədən cinayət mühakimə icraatının prinsiplərinə, təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – cinayət hadisəsinin olması sübuta yetiri lmədikdə, yəni X5 Cinayət Prosessual Məcəllənin 42.1.1-ci maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
34. Kassasiya kollegiyası kassasiya protestini və kassasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əv əzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
35. Göründüyü kimi dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlak əldə etməsi üsulu çıxış edir.
36. Dələduzluq cinayətinin obyektiv cəhətinin tərkib əlamətinin ünsürləri qismində çıxış edən həmin əlamətlərin mövcud olması o zaman dələduzluq hesab edilir ki, təqsirkar şəxs əmlakı əldə edərkən niyyəti öhdəliyin yerinə yetirilməsinə deyil, özgə əmlakını əvəzsiz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmiş olsun.
37. Yəni, dələduzluq etibardan sui-istifadə və aldatma yolu ilə törədildikdə təqsirləndirilən şəxsin özgə əmlakını və ya əmlaka ola n hüququ ələ keçirmək niyyətinin, əmlakın və ya əmlaka olan hüququn ona etibar edildiyi və ya aldadıldığı ana qədər yaranması sübuta yetirilməlidir.
38. Qeyd edilən müddəanı hazırki cinayət işinin faktiki hallarına tətbiq etdikdə müəyyən edilir ki, Şamil Əsgərov ilə Zərərçəkmiş şəxs arasında 2010-cu il tarixdə yazılı alğı-satqı müqaviləsi bağlanmış, 2021-ci il tarixdə isə Şamil Əsgərov tərəfindən həmin torpaq sahəsinə çıxarış alınmışdır. Göründüyü kimi, keçən həmin müddət ərzində Zərərçəkmiş şəxs tərəfindən torpaq sahəsi hər hansı maneə olmadan istifadə edilmişdir. Yəni, Şamil Əsgərovda 2010-cü il tarixdə Zərərçəkmiş şəxs ilə müqavilə bağlamamışdan öncə hər hansı dələduzluq niyyətinin əmələ gəlməsi və həmin niyyətin icrası məqsədi ilə qeyd edilən müqaviləni bağlaması faktı nə ibtidai istin taq orqanı, nə də məhkəmələr tərəfindən sübuta yetirilməmişdir.
39. Bununla da, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinə, “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış”-a və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlara əlaqəli şəkildə verdiyi qiymətlə razılaşır.
40. Apellyasiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə gəldiyi nəticə ətraflı hökmdə əks etdirildiyindən kassasiya məhkəməsi qeyd edilənlərdən əlavə izah verməyə lüzum görmür.
41. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
42. Odur ki, məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.4, 416.1.6, 416.1.8 və 416.1.11-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində və kassasiya şikayətində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə qərarının ləğv edilməsini və həmin müraciətlərin təmin edilməsini mümkün hesab etmir.
43. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)157/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4 may 2023-cü il tarixli, 1(107)-157/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X3 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X3 Üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.