Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2069/2024 05.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, 12 avqust 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, heç yerdə işləməmiş, əvvəlllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, CM-in 234.1 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddətin bir günü azadlğının məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesabı ilə hesablanaraq 4 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanmış, Məhkum üzərinə yaşadığı ünvan 2nı axşam saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nə zarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasının isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 19 yanvar 2023-cü il tarixdə saat 07:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Ş öbəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan jiletin sağ yan cibində “Rothmans” siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,331 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Məmmədov Qara Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Tanrıverdiyev Anar Vəzir oğlu (sədrlik edən və məruzəçi), Murquzov İlqar Mustafa oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) apellyasiya ş ikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının, CM-in Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, "Azarbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 va 445.2-ci maddələrinin bəzi müddəalarının şerh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkaməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarına, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bəzi sü butlara, qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan apellyasiya istansiyası məhkəməsi qəbul etdiyi qərarında təqdim edilmiş sübutlara əsaslanmamış, müdafiə tərəfi olaraq qaldırdığı vəsatətə qərəzli münasibət nümayiş etdirərək apellyasiya şikayətinə tam məhkəmə istintaqı aparılmaqla keçirilməsini təmin etməmiş, sübutlara düzgün qiymət verməmiş və yalnız polis əməkdaşlarının ziddiyyətli, habelə onun ibtidai araşdırma zamanı verdiyi, lakin həqiqətə uyğun olmayan etirafedici ifadələrini əsas götürərək onun ittiham olunduğu cinayəti törətməkdə təqsirli bilinməsi barədə hökmün qüvvədə saxlanılmasına dair qanunsuz və əsassız qərar qəbul etmişdir. Halbuki, müdafiə tərəfinin təqdim etidiyi və məhkəmə iclasında araşdırılmış sü butlarla onun ittihamda göstərilən miqdarda və növdə psixotrop maddə əldə etməsi, saxlaması və daşıması təsdiq olunmamış, bundan əlavə isə onun çoxlu sayda polis əməkdaşları tərəfindən saxlanılması yeri və tarixi də düzgün müəyyən edilməmişdir. Araşdırılmış sübutlara əsasən, o, 19 yanvar 2023-cü il tarixdə saat 07 radələrində deyil, 17 yanvar 2023-cü il tarixdə saxlanılaraq polis şöbəsinə aparılmış, həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamış, o, iki gün şöbədə saxlanıldıqdan sonra onun üzərində şəxsi axtarış aparılmış və bu zaman polis əməkdaşlarının ona verdikləri psixotrop maddə ondan aşkar edilərək götürülmüşdür. Özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək qanunsuz məhkum olunmasını iddia edən Məhkum şərh etdiyi dəlillərə əsaslanaraq onu n kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya şikayətinə baxılmasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət ve rmiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum həmin şikayətinin əsas dəlili ondan ibarətdir ki, ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi sübuta yetirilməmiş, məhkəmələr araşdırılmış sübutlara düzgün qiymət verməmiş və o, təqsiri sübuta yetirilmədiyi halda əsassız və qanunsuz olaraq məhkum edilmiş, bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etmişdir. Bununla da, məhkum olunmuş şəxs apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla ə laqələndirmişdir. CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə, məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə və məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə onun barəsindəki yekun məhkəmə aktlarını cinayət işinin materialları ilə əlaqəli şəkildə yoxlayıb aşağıdakı ları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhk əmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməs i tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlə rinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm v ə ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunver icilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın, ümumilikdə isə cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdaf iə olunmasını, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların təqsirlilikləri sübuta yetirilidiyi halda barələrində ittiham hökmü çıxarılmaqla bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılması nı deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədq iqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilm əsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlam ətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqedən həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməs inə dair” 17 mart 2011-ci il tarixli Qərarında çıxış etmişdir. Həmin Qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hal larının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət Məcəlləsinin qeyd olunan prinsiplərinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1-ci maddəsinin müddəaları cinayət prosesini həyata keçirən orqanlardan cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etmələrini tələb edir. CPM-in 12.3-cü maddəsində isə cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ nəzərdə tutulmuşdur. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qə dər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmə nin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsind ə isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlum atların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sü butlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların e lə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 349.5-ci maddəsində “məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda” müddəası təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahidlərin təkcə məhkəmə iclaslarında deyil, həmçinin onların məhkəməyədək icraat zamanı verdikləri ifadələrin də sübut kimi qəbul edilməsi ni və onlara əsaslanmasını nəzərdə tutur o halda ki, həmin ifadələr qanuni yolla, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilməməklə əldə edilsin və məhkəmə iclaslarında həmin ifadələr tədqiq olunaraq onlara müqayisəli şəkildə qiymət verilsin. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, c inayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə uyğun hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da göstərilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yen idən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanun i və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi və ya təqsirsizliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni, qanuni yolla əldə olunmuş olsun. Dah a sonra məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Konvensiyanın) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynə lxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-in 21-ci ma ddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol verilmir. CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 21.3-cü maddəsinin tələblərindən isə görünür ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin bu ya digər cinayəti törətməkdə təqsirli bilinməsi üçün qanunvericiliy in təsvir olunan normalarına eyni zamanda həmin cinayətin bütün cəhətlərinin müəyyən edilməsi zamanı da əməl olunmalı, bu cəhətləri təsdiq edən mötəbər sübutlar əldə edilməli, ibtidai araşdırma orqanının və bunlarla bağlı məhkəmələrin gəldikləri nəticə isə mülahizə xarakteri daşımamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, "Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, "Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 1994-cü il və "Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli Qərarlarında vurğulanmışdır ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilm əli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibar ətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr çəkişmə prinsipinə uyğun olaraq məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarından araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifələrin qanuna uyğun qaydada yerinə yetirilməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. Məhkum barəsindəki cinayət iş inin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparmadan baxaraq və məhkumun həmin şikayətində irəli sürdüyü dəlilləri yoxlayaraq araşdırılmış sübutların Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellya siya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni məhkum olunmuş şəxsin özünün həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsində baxılarkən verdiyi etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri ilə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, habelə maddi sübutla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. İş materiallarından görünür ki, istər ilkin araşdırma, istərsə də ibtidai araşdırma zamanı həm təhqiqat, həm də ibtidai araşdırma orqanı tərəfindən, kassasiya şikayətində göstərilən dəlillərin əksinə olaraq, sübutların toplanması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, aparılmış istintaq hərəkətlərinin hamısı tərtib edilmiş müvafiq protokollarda əks etdirilmiş və bu sübutların məcmusuna əsasən müəyyən edilmişdir ki, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,331 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, 19 yanvar 2023-cü il tarixdə saat 07:00-da ünvan 3 ünvanın qarşısında olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşlar ı tərəfindən saxlanılaraq həmin polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan jiletin sağ yan cibində “Rothmans” siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,331 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası işin bu faktiki hallarının arxasında duran, ibtidai araşdırma zamanı qanuni yolla əldə edilmiş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi zəruri bilir. Belə ki, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən Məhkum, ibtidai araşdırma zamanı olduğu ki, yenə də özünü ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş i ttiham üzrə təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər psixotrop maddələrdən istifadə etsə də, hal-hazırda onlardan istifadə etmir. Sonuncu dəfə 18 yanvar 2023-cü il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonunun “Xutor” adlanan ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 1 büküm psixotrop maddə olan metamfetamin almış və üzərində saxlamış, 19 yanvar 2023-cü il tarixdə saat 07 radələrində küçədə polis əməkdaşları onu saxlamış, ona narkotik maddələrin istifadəsində şübhəli olduğu bildirilmiş və üzərində şəxsi axtarış aparılmışdır. Həmin vaxt onun əynində olan qara rəngli jiletin sağ yan cibində olan “Rothmans” siqaret qutusunu çıxarıb qutunun içərisində olan 1 ədəd gümüşü rəngli kağızda olan bükülünü polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onu Nəsimi RPİ-nin 19-cu PŞ-nə dəvət etmiş, o, buna etiraz etməmiş və polis əməkdaşlarının avtomobilinə əyləşərək PŞ-nə getmişdir. Polis şöbəsində olan zaman onun üzərində şəxsi axtarış aparılmış və buna dair protokol tərtib edilmişdir. Həmin prosesual hərəkət videokamera vasitəsilə qeydə alınmışdır. Videoçəkiliş başlayanadək onun üzərindən aşkar olunmuş psixotrop maddə masanın üzərinə qoyulmuş və çəkiliş zamanı həmin psixotrop maddəni jiletin cibindən çıxarmaqla təqdim etməsi tələb olunmuşdur. Polis əməkdaşlarının tələb etdiyi kimi həmin psixotrop maddəni video çəkiliş zamanı təqdim etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Həmin iclasda Məhkum son sözlə məhkəməyə müraciət edərkən isə bildirmişdir ki, o, heç bir cinayət əməli törətməmiş, polis əməkdaşları tərəfindən aldadılmış və ona psixotrop maddəni üzərində daşıması barədə ifadə verəcəyi təqdirdə heç bir məsuliyyətə cəlb edilməyəcəyi bildirilmiş, lakin məhkəmə iclası zamanı ona məlum olmuşdur ki, polis əməkdaşları onu aldatmışlar və o, əvvəlki ifadələrini təsdiq etsə belə cinayət məsuliyyətindən azad edilməyəcək. O, ekspertizaya aparılarkən ekspert rəyi üçün hər hansı analiz verməmiş, ona narahat olmamasını, cinayət məsuliyyətinə cəlb edilməyəcəyini bildirmişlər. Həmçinin, polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan polis idarəsində üzərində şəxsi axtarış aparılarkən üzərində hər hansı psixotrop maddə olmamış, həmin maddəni polis əməkdaşları ona ifadəsini təsdiq etməsi üçün vermişlər. Buna görə də o, müraciətində barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişd ir. Lakin, cinayət işinin materiallarından görünür ki, Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi və ona irəli sürülmüş ittihamla uzlaşan eyni məzmunlu etirafedici ifadələri və bu ifadələrində göstərdiyi halları həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları Şahid1 və Şahid2 Sadiq oğlu da təsdiq etmişlər. Bu ifadələrin təhlili göstərir ki, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi, eləcə də, həmin ittihama uyğun olaraq onun Nəsimi rayonunun ərazisində saxlanılması haqqında etirafedici ifadələri, kassasiya şikayətində vurğulandığı kimi, təkcə bu ifadələrlə deyil, həmçinin adları yuxarıda qeyd olunan şahidlərin ifadələri də tam təsdiq edilir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı toplanmış və həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla isə (bu sübutların hamısı həm Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli hökmündə, həm də apellyasiya instansiyası məhkəməsinin 5 dekabr 2023-cü il tarixli qərarında ətraflı təsir edildiyindən, məhkəmə kollegiyası onların hamısının təkrarən hazırki qərarda təsvir edilməsinə ehtiyac görmür) Məhkum qeyd olunan müraciətində və onun kassasiya şikayətində əsaslandığı dəlillər tam təkzib edilir və sonunucun ona elan olunmuş ittiham üzrə CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunur. Məhkum öz kassasiya şikayətində əsassız olaraq məhkum edilməsini, hazırki işin predmeti olan psixotrop madd ənin ona polis əməkdaşları tərəfindən verilməsini, bununla da heç bir cinayət törətməməsini, barəsindəki yekun məhkəmə aktlarının əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia etsə də, o, bununla bağlı dəlillərini təsdiq edən mötəbər sübutları nə birinci, nə apellyasiya, nə də ki kassasiya instansiyası məhkəmələrinə təqdim etməmiş və məhkəmə kollegiyasını bu iddiaların əsaslı olmasına inandıra bilməmişdir. Halbuki, CPM-in 125.8-ci maddəsinin tələblərinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Kassasiya şikayətində Məhkum həmçinin polis əməkdaşları tərəfindən 19 yanvar 2023-cü il tarixdə, saat 07:00-da deyil, 17 yanvar 2023-cü il tarixdə, saat 23 ra dələrində tutulduğunu, 18 yanvar 2023-cü il tarixədək şöbədə saxlanıldıqdan sonra buraxılmasını, 19 yanvar 2023-cü il tarixdə saat 08:30-da (əslində 10:00-da) barəsində tutulma qərarı çıxarılmasını qeyd etsə də, onun bu dəlilləri də apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma və əldə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə tərəfindən əldə olunmuş onun mobil telefonunun anten dairəsinə dair məlumatlardan görünür ki, Məhkum faktiki olaraq tutulması və polis şöbəsinə gətirildiyini iddia etdiyi 17 yanvar 2023-cü il tarixində saat 23:00 radələrində həm ünvan 3 ünvanında, həm də 19-cu polis bölməsinin olduğu Nəsimi rayonu, 20 Yanvar küçəsində olmamış, həmin tarixdə saat 20:00-dan 18 yanvar 2023-cü il tarixzdə səhər s aat 09:48-dək və müxtəlif saatlarda o, ünvan 4, Şəfayət Mehdiyev, H.Cavid küçəsi ilə Ə.Ələkbərov küçəsinin kəsişməsindəki mağaza, Əbdürrəhim Bəy Haqverdiyev küçəsi 62, Yasamal TQK, ATS 438, Pişəvəri küçəsi 27A, 4-cü mkr, Bakı şəhəri, Mirzə Məhəmməd xan 7, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev pr. 1, ünvan 6 ünvanlarında, yanvarın 17-dən 18-nə keçən gecə isə Pişəvəri küçəsi 27A, 4-cü mkr, Bakı şəhəri, Mirzə Məhəmməd xan 7, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti 1 ünvanlarında olmuşdur. Bu məlumatlarla obyektiv olaraq müəyyən edilir ki, nə 17 yanvar, nə də ki 18 yanvar 2023-cü il tarixlərdə Məhkum Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin yerləşdiyi ərazidə və həmin şöbənin inzibati binasında olmamış və ola da biləməzdi, çünki onun məhz ittihamda göstərildiyi tarixdə, vaxtda və yerdə polis əməkdaşları tərəfindən saxlanılması ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna, yəni CPM-in 125.2-ci maddəsində göstərilən pozuntulara yol verilmədən əldə olunmuş, məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri arasında ziddiyyətlərin olmasına dair kassasiya şikayətinin dəlilinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, bu ziddiyyət şahidlərdən birinin Məhkum tutularkən psixotrop məddəni maşından yerə atdığını, digər şahidin isə təqsirləndirilən şəxsin psixotrop maddəni əlində sıxıb saxladığını bildirməsi ilə əlaqədar olmuşdur. Lakin, hökmdən verilmiş apellyasiya şikayətində irəli sürülmüş bu dəlilə apellyasiya instansiyas ı məhkəməsi qəbul etdiyi qərarında belə izah vermişdir ki, qeyd olunan ifadələri vermiş şahidlər polis əməkdaşlarıdırlar və onların tez-tez bu kimi çoxsaylı oxşar hadisələrlə qarşılaşır, Məhkum psixotrop maddəni maşından yerə atması və ya əlində sıxıb saxlaması kimi hallar o qədər də əhəmiyyət kəsb etməyən hallardır və bu hallar barədə onların biri-birinə uyğun olmayan verdikləri ifadələri yalan ifadələr kimi qiymətləndirilə bilməz. Bütün qeyd olunanlardan belə nəticə hasil olur ki, Məhkum ona istinad edilən əməli törətməsinə dair nəticə mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən toplanmış və araşdırılmış sübutlarla təsdiq edilir və bu haqda məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslıdır. Eyni zamanda məhkəmə k ollegiyası onu da qeyd etməyi lazım bilir ki, məhkəmələr, xüsusən də apellyasiya instansiyası məhkəməsi bu sübutlara qanuna müvafiq qaydada qiymət vermiş, hökmdən verilmiş apellyasiya şikayətinin dəlillərini inandırıcı və əsaslı şəkildə cavablandırmış və tam qanuni olaraq Məhkum barəsindəki hökmün dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qərar qəbul etmiş, onun haqqında bəraət hökmünün çıxarılması üçün əsaslar müəyyən etməyərək isə belə hökmün çıxarılmasını mümkün bilməmişdir. Toplanmış və araşdırılmış bütün sübutların prizmasından baxdıqda görünən odur ki, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Məhkum törətdiyi cinayətin predmeti olan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlaması və daşı ması barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu nəticəyə uyğun olaraq onun bu əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bütün yuxarıda geyd olunanlar işə mahiyyəti üzrə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin prosessual qanunvericiliyinin tələbləri ilə yanaşı maddi hüquq normalarının tətbiqində də, ümumilikdə isə CPM-in 416-cı maddəsində sadalanan pozuntulara yol vermədiklərini göstərir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və həmin dəlillər onun cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi dəyərləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuş, Məhkum barəsində cəza tədbiri seçilərkən isə CM-in 8, 41, 58 və 59-cu maddələrinin tələblərinə əməl edilərək onun törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətini və ai lə vəziyyətini səciyyələndirən bütün hallar kifayət qədər nəzərə alınmış və onun barəsində qanuni və ədalətli yekun qərar qəbul edilmiş, bu qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməmişdir. Buna görə, bütün qeyd olunanlardan çıxış edib iş üzrə toplanmış və araşdırılmış sübutlara və qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə kollegiyası Məhkum CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi barədə nəticəyə gəlir, birinci və apellyasiya instansiyası məhkəmələrinin də bu haqda gəldikləri qənaəti qanuni və əsaslı hesab edir və bu baxımdan onun barəsindəki cinayət işinin icraatına hər hansı, o cümlədən CPM-in 42-ci maddəsində nəzərdə tutulmuş bəraətverici əsaslarla xitam verilməsini, bununla da kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bi lmir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli qərarı isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təm in edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 dekabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2069/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2069/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver