Məhkəmə qərarları › İş №1(102)-2068/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-2068/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2068/2022 06.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə və məhkumun müdafiəçisi Müda fiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsəd Abasov və Eldar Mikayılov) 1(101)-433/2021 nömrəli 15 iyul 2021-ci il tarixli hökmü ilə xx xxxxxxx 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum olunmamış, “AZTV” telekanalında operator işləmiş, Bakı şəhəri Xətai rayonu, Daşqın Səfərov küçəsi, ev 2, mənzil 29-da qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 182.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 avqust 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi ər-arvad münasibətində yaşayıb ayrılandan sonra 2018-ci ilin noyabr ayında hədə-qorxu ilə Zərərçəkmiş şəxs sonuncuya məxsus olan «Mitsubishi Eclipse» markalı, **-FV-*** dövlət nömrə nişanlı avtomobili müəyyən olunmayan müddətə idarə olunması üçün ona etibarnamə ilə verməsi tələbini irəli sürərək əks təqdirdə Zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatları yayacağı hədəsini bildirdikdən sonra, internet saytlarına, müxtəlif sosial şəbəkələrin səhif ələrinə, Zərərçəkmiş şəxs işlədiyi «AZTV» telekanalına və eyni zamanda kütləvi informasiya vasitəsi olan internetin «İnstaqram» profillərinə Zərərçəkmiş şəxs haqqında seksual xarakterli rüsvayedici məlumatların, çılpaq şəkillərin və videoların yerləşdiriləcəyi barədə vədlər verib 2018-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs sonuncuya məxsus olan «Mitsubishi Eclipse» markalı, **-FV-*** nömrə nişanlı avtomobili idarə etmək üçün götürüb sürməklə kifayətlənməmiş, öz cinayət əməlini davam etdirərək Zərərçəkmiş şəxs eyni üsulla ona 1500 manat məbləğində pulun verilməsini tələb edib, 2018-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanının qarşısında sonuncudan 1500 manat nağd pulu aldıqdan sonra Zərərçəkmiş şəxs qarşı etdiyi cinayət əməllərinə görə peşman olmayıb qanunsu z hərəkətləri davam etdirərək, 2019-cu ilin yanvar ayında öz yaşadığı ünvan 2 ünvanda yerləşən mənzilini təmir etdirmək məqsədi ilə ustaların pulunu eyni üsulla Zərərçəkmiş şəxs ödətdirməyə məcbur etmiş, Zərərçəkmiş şəxs da məcburiyyət qarşısında 2019-cu ilin fevral ayında Məhkum evini təmir elətdirmək məqsədi ilə ümumi 1700 manat məbləğində pulu hissə-hissə, yəni 2019-cu ilin fevral ayının əvvəllərində ünvan 1 qarşısında 200 manatı, 2019-cu ilin fevral ayının ortalarında ünvan 1 ünvanın qarşısında 500 manatı, 2019-cu ilin fevral ayının ortalarında həmin ünvanın qarşısında 300 manat, 2019-cu ilin mart ayının ortalarında qeyd edilən ünvanın qarşısında 300 manatı, 2019-cu ilin aprel ayının əvvəllərində həmin ünvanın qarşısında 400 manatı cinayətdən xəbəri olmayan usta X1 verib Məhkum mənzili ni təmir elətdirəndən sonra, Məhkum yenə də öz cinayət əməllərini davam etdirib Zərərçəkmiş şəxs məişət elektrik avadanlıqlarını ona verilməsini tələb etmiş, Zərərçəkmiş şəxs 28 mart 2019-cu il tarixdə hüquqi ünvanı ünvan 3bəkəsinin "xxxx" MMC arasında bağlanmış 28 mart 2019-cu il tarixli 00588043 saylı kredit müqaviləsi əsasında ümumi qiyməti 2776 manat təşkil edən 1 ədəd «Samsung» WW80K42U07İVDZ (gümüşü) markalı paltaryuyanı, 1 ədəd «Samsung» VCC4520 markalı tozsoranı, 1 ədəd «Hoffman» BOH65F4 markalı sobanı, 1 ədəd «Hoffman K639S» markalı plitəni, 1 ədəd «Hoffman DK330F4» markalı aspiratoru, 1 ədəd «Hoffman DFB-166» W (ağ) markalı soyuducunu alıb 2019-cu ilin mart ayının axırlarında Məhkum yaşadığı ünvan 2 ünvanına göndərmiş, Məhkum isə göstərilənlərlə kifayətlənməyərək yenə də cinayət əməlini davam etdirib, 2019-cu ilin aprel ayının əvvəllərindən həmin ayın ortalarınadək Zərərçəkmiş şəxs eyni hədə-qorxu ilə özünün yaşadığı evə yataq mebeli aldırmaq tələbi ilə sonuncudan 750 manat pulu ələ keçirməklə Zərərçəkmiş şəxs hədə-qorxu ilə vahid niyyətlə 6.726 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Vaqif Mursaqulov) 1(103)-58/2022 nömrəli 12 aprel 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 5 (beş) ilə endirilmiş, məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarı ləğv edilməsini və əməlində cinayət tərkibi olmadığı əsası ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman onun tərəfindən 3 ədəd qızıl zəmanət talonları vəsatətə qoşma edilərək təqdim edilmişdir. Belə ki, 28 mart 2019-cu il tarixdə əlavə 86 manat ödənilməklə “Hoffman” markalı soyuducu, 39 manat ödənilməklə “Hoffman” markalı plitə və 137 manat əlavə ödənilməklə "Samsung” markalı paltaryuyan maşın qızıl zəmanətlə sığortlanmışdır. Göründüyü kimi, ona hədəqorxu ilə ayrı-ayrı əşyaların alınmasını tələb edən şəxsin xeyrinə zərərçəkmiş şəxs tərəfindən əşyaların gələcəkdə deformasiya olacağı təqdirdə yenisi ilə əvəzlənməsinin zərərçəkmiş şəxs tərəfindən düşünülməsi, bunun üçün əlavə xərc çəkməsi məntiqsizlik olmaqla, ittihamın yalan olmasını təsdiq edən haldır. Məhkum elan olunmuş ittihama görə 2019-cu ilin aprel ayının əvvəllərində o, zərərçəkmiş şəxsin intim fotoşəkillərini sosial şəbəkələrdə yaymaq hədəsi ilə özünə məxsus mənzilə yataq dəsti almaq üçün 750 manat pul almışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, həmin pulun harada, nə vaxt, kimin iştirakı ilə verilməsinə dair heç bir sübut yoxdur. Yalnız zərərçəkmiş şəxsin sözləri əsasında Məhkum həmin epizod üzrə də ittiham elan edilmişdir. Müdafiə etdiyi şəxsin barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilməzdən əvvəl Şahid1 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidməti, eləcə də Binəqədi RPİ-nin 5-ci və 7-ci polis bölmələrinə müraciətlərində Məhkum zərərçəkmiş şəxsin intim xarakterli fotoşəkillərini yayması göstərilmiş, lakin heç bir müraciətdə bunun əvəzində onlardan hədə-qorxu nəticəsində əmlak tələb etməsi bildirilməmişdir. Cinayət işinə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin arayışından görünür ki, "Mitsubishi Eclipse” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018ci il tarixdə mülkiyyətçi X6 tərəfindən 1 illik baş etibarnamə ilə Məhkum verilmiş, xx.xx.2018-ci il tarixdə alqı -satqı müqaviləsi əsasında avtomobil sonuncunun adına rəsmiləşdirilmiş, həmin gün Zərərçəkmiş şəxs adına etibarnamə verilmiş, etibarnamə əsasında avtomobil sonuncunun adına rəsmiləşdirilmiş, 23.11 2018-ci il tarixdə onun tərəfindən Məhkum etibarnamə verilmişdir. Məhkum elan edilmiş ittihamın yalan olmasını təsdiq edən hallardan biri da ondan ibarətdir ki, zərərçəkmiş avtomobilin ondan olmadığını, təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli foto və videoları ilə hədələnərək əlindən alındığını bildirdiyi dövrdə, yəni xx.xx.2020-ci il tarixdə zərərçəkmiş şəxs tərəfindən X7, xx.xx.2020-ci il tarixdə X9, xx.xx.2020-ci il tarixdə isə X8 etibarnamə verilmişdir. xx.xx.2020-ci il tarixdə həmin avtomobil alqı-satqı müqaviləsi əsasında X3 adına rəsmiləşdirilmiş və sonuncu tərəfindən avtomobil in idarə edilməsi ilə bağlı ümumiyyətlə zərərçəkmiş şəxsə və ya təqsirləndirilən şəxsə etibarnamə verilməmişdir. Göründüyü kimi avtomobil ilk olaraq Məhkum adına rəsmiləşdirilmiş, sonrada sonuncu rəsmi nikahda olduğu şəxslə əmlak bölgüsü predmeti olmaması üçün xx.xx.2018cı il tarixdə avtomobili zərərçəkmiş şəxsin adına rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş heç bir vəsatəti təmin etməməklə ədalətli məhkəmə araşdırması prinsiplərini pozmuşdur. Halbuki, müdafiə tərəfinin sorğu verərək əldə etdiyi arayışlar, əlavə şahid qismində dindirilməsi üçün təqdim etdiyi şahidlər ittiham tərəfinin süni sübutlar yaradaraq təqsirləndirilən şəxsin ağır cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına nail olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılan zaman məhkəmə, zərərçəkmiş şəxsin və onun şahid qismində dindirilmiş anasının müraciətin cinayət təqibi ilə bağlı material formasında araşdırılan zaman izahatlarının tam ziddinə fərqli məzmunlu, şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə əhatə olunan məlumatlar verməsinə əhəmiyyət verməmişdir Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-433/2021 saylı hökmünün məhkəmə iclas protokolları ilə fərqli məzmunda tərtib edilməsinə də apellyasiya instansiyası məhkəməsində tənqidi yanaşılmalıdır. Belə ki, hökmdə zərərçəkmiş şəxsin, Şahid1, Tamerlan Hüsəynov və Bayram Dünyamalıyevin ifadələri məhkəmə iclas zalında deyil, ibtidai istintaq zamanı verilmiş ifadələrə uyğun qeyd edilmişdir. Halbuki, həmin şəxslərin birinci instansiya məhkəməsində sərbəst ifadələri iş üzrə icra ata xitam verilməsi və təqsirləndirilən şəxsin barəsində bəraətverici əsaslarla hökmün çıxarılması üçün əsas olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsində zərərçəkmiş şəxs qismində sərbəst ifadə verən Zərərçəkmiş şəxs “bu iş Prezident Administrasiyasının nəzarətindədir” deməklə məhkəməyə təsir göstərmiş, həmin sözlərin iclas protokollarına qeyd edilməsinə dair tərəfimdən vəsatət verilmişdir. Göründüyü kimi, qanunvericilik əməlin törədildiyi vaxt qüvvədə olan normalara əsasən, cinayət törətməkdə təqsirli hesab olunan şəxsin əməlinə hüquqi qiymətin verilməsini zəruri hesab etmişdir. Mövcud cinayət işinin materiallarından görünür ki, Məhkum 2017-ci ildən Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər yaranmış, bir müddət sonra onlar ər-arvad kimi birgə yaşamağa başlamışdırlar. Bu h al 2018-ci ilin sentyabr ayında ünvan 4 ünvanında yerləşən mənzilin Yusif tərəfindən kirayə tutulması ilə təsdiqini tapır. Hansı ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də bu hal sübut olunur, Apellyasiya instansiyası məhkəməsində əlavə şahid qismində dindirilmiş mənzilin sahibi Şahid6 da bunu təsdiq etmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış Vəfa Ağabalayev tərəfindən aralarında olan münasibətlərə dair süni olaraq saxta ittiham sübutları yaradılmışdır. Eyni zamandan iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Bayram Dünyamalıyev bilə-bilə yalan ifadə verərək Məhkum ağır cinayətin törədilməsində ittiham olunmasına nail olmuşdurlar. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya in stansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum hazırkı cinayət işində təqsirinin sübuta yetirilməməsi və təqsirsiz olduğundan barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda məhkəmə əsassız və qanunsuz olaraq onun barəsində ittiham hökmü çıxarmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməs ində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, birinci və apellyasiya instansiyası məhkəməsinin müvafiq hökm və qərarından görünür ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və işdə olan digər sübutlar qarşılıqlı təhlil edilib və onlara qiymət verilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olmaması və digər sübutlarla təkzib edildiyindən Məhkum həmin ifadəsi həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasınd a nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, Məhkum qarşı irəli sürülmüş xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə ilə bağlı ittiham birinci instansiya məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, baxış protokolları, ekspertiza rəyi və digər iş materialları ilə tam sübuta yetirilmiş, məhkəmə tərəfindən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya instansiy ası məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan v ersin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində məhkuma bəraət verilməli olduğu iddia olu nsa da, məhkəmə kollegiyası qeyd edir ki, şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-in 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-in 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi halların mövcud olubolmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutları yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətl ərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlayır. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, eləcə də c inayəti təşkil edən faktiki halların müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarın “işin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbl əri pozulmamış, apellyasiya instansiyası məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cinayət işinin materiallarından görünür ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həmin sübutların məcmusunun Məhkum əməlində Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəs i ilə nəzərdə tutulan cinayət tərkibinin olmasını müəyyən etmək üçün kifayət olmasına dair məhkəmələrin gəldiyi nəticəni də əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Həmçinin məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası kassasiya şikayətinin bu barədə dəlil lərini əsassız sayır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni və əsaslıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 aprel 2022-ci il tarixli dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar