Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2069/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X3 və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-355/2022 nömrəli, 04 iyul 2022-ci tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1984-cü il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Xanərəb kəndində qeydiyyatda olub ünvan 1 ünvanında kirayədə yaşamışdır. 2. 20 aprel 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 19 may 2021-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən mü əyyən edilmiş işin faktiki hallarına görə, Məhkum özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar ayında qayını Zərərçəkmiş şəxs4 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib, etibardan sui-istifadə etməklə aldadaraq ondan 2019-cu ilin mart ayının ortalarında yaşadığı XXX 4.000 manat, yenə həmin adla 2019-cu ilin sentyabr ayında yaşadığı XXX 10.000 manat, yenə həmin adla 10 oktyabr 2019-cu il tarixdə 6.000 manat pulu Bərdə rayonu Xanərəb kəndində, 03 yanvar 2020-ci il tarixdə yenə həmin adla həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 10.200 manat təşkil edən 6.000 ABŞ dolları məbləğində pulu «Kapital Bank» vasitəsilə, 06 fevral 2020-ci il tarixdə yenə həmin adla həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 6.800 manat təşkil edən 4.000 ABŞ dolları məbləğində pulu «Kapital Bank» vasitəsilə vahid niyyətlə əhatə olunmuş qəsdlə cəmi 37.000 (otuz yeddi min) manat pulunu ələ keçirib, Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin yanvar ayında tanışı Zərərçəkmiş şəxs3 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yaland an vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan hissə-hissə Bakı şəhərinin müxtəlif ərazilərində 2020-ci ilin yanvar ayında 3000 manat, 2020-ci ilin fevral ayında 19.500 manat, 2020-ci ilin mart ayının 4-də 26.000 manat pulu ünvan 2 ünvanında yerləşən filialının qarşısında vahid niyyətlə əhatə olunmuş qəsdlə aldığı pulun 25.000 manatını hissə-hissə olmaqla qaytarıb Zərərçəkmiş şəxs3 23.500 (iyirmi üç min beş yüz) manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 may 2020-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs8 ad günü münasibətilə onun XXX yerləşən evində qonaq olduğu zaman tikinti materiallarının topdan satşı ilə məşğul olduğunu, İran İslam Respublikasından mərmər-qranit gətirib Bakı şəhərində tikinti şirkətlərinə sataraq yaxşı qazanc əldə etdiyini, hazırda isə ona təcili pul lazım olduğunu bildirib Zərərçəkmiş şəxs8 ona pul tapmasını xahiş etmiş, sonuncu da evdə olan 7.000 manat pulu oluğunu bildirib qohum kimi ona kömək etmək məqsədilə həmin pulu ona vermiş və Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs8 7.000 (yeddi min ) manat məbləğində xeyli miqdarda əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qayınanası Zərərçəkmiş şəxs6 əlillik pensiyası düzəldəcəyini yalandan vəd edib aldadaraq 2019-cu ilin iyun ayının axırlarında yaşadığı XXX mənzilində 4.000 manat, ondan sonra ona İran İs lam Respublikasından külli miqdarda mərmər-qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan 2020-ci ilin yanvar-mart aylarında hissə-hissə olmaqla 7.000 manat pulu yaşadığı XXX mənzilində vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Zərərçəkmiş şəxs6 cəmi 11.000 (on bir min) manat məbləğində əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında qohumu - arvadının dayısı qızı Zərərçəkmiş şəxs5 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini, sonuncunu da özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan 2020-ci ilin fevral ayında XXX ünvanda 5.000 manat, bir neçə gün sonra yenə həmin adla və həmin ünvanda 2.500 manat, 2020- ci ilin mart ayında yenə həmin adla həmin ünvanda 2.500 manat, 2020-ci ilin aprel ayında yenə həmin adla həmin ünvanda 5.000 manat, bir neçə gün sonra yenə həmin adla həmin ünvanda 2.000 manat, 2020-ci ilin may ayında yenə həmin adla həmin ünvanda 13.000 manat, 2020-ci ilin iyun ayında yenə həmin adla həmin ünvanda hissəhissə olmaqla 10.800 manat, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə yenə həmin a dla həmin ünvanda 1.200 manat olmaqla cəmi 42.500 manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alaraq Zərərçəkmiş şəxs5 42.500 manat xeyli miqdarda əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında qohumu - arvadının xalası Zərərçəkmiş şəxs7 evində qonaq olduğu zaman İran İslam Respublikasından mərmər-qranit gətirib tikinti şirkətlərinə satmaqla məşğul olduğunu və bununla yaxşı qazanc əldə etdiyini bildirib, 2020-ci ilin may ayının ortalarında pandemiya ilə əlaqədar olaraq bankdan pulunu çıxara bilmədiyini bildirməklə etibardan sui-istifadə edib aldadaraq ondan 1.000 manat borc adı ilə pul istəmiş və Zərərçəkmiş şəxs7 da həmin pulu onun şəklini çəkib gö ndərdiyi «Kapital Bank» kartının hesabına keçirmiş, bundan sonra 2020-ci ilin iyun ayının əvvəllərində yenə Zərərçəkmiş şəxs7 zəng vurub təcili olaraq 2.000 manat pul lazım olduğunu və tezliklə qaytaracağına yalan vəd verib aldadaraq həmin pulu da «Kapital Bank»a aid kartın hesabına keçirməsini xahiş etmiş, sonuncu yenə 2.000 manat pulu həmin kartın hesabına köçürmüş, bununlada Məhkum cəmi 3.000 manat pulu Bakı şəhərində nağdlaşdırıb vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs7 3.000 manat məbləğində əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin may ayında tanışı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətiri b guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini yalandan vəd edib aldadaraq sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan sui-istifadə edib aldadaraq ondan 2020-ci ilin may ayında Bakı şəhəri Tbilisi prospekti 2 ünvanında yerləşən «Araz Market»in qarşısında həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 17.000 manat təkil edən 10.000 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə yenə həmin adla Bakı şəhəri Xətai prospekti 92 ünvanında həmin dövr üçün milli pul vahidi ilə 14.450 manat təkil edən 8.500 ABŞ dolları, xx.xx.2020-ci il tarixdə həmin dövr üçün milli pul vahidi ilə Azərbaycan Milli Valyutası ilə 11.050 manat təşkil edən 6.500 ABŞ dolları və 8.000 manat olmaqla cəmi 50.500 (əlli min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb, Zərərçəkmiş şəxs2 50.500 (əlli min beş yüz) manat məbləğində əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2019-cu ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs1 İran İslam Respublikasından külli miqdarda mərmər qraniti Azərbaycan Respublikasına gətirib guya Bakı şəhərində müxtəlif tikintilərin sahibi olan “Rauf” adlı şəxsin sifarişi əsasında satıb yaxşı qazanc əldə etdiyini və sonuncunu özünə şərik edəcəyini yalandan vəd edib inandırmaqla etibardan suiistifadə edib aldadaraq ondan hissə-hissə olmaqla Bakı şəhərinin müxtəlif ərazilərində 2019-cu ilin avqust ayında 5000 manat, 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs1 m əxsus «MERCEDES VİTA» markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını 17.000 manata sataraq həmin məbləğdə pulu, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs1 ünvan 6 ünvanında yerləşən mənzilini girov qoyub BTB bankdan götürdüyü 30.000 manat pulu, 2020-ci ilin yanvar ayında Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 4000 manat pulu, sonuncu dəfə isə 2020-ci ilin iyul ayının əvvəllərində həmin dövr üçün Azərbaycan Milli Valyutası ilə 14.450 manat təşkil edən 8.500 ABŞ dolları məbləğində pulu ünvan 7 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb Zərərçəkmiş şəxs1 70.450 (yetmiş min dörd yüz əlli) manat məbləğində əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(10 1)-1044/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 07 fevral 2021-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər də həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-355/2022 nömrəli, 04 iyul 2022-ci tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1044/2021 nömrəli, 20 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya şikayətində təyin edilmiş cəzanın ağır olduğu iddia edilməklə, daha yüngül cəzanın təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum verdiyi kassasiya şikayətində ona təyin edilən cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respub likası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-355/2022 nömrəli, 04 iyul 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cin ayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
18. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində əksini tapmış cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədal ətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
19. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
20. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tör ədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
21. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).
22. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əs asların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq möv qeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
24. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən hal kimi onun himayəsində iki azyaşlı uşağının olmasını və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alıb, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının orta həddində cəza müddəti seçməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər.
25. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qən aətini təkzib edə biləcək dəlillər gətirilmədiyindən, hazırda fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələrin müəyyən etdiyi işin hallarını Məhkum cəzasının yüngülləşdirilməsinə imkan yaradan hallar kimi qiymətləndirmək üçün əsas yoxdur.
26. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olara q düzgün qiymətləndirilmişdir.
27. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
28. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-355/2022 nömrəli, 04 iyul 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-355/2022 nömrəli, 04 iyul 2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın.